Məhkəmə qərarları › İş №1(102)-1061/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1061/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1061/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Fərhad Əbdülkərim oğlu Kərimovdan ibarət tərkibdə, Aytac Səfa qızı Əhmədlinin katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, 09 aprel 1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhk um olunmamış, Bərdə şəhəri, Bərdə rayonu, Türkmən kəndində yaşayan, Məhkum İsrail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.1 maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məhərrəm Allahverdiyev) Məhkum İsrail oğlu – CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək, təyin edilmiş cəza müddəti ərzində Məhkum İsrail oğlunun üzərinə yaşayış yerini hər gün saat 22:00–dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitə nin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirərdə iştirak etməmək vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyya alındığı vaxtdan hesablanmaqla və barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), E.İ.Xasməmmədov Ə.G.Abdullayev) apellyasiya protesti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum İsrail oğlu 2019-cu ilin aprel ayında Bərdə rayonu, Tükmən kəndində yerləşən özünəməxsus fərdi yaşayış evinin yaxınlığındakı boş sahədə “Naqrkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” AZərbaycan Respublikası Qanunun 3-cü siyahısına əsasən xeyli miqdarda, yəni12 ədəd, ümumi təmiz çəki si 1560 qram olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etmiş,18 sentyabr 2019-cu il tarixdə saat 14:20 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş, 12 ədəd narkotik tərkibli çətənə bitkiləri onun Bərdə rayonu, Türkmən kəndində yerləşən evinin yaxınlığındakı boş sahədən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kasasiya protestinə əsasən 04 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və apellyasiya məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Protestdə qeyd edilmişdir ki, məhkəmə Məhkum kultivasiya etmiş o lduğu narkotik xassəli bitkilərin və onlardan alınacaq narkotik vasitələrin müvafiq olaraq sayının və çəkisinin çoxluğunu, yəni 12 ədəd, ümumi təmiz şəkisi 1560 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərməsi onun törətmiş olduğu cinayətin ictimai təhlükəliyini artıran hallardan olması hesab etməmiş, cəza təyini zamanı həmin xüsusatlar nəzərə alınmamışdır. Eyni zamanda, CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına əsasən cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s. ) əsasən müəyyən edilir. CM-nin 237.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə Məhkum əsasssız olaraq CM-nin 237.1 -ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ni, bununla da ona CM-in 237.1 -ci maddəsində nəzərdə tutulmuş alternativ cəza, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını mümkün edən islah olunma yolunda olmamasını, belə olan halda Məhkum gələcəkdə islah olunması üçün ona azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinay ətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən Məhkum ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını əsassız olaraq CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla cəzanın təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədini təmin etməyən cəza təyin etməkdə səhvə yol vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin hansı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən və səciyyələndirən hansı cəhətlərin olmasını hökmdə göstərməmişdir. Məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hal kimi qiymətləndirərkən nəzərə almamışdır ki, yaşayış yerindən müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Yaşayış yerində müsbət xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasının nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdiri lmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CM-in 237.1 -ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarında cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin hökmünü dəyi şdirilmədən saxlanılmışdır. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsini n məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbayc an Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı ko nkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından da görünür ki, məhkəmə cəza təyin edərkən məhkumun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməlləri etiraf edərək peşman olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum İsrail oğluna təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-nin 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsa slar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməsindən ötrü apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestində göstərilən dəlilləri əsassız hesab edərək həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə koll egiyası QƏRARA ALİR: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum İsrail oğlu barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar