Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1063/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3 Zərərçəkmiş şəxs Məhkum müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunu vəkili Müdafiəçi Seid oğlunun iştirakları ilə xx xxx 1965-ci ildə Ucar rayonundə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.M.Abasov (sədrlik edən), E.Ə.Mikayılov və M.M.Ağalarov) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 22 sentyabr 2016-cı il tarixdən 24 sentyabr 2016-cı il tarixədək tutulduğu 2 gün müddət əsas cəza dan çıxılmaqla üzərində qəti olaraq 9 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2018ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), Ə.Dövlət ittihamçısı və N.E.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilərək Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 10 ildən 8 ilə endirilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 22 sentyabr 2016-cı il tarixdən 24 sentyabr 2016-cı il tarixədək tutulduğu 2 gün müddət cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə dostu X7 vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının milliyyətcə azərbaycanlı olan vətəndaşı Zərərçəkmiş şəxs birgə xırda və iri buynuzlu heyvan ticarəti ilə məşğul olmaq təklifi irəli sürərək hər ay təxminən 7000 manat gəlir əldə edəcəklərini vəd verməklə 2015-ci ilin fevral ayının ortalarında Bakı şəhəri Nəsimi rayonu "Əcəmi" metrostansiyasının yaxınlığında ümumi tanışları X8 vasitəsi ilə ilkin sərmayə kimi 8000 manat və 13.000 ABŞ dolları məbləğində, həmin dövrün məzənnəsi ilə 10197 manat 20 qəpik olmaqla, ümumilikdə 18.197 manat 20 qəpik məbləğində pulunu ələ keçirmiş, sonradan ticarətdə mənfəət əldə etmədiyini bildirərək ilkin sərmayə kimi aldığı pulu əvəzləşdirmək bəhanəsi ilə Zərərçəkmiş şəxs özünün yaşadığı ünvan 2 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evini satmağı təklif etmiş, evi 150.000 manata dəyərləndirərək ilkin sərmayə kimi verilmiş puldan əlavə 130.000 manat ödənilərək öz aralarında alqı-satqı etməyə dair razılıq əldə etdikdən sonra 2015-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Binəq ədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən 26 saylı notariat kontorunun qarşısında evə beh verilməsi adı ilə aldadaraq, Zərərçəkmiş şəxs 10.000 manat məbləğində pulunu ələ keçirmiş, 2015-ci ilin avqust ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs ailə üzvlərini ona satacağını vəd verdiyi evinə qeydiyyata saldırmaq üçün Binəqədi RPİ-nin Qeydiyyat və X2 vəzifəli şəxslərinə rüşvət vermək adı ilə aldadaraq, 2500 manat məbləğində pulunu ələ keçirmiş, 27.11.2015-ci il tarixdə isə Bakı şəhəri 26 saylı notariat kontorunda evi Zərərçəkmiş şəxs adına rəsmiləşdiriləcəyinə dair notarial qaydada təsdiq olunmuş ilkin müqavilə bağlayaraq və 3 ay ərzində ailə üzvləri ilə birlikdə evdən qeydiyyatdan çıxaraq evi Zərərçəkmiş şəxs təhvil verəcəkləri barədə ərizə verərək 100.000 manat məbləğində pulunu ələ keçirməklə, ümumilikdə, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 130.697 manat 20 qəpik məbləğində, külli miqdarda əmlak ziyanı vuraraq dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi, təqsirləndirilən şəxs Məhkum barəsində cinayət təqibinə xitam verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və öz müdafiəsi üçün dəlillər gətirmişdir. Lakin ibtidai araşdırma və məhkə mə baxışı zamanı təqsirləndirilən şəxsin gətirdiyi dəlillər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Belə ki, təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs şərikli olaraq alver etmiş və bununla əlaqədar Məhkum dəfələrlə Rusiyaya gedib mal gətirmişdir. İran vətəndaşı olan Zərərçəkmiş şəxs vizasız Rusiyaya gedə bilmədiyi üçün onlar birlikdə Azərbaycan-Rusiya sərhədinə qədər getmişlər. Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda göstərilənlər mülki münasibətlərdən əmələ gəlmiş hallardır ki, bununla əlaqədar məhkəmədə mülki mübahisə olmuş və məhkəmə qərarı qəbul edilmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs pulları özünə qaytarılmış və o, notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək Məhkum verilmiş cəzanın yüngülləşdirilməsini və onun azadlığa buraxılmasını xahiş etm işdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi, kassasiya şikayətinin təmin edilməsinə etiraz etməməsi barədə Zərərçəkmiş şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə həm məhkumun əsassız olaraq cinayət məsuliyyət inə cəlb edilməsi, həm də təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Kassasiya şikayətinin, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə əsassız mə hkum edilməsinə dair dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasın a qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, V6 işin hallarında t əsvir olunan dələduzluq cinayətini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan, Zərərçəkmiş şəxs, şahidlər X5, X9, X6, X1, X7 və X4 ifadələri, Binəqədi rayon Məhkəməsinin 01.03.2017-ci il tarixli, iş nömrəsi 2(001)-916/2017 saylı qətnaməsi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ndə nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsa sən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etib arından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqəd ar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-c i maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin olunması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tə rəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı y üngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etm işdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. İşin kassasiya instansiya məhkəməsində baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Məhkum tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş və onun Məhkum qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun cəmiyyətdən təcrid edilmədən isla h olunmasını mümkün sayır və cinayət qanunvericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran h alları nəzərə alsın. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə z amanı əlavə cəzaların təyin edilməsinə yol verilir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Məhkum 3 (üç) il sınaq müddətinin təyin edilməsini və üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerin i dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 7 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Məhkum dərhal cəzaçəkmə müəssisəsindən azad olunsun. Məhkum davranışı üzərində nəzarət Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi iş və yaşayış yerini dəyişməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1063/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1063/2019
21.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver