Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1062/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və X2 ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 125, 170.3, 182.2.1 və 182.2.2ci maddələ ri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-613/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Ramella Allahverdiyeva və Azər Paşayevdən ibarət tərkibdə), Məhkum, xx xxx 1996-cı ildə Ağdam rayonunun Əhmədağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Əhmədağalı kəndində qeydiyyatda olmuş; Azərbaycan Respublikası CM-in 125, 170.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 125-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 170.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq, 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2017-ci il tarixdən hesablanmışdır. X1 da təqsirli bilib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlak ını ələ keçirmək məqsədi ilə 2016-cı ilin sentyabr ayının əvvəllərində yetkinlik yaşına çatmayan, xx xxxxxxxx 1999-cu il təvəllüdlü qohumu X3 vədlər vermə və hədə-qorxu vasitəsi ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə sonuncunun əmlakını təkrarən, hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsinə cəlb etmiş, bu məqsədlə Samir İsmayılzadə ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra xx xxxxxxxx 2016-cı il tarixdə Məhkum Zərərçəkmiş şəxs çılpaq və yarıçılpaq fototəsvirlərini öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «Whatsapp» proqramı vasitəsi ilə ələ keçirməyə nail olmuş, qabaqcadan razılaşdıqları cinayətin planına uyğun olaraq, aralarındakı rol böl güsünə əsasən, Məhkum xx xxxxxxxx 2016-cı il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə səs mesajı göndərərək, həmçinin telefon danışığı zamanı "xaker" kimi özünü təqdim edib fototəsvirlərini internet vasitəsilə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlmiş, bundan sonra Samir İsmayılzadə, guya, Məhkum şəxsən tanımadığını və həmin şəxsin "xaker" olduğunu, fototəsvirlərinin yayılmaması və rüsvay olmaması üçün ona pul verməyin zəruriliyini Zərərçəkmiş şəxs bildirmiş, bu məqsədlə X11 Rzayevanı «xaker» kimi təqdim etdiyi XXXla Bakı şəhəri, Binəqədi rayonu ərazisində Bakı Metropoliteninin «Azadlıq» stansiyasının yaxınlığında görüşdürmüş, görüş zamanı Məhkum Zərərçəkmiş şəxs aid fototəsvirləri internet vasitəsi ilə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi barədə bir daha hədə-qorxu gələrək, bunu etməmək müqabilində Zərərçəkmiş şəxs 2.000 manat pul tələb etdikdən sonra Samir İsmayılzadə 2016-cı ilin sentyabr ayının ortalarında pulu, guya, «xaker» kimi təqdim olunmuş şəxsə vermək üçün Zərərçəkmiş şəxs hədə-qorxu təsiri altında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən «Laçın» Ticarət Mərkəzində Zərərçəkmiş şəxs atasına məxsus qızıl kişi saatını sataraq, əldə etdiyi 1.270 manat pulu götürüb ələ keçirməklə sonradan həmin pulu Məhkumla öz aralarında bölərək Zərərçəkmiş şəxs 1.270 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını, təkrarən, hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan qohumu X4 cəlb etməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra X11 Rzayevaya "xaker" kimi tanıtdığı Məhkum onun fototəsvirlərini internet vasitəsiylə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlməsini, fototəsvirlərinin yayılmaması və rüsvay olmamasıüçün həmin şəxsin 1.500 manat pul tələb etdiyini və ona pul verməyin zəruriliyini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərsdən çıxdıqdan sonra görüş zamanı Zərərçəkmiş şəxs hədəqorxu təsiri altında bildirərək, Zərərçəkmiş şəxs tanışı Şahid4 borc aldığı həmin dövrün məzənnəsinə görə 1.360 manat dəyərində olan 800 ABŞ dolları pulu Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığında götürüb ələ keçirməklə, sonradan həmin pulu Məhkumla öz aralarında bölərək Zərərçəkmiş şəxs 1.360 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa, o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan qohumu X10 oğlunu cəlb etməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra X 11 Rzayevaya "xaker" kimi tanıtdığı Məhkum onun fototəsvirlərini internet vasitəsilə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlməsini, fototəsvirlərinin yayılmaması və rüsvay olmaması üçün həmin şəxsin 2.000 manat pul tələb etdiyini və ona pul verməyin zəruriliyini Zərərçəkmiş şəxs aralarındakı telefon danışığı zamanı hədə-qorxu təsiri altında bildirib özlərindən asılı vəziyyətə saldıqları Zərərçəkmiş şəxs özünü öldürmək niyyəti ilə yaşadığı ünvan 1 ünvanında çoxlu sayda dərman həbləri qəbul etməsi ilə, lakin az müddət sonra iradəsindən asılı olmayaraq həmin dərmanları qusma yolu ilə ifraz etməsi səbəbindən sağ qalması nəticəsi ilə müşayiət olunan özünüöldürməyə cəhd həddinə çatdırmış, buna baxmayaraq, həmin hədə-qorxunun təsiri altında X11 Rzayevadan Bakı şəhəri Y asamal rayonu ərazisində Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının çıxışında 767 manat dəyərində bir ədəd qızıl qolbaq, 324 manat dəyərində bir ədəd qızıl qolbaq, 455 manat dəyərində bir ədəd qızıl üzük, 1.980 manat dəyərində bir ədəd qızıl kulonlu boyunbağı və 120 manat dəyərində bir ədəd qızıl kulonu götürüb ələ keçirməklə sonradan həmin əmlakı satıb əldə etdiyi pulu Məhkumla öz aralarında bölərək Zərərçəkmiş şəxs ümumilikdə 3.646 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə və özünü öldürmə həddinə çatdırma cinayətlərini törətmişlər. Bundan başqa, o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməkdə n ibarət ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan qohumu X10 oğlunu cəlb etməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra X11 Rzayevaya "xaker" kimi tanıtdığı Məhkum onun foto təsvirlərini internet vasitəsi ilə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlməsini, fototəsvirlərinin yayılmaması və rüsvay olmaması üçün həmin şəxsin 2.500 manat pul tələb etdiyini və ona pul verməyin zəruriliyini Zərərçəkmiş şəxs hədə-qorxu təsiri altında bildirərək, bu məqsədlə Zərərçəkmiş şəxs «xaker» kimi tanıtdığı Məhkumla Bakı şəhəri, Binəqədi rayonu ərazisində Bakı Metropoliteninin «Azadlıq» stansiyasının yaxınlığında görüşdürmüş, görüş zamanı Məhkum Zərərçəkmiş şəxs aid fototəsvirləri internet vasitəsiylə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi barədə bir daha hədə-qorxular gələrək, bunu etməmək müqabilində Zərərçəkmiş şəxs 2.500 manat pul tələb etdikdən sonra Samir İsmayılzadə hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən «Moskva» Univermağında bir ədəd qadın saatı, bir ədəd kişi üzüyü, bir cüt əntiq sırğa, bir cüt sırğa, bir ədəd kulondan ibarət qızıl əşyalarını sataraq, əldə etdiyi 2.000 manat pulu və 1.000 manat dəyərində bir ədəd "X13 3" markalı mobil telefon aparatını Zərərçəkmiş şəxs götürüb ələ keçirməklə sonradan həmin əmlakı və pulu Məhkumla öz aralarında bölərək Zərərçəkmiş şəxs ümumilikdə 3.000 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa, o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan qohumu X10 oğlunu cəlb etməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Zərərçəkmiş şəxs "xaker" kimi tanıdığı Məhkum həqiqətdə heç "xaker" olmadığını, həmin şəxsin Samir İsmayılzadənin qohumu olduğunu, X9 və Məhkum tərəfindən qanunsuz hərəkətlərə məruz qaldığını müəyyən edib aşkar etməsinə baxmayaraq, Bakı şəhəri, Yasamal rayonunda yerləşən 13 nömrəli tam orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində X11 Rzayevanın fototəsvirlərini internet vasitəsiylə sosial şəbəkələrdə özü və Məhkum tərəfindən yayılmaqla o nu rüsvay edəcəkləri barədə Zərərçəkmiş şəxs hədə-qorxu gələrək, özünə və qohumu Məhkum 500 manat pul lazım olmasını bildirib bunu etməmək müqabilində hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs 500 manat pul tələb etmiş, həmçinin Samir İsmayılzadə həmin hədə-qorxu təsiri altında cinayətin digər iştirakçısı Məhkum qəsdi ilə əhatə olunmayan və ümumi niyyətdən kənara çıxmaqla Zərərçəkmiş şəxs sol qolunu əli ilə sıxıb ona fiziki ağrı yetirməklə hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa, o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsi barədə qohumu X5 ilə razılaşıb cinayət əlaqə sinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, X11 Rzayevanın fototəsvirlərini internet vasitəsi ilə sosial şəbəkələrdə özü və Məhkum tərəfindən yayılmaqla onu rüsvay edəcəkləri barədə Zərərçəkmiş şəxs hədə-qorxu gələrək, özünə və qohumu Məhkum 2.000 manat pul lazım olmasını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin arxa həyətində bildirib bunu etməmək müqabilində hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs 2.000 manat pul tələb edərək, özlərində qalan fototəsvirləri yaddaş kartında sonuncuya qaytarmaq barədə vəd verdikdən sonra Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəsmi müraciəti əsasında həmin idarənin əməkdaşları tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Samir İsmayılzadə hədəqorxu ilə tələb etdikləri pulu əldə etmək məqsədi ilə həmin gün saat 12:05-də Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının çıxışı qarşısında görüşüb sonuncuya əvvəlcədən əməliyyataxtarış tədbirində istifadə edilməsi üçün polis əməkdaşları tərəfindən verilmiş, seriya və nömrələri protokolda qeyd edilmiş 2.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs hədəqorxu ilə tələb etməklə əldə etdikdən dərhal sonra polis əməkdaşları tərəfindən saxlanılmış, Samir İsmayılzadənin üzərinə baxış keçirilərkən, onun əynindəki cins şalvarının sağ yan cibindən özünün çıxarıb təqdim etdiyi J67665362; A51691116; A24858929; A41008995; J86005477; A43913293; A82021899; A3349531 4; A87175540; A92488809; A52851255; A27821921; J95169741; A18171022; A78607117; A21792313; A12874047; A04208298; A04195979; A62737993 seriya və nömrəli 20 ədəd 100 manatlıq pul əskinaslarından ibarət, cəmi 2.000 manat pul, həmçinin Zərərçəkmiş şəxs təqdim etdiyi, bir qədər əvvəl Samir İsmayılzadənin ona qaytardığı, yaddaşında 5 ədəd Zərərçəkmiş şəxs fototəsvirləri olan bir ədəd "Sandisk" markalı, USB-flash" tipli yaddaş kartı aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Rizvan Səfərov və Rəşad Abdulovdan ibarət tərkibdə) 1(103)-1648/18 nömrəli xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü Məhkum aid hissəd ə dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, məhkum edilmiş Məhkum müdafiəçisi X7 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmişdir. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator verdiyi kassasiya şikayətində göstərmişdir ki, birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrinin müvafiq hökm və qərarları ilə təyin olunan cəza müddəti yuxarı həddədir. Bundan başqa, kassator şikayətində ailə vəziyyətinin, himayəsində bir azyaşlı övladının olmasını, həmçinin ilk dəfə olaraq cinayət törətməsini nəzərə alıb ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kassator göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tari xli qərarının ləğv edilməsini və təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxara q yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını və ona ağır cəza təyin edilməsini vurğulayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş son dəyişikliklərin onun barəsində tətbiq edilməsini və cə zasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin, ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensi yasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri kassasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq 125, 170.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun cəzasının yüngülləşdirilməsinə dair şikayətin dəlillərinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən edilir ki, Məhkum əvvəllər məhkum olunmaması, yaşayış yerindən müsbət xarakterizə olunması və himayəsində bir azyaşlı uşağının olması müəyyən olunmuş, cəzasını ağırlaşdıran hal isə müəyyən olunmamış və törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın məhkumun islah edilməsinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 170.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cüm lədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə, CM-in 170.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə, CM-in 182. 2.1 və 182.2.2-ci maddələrinin sanksiyalarında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin, CM-in 170.3-cü maddəsinin və CM-in 182.2.1 və 182.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cəzaların aşağı həddinə, müvafiq olaraq, 4 (dörd) il, 6 (altı) il və 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin Azərbaycan Respublikası CM-in 66-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti caza olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilərkən onun əvvəllər məhkum olunmaması, yaşayış yerindən müsbət xarakterizə olunması və himayəsində bir az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və əməlində cəzasını ağırlaşdıran halın olmamasını, törətdiyi cinayətlərin xarakteri və ictimai-təhlükəliliyi, həmçinin iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların fövqündə ona cinayətlərin məcmusu qaydasında təyin edilən 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Göründüyü kimi işə baxan məhkəmələr iş üzrə cəzanı bütün yüngülləşdirən halları nəzərə alaraq ona kifayət qədər ədalətli cəza təyin etmişlər. Məhkəmə kollegiyası kassatorun barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Qanunun tətbiq edilməsi barədə şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, göstərilən qanun xx xxxxxx 2017-ci il tarixdən qüvvədədir və tətbiq olunur. Məhkumun barəsində isə hökm xx xxxxxxxx 2018-ci il tarixdə çıxarılmışdır. Yəni, məhkumun barəsində ittiham aktı təsdiq edilərkən və barəsində hökm çıxarılarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Qanunu qüvvədə idi və məhkumun barəsində hökm göstərilən qanun müddəalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Odur ki, məhkumun bu dəlilinin də heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiy yələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan hal da, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 170.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1062/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1062/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver