Məhkəmə qərarları › İş №1(102)-1062/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1062/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1062/2025 30.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs bəraət almış şəxs iştirakları ilə x xxxxxxx 1982-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda ol an bəraət almış şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2024-cü il tarixli 1(105)-594/2024 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şabran Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 1(031)-9/2024 nömrəli hökmü ilə (sədrlik edən Ayaz Məmmədov) bəraət almış şəxsna - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir Birinci inst ansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2024-cü il tarixli 1(105)-594/2024 nömrəli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), E.G.Rəhimov və M.Ə.Rzayev) apellyasiya protesti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 1(031)-9/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə bəraət almış şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 10,39 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan marixuananı 01 (bir) ədəd “Argo” ma rkalı siqaret qutusunun içərisində 01 (bir) ədəd kağız bükümdə əynində olan cins şalvarın sol yan cibinə yerləşdirib üstündə daşımaqla qanunsuz olaraq saxlamış və xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şabran şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Şabran Rayon Polis Şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman sözügedən narkotik vasitə ondan aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş və bunun nəticəsi olaraq bəraət almış şəxsna CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü əsassız olaraq qüvvədə saxlamışdır. Belə ki, təqsirləndirilən şəxs bəraət almış şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərilən etiraf xarakterli xüsusatlar şahidlərin ifadələri ilə yanaşı, şəxsi axtarış və götürmə, baxış protokolları, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaların rəyləri ilə də tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bəraət almış şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi iş materialları ilə tam şəkildə ziddiyyət təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşmaq əvəzinə ona qanunsuz əsaslanaraq bəraət hökmü çıxarmışdır. Məhkəmə, iş üzrə mötəbər sübutları - konkret olaraq əsas şahidlər olan polis əməkdaşlarının ifadələrini, müdafiəçinin iştirakı və videoçəkilişlə təqsirləndirilən şəxsin üzərində aparılan şəxsi axtarış və götürmənin nəticələrini əks etdirən protokolları və videogörüntüləri kənara qoyaraq cinayət məsuliyyətindən yayınmağa cəhd edən bəraət almış şəxsin özünün ifadəsini əsas götürərək düzgün olmayan nəticəyə gəlmişdir, bəraət almış şəxsin özü belə, hətta məhkəmədə verdiyi ifadəsində də göstərmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində istehlakçı kimi iştirak etmişdir, habelə məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən onda hazırkı iş üzrə də narkomaniya xəstəliyi aşkar olunur və onun narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyacı vardır. Bundan başqa, məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamaq üçün təqsirləndirilən şəxs bəraət almış şəxs barəsində xx.xx.2023-cü il tarixə, saat ll:15-ə təyin edilmiş inzibati xəta haqqında protokol üzrə Şabran Rayon Məhkəməsində inzibati xəta haqqında işə baxılmasından sonra yenidən polis əməkdaşlarının müşahidəsi altında Şabran rayon Polis Şöbəsinə aparılmasına dair özünün müdafiə xarakterli ifadəsinə istinad etmişdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə şahidlərin verdikləri obyektiv ifadələr nəzərə alınmamış, toplanmış sübutlar təhlil o lunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bərəaət almış şəxs bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətb iq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsin əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs ö zünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərin ə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuları n aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən bəraət almış şəxsna ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 10,39 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan marixuananı 01 (bir) ədəd “Argo” markalı siqaret qutusunun içərisində 01 (bir) ədəd kağız bükümdə əynində olan cins şalvarın sol yan cibinə yerləşdirib üstündə daşımaqla qanunsuz olaraq saxlamış və xx.xx.2023-cü i l tarixdə, saat 16:00 radələrində, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şabran şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Şabran Rayon Polis Şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman sözügedən narkotik vasitə ondan aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, alimentlə bağlı axtarışa verilmiş və xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərinin ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran şəhərinə gətirilmişdir. Şabran şəhərində onu Şabran R ayon Polis Şöbəsinə təhvil vermişlər, oradan onu xx.xx.2023-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsinə aparmışlar, Şabran rayon İcra və Probasiya şöbəsindən də onu Şabran Rayon Məhkəməsinə gətirmişlər. Bundan sonra Şabran Rayon Məhkəməsində onun barəsində olan inzibati işə baxıldıqdan və o cərimə edildikdən sonra polis əməkdaşları onu təzədən Şabran Rayon Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşları ona hazırda adını xatırlamadığı Şabran Rayon Polis Şöbəsinin rəis müavinin onu görməli olduğunu və bundan sonra onu buraxacaqlarını demişlər. Lakin, onu Şabran Rayon Polis Şöbəsinə gətirdikdən sonra buraxmamışlar, xx.xx.2023-cü il tarixdə günortadan sonra orada onu döydükdən sonra cibinə narkotik vasitə qoyub onun üzünə durub onu hədələmişlər və bu səbəbdən də o, narkotik maddəni tap dığını boynuna almışdır. Fikirləşmişdir ki, bunu etməsə, polis əməkdaşları başqa şəxsləri onun üzünə durduraraq narkotik maddələrin satışında da əsassız və qanunsuz olaraq onu ittiham edəcəklər və məhkəmə qarşısında olan zaman hər-hansı bir şəxs onun üzünə duraraq ondan narkotik maddə aldığını bildirdiyi təqdirdə məhkəmə ona yox, həmin şəxs inanacaq. Bununla yanaşı həmçinin ümid etmişdir ki, məhkəmədə onun təqsirsizliyi sübuta yetiriləcəkdir. Çünki Sumqayıt şəhərində saxlanıldığı vaxtdan ayın xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində daim polis əməkdaşlarının nəzarəti altıda olub və polis əməkdaşları da onu yaşadığı küçədə saxlamamışlar. Həmçinin xx.xx.2023-cü il tarixdən məhkəmədə işinə baxıldıqdan təkrarən polis əməkdaşları tərəfindən Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir və h əmin vaxtdan etibarən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində də Şabran Rayon polis Şöbəsində olmuşdur. Hətta məhkəmədə inzibati işə baxılarkən polis əməkdaşları onu müşayət etmişlər, zalda oturub onu gözləmişlər. xx.xx.2023-cü il tarixdə onu təkrarən Şabran Rayon Məhkəməsinə gətirmişlər və barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. Lakin o, Sumqayıt şəhərində saxlanıldığı vaxtdan etibarən polis əməkdaşlarının müşahidəsi altıdan olmuş və bu vaxt ərzində nəzarətsiz qalmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik maddə istifadə etdiyini, ekspertizada müayinə də olduğunu, məcburi müalicəyə ehtiyacının olmadığını, qanından analiz götürülmədiyini, saxlanıldığı zaman müdafiəçisinin olmasına baxmayaraq polis əməkdaşlarının üzünə durmamaları məqs ədi ilə vəkilə başına gələnlər ilə bağlı məlumat vermədiyini, həmçinin ekspertizada müayinədə olduğu və narkotiklə əlaqədar müalicəyə ehtiyacının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, dəqiq və qərəzsiz mənbədən daxil olmuş bəraət almış şəxs narkotik vasitələri əldə etməsi və onların satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ilə birlikdə xx.xx.2023-cü il tarixdə günün ikinci yarısında bəraət almış şəxs tərəflərindən Şabran şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsi ərazisində saxlanılmış və Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Şabran Rayon Polis Şöbəsinə Növbətçi Hissəsində müdafiəçisini iştirakı ilə onun üzərində şəxsi axtarış k eçirilmiş və üzərindən narkotik maddə aşkar edilmişdir. bəraət almış şəxs həmin narkotik maddəni tapdığını bildirmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq bəraət almış şəxs mülki iş üzrə barəsində alan edilmiş axtarış ilə bağlı Şabran Rayon Polis Şöbəsinə gətirilməsindən məlumatını olduğunu, lakin bəraət almış şəxs Şabran Rayon Polis Şöbəsindən buraxıldıqdan 1-2 gün sonra tərəflərindən saxlanıldığını, müdafiəçinin suallarına cavab olaraq dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında bəraət almış şəxs tərəflərindən saxlanıldığını, bəraət almış şəxs üzərindən aşkar edilmiş narkotik maddəni haradan tapdığını demədiyini və onların dəvəti əsasında heç bir etiraz etmədən onlarla birlikdə Şabran Rayon Polis Şöbəsinə gəldiyini, təqsirləndirilən şəxsin suallarına cavab olaraq on un evinə polis əməkdaşları tərəfindən baxış keçirilmədiyini, üzərindən narkotik maddə çıxdıqdan sonra özünün həmin narkotik maddəni tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını dediyi üçün evinə baxış keçirilmədiyini və əvvəllər bir neçə dəfə Post Patrul Xidməti əməkdaşlarından qaçdığını, həmçinin bəraət almış şəxsna Şabran Rayon Polis Şöbəsində hər-hansı bir fiziki və ya psixi təzyiq göstərilməsinin şahidi olmadığını və onun tərəfindən bəraət almış şəxsna münasibətdə belə bir hala yol verilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, bəraət almış şəxs onun qardaşıdır. Qardaşı Şahid ata evində bacısı ilə yaşayır. O isə Şabran rayonunun Sincanboyad kəndində yaşayır. Şahid 2023-cü ildə Sumqayıt şəhərində işləyirdi və aliment borcuna görə Sumqayıt şəhərində saxlanılaraq Şabran Rayon məhkəməsinə gətirilmişdir. O da, həmin vaxt məhkəmənin qabağına gəlmişdi. Məhkəmənin qarşısında görmüşdür ki, iki nəfər polis əməkdaşı qardaşı bəraət almış şəxsnu qapıdan çıxanda götürüb apardılar. Bundan əlavə verilmiş suallara cavab olaraq Şabran Rayon Məhkəməsinin qarşısında gələndə bəraət almış şəxs artıq məhkəmə iclas zalında olduğunu və işinə baxıldığını öyrəndiyini, bəraət almış şəxs işinə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməndə baxıldığını, qardaşı bəraət almış şəxs işinə məhkəmədə baxıldıqdan sonra bəraət almış şəxs məhkəmədən çıxandan sonra onu polislərin apardıqlarını, ondan sonra qardaşı bəraət almış şəxsnu görmədiyini, bəraət almış şəxs evə də gəlmədiyini, b əraət almış şəxs içəridə olduğu zaman onunla əlaqə saxlamadığını, ona məhkəmədə belə bir ifadə verməsini heç-kimin demədiyini, həqiqəti söylədiyini, əvvəllər narkotik maddələrin istifadəsinə görə tutulduğunu, lakin çıxandan sonra narkotik maddə istifadə etməyəcəyinə dair söz verdiyini və bəraət almış şəxs narkotik maddə istifadə etməsinin şahidi olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, bəraət almış şəxs və Şahid4 onun dayılarıdır. Şahid4 ona X23 işinə məhkəmədə baxıldıqdan sonra polis əməkdaşları tərəfindən Şabran Rayon Polis Şöbəsinə aparılmasını və bundan sonra evə qayıtmamasını bildirmişdir. X23 Cərulla oğlu 5-6 aydır ki, Sumqayıt şəhərində yaşayır və işləyirdi. Hərdən bir rayona gəlib gedirdi. Bundan əlavə müdafiəçini n suallarına cavab olaraq X23 Sumqayıt şəhərinə gedənə kimi onlarla birlikdə yaşadığını, arada bir Şabran şəhərinə gəldiyi vaxtlarda onların evində qaldığını, lakin Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onların evinə gəlmədiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayan bəraət almış şəxs narkotik vasitələri əldə etməsi və onların satışı ilə məşğul olması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən onu saxlamaq qərarına gəlmişlər. Buna görə də xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə bəraət almış şəxsnu yaşadığı küçədə saxl amış, bəraət almış şəxs tərəflərindən saxlanıldıqdan sonra sonuncunu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da onların təklifi əsasında Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. X20 Şabran Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə təhvil verdikdən sonra sonuncunun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, müdafiəçi gəldikdən sonra müstəntiqin iştirakı ilə bəraət almış şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd büküm aşkar edilərək götürülüb qablaşdırılmışdır. bəraət almış şəxs narkotik vasitənin ona məxsus olmasını və onu Şabran rayon ərazisində tapdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması barədə qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan bəraət almış şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında əməliyyat müşahidələrin keçirilməsi və onun narkotik vasitələrin və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə dərhal onun üzərinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə, saat 16:30-dan 16:35-ə kimi olan müddət ərzində bəraət almış şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki cins şalvarın sol yan cibi ndən bir ədəd siqaret qutusunun içərisində, kağıza bükülmüş narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/835 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...bəraət almış şəxs...” yazısı və imzalar olan kağız paketdəki “ARGO” adlı siqaret qutusunun içərisində (01) ədəd kağız bükümdə təmiz çəkisi 10,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, bəraət almış şəxs barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmişdir. Lakin həmin qərarın nəticəvi (qərara aldı) hissəsində bəraət almış şəxs Şabran Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməli olmasına dair hər-hansı bir qeyd mövcud deyildir. İş materiallarında olan “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4642 nömrəli rəydən görünür ki, bəraət almış şəxsnda opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə yə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 89 nömrəli Tibbi Müayinədən Keçirilməsi və Tibbi Yardımın Göstərilməsinin Qeydiyyatı kitabının müvafiq səhifələrinin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:50-ə Şabran Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerində gətirilmiş bəraət almış şəxsnda hər-hansı bir xəsarət faktı aşkar edilməmişdir. İş materiallarında olan Şabran Rayon Polis Şöbəsinin Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-107/2-17884/23 nömrəli məktubdan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasında və həyətində quraşdırılmış kameraların "DVR" arxivinin saxlama müddəti 60 (altmış ) gün olduğundan, 2023-cü ilin iyun ayının 06-dan 13nə kimi olan müddət ərzində qeydə alınmış görüntülərin Şabran Rayon Məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8388 nömrəli rəydən görünür ki, bəraət almış şəxsnda remissiya mərhələsində opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik klinik əlamətlərin itməsi ilə əlaqədar, abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Apellyasiya baxışı zamanı bəraət almış şəxsbarəsində Şabran Rayon Məhkəməsində keçirilən xx.xx.2024-cü il tarixli inzibati iş üzrə məhkəmə iclasının videodiskinə baxış keçirilərkən, zalda iki nəfər polis əməkdaşının bəraət almış şəxsi gözləmələri müşahidə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan istintaq zamanı bəraət almış şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X13, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin Şahid1, Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin polis nəfəri X12 və müdafiəçi Siyəzən rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X8 iştirakları ilə şübhəli şəxs bəraət almış şəxs üzərinə şəxsi axtarış aparılarkən bəraət almış şəxsna üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, bəraət almış şəxs əynindəki cins şalvarın sol yan cibindən 02 (iki) ədəd siqaret qutusu və sağ yan cibindən isə 01 (bir) ədəd alışqanı masanın üzərinə qoyaraq təqdim etmiş, bundan sonra kamera müstəntiqin belini çəkdiyi, yəni müstəntiq tərəfindən kameranın qarşısı kəsildiyi və onun bəraət almış şəxs tərəfindən təqdim edilmiş siqaret qutularından biri ilə nə etdiyi faktiki olaraq kamera vasitəsi ilə çəkilən videogörüntünün əhatəsinə düşmədiyi zaman siqaret qutularından biri müstəntiq tərəfindən açılaraq onun içərisində bir büküm çıxarılmış, yalnız bundan sonra həmin siqaret qutusu və büküm kamera vasitəsi i lə çəkilən videogörüntüyə düşmüş (müstəntiq tərəfindən kameranın qarşısına aparılaraq göstərilmiş), bəraət almış şəxs həmin bükümdə olan narkotik maddənin marixuana olduğunu və həmin narkotik maddənin Şabran şəhərinin ərazisində tapdığını bildirmiş, bundan sonra həmin bükümlə bağlı müstəntiq tərəfindən bəraət almış şəxsna suallar verildiyi zaman kamera bəraət almış şəxsnu çəkərək yenidən onun tərəfindən təqdim edilmiş siqaret qutusunu və həmin qutudan aşkar edilərək götürülmüş narkotik maddəni ümumiyyətlə çəkməmiş (həmin vaxtı aşkar edilmiş bükümlə nə edildiyi videoya düşməmiş) və sözü gedən büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Şabran rayon prokurorluğunun müstəntiqi tərəfindən 93c-23 nömrəli material nəzərdən keçirilərək qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində keçirilmiş tibbi müayinə nəticəsində bəraət almış şəxs üzərində xx.xx.2023-cü il tarixdə yetirməyə uyğun gələn bədən xəsarətləri aşkar edilmədiyi qeyd edilmiş və həmin qərara əsasən bəraət almış şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə Şabran Rayon Məhkəməsində baxıldığı zaman Şabran Rayon polis Şöbəsində döyülməsi və psixi təzyiqə məruz qalması ilə bağlı verdiyi məlumat əsasında 93c-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iş materiallarında olan Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan, Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli axtarış işinin açılması barədə qərardan, xx.xx.2023-cü il tarixli raportdan Şabran Rayon Məhkəməsinin 3(031)-244/2023 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2023-cü il tarixli bildiriş və qərardan, xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması barədə qərardan, o cümlədən iş üzrə əlavə şahid olaraq dindirilmiş Şahid4 və Şahid5 Rasim oğlunun məhkəmə iclasında verdikləri ifadələrdən görünür ki, bəraət almış şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərinin ərazisində saxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 00:15-də Şabran Rayon Polis Şöbəsinə gətiri lmiş və Növbətçi Hissəyə təhvil verilmiş, bundan sonra Şabran rayon İcra və Probasiya Şöbəsinə aparılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, bundan sonra həmin inzibati xəta haqqında protokol baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilmiş, Şabran Rayon Məhkəməsində həmin inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixə, saat 11:15-ə təyin edilmiş, inzibati xəta haqqında işə Şabran Rayon Məhkəməsində baxıldıqdan sonra polis əməkdaşlarının müşahidəsi altında məhkəməyə gətirilmiş bəraət almış şəxs yenidən polis əməkdaşlarının müşahidəsi altında Şabran Rayon Polis Şöbəsinə ap arılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi hağlı olaraq bəraət almış şəxs polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində saxlanıldığı vaxtdan başlayaraq üzərində narkotik maddə saxlamasının və gəzdirməsinin, onun polis əməkdaşlarının nəzarəti altında olduğu vaxt ərzində üzərində şəxsi axtarış keçirilməməsinin, barəsində olan inzibati xəta haqqında işə məhkəmədə baxıldıqdan sonra "azadlığa" buraxıldığı təqdirdə belə qısa müddət ərzində yerdən narkotik maddə tapdıqdan sonra dərhal polis əməkdaşları tərəfindən saxlanılmasının, üzərində narkotik maddə olmasına və iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadədə onun dəfələrlə Post Patrul Xidmətinin əməkdaşlarından qaçdığını göstərməsinə baxmayaraq hər-hans ı bir mübahisə etmədən və müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlməsinin, xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması barədə qərarda ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan bəraət almış şəxs narkotik vasitələrin qəbulu ilə yanaşı satışı ilə məşğul olması barədə də məlumatın daxil olmasına baxmayaraq sadəcə bəraət almış şəxs ibtidai istintaq zamanı verdiyi ifadədə narkotik maddələrinin satışı ilə məşğul olmamasını bildirməsi əsasında bu hal ilə bağlı hər-hansı bir araşdırmanın aparılmamasını, onun yaşadığı Şabran şəhərinin ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilməməsini və bu halları ilə bağlı iş üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında hər-ha nsı bir əsaslandırma aparılmadığını, ittihamın əsası kimi çıxış edən sübutların həqiqəti əks etdirmədiyi, bunun əksinə bəraət almış şəxs məhkəmə iclasında verdiyi ifadədə göstərdiklərinin məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq bəraət almış şəxsin bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və tə sir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab etmişdir. Bundan başqa iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs bəraət almış şəxs cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar onun hüququ pozulmaqla və ona qarşı psixi təzyiq tətbiq olunaraq əldə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, bəraət almış şəxs Sumqayıt şəhər 4-cü polis bölməsinin əməkdaşları tərəfindən Şabran RPŞ-nin əməkdaşlarına təhvil verilmiş, lakin verilmiş ittihamda onun Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şabran şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirildiyi və Şabran Rayon P olis Şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman sözügedən narkotik vasitə ondan aşkar edilərək götürüldüyü qeyd olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bəraət almış şəxsin müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməmişdir. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı bəraət almış şəxs hüquqlarının müdafiə olunması vəkil X11 həvalə edilərək sonradan o, ibtidai araşdırma zamanı müxtəlif istintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış, sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş və işin əsl hallarının araşdırılmasına təşəbbüs göstərməm iş, bununla bağlı heç bir vəsatət qaldırmamış və yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdirdir. Aşağı instansiya məhkəmələri düzgün olaraq vurğulamışlar ki, ibtidai araşdırma orqanı bəraət almış şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ittiham aktında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır ki, bu ifadələrin də əsasən şübhəli şəxsin tutulmasının vaxtı, səbəbi və halları barədə hissələrinin, məhkəmə iclasında araşdırılmış digər sübutlarla ziddiyyət təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkə t və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçiril məsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vət əndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblər indən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kə sb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüq uqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bəraət almış şəxsna elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr bəraət almış şəxs xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmi şdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi haqlı olaraq bəraət almış şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsin əməlində həqiqətən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzl i fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-i n 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əs assız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. bəraət almış şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar