Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1060/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.2 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-18/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mətanət Hacıyeva), Məhkum, xx xxxx 1991-ci ildə Ağcabədi rayonunun Aşağı Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olan və ünvan 1 mənzil 43 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cin ayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxx 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Z.Bünyadov prospektindən metronun “Koroğlu” stansiyası istiqamətində yerləşən körpünün üzərində idarə etdiyi “Tesla”markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes-Benz E-280” markalı, **BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona yol vermədiyini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ötmə əməliyyatı edib idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısına verib sonuncunu dayanmağa məcbur edərək, avtomobildən düşüb, magistral yolda hərəkət axınına maneçilik törədərək, süni surətdə tıxac yaranmasına səbəb olmaqla digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərər ək sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs1 yaxınlaşıb zor tətbiq edərək yumruqla sifət nahiyəsindən vurmaqla, ona alt dodağın iç selikli qişasının əzilmiş yarası xəsarəti yetirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmçinin Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes-Benz E-280” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısına ayaqla zərbə vuraraq əzib əmlakını zədələmiş, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 vətəndaşlıq borcunu yerinə yetirərək onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən, sonuncuya müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 qolundan əli ilə tutub kənara itələməklə ona dirsək oynağının bayır səthinin sıyrığı ilə müşayiət olunan dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən Məhkum tərəfindən verilən apellyasiya şikayəti və əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-371/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Rəşad Abdulov, hakimlər Əli Seyfəliyev və Qədim Babayevdən ibarət tərkibdə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasi ya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiyası məhkəməsinin bu hökmü, əsassız, qanunsuz, ədalətsiz və qərəzli olduğundan ləğv olunmalı, apelyasiya şikayətinə tam istintaq aparılmaqla baxılmalı və cinayət hadisəsi olmadığına, habelə təqsirliliyi sübuta yetirilmədiyinə görə Pərviz Nərimanovun barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş kobud qanun pozuntularına, müdafiə tərəfinin vəsatətlərinə və CPM-in 397.2-ci və 397.3.2-ci maddələrinin tələblərinə əhəmiyyət vermədən öz növbəsində irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassı z olaraq imtina etmiş, irəli sürülmüş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiqini məhdudlaşdırmış, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsinin yol verdiyi kobud qanun pozuntularının aradan qaldırılması məqsədi ilə və törədilməsi ehtimal edilən cinayət əməlinə obyektiv qiymət verilməsini və məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığından məhkəmə baxışını məhkəmə istintaqı ilə aparılması barədə vəsatətimizi öz qərarında uzun-uzadı şərh etsə də qərarını əsaslandırmadan təmin etməmiş, zərurətdən irəli gəlməsinə baxmayaraq CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, sübutları tədqiq etmədən məhkumun təqsirliliyi barədə qərarını əsaslandırarkən yolverilməz s übutlara istinad etmiş, cinayət tərkibinin əlamətləri olmadan çıxarılmış məhkəmə hökmünü dəyişdirmədən qüvəsində saxlamış, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmünü ləğv etməmiş, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Həmçinin məhkumun təqsirsizliyini təsdiq edəcək sübutların əldə edilməsinə şərait yaratmamış və onun pozulmuş hüquqlarının bərpasına yönəldilmiş vəsatətlərimizi təmin etməmişdir. Halbuki, ittiham aktında ehtimal edilən cinayətin törədilməsinin əsil motivi və ümumiyyətlə ehtimal edilən cinayət hadisəsi ilə əlaqədar mühüm hallar göstərilməmiş və ya təhrif edilmişdir. Eyni zamanda ittiham aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar öz əksini tapmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CMin 221.2.2-ci maddəsi ilə təqsirli bilərkən hadisənin ictimai yerdə baş verməsi faktına, avtomaşına 200 manat məbləğində ziyan vurulmasına, məhkəmə-tibbi ekspertizasının rəylərinə, zərərçəkmiş kimi tanıdığı şəxslərin ifadələrinə, müşahidə kameralarından alınmış görüntülərə, hadisə yerinə baxış protokoluna və ifadəsi saxtalaşdırılan şahid X3 ifadəsinə istinad etmişdir. Kassator qeyd etmişdir ki, istintaq orqanın və birinci instansiya məhkəməsinin istinad etdikləri bu sübutlar ehtimal edilən hadisənin ictimai yerdə baş verməsi faktı istisna olunmaqla, kobud qanun pozğunluğu ilə əldə edildiyindən və bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilmiş hallarına əsaslı şübhələr olduğund an cinayət işi üzrə sübut kimi qəbul edilə bilməz və məhz məhkəmə hazırlıq iclasında ittihamın ümumi həcmindən xaric edilməli idi. Lakin, birinci instansiya məhkəməsi qərəzli şəkildə bunu etməmişdir Hadisə şəxsi münasibətlər zəminində yəni, Mahirin qanunsuz hərəkətləri nəticəsində, başqa sözlə “ötmə əməliyyatı aparmaq üçün ona maneçilik törətməsi, maşınını sürtməsi və bununla da Zərərçəkmiş şəxs1 İXM-in 327.1-ci maddəsinin tələblərinin pozması nəticəsində baş vermişdir. Məhkum davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsd mövcud olmadığından xuliqanlıq cinayət tərkibi yaranmır. İbtidai istintaq təqsirləndirilən şəxsə belə bir ittiham elan edərkən istintaq hərəkətlərini tam, hərtərəfli və obyektiv aparmayaraq cinayətin mötivini saxtalaşdırmışdır. İşə tam, hərtərəfli və obyektiv baxılması məqsədi ilə CPM-nin 144-cü maddəsinin tələbləri baxımından tərəfimdən şahid - X3 ifadəsindəki məlumatların həqiqiliyinin yoxlanılması üçün hadisə yerinin bərpa edilməklə həmin vəziyyətdə şahidin ehtimal edilən hadisənin detallarının qavranılmasının mümkünlüyünü müəyyən etmək üçün istintaq ekspermenti keçirilməklə, yəni əlavə istintaq hərəkətlərinin aparılması barədə qərar qəbul edilməsi barədə vəsatət versə də, bu vəsatəti də əsaslandırılmadan təmin edilməmişdir. Bundan başqa ehtimal edilən cinayət hadisəsinin baş vermə faktiki hallarından görünür ki, Məhkum qəsdi və niyyəti birbaşa ictimai qaydanı pozmağa, cəmiyyətə qarşı açıqdan–açığa hörmətsizlikdə ifadə olunan hərəkətlər etməsinə yönəlməmişdir. Eyni zamanda müstəntiq xuliqanlıq cinayətinin tərkibini yaratmaq məqsədi ilə saxt a bir arayış alaraq hesab etmişdir ki, guya təpiklə Zərərçəkmiş şəxs1 avtomaşının vuraraq ona 200 manat məbləğində zərər yetirmişdir. Cənab müstəntiq Pərvizin əməlini tövsif edərkən bu faktdan tövsif edici əlamət kimi istifadə etmişdir. Hesab edirəm ki, ibtidai istintaq müstəntiq Cəmşid Sadıqov tərəfindən tərtib edilmiş məhkəmə tibbi-ekspertizasının təyin edilməsi haqqında 04 iyun və xx xxxx 2019-cu il tarixli Qərarları Azərbaycan Respublikası CPM-in 52.3-cü maddəsinin tələblərinin pozulması ilə çıxarılmışdır. Hər iki məhkəmə-tibbi rəyi əsaslandırılmamışdır və bu rəylər şübhəli rəylərdir mötəbər sübut kimi qəbul oluna bilməz. Bunun üçün tərəfimdən şübhəli ekspert rəylərinin həqiqiliyinin müəyyən edilməsi barədə təkrar məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də və v əsatət Məhkum pozulmuş hüquqlarının bərpasına yönəlsə də əsaslandırılmadan təmin edilməmişdir. Sonda rəylərin sübutların siyahısından xaric edilməsi barədə vəsatətim də müstəntiq tərəfindən əsaslandırılmadan təmin edilməmişdir. Nəticədə istintaq orqanı foto şəkillər olmadan tərtib edilmiş bu saxta rəylərə mötəbər sübut kimi istinad etmişdir. Beləliklə, Məhkum qarşı irəli sürülmüş ittihamın faktiki məzmununa və müvafiq olaraq məhkəmənin müəyyən edilmiş saydığı Məhkum əməllərini təşkil edən faktiki hallara baxdıqda, aydın olur ki, ibtidai istintaq orqanı və onun ardınca məhkəmələr Cinayət Məcəlləsinin 221.2-ci maddəsində təsbit edilmiş əlamətləri, və yaxud bu əlamətləri yaradan faktiki halları müəyyən etmədən onu CM-nin 221.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi haqqında nəti cəyə gəlmişlər. Odur ki, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Nizami Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasına dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli Qərarını ləğv edib, cinayət işini apelyasiya instansiya məhkəməsində yenidən baxılmağa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağı dakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətlərin in başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, məhkuma qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsidir. Məhkum verilmiş Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsinin dispozisiyasına görə “ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlı, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” edilməlidir. İşin materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsində də ifadə verərək göstərmişdir ki, o, xx xxx 2019-cu il tarixdə saat 20:20 radələrində idarə etdiyi “Tesla” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospektində yolun sol hərəkət zolağı ilə hərəkət edərkən “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə təxminən 2 km qalmış, “SOCAR” yanacaqdoldurma məntəqəsinə çatmamış qarşısında gedən avtomobilin saatda 63 km sürətlə hərəkət etdiyini görmüşdür. Həmin yolda hərəkət sürətinin yuxarı həddi saatda 90 km-dir. Bir neçə dəfə işıq və səs siqnalı ilə sürücüyə işarə versə də sürücü ona yol ver məmişdir. O, avtomobili sağ tərəfdən keçmək istəyərkən sürücü avtomobili ilə onu sıxmış, o, avtomobili sol tərəfdən keçmək istəyərkən yenə sürücü avtomobili ilə onu sol tərəfə sıxmışdır. Sürücü avtomobili ilə onun idarə etdiyi avtomobili sıxarkən onun avtomobilini sürtmüşdür. “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə qalxan zaman həmin avtomobil yolun sağ hissəsinə keçmişdir. O, idarə etdiyi avtomobili həmin “Mercedes-Benz E-280” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına sürüb dayanmağı təklif etmiş, sürücü avtomobili saxlamışdır. O, avtomobilindən düşüb həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 öz iradını bildirmişdir. O, avtomobildən düşüb yaxınlaşarkən Zərərçəkmiş şəxs1 “123 dövlət qeydiyyat nişanlı avtomobil sürürsən deyə yol verməliyəm sənə, ay g örməmiş” demişdir. O, əsəbiləşib Mahirə öz iradını bildirmişdir. Zərərçəkmiş şəxs1 avtomobilindən yerə düşməmiş, “Mercedes” markalı avtomobildə sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs2 avtomobildən düşüb ona yaxınlaşaraq “Siz ona fikir verməyin” demiş və onu öz avtomobilinə tərəf aparmışdır. O, avtomobilinə çatanda yenə sürücünün onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmiş, əsəbiləşib yenidən həmin maşına tərəf gəlib sürücünün söyüşlərinə qarşılıq vermiş, sonra öz avtomobilinə minib yoluna davam etmişdir. Mahir ona qarşı nalayiq ifadə işlətdikdən sonra o, cavab olaraq Mahirə qarşılıq vermişdir. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qapısına və ya digər hissəsinə təpik vurmamışdır. O, 7-8 ay əvvəl sağ ayağından əməliyyat olunmuş, ayağında cihaz vardır. Mahir onu vuracağını fikir ləşmiş və ona “gəl vur” demiş, o, isə vurmamışdır. O, ictimai qaydanı pozmamışdır ki, Zərərçəkmiş şəxs2 də onu bu qaydaları pozmamağa dəvət etsin. Şücaət sadəcə ona Mahirə baş qoşmamağı təklif etmiş, o da Şücaətin sözünə əməl etmiş və öz avtomobilinə tərəf getmişdir. Şücaət də onunla birlikdə avtomobilə tərəf getmişdir. O, Zərərçəkmiş şəxs2 qarşı heç bir zor tətbiq etməmiş, qolundan tutub itələməmişdir. Kobudluq etdiyini etiraf edir, zərərçəkmiş şəxslər yaşca ondan böyükdür, zərərçəkmiş şəxslərdən üzr istəyir. Zərərçəkmiş şəxslərə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onun avtomobilini sürtdüyü üçün zərərçəkmiş şəxsin avtomobilini saxlatdırmışdır. Onun zərərçəkmiş şəxsə qarşı qərəzli hərəkətlər etmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxslərlə barışmışdır, onların heç bir şikayətləri yoxdu r. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmə baxışında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, xx xxx 2019-cu il tarixdə saat 20:20 radələrində idarə etdiyi “Ford Tranzit” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospektində yolun sağ hərəkət zolağı ilə hərəkət etmişdir. Z.Bünyadov prospektindən “Koroğlu” metrostansiyası istiqamətində gedən körpünün üzərinə qalxan zaman qarşıda “Tesla” markalı avtomobil iki zolaqlı hərəkət hissəsinin tam ortasında “Mercedes-Benz E280” markalı avtomobilin qarşısını kəsərək dayandırmışdır. “Tesla” markalı avtomobilin sürücüsü Məhkum öz avtomobilindən düşüb “Mercedes” markalı avtomobilin sol qabaq qapısının qarşısına gəlib sürücü Zərərçəkmiş şəxs1 yaxınlaşaraq ona nə isə demişdir. Hiss olunurdu ki, Mahirə əl işarəsi ilə “aşağı düş” demişdir. Bu vaxt “Mercedes” markalı avtomobilin sərnişini düşərək Pərvizi öz avtomobilinə tərəf aparmışdır. Pərviz bir daha Mahirin avtomobilinə yaxınlaşmış, Mahir avtomobildən düşməmişdir. Bundan sonra “Mercedes” markalı avtomobildəki sərnişin Pərvizi avtomobilinə tərəf aparmışdır. Pərviz bu dəfə avtomobilinə oturub sürüb getmişdir. Hadisə zamanı nalayiq söz eşitməmişdir Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, heç bir xuliqanlıq əməlini törətmədiyini bildirir. Buna baxmayaraq, nə ittiham orqanı, nə də məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü dəlilləri yoxlamamış, bu dəlillərin təkzib edilməsinə səy göstərməmişdir. Məhkəmə, zərərçəkmiş şəxsləri n məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə kifayətlənmiş. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə saat 20:20 radələrində idarə etdiyi “Mercedes-Benz E-280” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospektində yolun sağ zolaqları üzrə intensiv hərəkət olduğundan sol hərəkət zolağı ilə həmin ərazidə müəyyən edilmiş saatda 90 km sürətlə hərəkət etmişdir. O, yolun sol hissəsi ilə avtomobili idarə edən zaman Məhkum onun idarə etdiyi avtomobilin sağ hissəsi ilə hərəkət etmiş və onu sol tərəfə sıxışdırmışdır. O, qarşısında avtomobil getdiyi üçün sürüb gedə bilməmiş, imkan tapan kimi yolun sağına keçmişdir. Bundan sonra Pərviz idarə etdiyi avtomobillə Z.Bünyadov prospektindən “Koroğlu” metrostansiyası istiqamətində gedən körpünün ü zərində onun idarə etdiyi avtomobilin qarşısını kəsərək avtomobildən düşüb onun avtomobilinin sol qabaq qapısının qarşısına gəlmiş və nalayiq ifadələrlə onu təhqir edib israrla avtomobildən düşməyini tələb etmişdir. O, avtomobildən düşmədikdə Pərviz ünvanına nalayiq ifadələr işlətməkdə davam edərək yumruq zərbəsi ilə bir neçə dəfə onu sifət nahiyəsindən vurmuşdur. Avtomobilində sərnişin kimi əyləşmiş tanışı Şahiyev X1 öz avtomobilinə tərəf aparmışdır. Bu zaman Pərviz Şücaəti kənara itələyərək bir daha avtomobilinə yaxınlaşmış və təpik zərbəsi ilə avtomobilin qabaq sol qapısına bir dəfə zərbə vurmuşdur. Nəticədə avtomobilinin qapısı əzilmişdir. Hadisə zamanı o, heç bir nalayiq ifadə işlətmədən Pərvizi sakitləşdirməyə çalışmışdır. Hadisənin şahidi avtomobilində olan X6 və yolun hərəkət istiq amətində onun avtomobilinin arxasında dayanmağa məcbur olmuş avtomobillərdə və avtobusda olan tanımadığı şəxslər olmuşlar. Pərviz maşınını onun maşınının qarşısına verib saxlayanda nə o, nə də Şücaət Pərvizin maşınının nömrəsinə və markasına diqqətlə fikir verməmişlər. Pərvizin “123” nömrəsi ilə bağlı ifadəsində bildirdikləri tamamilə yalandır. Pərviz onu nalayiq küçə söyüşləri ilə söyərək, yumruq zərbəsi ilə vuraraq maşından düşməyini tələb etmiş, o, heç bir nalayiq ifadə işlətməmişdir. Hətta o, maşından düşmədiyi halda avtomobilin içərisində nalayiq ifadə işlətsəydi belə onu bayırda heç kim eşidə bilməzdi. Çünki körpünün üstündə, maşınların gediş-gəlişinin gur olduğu yerdə, arxada saxlamağa məcbur olmuş sürücülərin verdiyi səs siqnallarından nəsə eşitmək mümkün deyildir. Əgər o, söyüş sö ysəydi Şücaət də eşidərdi, Pərviz Şücaətin yanında olmuşdur. Ona dəymiş ziyan ödənilmişdir, Məhkum ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bundan sonra da olmayacaqdır. Məhkəmədən Məhkum məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxx 2019-cuil tarixdə saat 20:20 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes-Benz E-280” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Mahir idarə etdiyi avtomobillə Z.Bünyadov prospektində yolun sağ zolaqları üzrə intensiv hərəkət olduğundan sol hərəkət zolağı ilə saatda 90 km sürətlə hərəkət etmişdir. Mahir yolun sol hissəsi ilə avtomobili idarə edən zaman Məhkum Mahirin idarə etdiyi avtomobilin sağ hissəsi ilə hərəkət etmiş və avtomobili sol tərəfə sıxışdırmışdır. Mahir qarşısında avtomobil getdiyi üçün sürüb gedə bilməmiş, imkan tapan kimi yolun sağına keçmişdir. Bu zaman Məhkum idarə etdiyi avtomobillə Z.Bünyadov prospektindən “Koroğlu” metrostansiyası istiqamətində gedən körpünün üzərində Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qarşısını kəsərək avtomobilindən düşüb onların avtomobilinin sol qabaq qapısının qarşısına gəlib nalayiq söyüşlərlə Mahiri təhqir edərək israrla avtomobildən düşməsini tələb etmişdir. Bu zaman Pərviz maşının içərisində oturan Mahiri yumruq zərbələri ilə vurmuşdur. Mahir avtomobildən düşmədikdə Pərviz onun ünvanına nalayiq ifadələr işlətməkdə davam edərək yumruq zərbəsi ilə Mahiri sifət nahiyəsindən vurmuşdur. O, oturduğu oturacaqdan Mahirin üstünə uzanı b sifətini yumruq zərbəsindən qorumuşdur. Pərvizin Mahirə qarşı həddindən artıq aqressiv olduğunu görüb avtomobildən düşərək Pərvizi öz avtomobilinə tərəf aparıb sakitləşdirməyə səy göstərmişdir. Pərvizin avtomobilinin qabaq hissəsinə çatanda avtomobillərin səsindən tam eşitməsə də Mahir nəsə demiş, Pərviz sakitləşməyərək onu itələmiş və bir daha Mahirin avtomobilinə yaxınlaşmışdır. Mahirin maşınının qapısını yenidən açmış və yenə nalayiq söyüşlərlə maşından düşməsini tələb etmiş, Mahir maşından düşməmişdir. O, Pərvizə yenidən yaxınlaşan zaman Pərviz təpiklə Mahirin maşınının qapısına vurub əzmişdir. Yenə də o, Pərvizi avtomobilinə tərəf aparıb sakitləşməsini xahiş etmiş, Pərviz avtomobilinə oturub sürüb getmişdir. Pərvizi tutub maşınına tərəf aparanda Pərviz onu qolundan tutmuş və onu itə ləyən zaman dırnağı ilə onun sol qolunun dirsək hissəsindən cızmışdır. Hadisə zamanı Mahir heç bir nalayiq ifadə işlətməmişdir. Məhkum ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həm təqsirləndirilən şəxs Məhkum, həm də zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, onların arasında mübahisə avtomobil yolunda zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilin təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə yol verməməsi səbəbindən yaranmışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. B.Yusifovanın işi üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükə li nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir.” Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir: “Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. İşdən göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs1 arasında olan mübahisə avtomobil yolunda sürücülər avtomobil sürücülərinin arasında baş versə də, Məhkum niyyətinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərilməsinə yönəlməsi barədə məhkəmələrin gəldiyi nəticə kifayət qədər əsaslandırılmamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyekti v araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 221.2.2-c i maddəsi ilə verilmiş ittiham üzrə hökm çıxararkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Ona görə də məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin yuxarıda qeyd edilmiş maddədə nəzərdə tutulmuş cinayətin tərkibini yaratması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyini də kifayət qədər əsaslandırılmış saya bilmir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx xxxx 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx xxxx 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Məhkumnin Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi nəticəni tam əsaslandırılmış kimi qəbul edə bilmir. İşdən görünür ki, hökmdən narazı qalan Məhkum ondan apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubl ikası CPM-in 392.3-cü maddəsinin tələbinə görə birinci instansiyası məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum apellyasiya şikayətində göstərdiyi dəlilləri tədqiq edərək onlara qiymət verməmiş, bu dəlilləri nəyə görə əsassız hesab etməsini qəbul etdiyi qərarında göstərməmiş, hansı əsaslara görə belə nəticəyə gəldiyini şərh etməmişdir. Bu baxımdan da, məhkəm ə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticəni tam əsaslandırılmış hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri qismən əsaslı oldu ğundan kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayətləri qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1060/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1060/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver