Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-106/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3, Bəraət almış şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, “Universal” Vəkil Bürosunun vəkili Əlizadə Rahim Ələkbər oğlunun iştirakları ilə x xxxx 1955-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərba ycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 213.3-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü ilə (hakim Hafiz Kamranov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimli) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olmaqla, hüquqi ünvanı ünvan 3l Tikinti Kooperativinin (VÖEN**********) 01 oktyabr 2017-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə fəaliyyətinə rəhbərlik edərkən, kooperativin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, bina tikintisi fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin və məcburi dövlət sosial sığorta haqlarının hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmış və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin və sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 150.1.7 və 203-206, 219.2-ci və Azərbaycan Respublikası “Sosial sığorta haqqında” qanunun 1, 2, 6, 9-1, 12, 14-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməsinə baxmayaraq, xüsusilə külli miqdar təşkil edən 974.885,18 manat məbləğində vergiləri, 41511,56 manat məbləğində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 20 sentyabr 2013-cü il tarixli, 559 saylı sərəncamına əsasən, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü kilometrliyinin qərb tərəfində 10647,00 kvadrat metr ərazini əhatə edən torpaq sahəsində kommersiya məqsədləri üçün, 2014-cü ilin 1-ci rübündə təməli qoyulmuş, yaşayış sahəsi 16875,32 kvadrat metr, qeyri-yaşayı ş sahəsi 1881,78 kvadrat metr olmaqla, ümumi sahəsi 18757,10 kvadrat metr olan, 3 ədəd, hər biri 1 girişli, 10-12 mərtəbəli yaşayış binasına görə, cəmi 1329614,33 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablamalı və hesablanmış vergini bərabər hissələrlə 10 (on) rüb ərzində, hər rübdə 132961,44 manat olmaqla, sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməli olduğu halda, qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə bəyannamə təqdim etməməklə, 2017-ci ilin 4-cü rübü üzrə 124914,33 manat, 2018-ci ilin 1-ci rübü üzrə 132961,44 manat, 2-ci rübü üzrə 132961,44 manat, cəmi 390837,21 manat, həmin torpaq sahəsində 2018-cü ilin 4-cü rübündə kommersiya məqsədləri üçün təməli qoyulmuş, yaşayış sahəsi 4995,52 kvadrat metr, qeyri-yaşayış sahəsi 554,07 kvadrat metr olmaqla, ümumi sahəsi 5549,59 kvadrat metr olan 1 ədəd, 1 girişli, 10 mərtəbəli yaşayış binasına görə, cəmi 393297,20 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablamalı və hesablanmış vergini bərabər hissələrlə 10 (on) rüb ərzində, hər rübdə 39329,72 manat olmaqla, sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməli olduğu halda, qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə bəyannamə təqdim etməsinə baxmayaraq, 2018-ci ilin 4-cü rübü üzrə 20 iyul 2020-ci il tarixədək ödənilməli olan 39329,72 manat, 20 oktyabr 2020-ci il tarixədək ödənilməli olan 39329,72 manat, 21 yanvar 2021-ci il tarixədək ödənilməli olan 39329,72 manat, cəmi 11 7989,16 manat, həmin torpaq sahəsində 2019-cü ilin 2-ci rübündə kommersiya məqsədləri üçün təməli qoyulmuş, yaşayış sahəsi 4929,46 kvadrat metr, qeyri-yaşayış sahəsi 340,38 kvadrat metr olmaqla, ümumi sahəsi 5269,84 kvadrat metr olan 1 ədəd, 1 girişli, 10 mərtəbəli yaşayış binasına görə, cəmi 367202,0 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablamalı və hesablanmış vergini bərabər hissələrlə 10 (on) rüb ərzində, hər rübdə 36720,20 manat olmaqla, sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməli olduğu halda, qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə bəyannamə təqdim etməsinə baxmayaraq, 2019-cu ilin 2-ci rübü üzrə 20 iyul 2020-ci il tarixə ödənilməli olan 36720,20 manat, xx.xx.2020-ci il tarixə ödənilməli olan 36720,20 manat, 21 yanvar 2021-ci il tarixə ödənilməli olan 36720,20 manat, cəmi 110160,6 manat olmaqla, ümumilikdə 618986,97 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kooperativin 2015-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan dövriyyəsi 2037359,39 manat, əlavə dəyər vergisi 366724,69 manat, büdcədən qaytarılan ƏDV 64911,78 manat, dövlət büdcəsinə ödənilməli ƏDV 301812,91 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisinə cəlb olunan dövriyyəsini 2037359,39 manat, həmin dövriyyədən hesablanmalı və büdcədən qaytarılmalı ƏDV-ni 366724,69 manat göstərərək, 301.812,91 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, o, kooperativ üzrə 2015-ci ilin 2-4-cü rübləri üzrə işçilərə ödənilmiş əmək haqqı 84375,00 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə işçilərə ödənilmiş əmək haqqını 10900,00 manat, həmin məbləğdən 14% hesabı ilə hesablanmış ödəmə mənbəyində tutulan vergini 1526,00 manat göstərərək, 10286,50 manat, 2016-ci ilin 1-4-cü rübləri üzrə işçilərə ödənilmiş əmək haqqı 112500,00 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə işçilərə ödənilmiş əmək haqqını 15600,00 manat, həmin məbləğdən 14% hesabı ilə hesablanmış ödəmə mənbəyində tutulan vergini 2184,00 manat göstərərək, 13566,0 manat, 2017-ci ilin 1-4-cü rübləri üzrə işçilərə ödənilmiş əmək haqqı 112500,00 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə işçilərə öd ənilmiş əmək haqqını 22150,00 manat, həmin məbləğdən 14% hesabı ilə hesablanmış ödəmə mənbəyində tutulan vergini 3521,00 manat göstərərək, 12229,50 manat, 2018-ci ilin 1-4-cü rübləri üzrə işçilərə ödənilmiş əmək haqqı 112500,00 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə işçilərə ödənilmiş əmək haqqını 15000,00 manat, həmin məbləğdən 14% hesabı ilə hesablanmış ödəmə mənbəyində tutulan vergini 3521,00 manat göstərərək, 14% hesabı ilə 13650,00 manat ödəmə mənbəyində tutulan vergini, 2019-cu ilin 1-ci rübü üzrə işçilərə ödənilmiş əmək haqqı 28125,00 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə işçilərə ödənilmiş əmək haqqını 6707,00 manat, həmin məbləğdən 14% hesabı ilə hesablanmış ödəmə mənbəyində tutulan vergini 938,98 manat göstərərək, 12998,52 manat olmaql a, cəmi 52.730,02 manat ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. 2018-ci il üzrə torpaq vergisi bəyannaməsində kooperativin 10647,0 kvadrat metr torpaq sahəsinə görə 903,52 manat torpaq vergisi olduğunu, həmin verginin 451,76 manatının 15 avqust 2018-ci il tarixədək ödəməli olduğunu göstərdiyi halda, həmin vergini ödəməyərək, 451,76 manat, 2020-ci il üzrə torpaq vergisi bəyannaməsində torpaq vergisini 903,52 manat göstərdiyi halda, həmin vergini ödəməyərək, 903,52 manat, cəmi isə 1355,28 manat torpaq vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, 2020-ci ilin 1-ci rübü üzrə kooperativin işçilərinin orta sayı 50 nəfər, onlara ödənilmiş 42950,0 manat əmək haqqından 25% dərəcə ilə hesablanmalı məcburi dövlət sosial sığorta haqqı (MDSS) 10737,50 manat, 1% dərəcə ilə hesablanmalı işsizlikdən sığorta haqqı 429,50 manat olduğu halda, “Vahid hesabat” təqdim etməyərək, 10737,50 manat MDSS və 429,50 manat işsizlikdən sığorta haqqını; 2-ci rübü üzrə “Vahid hesabat”da kooperativin işçilərinin orta sayını 63 nəfər, onlara ödənilmiş 48604,0 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 12151,00 manat, 1% dərəcə ilə hesabladığı işsizlikdən sığorta haqqını 486,22 manat göstərməsinə baxmayaraq, 12151,00 manat MDSS və 486,22 manat işsizlikdən sığorta haqqını; 3-cü rübü üzrə “Vahid hesabat”da kooperativin işçilərinin orta sayını 51 nəfər, onlara ödənilmiş 39440,0 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 9860,0 manat, 1% dərəcə ilə hesabladığı işsizlikdən sığort a haqqını 394,40 manat göstərməsinə baxmayaraq, 9860,0 manat MDSS və 394,40 manat işsizlikdən sığorta haqqını; 4-cü rübü üzrə “Vahid hesabat”da kooperativin işçilərinin orta sayını 39 nəfər, onlara ödənilmiş 29664,0 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 7156,0 manat, 1% dərəcə ilə hesabladığı işsizlikdən sığorta haqqını 296,94 manat göstərməsinə baxmayaraq, 7156,0 manat MDSS və 296,94 manat işsizlikdən sığorta haqqını, cəmi isə 39904,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və 1607,06 manat məbləğində işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-c ü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, vergi orqanı tərəfindən “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 20 may 2019-cu il tarixli qərarla Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə "xxxx" MTK-da 01 aprel 2015-ci il tarixdən 01 aprel 2019-cu il tarixədək vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış, qərar icra üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Bundan sonra "xxxx" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 1 may 2019-cu il tarixli, **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçiriİməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2-1(82)- 2327/2019 saylı qərarı ilə "xxxx" MTK iddiası təmin edilmiş, vergi orqanının 21 may 2019-cu il tarixli, **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı ləğv edilmişdir. Həmin məhkəmə qərarı apellyasiya (24 oktyabr 2019-cu il tarixli, 2-1(103)2490/2019 saylı) və kassasiya (25 fevral 2020-ci il tarixli, 2-l(102)-389/2020 saylı) instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı qüvvədə olduğu halda vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlaması davam etdirilmiş və yoxlamanın nəti cəsi barədə 12 fevral 2020-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı tərtib edilərək "xxxx" MTK barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 aprel 2020-ci il tarixli qərar qəbul edərək MTK-ya əlavə vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan sonra "xxxx" MTK vergi orqanına qarşı məhkəmədə iddia qaldıraraq 6 aprel 2020-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4791/2020 saylı qərarı ilə "xxxx" MTK iddiası təmin edilmiş, vergi orqanının xx.xx.2020-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barə də” qərarı ləğv edilmişdir. Həmin məhkəmə qərarı apellyasiya (12 mart 2021-ci il tarixli, 2-1(103)-1019/2021 saylı) və kassasiya (20 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1726/2021 saylı) instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 may 2019-cu il tarixli **********183645 saylı qərarı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 aprel 2020-ci il tarixli qərarlarını ləğv edən məhkəmə qərarları ilə müəyyən olunmuş halların hazırki cinayət işi üzrə preyudisiya əhəmiyyətinə malik olması mübahisə sizdir. Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə aparılan yoxlamanın nəticələri mötəbər sübut kimi qiymətləndirilə və ittihamın əsasına qoyula bilməz. Belə ki, həmin sübutun mötəbərliyi şübhə yaradır ki, bu isə öz növbəsində həmin nəticənin sübut kimi qəbul edilməsini istisna edir. Yəni həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında və şəxsin cinayət əməlinin törədilməsində təqsirinin müəyyən olunmasında istifadə edilə bilməz. Dövlət ittihamçısı hesab edir ki, məhkəmələrin bəraətin əsası kimi sübut qismində istinad etdiyi həmin məhkəmə qərarlarında qeyd edilənlər işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı Bakı şəhər Lokal Gəlirlər İdarəsi tərəfindən verilm iş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, həqiqətin müəyyən olunması üçün zəruri olan bütün hərəkətləri yerinə yetirməmiş, nəticə etibarı ilə Cinayət-Prosessual Məcəllənin 125, 127.3, 144 və 145-ci maddələrinin tələbləri pozulmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və nümayəndə O.Qafarzadənin, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi R.Əlizadənin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs əsassız olaraq bəraət verilməsi mübahisələndirilir və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının t əyin edilməsi xahiş edilir. Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsinə görə “Bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə görə “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min mana tdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, o nun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edi lməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməs ini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqs iri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilə n məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən, protestdə və şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışlar ı zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində və kassasiya şikayətində irəli sürülən dəlillər, apellyasiya protestinin və apelyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: İbtida i istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 213.3-cü maddəsi ilə xüsusilə külli miqdar təşkil edən 974.885,18 manat məbləğində vergiləri, 41511,56 manat məbləğində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayınmaqda təqsirləndirilir. İş materiallarından görünür ki, vergi orqanı tərəfindən “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarla Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə "xxxx" MTK-da xx.xx.2015- ci il tarixdən xx.xx.2019-cu il tarixədək vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış, qərar icra üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirl ər Baş İdarəsinə göndərilmişdir. Bundan sonra "xxxx" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2327/2019 nömrəli qərarı ilə "xxxx" MTK iddiası təmin edilmiş, vergi orqanının xx.xx.2019-cu il tarixli, **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı ləğv edilmişdir. Həmin məhkəmə qərarı apellyasiya (xx.xx.2019-cu il tarixli, 2-1(103)-2490/2019 nömrəli) və kassasiya (xx.xx.2020-ci il tarixli, 2-1(102)-389/2020 nömrəli) instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qeyd olunan qərarı qü vvədə olduğu halda, vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlaması davam etdirilmiş və yoxlamanın nəticəsi barədə xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı tərtib edilərək "xxxx" MTK barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar qəbul edərək MTK-ya əlavə vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan sonra "xxxx" MTK vergi orqanına qarşı məhkəmədə iddia qaldıraraq 6 aprel 2020-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 2-1(112)-4791/2020 nömrəli qərarı ilə "xxxx" MTK iddiası təmin edilmiş, vergi orqanının xx.xx.2020-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarı ləğv edilmişdir. Həmin məhkəmə qərarı apellyasiya (xx.xx.2021-ci il tarixli, 2-1(103)-1019/2021 nömrəli) və kassasiya (xx.xx.2021- ci il tarixli, 2-1(102)-1726/2021 nömrəli) instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli qərarında göstərilir ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəm ə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Bununla bağlı məhkəmə kollegiyası qanunvericiliyin tələblərini hazırki cinayət işi ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, iddiaçıda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2015 mart - 2019-cu il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə xx.xx.2019-cu il tarixli növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə q ərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmiş, lakin vergi orqanı tərəfindən "xxxx" MTK növbədənkənar vergi yoxlaması davam etdirilmiş, yoxlamanın nəticəsi barədə xx.xx.2020ci il tarixli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya əlavə vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin həmin vergilərin ödənilməsi iddiaçıdan tələb edilmişdir. İnzibati akt olan vergi orqanının 6 aprel 2020-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.201 9-cu il tarixli qərarının hüquqi nəticəsi olduğu (yəni ləğv edilmiş qərar əsasında keçirilmiş vergi yoxlaması əsasında qəbul edildiyi) üçün məhkəmələr tərəfindən ləğv edilmişdir. CPM-nin 65.7-ci maddəsinə əsasən “Məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir.” CPM-nin 142.2-ci maddəsində də təsbit edilmişdir ki, “Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olubolmaması nəticəsini əvvəlcədən həll etmi r.” CPM-nin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. İstinad edilən normalardan görünür ki, mülki, inzibati, komersiya işləri üzrə icraatlarda çıxarılmış, qanuni qüvvəyə minmiş qərarlarla müəyyən edilmiş hadisəyə və ya şəxsin hərəkətlərinə aid edilə bilən hallar, əgər həmin hallar cinayət prosesində də sübutetmə predmetini təşkil edirlərsə, cinayət prosesinin istər məhkəməyədək, istər sə də məhkəmə icraatı mərhələlərində nəinki yenidən sübut edilməməli, onlar artıq sübut edilmiş sayıldığı üçün hətta həmin halların mübahisləndirilməsinə, müvafiq olaraq da həmin məsələlər üzrə faktların fərqli şəkildə müəyyən edilməsinə belə y ol verilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə də cinayət məsuliyyəti hüquqi məsuliyyətin publik-hüquqi, mülki-hüquqi məsuliyyət isə bərpaedici növünə aid edildiyindən eyni bir faktlara görə şəxsin həm mülkihüquqi, həm də cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə tərəfindən vergi qanunvericiliyinin pozulması ilə bağlı çıxarılmış, qanuni qüvvəyə minmiş qərarların preyudisiallığına dair məsələyə də eyni yanaşma tətbiq olunmalı, onların cinayət prosesində məcburiliyi müstəsna olaraq hadisənin və yaxud hərəkətin və ya hərəkətsizliyin olub-olmaması hissəsində tanınmalıdır. Ona görə də vergi orqanının vergi ödəyicisinin vergilərin ödənilməsindən yayınması ilə bağlı olan ver gi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından verilmiş şikayətə baxılarkən inzibati məhkəmənin müəyyən etdiyi vergilərin hesablanması üçün əsas olmuş vergi ödəyicisinin dövriyyəsi, vergilərin məbləği, vergilərin qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi, həmin vergilər üzrə borcların miqdarı CPM-in 67.5, 142.2-ci maddələrində göstərilən “hadisə” və yaxud “hərəkət və ya hərəkətsizlik” anlayışları ilə ehtiva olunan və bu səbəbdən cinayət-prosessual qanunun 141.1.3-cü maddəsinə əsasən istər ibtidai istintaqda, istərsə də məhkəmədə vergidən yayınma cinayəti üzrə araşdırma aparılarkən bu araşdırmanın da sübutetmə predmetini təşkil etdiyi üçün müstəntiq, prokuror və ya məhkəmə tərəfindən nəinki yenidən sübut edilməsinə zərurət olmayan, hətta cinayət pro sesində mübahisələndirilməsinə belə yol verilməyən artıq müəyyən olunmuş faktlar kimi qəbul edilməlidir. Cinayət prosesində inzibati məhkəmənin qərarının məcburliyi müstəsna olaraq hər iki icraatda baxılan işin sübutetmə predmetinə daxil olan faktlar barədə hissəsinə şamil edildiyi üçün inzibati məhkəmənin çıxardığı hüquqi nəticələr, o cümlədən müəyyən edilmiş faktların hüquqi dəyərləndirilməsi, vergi orqanının qərarından verilmiş iddianın mahiyyəti üzrə nə cür həll edilməsi cinayət prosesisinin məqsədləri üçün məcburi deyil. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət prosesində sübutetmə predmetini təşkil edən hallar inzibati məhkəmədə aparılan icraatda araşdırılmayıbsa və inzibati məhkəmənin qərarında sübutlara əsasən müəyyən edilmiş hallar kimi göstərilməyibsə, həmin məhkəmə nin qərarı sözügedən hallara münasibətdə preyudisal əhəmiyyətli qərar kimi nəzərdən keçirilə bilməz. O cümlədən, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən “vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas” olduğuna, həmin Məcəllənin 49.2-ci maddəsi isə “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillərin və bu dəlillərin yoxlanılması üzrə nəticələrin” əks etdirilməsini tələb etdiyinə görə, qeyd olunan tələbə əməl olunmaması özü-özlüyündə, yəni hesablanmış verginin nə qədər olması, büdcəyə ödənilməli olan borcun məbləği və vergidən yayınma ilə bağlı c inayət prosesində sübutetmə predmetini təşkil edən digər məsələlər haqqında hər hansı bir hal müəyyən edilmədən inzibati məhkəmə tərəfindən vergi ödəyicisinin iddiasının təmin olunması və vergi orqanının qərarının ləğv edilməsi haqqında qərarın çıxarılmasına səbəb ola bilər. Belə olan halda inzibati məhkəmənin qərarı, baxmayaraq ki, həmin qərarla vergi orqanın qərarı ləğv edilmişdir, cinayət prosesində sübut edilmə predmetini təşkil etməklə vergidən yayınma hadisəsini xarakterizə edən faktiki hallara münasibətdə preyudisial əhəmiyyət kəsb edən və vergi ödəyicisinin CM-in 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alan qərar kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki,inzibati məhkəmənin həmin qərarında göstərilənlərdən cinayət prosesində sübut e dilmədən azad olunan fakt kimi o hal qəbul oluna bilər ki, vergi orqanının vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarı Vergi Məcəlləsinin 49.2-ci maddəsinin göstərilən tələbinə cavab vermir və belə vəziyyətdə həmin hal cinayət prosesində vergi orqanının qərarının sübut kimi mümkünlüyü qiymətləndirilərkən həmin qərarın mötəbərliyini istisna edən və cinayət prosesi çərçivəsində vergi yoxlamasının yenidən təyin edilməsini tələb edən əsas kimi qiymətləndirilməlidir. Məhkəmə koillegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən qeyd edilən tələblərə əməl edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq belə nəticəyə gəlmişlər ki, “Azərbaycan Respublikası Ve rgilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********183645 saylı qərarının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının vergi qanunvericiliyinin tələblərinin pozulması ilə aparılan yoxlama kimi qiymətləndirilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan,həmin yoxlamaların nəticələri mötəbər sübut kimi qiymətləndirilə və ittihamın əsasına qoyula bilməz. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-bir i ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət h adisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi i ttiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onların təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblə rini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-106/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-106/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver