Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-106/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxs X3, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, bəraət al mış şəxs Məhkum və bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 08 aprel 2022-ci il tarixli, 1(012)-229/2022 nömrəli hökmü ilə xx xxxxxx 1983-cü il tarixdə Cəlilabad rayonu Təzəkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Təzəkənd kəndində qeydiyyatda olan, faktiki Abşeron rayonu Xırdalan şəhəri, Zəng ilan məhəlləsində kirayədə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə Xırdalan şəhəri, H.Əliyev prospekti, 1-ci Kristal Abşeron binası qarşısında yerləşən işlədiyi “Toğrul kişi geyimləri ayaqqabı evi" mağazasında tanışı Zərərçəkmiş şəxs birlikdə işləməsini təklif edərək pul verməsini, alverdən olan qazancdan ona da xeyir verəcəyini vəd verərək etibarından sui-istifadə etməklə, aldadaraq vahid qəsdlə 2019-cu ilin noyabr ayının əvvəllərində işlədiyi həmin mağazada 5000 manat, 2020-ci ilin yanvar ayının ortalarında 3700 manat və 2021-ci ilin mart ayının 5-10 tarixləri arasında 4800 manat pulunu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 13500 manat ziyan vurmaqla, öz vədinə əməl etməyib aldığı pulları qaytarmamaqla dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və Ruhiyyə Əsgərova) 04 avqust 2022ci il tarixli, 1(105)-290/2022 nömrəli hökmü ilə Abşeron Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 1(012)-229/2022 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, məhkumu n müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bəraət hökmündən Dövlət ittihamçısı2 kassasiya protesti və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə Məhkum məhkəmədə cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə verdiyi özünü müdafiə xarakterli ifadəsinə tənqidi yanaşmaq əvəzinə, zərərçəkmiş şəxsin, şahidlərin ifadəl ərinə, ibtidai istintaq orqanının topladığı obyektiv materiallara tənqidi yanaşmaqla, həmin sübutları inandırıcı hesab etməyərək qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə zərərçəkmiş və şahidlərin verdikləri ifadələri nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmişdir. İş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs özgənin əmlakı olan 13500 manat məbləğində dələduzluq yolu ilə ələ keçirməyə nail olmuş və cinayəti başa çatdırmış, belə bir niyyət onda əvvəldən yaranmışdır. Göründüyü kimi, məhkəmənin Məhkum barəsində gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübu tlarla təsdiq edilməmiş, məhkəmə tədqiq edilmiş və özlərinin gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməyərək məhkəmə aktlarında gəldikləri nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olmuş və şərh edilmiş hallarla gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, həmin hallar təqsirləndirilən şəxsin təqsirliliyi məsələsinə təsir göstərməklə işin faktiki hallarına uyğun olmamışdır. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(105)-290/2022 nömrəli bəraət hökmü qanunsuz və əsassızdır. Belə ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmuş, qanunvericiliyin düzgün tətbiq edilməmişdir. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən Məhkum özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməsi tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən belə qənaətə gəlmişdir ki, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verilmiş və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə göstərdikləri məhkəmə tərəfindən özünü məsuliyyətdən azad etmək məqsədilə verilmiş, m üdafiə xarakteri daşıyan qeyrisəmimi ifadə kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən X2 dələduzluq cinayətini törətdiyi məhkəmədə müəyyən olunduğundan onun əməli düzgün olaraq dələduzluq yolu ilə xeyli miqdarda özgə əmlakının ələ keçirilməsi kimi qiymətləndirilməklə barəsində məhkəmənin ittiham hökmü çıxarılmışdır. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən işə aidiyyəti üzrə baxılmasının nəticəsindən elə görünür ki, məhkəmə ədalət mühakiməsini deyil, təqsirləndirilən şəxsin gətirdiyi heç bir mötəbərliyi və əsası olmayan yalnız "quru" sözdən başqa heç nə hesab olunmayan, təqsirləndirilən tərəfin nə ibtidai istintaq və nə də işə birinci instansiya məhkəməsində baxılarkən müraciət etmədiyi quraşdırılmış şahid ifadələrini müdafiə etm iş, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsinin işi yalnız bunun üzərində qurulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti ni qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şika yətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfinin Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar - Zərərçəkmiş şəxs, şahidlər Şahid1 oğlu, Şahid3, Şahid2 ifadələrindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi isə ittiham tərəfinin sübutlarını tədqiq edərək belə nəticəyə gəlmiş dir ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən onun ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə və qanun normalarına istinad etmişlər. Həm ibtidai istintaq zamanı, həm birinci və apellyasiya instansiyası məhkəmələrində Məhkum ona verilmiş ittihamda və təqsirli bilindiyi əməldə özünü təqsirli bilməmiş və göstərmişdir ki, 2019-cu ilin iyun ayında işlətdiyi mağazaya ayaqqabı alıb gətirmək üçün Yadigardan 1 aya 7000 manat pul götürmüş, lakin bir aydan sonra həmin pul qaytara bilməmişdir. Ona görə də onlar razılığa gəlmişlər ki, o hər ay Yadigara 700 manat pul ödəyəcək, yəni, 350 manat əsas puldan çıxılırdı, 350 manat isə götürdüyü 7000 manata qarşılıq aylıq faizi olacaq. Bu minvanla o, Yadigara 15 ay ərzində 10500 manat pul ödəmişdir. O, Yadigara hər dəfə pulun əsas məbləğindən qaytaranda əsas məbləğ azalanda faizdə azalmalı idi, lakin Yadigar faizləri azalmırdı. Həmçinin icarəyə götürdüyü mağazada onun Yadigarla şərikli evlərin alqı-satqısı yeri də var idi, lakin həmin şərikli fəaliyyətindən gəlirin olmadığından o Yadigarı mağazadan çıxarmışdır. Bundan sonra Yadigar onun barəsində polisə şikayət vermişdir. O Yadigardan 13500 manat borc pul almamışdır. Həm bəraət almış şəxs Toğrul Niftəliyevin ifadəsindən, həm Zərərçəkmiş şəxs ifadəsin dən, həm də cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrində görünür ki, Toğrul Niftəliyev və Zərərçəkmiş şəxs arasında uzun müddət şərikli sahibkarlıq fəaliyyəti və borc münasibətləri olmuşdur. Belə ki, Toğrul Niftəliyev öz ifadəsində göstərmişdir ki, o, iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs 7000 manat pulu mağazada satılması üçün mal almaqdan ötrü almışdır. Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid3 və Şahid2 məhkəmədə verdikləri ifadələrdə də göstərmişlər ki, Zərərçəkmiş şəxs Toğrul Həsənova şərikli iş görmək üçün pul vermişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Elşən Ağayev və Rasim Nurəliyev ifadələrində göstərmişlər ki, X5 Həsənova 7000 manat borc olmuş və həmin borca görə X6 Həsənova hər ay 700 manat pul ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutlara qiymət verərək nəticəyə gəlmişdir ki, Toğrul Niftəliyevin və Zərərçəkmiş şəxs arasında pul vəsaitinin ödənilməsi ilə əlaqədar mübahisə mövcuddur və həmin münasibətlər mülki xarakter daşıyır. Bununla yanaşı apellyasiya instansiyası Azərbaycan Respublikası CPM-in 126.3-cü maddəsinin tələbləri baxımından şahidlərin ifadələrinə qiymət verərək nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs Toğrul Niftəliyevə 13500 manat məbləğində pul verilməsi kifayət qədər təsdiq olunmur. Belə ki, bu hal yalnız zərərçəkmiş şəxsin ifadəsi üzərində qurulmuş, şahidlər Şahid1, Şahid3 və Şahid2 isə bu barədə yalnız Zərərçəkmiş şəxs sözlərindən bilib ifadə vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, ittihamın əsaslı olması təqsirləndirilən şəxsə qarşı irəl i sürülmüş ittiham üzrə cinayət tərkibinin hər bir elementinin sübutlarla təsdiq olunmasında ifadə edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində izah edilir ki, dələduzluq c inayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiy asının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Məhkəmələrə izah edilmişdir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Göründüyü kimi dələduzluq cinayətinə görə məsuliyyət yalnız əmlakın aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirməsi halında əmələ gələ bilər, aldatma və ya etibardan sui-istifadə etmə cinayət tərkibinin zəruri elementləri kimi çıxış edir və bu hallar cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmalıdır. Təqsirləndirilən şəxs Məhkum verilmiş ittihamdan görünür ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Xırdalan şəhəri, H.Əliyev prospekti, 1-ci Kristal Abşeron binası qarşısında yerləşən işlədiyi “Toğrul kişi geyimləri ayaqqabı evi" mağazasında tanışı Zərərçəkmiş şəxs birlikdə işləməsini təklif edərək pul ve rməsini, alverdən olan qazancdan ona da xeyir verəcəyini vəd verərək etibarından sui-istifadə etməklə, aldadaraq vahid qəsdlə 2019-cu ilin noyabr ayının əvvəllərində işlədiyi həmin mağazada 5000 manat, 2020-ci ilin yanvar ayının ortalarında 3700 manat və 2021-ci ilin mart ayının 5-10 tarixləri arasında 4800 manat pulunu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 13500 manat ziyan vurmaqla, öz vədinə əməl etməyib aldığı pulları qaytarmamaqla dələduzluq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymadan işin bütün halları tədqiq edilməli, qanuni və əsaslı nəticəyə gəlinməsi üçün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. Həqiqətə söykənməyən qərar qanuni və əsaslı hesab edilə bilməz. İşin hallarından müəyyən olunur ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında şərikli sahibkarlıq və borc münasibətləri mövcud olmuşdur. Belə ki, həm zərərçəkmiş şəxsin, həm təqsirləndirilən şəxsin, həmçinin də şahid qismində dindirilən şəxslərin ilkin və məhkəmə istintaqlarında verdiyi ifadələr ilə də həmin hal müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı dindirilən şahidlərin və təqsirləndirilən şəxsin özünün verdiyi ifadələrdən müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxs olan borcun bir hissəsini ödəmək üçün müəyyən şəxslərdən borca pul almış, bu hal isə Məhkum niyyətinin zərərçəkmiş şəxsi aldatmaq, onun pullarını ələ keçirtmək olmadığını təsdiq etməklə, aralarında pul mübadiləsinin olmasını sübut edir, eyni zamanda Zərərçəkmiş şəxs da ayrı-ayrı vaxt larda Məhkum pul verməsini ifadəsində qeyd etməsi də bu halı təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqaviləni bağlamazdan əvvəl özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olsun. Bu hal isə məhkəmə araşdırması zamanı Məhkum hərəkətlərində müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 126.2-ci maddəsinin tələblərinə görə yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisən i, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. CPM-in 126.3-cü maddəsinə görə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məqam təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs məxsus 13500 manat məbləğində pulunu ələ keçirməsi və ümumiyyətlə həmin məbləğdə pulun Məhkum tərəfindən alınmasına dair düzünə hansı sübutun olması, çünki müəyyən pul məbləğlərinin zərərçəkmişə vermələrini bildirən şahidlər ve rdikləri pulun Məhkum verilməsini yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs sözlərinə görə bilmişlər. Bu halı təsdiq edən digər hal yoxdur. Yəni, bununla bağlı şübhələr var və qanunun tələbinə görə bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəl i sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum Xırdalan şəhəri, H.Əliyev prospekti, 1-ci Kristal Abşeron binası qarşısında yerləşən işlədiyi “Toğrul kişi geyimləri ayaqqabı evi" mağazasında tanışı Zərərçəkmiş şəxs birlikdə işləməsini təklif edərək pul verməsini, alverdən olan qazancdan ona da xeyir verəcəyini və d verərək etibarından sui-istifadə etməklə, aldadaraq vahid qəsdlə 2019-cu ilin noyabr ayının əvvəllərində işlədiyi həmin mağazada 5000 manat, 2020-ci ilin yanvar ayının ortalarında 3700 manat və 2021-ci ilin mart ayının 5-10 tarixləri arasında 4800 manat pulunu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 13500 manat ziyan vurmaqla, öz vədinə əməl etməyib aldığı pulları qaytarmamaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmək məqsədi ilə xeyli miqdarda ziyan vurmaqla törədilməsi və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olmasına əsaslı şübhələr yaradır ki, ittiham tərəfi də bu şübhələri aradan qaldıran h ər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum təqsiri sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası iş hallarını nəzərə alaraq qeyd edir ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində Məhkum tərəfindən zərərçəkmiş şəxsdən alınmış və sonradan onlara qaytarılmış pulların məbləğlərinin fərqli göstərilməsi hazırki cinayət işinin düzgün həlli və bəraət almış şəxsin əməlində cinayət tərkibinin olub-olmamasına dair nəticəyə gəlməsi üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tər kibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki bəraət hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin i ttiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protesti və kassasiya şikayətlərində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq protestin və şıkayətlərin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2022-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azə rbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-106/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-106/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver