Məhkəmə qərarları › İş №1(102)-1061/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1061/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1061/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Əhmədov Nofəl Mülazim oğlunun, Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə x xxx 1964-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, A zərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2023-cü il tarixli 1(103)-1955/2023 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı ş əhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(009)-6/2023 nömrəli hökmü ilə (hakim Ü.S.Şükürova) Məhkum – əməlində Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayətin törədilməsində irəli sürülmüş ittiham üzrə əməlinin cinayət olmasını aradan qaldıran halların olması əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2023-cü il tarixli 1(103)1955/2023 nömrəli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), Q.X.Babayev və A.V.Tanrıverdiyev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Səbail R ayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(009)-6/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsini əldə etmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədi ilə şəxsiyyətləri hazırda istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1,16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 157, 167, 177.1 və 177.2-ci maddələri və 01 yanvar 2016-cı il tarixədək qüvvədə olan həmin Məcəllənin 2 19, 220 və 221-ci maddələrinin tələblərini pozub qeydiyyatda olduğu vergi orqana bəyannamə təqdim etməməklə yanaşı, cəmi 507.148,81 manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum şəxsiyyətləri istintaqa məlum olunmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti başçısının 101 saylı 17 aprel 2014-cü il tarixli sərəncamına əsasən, ünvan 3 25 saylı binanın yanındakı torpaq sahəsində kommersiya məqsədləri üçün göstərilən ünvanda inşa etdiyi 01 bloklu 07 mərtəbəli ümumi sahəsi 4931,75 kv\metr və 2015-cu ilin 1-cü rübündə təməli qoyulmuş həmin binaya görə qeydiyyatda olduğu vergi orqanına qeyd olunmuş rüb üzrə mənzil tikintisi fəaliyyəti ilə məşğul şəxslərin sadələşdirilmiş vergisinin bəyan naməsini təqdim etmədən 19397,62 manat mənzil tikintisi fəaliyyəti ilə məşğul şəxslərin sadələşdirilmiş vergisini; Bundan əlavə, ünvan 3 25 nömrəli binanın yanındakı torpaq sahəsində inşa edilmiş 01 girişli 07 mərtəbəli yaşayış binasının yaşayış sahələrini təqdim edib (sataraq), vergi ödəyicisinin 2016-cı ilin sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 513932,22 manat və ödənilməli ƏDV-si 92507,80 manat olduğu halda, həmin ay üzrə bəyannamə təqdim etmədən 92507,80 manat ƏDV-ni; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 2052949,17 manat, ödənilməli ƏDV-si 369530,85 manat olduğu halda, həmin ay üzrə bəyannamə təqdim etmədən 369530,85 manat ƏDV-ni; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 86169,50 manat, ödənilməli ƏDV-si 15510,51 manat olduğu halda, həmin ay üzrə bəyannaməni təqdim etmədən 15510,5 1 manat ƏDV-ni; dekabr ayı üzrə ƏDV-si tutulan dövriyyəsi 56677,94 manat, ödənilməli ƏDV-si 10202,03 manat olduqda, həmin ay üzrə bəyannaməni təqdim etmədən 10202,03 manat, cəmi 487751,19 manat Əlavə Dəyər Vergisini, ümumilikdə isə külli miqdar təşkil edən 507.148,81 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2023-cü il tarixli 1(103)-1955/2023 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum bəraət verilməsinə dair hökmü dəyişdirilmədən qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim et diyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPMnin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən həmin qərar ləğv edilməlidir. Belə ki, ibtidai araşdırma zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/1165 nömrəli rəyi ilə Məhkum səyyar vergi yoxlaması ilə hesablanmış, 2015-ci ilin 1-ci rübü üzrə 19397,62 manat mənzil tikintisi ilə məşğul şəxslərin sadələşdirilmiş vergisi və 2016-cı ilin sentyabr-dekabr ayları üzrə 487751,19 manat əlavə dəyər vergisi olan cəmi külli miqdar təşkil edən 507149,50 manat vergilər təsdiq edilmişdir. İş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il ta rixli qərarı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli 9/8021 nömrəli ekspertiza rəyi alınmış, rəydə Xətai rayonu Xudu Məmmədov küçəsi 25 saylı yaşayış binası üzrə Məhkum tərəfindən dövlət büdcəsinə ödənilməli vergi borcunun 40958,12 manat olması qeyd edilmişdir. Təhqiqat zamanı yalnız Məhkum tərəfindən digər alqı-satqı müqavilələri ilə təqdim etdiyi 10 ədəd sahəyə görə hesablama aparılmış, 23 ədəd bagışlama müqavilələri ilə təqdim edilən sahələr qiymətləndirilməmişdir. Ekspert tərəfindən bagışlama müqaviləsi ilə təqdim edilmiş mənzilləri nəyə görə qanunun hansı norması əsas götürülüb hesablama aparılmaması göstərilməmişdir. Protestdə qeyd olunur ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsəsən malların hədiyyə verilməsi təqdim etmə hesab edilir. Həmi n Məcəllənin 13.2.12-ci maddəsinə görə gəlir dedikdə malların (işlər və xidmətlərin) təqdim edilməsinə əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132 və 135-ci maddələri ilə müəyyən edilir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə və qeyri sahələrə ayrıldıqda dövlətə ayrılan sahələrin təqdim edilməsinə vergiyə cəlb edilən gəlir hesab edilmir. Bina tikintisi fəaliyyəti ilə məşğul şəxslər tərəfindən yalnız dövlətə qeyri-yaşayış sahələrinin ayrılması vergi tutulan əməliyyat hesab edilmir. Digərlərində vergi tutulan əməliyyat hesab edilir. Bundan həmin Məcəllənin 159.4-cu maddəsinə görə vergi ödəyicinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəx slərə mal verməsi, xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Həmin normanın tələbinə görə vergi ödəyicisi istənilən şəxslərə, eləcə də ailə üzvlərinə mal verilməsi vergi tutulan əməliyyat sayılır, həmin əməliyyatlara görə müvafiq qaydada əlavə dəyər vergisi hesablanmaqla dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 13.2.64-cü maddəsinə əsasən, ticarət əlavəsi dedikdə, malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter edildiyi halda bazar qiyməti) ilə mal göndərənə ödənilən qiyməti arasındakı fərq başa düşülür. Bu hallara məhkəmə və ekspert qiymət verməmiş, bu barədə məhkəməyə verilmiş vəsatətlər təmin edilməmişdir. Göstərilən normaların tələbini rəhbər tutub vergi orqanı Məhkum alqı-satqı və bağışlama müqavilələri ilə təqdim etdiyi yaşayış sahələrinə görə 2015-ci ilin 1-ci rübü üzrə 19397,62 manat mənzil tikintisi ilə məşğul şəxslərin sadələşdirilmiş vergisi, 2016-cı ilin sentyabr-dekabr ayları üzrə 487751,19 manat əlavə dəyər vergisi hesablanmışdır. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı, Bakı şəhər Lokal Gəlirlər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2023-cü il tarixli 1(103)-1955/2023 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan və vasitələrdən istifadə üzrə vəzifələrini y erinə yetirməmiş, mübahisənin ədalətli həllinə zəruri olan halları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyinin tələblərini tam araşdırmamış və cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və nümayəndə A.Niftalıyevanın, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Məhkum və müdafiəçi N.Əhmədovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq bəraət verilməsi mübahisələndirilir və işin apelyasiya instansiya məhkəməsində təkrar baxışa təyin edilməsini xahiş edilir. Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 213.2-ci maddəsinə görə “Eyni əməllər: 213.2.2. külli miqdarda törədildi kdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə görə “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin və şikayətin dəlilləri əsaslıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli mə hkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclaslarında araşdırılmış sübutlar Məhkum barəsində bəraət hökmünün çıxarılması üçün kifayət etməmiş, məhkəmənin gəldiyi nəticələr kifayət qədər tədqiq edilməmiş sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəx sin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı ittihamın mahiyyəti üzrə verdiyi ifadələrinin iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilib-edilməməsi halını araşdırmamış və qanunvericiliyə istinad etməyərək təqsirləndirilən şəxs Məhkum ifadələrinə tənqidi yanaşmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət ittihamçısının apellyasiya protestinə və mülki iddiaçının apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, aşağı instansiya məhkəmələrinin mövqelərinə əsasən: “.... məhkəmədə dindirilmiş təqsirləndirilən Məhkum özünü cinayəti tö rətməkdə təqsirli bilmədən ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ildən yaşadığı Bakı şəhəri “Qara Şəhər” adlanan ərazisində olan evlər dövlət tərəfindən sökülməyə başlamış və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti sökülən evlər yerində ona ev tikmək üçün xx.xx.2014cü il tarixli 101 saylı sərəncama əsasən, ünvan 3 25 saylı binanın yanında olan ərazisində torpaq sahəsi verilmiş, vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində qeydiyyatdan keçmişdir. Dövlət ona 600.000 manat vermiş, “Ağ Şəhər”də yaşamış, dövlət onun üç evini sökmüş və ona pul vermişdir ki, özü üçün ev alsın, ona verilən pul onun evlərini ödəməmiş, İcra Hakimiyətinə gedib xahiş etmişdir ki, torpaq sahəsi versinlər. 10 nəfər qonşularla yığışıb İcra Hakimiyyətinə müraciət etmişlər, o nlara torpaq sahəsi ayrılsın. Sonra onlara Xətai rayonunda ev inşa edilməsi üçün torpaq ayrılmış, ona fərdi yaşayış evi tikilməsi üçün sərəncam verilmiş, bir neçə dəfə vəkilindən soruşub öyrənmişdir ki, fərdi yaşayış evinə vergi tutulmur. Qonşularla birlikdə sərəncam almış, lakin məsələ uzanmış və İcra Hakimiyyəti sərəncamını 22 mənzil fərdi yaşayış evi kimi onun adına verilmiş, sonradan qonşular çıxıb getdikdən sonra, məcbur qalaraq üç oğlunun evini banka girov qoymuş, bugünkü gündə 310.000 ABŞ dolları onun BTB banka borcu var. Beləliklə bina inşa etməyə başlamış və binanın tikintisi 2014-cü ildə tamamlanmış, fərdi yaşayış evi kimi 37 mənzil tikilmişdir. Bina 4402 kv\m olmuş, bir bloklu yeddi mərtəbəli və 37 mənzildən ibarət olmuşdur. 37 mənzilin hamısının müqavilələri olaraq, istintaqa t əqdim etmiş, 2015-ci ilin noyabr ayında səyyar yoxlama aparılmış, akt tərtib olunmuş və ona 89.100 manat mənzil tikintisinin sadələşdirilmiş vergisi ödəməli və 44.550 manat sanksiya kimi ödəməli olduğu bildirilmiş və bu məbləğləri ödəmişdir. Vergi orqanı binanın satışı, yəni bütün mənzillərin satışı 2016-cı ilin sentyabr-dekabr aylarında olmasını qeyd etmiş, 2015-ci ildə xeyli mənzil satmış, bununla bağlı müqavilələri vardır, onları istintaqa təqdim etmişdir. İstintaq vaxtı özünü qismən təqsirli bilməsini onunla izah edir ki, müstəntiq ona özünü qismən təqsirli bilməsini qeyd etməyə məcbur etmiş, onun vergi borcu yoxdur, fərdi yaşayış evi tikmiş və ona görə də bəyannamə verməyə razı olmamış, bəyannamələri təqdim etməmiş, fərdi yaşayış evi kimi bina tikmiş, həmin vaxt lisenziyaya zərurət ol madığından lisenziya almamışdır. 13 fevral 2015-ci ildə səyyar yoxlama başlamış və 6 noyabr 2015-ci ildə yoxlama qurtarmış, onda artıq bina yekunlaşmış və binanın çıxarışını da almış, 2015-ci ildə 135100 manat sadələşdirilmiş vergi ödəmiş, 2015-ci ilədək 10 mənzil satmış, 2016-cı ildə isə satdığı mənzillərin sayını dəqiq xatırlamır, lakin satdığı mənzillərin hamısının müqavilələri olduğundan, istintaqa təqdim etmiş və vergini ödəmiş, 45.000 manat ona sanksiya yazılmış, onu da ödəmiş, oğullarının evi söküləndə Şahid6 borc pul almış, həmin pulla bina tikintisinə başlamışdır. X və X şərik olmamış, oğullarına mənzilləri pay vermiş və onlara bağışlama etmişdir. Binanın qarajını satmamış, mənzillərin bir hissəsi 2014-cü ildə, digər hissəsi 2015-ci ildə, bir hissəsi isə 2016-cı ildə və 2017-ci ildə satılmışdır. Şahid7 2003-cü ildən tanıyır və bir məhəllədə yaşamışlar, onun uşaqlarına ev vermiş, mənzillərin satışdan əldə etdiyi gəlirdən ona pul vermiş, Şahid6 ona 2008-ci ildə borc pul vermiş, vergi bir dəfə tutulmalı və sadələşdirilmiş vergini tam ödəmiş, aktı almadığından cinayət işi açılmış, 600 kv\m sahəyə 1500 manat satış yazılmış və sanksiyası ona yazılmış, kv\metri 800 manatdan yazılmış, lakin 800 manatdan satmamış, satdığı mənzillərin hamısının müqavilələri vardır, müqavilələrinin əsas götürülməsini hesab edir. İttihamla razı deyil, onun barəsində cinayət işi başlananadək, yəni 25 dekabr 2017-ci il tarixədək büdcəyə cəmi 159.216,07 manat ödəmiş, lakin bu halı vergi orqanı nəzərə almamışdır. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, borc müqaviləsinə əsasən, 2008-ci ildə Məhkum pul vermişdir. Məhkum da ev inşa edərkən, ona binadan mənzil almışdır. Mənzil Həzi Aslanov metrosu tərəfdə yerləşmişdir. Dəqiq ünvanı xatırlamır. 4 otaqlı mənzil idi, mənzil ona 2014-cü ildə verilmişdir. Sonra bu evi sataraq Bakıxanov qəsəbəsində ev almışdır. 2014-cü ilin axırında 153 kv. metrli mənzili 118.000 manata satmış, bina yeddi mərtəbəli idi, üçüncü mərtəbədən almış, evi alarkən pul verməmiş, Adilin ona borcu olmuş, buna qarşılıqlı ona tikdiyi binadan ev vermişdir. Binanın tikintisinə pul verməmiş, Məhkum pulu borc kimi vermiş, 2008-cı ildə Məhkum pulu dollarla vermiş, 270.000 ABŞ dolları vermişdir. Mənzili verdikdən sonra Məhkum ona 152.000 ABŞ dollar borcu qalmışdır. Məhkum ona evi verəndə dolların dəyəri hələ qalxmamış, manat dollardan çox olmuş, Adil ona ik i mənzil vermiş, ikinci mənzil tam sayılmır, yarısının pulunu özü almışdır. Məhkəmədə dindirilmiş Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək dövr üzrə səyyar vergi yoxlaması aparılmış, yoxlama sahibkarın təqdim etdiyi sənədlər, Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi və ekspert rəylərinə əsasən aparılmışdır. Yoxlama zamanı mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 19398.5 manat və 487751,19 manat ƏDV hesablanmışdır. Sahibkar əvvəl olan yoxlama ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 2014-cü il tarixli Sərəncamına görə Bakı şəhəri Xətai rayonunda ümumi sahəsi 4050,0 kv.metr sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlar ərazilərinin zonalar üzrə əmsallarının tətbiq edilməsi barədə Qərarına əsasən, əmsal tətbiq edilməklə Vergi Məcəlləsinin 219.1.2 və 220.8-ci maddələrinə görə 89100 manat mənzil tikintisi sadələşdirilmiş vergisi hesablanmışdır. 2017-cı il tarixli Qərarla Ticarət və Sənaye Palatasının “Azərekspertiza” İB-nin mütəxəsisi dəvət edilmiş, yoxlama vaxtı əvvəlki yoxlama ilə əhatə edilən dövrdən sonra əlavə 881,75 kv.m sahənin inşa olunduğu müəyyən edilmiş, yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 219.1.2 və 221.5-ci maddələrin tələblərinin pozulması nəticəsində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli sadələşdirilmiş verginin 2015-ci ilin 1-ci rübü üzrə 19398,5 manat əlavə vergi hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli sadələşdirilmiş vergisinin hesab təqdim olunmamaqla 19398,5 manat gizlədilməsinə görə müəssisəyə 9703,46 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşur. Sahibkar tərəfindən xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən yoxlama ilə sahibkarın xalis gəliri və xərcini birbaşa müəyyən etmək mümkün olmamış, Vergi Məcəllənin 83.9-cu maddəsi və Nazirlər Kabinetin Qərarlarına görə sahibkarın əldə etdiyi 375864,41 manat (554, 4 kv.mx800 manat=443 520 manat/1,18%), gəliri əsasında şərti rentabellik səviyyəsi 20% götürülüb gəlirin əldə edilməsi üçün çəkilən xərclər 313220,33 manat və 19398,5 manat MTSV-sini (cəmi 532618,83 manat) nəzərə alaraq qanunsuz sahibkarlıq nəticəsində əldə etdiyi xalis gəliri 43245,57 manat müəyyən edilmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, əgər bina fərdi yaşayış evi olsa idi, vergiyə cəlb olunmazdır. Lakin burada əhaliyə satış oluğundan, ona görə də vergiyə cəlb olunmalıdır. Mənzillərin bir neçəsini uşaqlarına verməsi vergidən yayınmasının bir yoludur, guya oğullarına pay verir, faktiki mənzilləri satır. Qarajla bağlı satılmanın sənədini ona verməli, əgər verməyibsə əraziyə baxış keçirilir, qarajda avtomaşın saxlanılıbsa deməli satış keçirilmişdir. 2016-2017-ci illərdə ƏDV və sadələşdirilmiş vergi hesablanmış, ƏDV satışa görə hesablanmış, sadələşmiş vergi mənzilin kvadrat metrindən hesablanmış, bazar qiymətləri əsas götürülməklə ekspertin rəyinə əsasən, yaşayış sahəsinə görə kvadrat metrinin 800 manatdan, qeyri-yaşayış sahəsinin isə kvadrat metrini 1500 manatdan hesablanmışdır. Sonradan yoxlama zamanı əlavə tikinti aşkar edilmiş, ittihamda qeyd olunan 20.000 manat ona hesablanmış, ƏDV mənzillərə və qeyri-yaşayış sahəsinə görə satışdan hesablanmışdır. 2016-2017-ci illər üçün yaşayış sahəsinin kv\metrin 800 manatdan hesablanmasını ekspert rəyinə görə müəyyənləşdirilmiş, 2020-ci ildən sadələşdirilmiş vergi ləğv olunmuş, yalnız ƏDV və mənfəət vergisi saxlanılmışdır. 2020-ci ilədək ya ƏDV seçilir, ya bina tikintisinə görə vergi seçilirdi. Məhkum tərə findən büdcəyə ödənişlər edilmişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özü Həzi Aslanov metrosu yaxınlığında yaşamış, ərazini yaxşı tanıyır. 2016-cı ildə Bakı şəhəri Xətai rayonu X.Məmmədov küçəsində mənzili atası ona almış və mənzil altıncı mərtəbədə yerləşir, üç otaqlıdır, mənzili hansı qiymətə aldığını xatırlamır, ödənişi atası etmiş, mənzillə bağlı məsəllərlə atası məşğul olmuş və mənzilin sahəsi təxmin 100 kv\metrdir. Pulu birdəfəlik ödəmiş, binanın sahibi kimi Məhkum başqa Həsən adlı şəxsin adını eşitmiş, lakin onu görməmişdir. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Məhkum tanıyır, təxminən 2017-2018-ci ildə Həzi Aslanovdan mənzil almış, mənzili kimdən aldığını xatırlamır, mənzildə yaşamır, ofis kimi almış, 2019-cu ildə mənzili həmin qiymətə s atmış, mənzili birinci mərtəbədən almış, 2 otaqlı mənzildir. Təxmini 80000-85000 manata almış, tam 82.000 manata, kv\metrini 1000 manatdan almış, 2017-ci ildə tikinti ilə məşğul olmuş, lisenziya almış, ofis almalı idi, təqribən mənzili 2017-ci ildə almışdır. Binanın sahibi kimi Şahid7 tanımış və ondan notariusda almış, Məhkum orada olub-olmamasını dəqiq xatırlamır. İş üzrə Şahid4 Aslan oğlu məhkəməyə ərizə verib məhkəmədə iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə onun ifadəsi elan olunmuş və Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə Xətai rayonu X.Məmmədov küçəsi ev 25G-dəki 07 mərtəbəli yaşayış evinin ikinci mərtəbəsində üç otaqlı 101,36 kv\metr sahəsi olan 07 nömrəli mənzili 102500,00 manata almış, hə min məbləği hissə-hissə ödəmiş, mənzili həyat yoldaşı X1 adına rəsmiləşdirmiş və həmin binanın rəhbəri kimi Məhkum tanımışdır. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkum “Ağ şəhər”də evi sökülmüş, qohumları ilə birgə ev tikmək istəmiş, lakin qohumları sonra hərəsi özünə ev almışdır. Adilə ev tikmək üçün kömək etmiş, gəlir əldə etmək üçün mənzillərin satışına kömək etmiş, müştəri tapmış, müştərilər isə evə gəlib baxıb alırdılar. Evin kvadrat metrinə gəlir əldə edirdi və elə olub ki, 500 manat gəlir əldə etmiş, evin kvadrat metrinə görə təməl qoymada kömək etmiş, Məhkum pul vermiş, yaşayış sahənin kvadrat metrini müxtəlif qiymətlərə, bəzilərini 600 manatdan, bəzilərini isə 550 manatdan satmışdır. Məhkumla şərik olmamış, X şərik ol mamış, X onun qardaşıdır, həmin vaxt tikinti materialları gətirib köməklik etmişdir. Şahid6 Məhkum dostu kimi tanıyır və ev alıb-almamısından məlumatı yoxdur. Özünü binanın sahibi kimi təqdim etməmişdir. Ev almağa gətirdiyi adamlar hamısı tanıdığı adamlar olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9\1165 saylı 08 iyul 2021-ci il tarixli rəyinə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə Məhkum tərəfindən aparılmış əməliyyatlara əsasən (Ticarət və Sənaye Palatasının “Azər ekspertiza” Birliyinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli ekspertiza və mütəxəssis rəyləri istintaq tərəfindən əsaslı hesab edildiyi halda) dövlət büdcəsinə ödənilməli cəmi vergilər 507.149,69 manat az hesablanması müəyyən edilir, o cümlədən- ƏDV üzrə 487.751,19 ma nat, mənzil vergisi ilə məşğul şəxslərin sadələşdirilmiş vergisi üzrə 19.398,50 manat olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9\8021 saylı 05 aprel 2023-cü il tarixli rəyinə əsasən “Azərekspertza” Birliyinin mütəxəssisi tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmiş ümumi sahəsi 4.931,75 kv.m yaşayış binasına görə ödənilməli olan mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin məbləği 108.498,50 manat, alqısatqı müqavilələrində olan məlumatlara əsasən 91.675,69 manat ƏDV-nin, ümumilikdə 200.174,19 manat vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqları və şəxsi hesab vərəqəsinin məlumatlarından görünür ki, Məhkum tərə findən büdcəyə cəmi 159.216,07 manat ödəniş edilmiş, ödənişlər nəzərə alındıqda Xətai rayonu X.Məmmədov küçəsi 25 saylı yaşayış binası üzrə Məhkum tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcu 40.958,12 manat məbləğində müəyyən edilmişdir. Məhkəmədə dindirilmiş iş üzrə rəy vermiş ekspert X5 ifadəsində bildirmişdir ki, hər iki rəyi müdafiə edir, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/1165 saylı rəyi ilə xx.xx.2023-cü il tarixli 9/8021 saylı rəyi arasında olan fərqi onunla izah edir ki, xx.xx.2021-ci il tarixli rəyi tərtib edərkən, səyyar vergi yoxlama zamanı iki mütəxxəssis rəyi tərtib edilmiş, biri evlərin sahəsinə görə, digəri isə qiymətlə bağlı olmuş, ona görə də birinci rəydə iki mütəxəssis rəyinə əsaslanaraq ekspert rəyi tərtib etmişdir. xx.xx.2021-ci il tarixli rəydə ƏDV üzrə 487.751,19 manat, mənzil vergisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə - 19.398,50 manat müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli rəydə isə sual qoyulmuşdur ki, müqavilələr nəzərə alınmaqla, vergidən yayındırılmış yekun məbləğ nə qədər təşkil edir? Birinci rəy üzrə hesablama aparılarkən dövriyyə çox çıxdığından avtomatik vergi də çox çıxır. Lakin 2-ci rəy üzrə ƏDV müqavilələr üzrə hesablandığından dövriyyə az çıxır, bu səbəbdən vergi də az müəyyən edilmişdir. Birinci rəydə yaşayış sahəsini kvadrat metrinə 800 manatdan, qeyri-yaşayış sahəsinin isə 1500 manatdan hesablanmışdır. Yoxlama dövrü 2015-2017-ci illəri əhatə edir. Bu dövrü mütəxəssis müəyyən etmiş, yəni iki rəy arasında fərq bu səbəbdən yaranır. Birinci rəydə bü tün mənzillər bazar qiyməti əsas götürülüb hesablanmış, lakin 2-ci rəydə alqı-satqı müqavilələri əsas götürülərək vergi borcunu hesablamışdır. Cəmi 10 alqı-satqı müqaviləsi üzrə hesablanma aparılmış, Məhkum 23 mənzili bağışlama müqavilələrinə görə hədiyyə etməsini təqdim etmə kimi qəbul etməmiş və onlara görə vergi hesablamamışdır. ƏDV alqı-satqı müqaviləsinə görə hesablanır, sadələşdirilmiş vergini hesablayarkən sahəni müəyyən etmək üçün mütəxəssis rəyini nəzərə almaqla hesablamış Məhkum 10 mənzilə görə 91.000 manat satışı olmuş və ümumi 33 mənzil özgəninkiləşdirilmişdir. Həmin vaxtı onun 04 mənzili satılmamışdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti ilə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9\1165 saylı 08 iyul 2021-ci il tarixli rəyi mübahisələndirilmiş və göstərilm işdir ki, ekspertizaya təqdim edilmiş sənədlər–mənzillərin alqı-satqı və bağışlama müqavilələri nəzərə alınmadan, “Azərekspertiza” Birliyinin rəyi nəzərə alınmaqla müəyyən edilmiş real bazar qiyməti əsas götürülüb rəy verildiyindən, yayınılmış məbləği vergi orqanı düzgün müəyyən etməmişdir. Mübahisələndirilən ekspert rəyində mənzil tikintisi barədə müqavilələrinə deyil, Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətinə istinad edildiyindən və Məhkum tərəfindən ünvan 3 ünvanında yerləşən 25 saylı yaşayış binasından 23 mənzilin bağışlama müqavilələrinə əsasən, hədiyyə etməsi ilə bağlı sənədlərə istinad edilmədiyindən Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə tədqiq edilmiş sualların d əqiqləşdirilməsi zərurəti yaranmış və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə ibtidai istintaq zamanı verilmiş ekspert rəyini tədqiq edib qeyd edir ki, istintaqda keçirilmiş ekspertiza mənzil tikintisi barədə müqavilələr və bağışlama müqavilələrinə əsasən, hədiyyə edilmiş 23 mənzil nəzərə alınmadan, “Azərekspertiza” Birliyinin rəyi nəzərə alınmaqla müəyyən edilmiş real bazar qiyməti əsas götürülməklə keçirilmişdir. Lakin məhkəmə istintaqında keçirilmiş ekspertiza rəyi araşdırılmış sübutları, mənzil tikintisi haqqında müqavilələri, ödəniş sənədləri, istintaq orqanı tərəfindən nəzərə alınmamış, lakin hazırda həmin sənədlər əsasında daha ətraflı tədqiqat aparıldığından, məhkəmənin həmin ekspert rəyindən məhkəmə istintaqı dövründə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini kifayət qədər əsaslı hesab etməklə, cinayət işi üzrə mötəbər sübut kimi qiymətləndirmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materialları (ödəniş tapşırıqları və şəxsi hesab vərəqəsinin məlumatları), Məhkum təqsirləndirilən şəxsin ifadəsi, xx.xx.2023-cü il tarixli, 9/8021 saylı ekspert rəyi ilə onun tərəfindən barəsində cinayət işi başlananadək dövlət büdcəsinə 159.216,07 manat ödəniş edilməsi sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Məhkum cəmi 40.958,12 manat məbləğində vergi borcu qalmışdır. Lakin, vergidən yayınma cinayətini 2016-cı ildə törətdiyindən istintaq orqanı tərəfindən 2016-cı ildə qüvvədə olan Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ona ittiham irəli sürülmüşdür. Məhkum irəli sürülmüş ittihamda isə 507.149,69 manat vergi borcunu ödəməkdən yayınması göstərilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Məhkum və eyni zamanda, şahidlərin ibtidai istintaq və məhkəmə baxışında verdikləri ifadlərini işin faktiki halları ilə əlaqəli şəkildə tədqiq etməklə və cinayət işi üzrə məhkəmədə tədqiq edilmiş sübutlara uyğun olduğunu nəzərə alaraq hesab edir ki, Məhkum və şahidlərin məhkəmədə sərbəst verdikləri ifadələrinə üstünlük verilməli və cinayət işi üzrə sübut növü kimi qəbul edilməlidir. 2016-cı ildə qüvvədə olan Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən, vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma külli miqdarda törədildikdə cinayə t nəticəsində dəymiş ziyanın 03 mislindən 05 mislinədək cərimə və ya 03 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və yaxud edilməməklə üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin “Qeyd” hissəsində nəzərdə tutulmuşdür ki xeyli miqdar-20000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan, “külli miqdar” dedikdə 100.000 manatdan artıq olan məbləğ başa düşülür. Lakin hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən vergiləri işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma külli miqdarda törədildikdə əməl nəticəsində vurulmuş ziyanın üç misli miqdarda cərimə və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olm a hüququndan məhrum edilməklə, ya edilməməklə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə xeyli miqdar-50.000 manatdan yuxarı, lakin 200.000 manatdan artıq olmayan; “külli miqdar” 200.000 manatdan yuxarı və 500.000 manat- dan artıq olmayan, xüsusilə külli miqdar500.000 manatdan yuxarı məbləğ başa düşülür. Beləliklə də, hazırda qüvvədə olan cinayət qanunu rəhbər tutaraq işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum əməli 2016-cı ilin dekabr ayında törətdiyindən və 2016-cı ildə qüvvədə olan cinayət qanunu əsas götürülməklə, cinayət məsuliyyətinə cəlb olunmalı olmuşdur. Lakin hazırda qüvvədə olan cinayət qanunu təqsirləndirilən şəxsin hüquqi vəziyyətini yaxşılaşdırdığından, yəni təqsirləndirilən şəxsin 40.958,12 manat məbləğində olan vergi borcu qüvvədə olan Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsinə (50.000 manatdan yuxarı, lakin 200.000 manatdan artıq olmayan məbləğ) əsasən, cinayət hesab olunmadığından və cinayət qanununun geriyə qüvvəsi şamil olunaraq qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsi tətbiq edilməli və ona əməlin cinayət olmasını aradan qaldıran halın mövcud olması əsası ilə bəraət verilməlidir.” Kassasiya protestini və kassasiya şikayətini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin istinad etdikləri məhkəmə istintaqı zamanı keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 5 aprel 2023-cü il tarixli 9/8021 saylı rəyi işin faktiki hallarını əks etdirməmiş, əsaslı olmamışdır. Belə ki, həmin rəydən görünür ki, ekspert vergiləri hesablayarkən ancaq mövcud alqı-satqı müqavilələrinə istinad etmiş, bağışlama müqavilələri ilə rəsmiləşdirilən yaşayış evlərini, cəmi 23 ədəd “bağışlama müaviləsi” ilə satılmış mənzilləri vergiyə cəlb olunmaqdan kənar saxlamış və onları nəzərə almamış, bununla da qanunvericiliyin tələblərini pozulmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin 31 may 2023-cü il tarixli protokolundan qorunur ki, iş üzrə rəy vermiş ekspert X5 bildirmişdir ki, o cəmi 10 alqı-satqı müqaviləsi üzrə hesablama aparıldığını, Məhkum 23 mənzili bağışlama müqaviləsinə əsasən hədiyyə etməsini təqdimetmə kimi qəbul etmədiyini və onlara gör ə vergi hesablamadığını, ƏDV-nin alqı-satqı müqaviləsinə görə hesabladığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert verdiyi rəydə malların hədiyyə verilməsi hansı əsasla təqdimetmə kimi qəbul etməməsini öz rəyində əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin əməliyyatların aparıldığı dövrdə qüvvədə olan 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi dedikdə - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi başa düşülür. Vergi Məcəlləsinin 159.4-cü maddəsinə görə “Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Qeyd edilən normanın tələbinə əsasən vergi ödəyicisi tərəfindən istənilən şəxslərə, eləcə də ailə üzvlərinə mal verilməsi vergi tutulan əməliyyat sayılır və həmin əməliyyatlara görə müvafiq qaydada əlavə dəyər vergisi hesablamaqla dövlət büdcəsinə köçürülməlidir. Yəni vergi ödəyicisinin başqalarına əvəzsiz verdiyi mal, gördüyü iş və göstərdiyi xidmət ƏDV-yə cəlb olunan əməliyyatdır və birmənalı olaraq həmin əməliyyatlardan ƏDV hesablanmalıdır. Vergi Məcəlləsinin 13.2.64-cü maddəsinə əsasən ticarət əlavəsi dedikdə malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olu nduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq başa düşülür. Həmin Məcəllənin 164.1.47-ci maddəsinə görə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələrdən ƏDV tutulmur. Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini cinayət işinin materialları ilə əlaqəli təhlil edərək hesab edir ki, vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin tələbinə uyğun olaraq malların bağışlanması, hədiyyə verilməsi təqdimetmə kimi qiymətləndirilir. Qeyd edilən hallar vergitutmaya əsas verir, lakin ekspertiza rəyi və həmin rəyi mötəbər sübut kimi qəbul edən aşağı instansiya məhkəmələri Vergi Məcəlləsinin qeyd edilən normalarını nəzərə almamış, nəticədə işin faktiki hallarına uyğun olmayan və məhkəmə-mühasibatlıq ekspertizasının qanunvericiliyə istinad edilmədən verdiyi istinad olunmaqla yekun nəticəyə gəlinmişdir. Halbuki, Vergi Məcəlləsində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələrin vergidən azad olmas ı açıq-aşkar göstərilmiş və bu hal baxılan iş üzrə mövcud olmamışdır. Buna görə də Vergi Məcəlləsində nəzərdə tutulmayan əsaslarla hər hansı vergidən azadetmənin ekspert tərəfindən tətbiq edilməsi tam qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən cinayət prosesində sübut növü kimi ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə protokolları və digər sənədlər qəbul olunur. Həmin Məcəllənin 127.3-cü maddəsinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrini xx.xx.2023-cü il tarixli 9/8021 saylı ekspert rəyini mötəbər dəlil kimi qəbul etmələri işin faktiki halları ilə birbaşa ziddiyətli olmuş, məhkəmələr işdəki digər sübutların heç bir müqayisəli və əsaslı təhlilini aparmadan əsassız qənaətə gəlmişlər. Beləliklə, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşan və həmin protes tin və şikayətin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli 1(103)1955/2023 nömrəli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sü buta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2 və 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, habelə cəzanı ağırlaşdıran v ə yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilsin. Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2023-cü il tarixli 1(103)-1955/2023 nömrəli qərarı ləğv edilsin və cinayət işi apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar