Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1060/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 d ekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (hakim Tərlan Nüsrətov) 1(036)-020/2021 nömrəli 02 mart 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1990-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, İmişli şəhəri, Heydər Əliyev prospekti, 127 saylı evdə qeydiyyat olan və yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 17 sentyabr 2020-ci il tarixdən hesabl anmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə 31 iyul 2020-ci il tarixdə, saat 12:30 radələrində İmişli şəhəri, P.Həsənov küçəsi, 133 saylı evdə yaşayan dayısı Zərərçəkmiş şəxs Mirqafar oğlunun evinə açıq pəncərədən qanunsuz daxil olaraq evin mətbəxində yerləşən soyuducunun üzərindən 258 (iki yüz əlli səkkiz) manat məbləğində nağd pulu, evin yataq otağında yerləşən paltar dolabının üzərindəki şüşə qabın içərisində saxlanılan 2000 (iki min) manat dəyərində 1 (bir) ədəd 25 qram çəkidə 750 əyarlı üzərində brilyant qaş olan boyunbağını, 1625 (min altı yüz iyirmi beş) manat dəyərində 1 (bir) ədəd 25 qram çəkidə 583 əyarlı klonu, 480 (dörd yüz səksən) manat dəyərində 1 (bir) ədəd 6 qram çəkidə üç qotazlı formalı 750 əyarlı qadın üzüyünü, 1170 (min yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd 18 qram çəkidə 583 əyarlı tros boyunbağını, 400 (dörd yüz) manat dəyərində 1 (bir) ədəd 5 qram çəkidə paxlava naxışlı 750 əyarlı boyunbağını, 1040 (min qırx) manat dəyərində 1 (bir) ədəd 16 qram çəkidə 583 əyarlı qadın qol saatını, 325 (üç yüz iyirmi beş) manat dəyərində 1 (bir) ədəd 5 qram çəkidə üç qaşlı 583 əyarlı qadın üzüyünü, 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) cüt 10 qram çəkidə 750 əyarlı sırğanı, 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd 10 qram çəkidə 750 əyarlı qadın üzüyünü, 400 (dörd yüz) manat dəyərində 1 (bir) ədəd 5 qram çəkidə 750 əyarlı kulonu, 2730 (iki min yeddi yüz otuz) manat dəyərində 1 (bir) ədəd 42 qram çəkidə 583 əyarlı boyunbağını, 325 (üç yüz iyirmi) manat də yərində 1 (bir) ədəd 5 qram çəkidə 583 əyarlı kişi qolbağını, 325 (üç yüz iyirmi) manat dəyərində 1 (bir) ədəd 5 qram çəkidə 583 əyarlı qadın qolbağını, 195 (yüz doxsan beş) manat dəyərində 1 (bir) cüt 3 qram çəkidə 583 əyarlı sırğanı, 260 (iki yüz altmış) manat dəyərində dəyərində 1 (bir) ədəd 4 qram çəkidə sadə qaşlı 583 əyarlı qadın üzüyünü, 70 (yetmiş) manat dəyərində 1 (bir) ədəd qızılı rəngli bijuteriya qol saatını, 60 (altmış) manat dəyərində 1 (bir) ədəd qızılı rəngli bijuteriya qolbağı, 50 (əlli) manat dəyərində 1 (bir) ədəd qızılı rəngli bijuteriya üzüyü, 90 (doxsan) manat dəyərində 3 (üç) cüt qızılı rəngli bijuteriya sırğanı gizli yolla talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 13403 (on üç min dörd yüz üç) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi) Elşad Əliyev və Məhəmməd Bağırovdan ibarət tərkibdə) 1(106)-451/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il qərarının ləğv edilməsi və ittiham olunduğu CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələri barəsi ndə qərəzli hökm və qərar qəbul etmişlər. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən, onun cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirdiyini, ailə vəziyyətinin ağır olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almamış, cəza növünün yuxarı həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikay ətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Həmin Məcəllənin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM -in 177.2.3 və 177.2.4-cü maddələri üzrə ona təyin edilmiş cəzanın yuxarı həddə müəyyən edilməsi qanunsuz və əsassızdır. İş materiallarından görünür ki, Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə icraat zamanı verdikləri ifadələrlə və işin digər materialları ilə tam təsdiq edilir. Kassasiya kollegiyası məhkəmələrin cinayət-prosessual və cinayət qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə da ir məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr ona cəzanı yüngülləşdirən halların nəzərə almadan ağır cəza təyin etmişlər. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təy in olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərili r ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, onun cinayətlərinin residivini isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddəl ərində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, onun əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apelyasiya instansiyası məhkəməsi cinayət işinə məhkumun apelyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hökmü dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci və apelyasiya instansiyası məhkəmələrinin Məhkum azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cinayət qanunu normalarına uyğun olduğundan əsaslı hesab etsə də, qeyd edir ki, məhkəmələr Məhkum həmin cəzanın həddi müəyyən edərkən əsassız olaraq onun əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kim i nəzərə alaraq, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 aprel 2009-cu il tarixli hökmü ilə 2008-ci ili oktyabr-noyabr aylarında Azərbaycan Respublikası CM-in 177.2.1, 177.23, 181.2.1, 182.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə məhkum edilmiş CM-in 66.3-cü maddəsinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinay ət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.2-ci maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Məhkumluğu yaradan cinayətləri törədərkən yetkinlik yaşına çatmamışdır. Buna baxmayaraq məhkəmələr Məhkum hazırki cinayət işi üzrə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 18.4.2-ci maddəsinin tələblərinə zidd olaraq onun əməlində cinayətlərin residivinin olmasına dair nəticəyə gəlmiş, bunu cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq daha yuxarı həddə cəza müəyyən etmişlər. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum barəsində təyin ediləcək cəza müddətini müəyyən edərkən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi əsassız nəzərə alaraq Cinayət Məcəlləsinin yuxarıda qeyd edilmiş normasını düzgün tətbiq etməmişlər. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuni hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyas iya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində cinayətlərin residivinin olmasına dair müddəalar hökmdən və apelyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməli və Azərbaycan Respublikası CM-in 58.1 və 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq ona daha aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Ona görə də məhkəmə kollegiyası Məhkum daha aşağı həddə cəza təyin edilməklə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1060/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1060/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver