Məhkəmə qərarları › İş №1(102)-1062/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1062/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1062/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Həsənzadə Rəhim Məmməd oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər M əhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Həsənzadə Rəhim Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)-767/2022 nömrəli (hakimlər Hüseynov Cavid İbadulla oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlu) hökmü ilə 08 iyul 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, XXX-də yaşayan Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, məhkəməyədək icraat mərhələsində Məhkum 31 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 01 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan cəzadan çıxılması və üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəza çəkməsinin əvvəlinin axtarış nəticəsində tutulduğu 20 may 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdiri lməməsi, Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 17 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum müdafiəçisi Həsənzadə Rəhim Məmməd oğlu tərəfindən ka ssasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, satış məqsədilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Məhkum naməlum mənbədən satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşıyarkən 31 oktyabr 2021-ci il tarixdə inzibati ərazidə xidmətdə olan Əlahiddə Çevik Polis Alayının 10-cu PB-nin əməkdaşları tərəfindən saat 03:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsin də yerləşən “Binə” ticarət mərkəzinin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə aparılmış və orada onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əlində olan sellofan torbadan satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd qara rəngli sellofana qablaşdırılmış, ayrı ayrılıqda hər bir birinin içərisində 95,0 qram və 7,675 qram olmaqla, ümumi çəkisi 102,675 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 75,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Ağır Cinayətlər Məhkə məsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin ittiham aktını təsdiq etmək üçün gətidirdiyi sübutlar güvənli və mötəbər deyil. Belə ki, sübutların mötəbərliyi şübhə doğurmamalı, eyni hal üzrə olan müxtəlif sübutlar bir-birini təsdiq etməli və tamamlamalı və sübutlar birgə qiymətləndirilməlidir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində cinayət işini tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə sübutları düzgün, eyni hala dair müxtəlif hallar ortaya qoyan dəlillərlə birgə qiymətləndirməmişdir. Nəticədə maddi və prosessual hüquq normaların ın pozulması ilə iş üzrə hökm qəbul etmişdir. Belə ki, Məhkum üzərində narkotik maddə olmamış, o, həmin əraziyə narkotik almağa, satmağa və s. anoloji məqsədlə getməmiş və məhz PB-də polis əməkdaşları tərəfindən döyülərək, üzərinə narkotik maddə qoyulub, yalan ifadə - narkotikin onun üzərindən aşkar edilməsi və satış məqsədinin olması barədə məlumat verməyə məcbur edilmişdir. İbtidai istintaq materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan (səh.95) görünür ki, Məhkum istifadə etdiyi “SAMSUNG” markalı mobil telefonda ümumiyyətlə Facebook hesabı olmamış, “Votsap” və “İnstagram” hesabları, eləcə də telefonun yaddaşından narkotik alış-satışı, istifadəsi də daxil olmaqla, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Halbuki ifadələrind ə Məhkum narkotik maddələri guya məhz mobil telefonunda olan Facebook sosial şəbəkəsi vasitəsilə tanış olduğu Mahir adlı şəxsdən aldığı qeyd edilmişdir. Bu xüsusat, yəni Facebook şəbəkəsindən Mahid adlı narkotik satıcısının müəyyən edilməsi, ümumilikdə Məhkum narkotik satışı ilə məşğul olub-olmaması, müvafiq şəxslərlə əlaqələrinin müəyyən edilməsi barədə verilmiş əməliyyat tapşırığı da heç bir müsbət nəticə verməmiş, narkotik alğı-satqısı barədə hər hansı təsdiqedici hal müəyyən edilməmişdir. Məhkum yaşadığı mənzilə keçirilmiş baxış nəticəsində də, narkotik maddələrlə bağlı hər hansı sübut aşkar edilməmişdir. Məhkum apellyasiya məhkəməsində, nəinki hansısa narkotik maddəni satış məqsədilə əldə etdiyini, ümumiyyətlə saxlanılarkən üzərində narkotik maddə olmadığını, həmin maddələrin polis əm əkdaşları tərəfindən üzərinə yerləşdirildiyini qeyd edir. Bununla da, hazırki vəziyyətdə, yəni şahid ifadələrinin əvvəlcədən hazırlanmış olduğuna nəzərən sübut siyahısından çıxarılacağı, satışla, satışdan əldə ediləcək mənfəətlə bağlı istintaqın ən kiçik belə olsa sübut təqdim etməməsi, əksinə, bu hala dair əks sübutların – telefondan, evindən, əməliyyat tapşırığına verilmiş cavabdan satışla, ümumilikdə narkotiklə bağlı hər hansı məlumatın mövcud olmaması, Məhkum narkotiki aldığı, yaxud satacağı şəxsin mövcud olmaması, özünün isə satışla bağlı ilkin ifadəsini təkzib etməsi ibtidai istintaq və 1ci instansiyası məhkəməsinin gəldiyi nəticənin, hüquqi mövqeyin tamamilə əsassız olduğunu bilavasitə sübut edir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 17 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum bərəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Həsənzadə Rəhim Məmməd oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Məhkum barəsində təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən q üvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirm əyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyə ti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona i stinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının pr insiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarı nın qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdara narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilm iş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayəti ndə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instans iyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Kia Rio” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Tutulmazdan təxminən 1 ay əvvəl narkotik maddə olan heroindən istifadə etməyə başlamış və tələb olunan heroini sosial şəbəkələr vasitəsi ilə tanımadığı şəxslərdən alıb əldə etmişdir. Məhkum ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı, qismən birinci və apellyasiya instansiya instansiya məhkəmələrində verdiyi öz ifadəsi, şahidlər Şahid2, Şahid3 və Şahid4 Lütfiyar oğlunun ifadələri, o cümlədən «şəxsi axtarış aparılması və götürmə» haqqında 31 oktyabr 2021-ci il tarixli protokolun məzmunu ilə və iş üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Eyni zamanda kassasiya şikayətinə ibtidai istintaq dövründə məhkumun işgəncə və təzyiqə məruz qalması və bunun nəticəsi olaraq etirafedici ifadə verməsi iddia edilmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə a lınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan təqsirləndirilən ş əxs Məhkum, şahid qismində dindirilən Şahid1, Şahid2, Şahid3 və Şahid4 Lütfiyar oğlunun ifadələrindən görünür ki, Məhkum saxlanılarkən və polis bölməsində olarkən polis əməkdaşları tərəfindən onlara hər hansı fiziki və ya psixi güc tətbiq edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum ifadələrini işgəncə, fiziki və ya psixi təzyiqlərə altında verməsi və məcbur edilərək ifadəsinin imzalaması ilə bağlı məhkəmələr tam araşdırma aparmış və bu barədə müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş satış məqsədi ilə qanunsuz olaraq külli miqdara narkotik vasitələri və psixotrop maddələr i əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları tə krarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətdə olan dəlillər birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində düzgün olub-olmaması yoxlanılmış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlinmişdir. Cəza məsələ sini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olması (himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Mə hkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Həsənzadə Rəhim Məmməd oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Həsənzadə Rəhim Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar