Məhkəmə qərarları › İş №1(102)-1063/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1063/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1063/2025 30.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və bəraət almış şəxs X3 iştirakları ilə 7 dekabr 1989-cu ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-675/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-221/2024 nömrəli 12 avqust 2024-cü il tarixli hökmü ilə (hakimlər N.Hüseynli (sədrlik edən), N.Mirzəyev və E.Məmmədov) X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tə rəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)675/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), M.Ə.Rzayev və E.G.Rəhimov) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-221/2024 nömrəli 12 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə g örə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,032 qram, 0,672 qram və 0,622 qram, ümumi təmiz çəkisi - 2,326 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və üzərində saxlamış, 14 oktyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin X16 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsində saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 11:20-dən 12:00- a kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin 3 ədəd şəffaf rəngli sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 1,032 qram, 0,672 qram və 0,622 qram, ümumi təmiz çəkisi – 2,326 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşk ar edilərək götürülmüşdür. Aşağı instansiya məhkəmələri isə Ceyhun Səmədzadənin təqsirliliyi sübuta yetirilmədiyi üçün ona CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarmışlar. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, təqsirləndirilən şəxs X5 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində özünü CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə yaşadığı küçənin yaxınlığında qardaşı X9 ilə birlikdə o lan zaman mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim edib xx.xx.2022-ci il tarixdə quldurluq cinayəti törətməkdə şübhəli olduqları üçün onları Abşeron RPİ-nin X18 dəvət etmişlər. O və qardaşı etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin X18 gəlmişlər. Orada olan zaman üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişlər. Abşeron RPİ-nin Qobu polis bölməsində onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Vəkil dəvət olunduqdan sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qada ğan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya vardırsa, onları təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofanda qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütləni masanın üzərinə qoymuşdur. Həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulduqda bildirmişdir ki, həmin narkotik vasitəni 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində, Tbilisi prospektində tanımadığı İran İslam Respublikası vətəndaşından almışdır və həmin narkotik vasitəni özü istifadə etmək üçün və satmaq üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş üç ədəd şəffaf rəngli sellofanda qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr zərfə qoyulmuş, üzəri möhürlənmiş və polis əməkdaşları v ə dövlət hesabına ayrılmış müdafiəçi X10 tərəfindən imzalanaraq qablaşdırılmışdır. Göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitəni 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində, Tbilisi prospektində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını və həmin narkotik vasitəni həm özü istifadə etmək üçün, həm də satmaq üçün üzərində saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili işləyir, polis baş leytenantı rütbəsindədir. Abşeron rayonu, Qobu qəsəbəsində Səmədzadə Ceyhun adlı şəxsin üzərində narkotik vasitə heroin daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Qobu PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə 14 oktyabr 2022-ci İl tarixdə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. Keçirdikləri tədbir zamanı Qobu qəsəbəsi, Natəvan küçəsində X3 piyada hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşıb, özlərini təqdim edərək ona üzərində narkotik vasitə gəzdirməkdə və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Qobu PBdə xidməti otaqların birində müdafiəçi dəvət edilmiş, X4 üzərində narkotik vasitə və ya digər qadağan olunmuş hər hansı əşya varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Ondan sonra X5 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı 3 ədəd sellofan bükümləri təqdim etmişdir. Həmin büküml ərdə narkotik vasitə heroinə bənzər maddə olduğunu aşkar etmişlər. Rafiq Səmədovun təqdim etdiyi həmin 3 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənərək, iştirakçılar tərəfindən imza edilmişdir. X5 təqdim etdiyi narkotik vasitə heroin olan həmin 3 ədəd bükümləri 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində, Tbilisi prospektində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını və həmin narkotik vasitəni həm özü istifadə etmək üçün, həm də satmaq üçün üzərində saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Qobu PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadələrində Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadələr vermişlər. X3 istifadəsində olmuş 994 77 *** ** ** nömrəli GSM mobil nömrəyə 1 oktyabr 2022ci il tarixdən 14 oktyabr 2022-ci lil tarixədək olan müddət ərzində 994 70 *** ** ** nömrəli GSM mobil nömrədən daxil olmuş mesajda «X22 Oprem inan X20 X21», 994 51 *** ** ** nömrəli GSM mobil nömrədən daxil olmuş mesajda «Ayqaqa bidene yari kola duz qosda korpunun ustundeyem», 994 50 *** ** ** nömrəli GSM mobil nömrədən daxil olmuş mesajda «Acda bir ay qaqa 27 manat pulum var gelim bir yari verde olub qirilirig», 994 50 *** ** ** nömrəli GSM mobil nömrədən daxil olmuş mesajda «Cavab verde poxuva gelib qapuvuzda oturam gerey ki mene yoxdursa hec kimi yoxdur ya neter puluvu veriremde bawuvuz gedib he etaga» sözləri yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi X13 daxil olmuş 266/M EŞ nömrəli xx.xx.2024-cü il tarixli rəydən müəyyən olunur ki, xəsarətlərin xarakteri, lokalizasiyası, ölçüləri, həcmi, rəng göstəriciləri kompleks halda müfəssəl təsvir olunmadığından və yalnız rəng göstəriciləri, həmçinin qartmaqlı yara olmasını nəzərə alınmaqla demək olar ki, bərk küt əşyanın(əşyaların) təsirindən əmələ gələ bilərdilər, bənövşəyi rəngli qançırlar və qartmaqlı yaralar Bakı İstintaq Təcridxanasına xx.xx.2022-ci il tarixdə qəbul olunmasından 2-3 gün əvvələ, sarımtıl rəngli qançırlar 7-9 gün əvvələ uyğun gəlir və müxtəlif şəraitlərdə yetirilə bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Sağ üst çənənin azı dişinin sınığı məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. Alnın sol tərəfi nin köhnə çapığının formalaşmasından uzun müddət keçdiyindən törənmə müddəti və digər xüsusatlar haqqında fikir söyləmək mümkün deyil. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi X13 daxil olmuş 266/MEŞ nömrəli xx.xx.2024-cü il tarixli rəyi ilə təqsirləndirilən şəxsin ifadəsi arasında ziddiyyət təşkil etməsinə baxmayaraq, məhkəmə kollegiyası qeyd olunan xüsusatı araşdırmamış və bu məqama xüsusilə diqqət yetirməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs C.Səmədzadənin və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə g örə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin olduğu və məhkuma bəraətin əsassız verildiyini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üz rə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyə tin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınm aqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin qərarlarını, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, Ceyhun Səmədzadənin bədəni üzərində xəsarətlərin olmasını və təqsirləndirilən şəxs C.Səmədzadənin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr sübut növü kimi qəbul edilib C.Səmədzadəyə qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Məhkəmələr tərəfindən iş materiallarında olan raportlar araşdırılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən Ceyhun Səmədov və qardaşı Rafiqin evlə rində saxlanılaraq polis bölməsinə gətirilmələri müəyyən olunsa da, cinayət işində olan X16 rəisinin məktubunda göstərilir ki, Ceyhun Səmədzadə və qardaşı küçədə saxlanılaraq polis bölməsinə gətirilmişlər. Bundan başqa 1-ci instansiya məhkəməsinin istintaqı zamanı Ceyhun Səmədzadənin saxlanılmasında iştirak etmiş əməliyyat müvəkkilləri şahid qismində ifadə verərkən təqsirləndirilən Ceyhun Səmədzadəni küçədə saxladıqlarını bildirmişlər və evlərinə girmədiklərin göstərmişlər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin evində deyil, küçədə saxlanılması şahid qismində dindirilmiş polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrdə də öz əksini tapmışdır. Lakin təqsirləndirilən şəxs və müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahidlər Ceyhun Səmədzadənin evindən ap arıldığını bildirmişlər. Təqsirləndirilən şəxsin evində saxlanılmasına dair raportu tərtib etmiş Xətai Şirinovun özünün təqsirləndirilən şəxsi küçədə saxladıqlarını bildirməsi məhkəmədə ittiham tərəfinin hər iki sübutuna qarşı şübhə yaradır. Bundan başqa, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar yoxlanılması məqsədilə Abşeron rayon məhkəməsinə göndərilsə də, həmin qərar Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə sənədlər natamam olması əsası ilə geri qaytarılmış və 2022-2023-cü illər ərzində həmin qərar yenidən yoxlanılması üçün məhkəməyə göndərilməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X16 əməliyyat müvəkilləri təqsirləndirilən şəxsin tutulduğu saata və tutulma şəraitinə da ir verilmiş suallara ziddiyyətli cavablar vermişlər. Həmçinin, X1 saxlanılan zaman hər hansı bir xəsarətinin olub-olmaması soruşulduqda şahidlər üz nahiyyəsində xəsarət olduğunu bildirsələr də, iş materiallarından və şahidlərin özlərinin bildirdiklərindən müəyyən olunur ki, təqsirləndirilən şəxsin tutulan zaman həmin xəsarətinin olması heç bir formada rəsmiləşdirilməmiş və bu barədə cinayət işinin materiallarına heç bir sənəd əlavə edilməmişdir. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində saxlanılan zaman təqsirləndirilən şəxsin üzərində hər hansı bir xəsarətin olmasını bildirməmişlər. Halbuki həmin ifadələr X1 tutulmasından qısa müddət sonra verilmiş və şahidlərin bu cür vacib detalı qeyd etməmələri sual doğurur. Bundan başqa, iş materialları nda şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və təqsirləndirilən Ceyhun Səmədzadəni izahatından müəyyən olunur ki, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti xx.xx.2022-ci il tarixdə saat 11:20-də başlamış və 12:00-da başa çatmış və bundan başqa həmin gün yalnız təqsirləndirilən şəxsin izahatı alınmışdır. Lakin iş materiallarında olan X7 saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan müəyyən olunur ki, təqsirləndirilən C.Səmədzadə xx.xx.2022-ci il tarixdə saat 22:55-də müvəqqəti saxlama yerinə gətirilmişdir. Yəni xx.xx.2022-ci il tarixdə şəxsin barəsində iki istintaq hərəkəti aparılmışdır. Bunlardan “şəxsi axtarış və götürmə aparılması” aparılmasına dair istintaq hərəkətinin başlama və bitmə vaxtı cinayət işinin materiallarına əsasən dəqiq müəyyən olunur. Qeyd olunanlara əsasən belə qənaətə gəlmək olur ki, təqsirləndirilən C.Səmədzadənin etirafa dair verdiyi bir vərəqdən ibarət izahatı almaq üçün 11 saata yaxın vaxt lazım olmuşdur. Yaxud təqsirləndirilən C.Səmədzadənin bildirdiyi kimi onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti heç də cinayət işinin materiallarında göstərildiyi saatda deyil, həmin gün axşam satlarında aparılmışdır. Məhkəmə kollegiyası həmçinin ittiham tərəfinin təqdim etdiyi sübutları müdafiə tərəfinin təqdim etdiyi sübutlar və məhkəmə istintaqı zamanı məhkəmənin əldə etdiyi sübutlara əsasən müqyisəli şəkildə araşdırmağı zəruri hesab edir. Belə ki, təqsirləndirilən Ceyhun Səmədzadə ibtidai istintaq zamanı fiziki zorakılığa məruz qaldığını və ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsini fiziki zorakılığa məruz qa ldığı üçün məcburiyyət qarşısında qalaraq verdiyini bildirmişdi. 1-ci instansiya məhkəməsi təqsirləndirilən şəxsin qeyd etdiyi halın yoxlanılması istiqamətində araşdırma aparmışdır. Aşağı instansiya məhkəməsinin müvafiq istintaq təcridxanasına ünvanladığı sorğuya əsasən verilmiş və yuxarıda sadalanan sübutların siyahısında göstərilən məlumatdan müəyyən olunur ki, təqsiləndirilən C.Səmədzadə istintaq təcridxanasına qəbul olunarkən bədəni üzərində müxtəlif xəsarətlər olmuşdur. Həmçinin təqsirləndirilən Ceyhun Səmədzadə bildirmişdir ki, polis əməkdaşlarının ona yetirdikləri xəsarətlər nəticəsində polis müşahidəsi altında xəstəxanaya aparılmışdır. Qeyd olunan fakta dair təqsirləndirilən şəxsin müdafiəçisinin təqdim etdiyi arayışdan müəyyən olunur ki, Ceyhun Səmədzadə həqiqətən də xx.xx.2022-ci il tarixdə polis müşahidəsi altında “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14 müayinədən keçmiş və ona “sol kürək və bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuşdur. Həmçinin həmin sənədin həkim müşahidə qeydindən görünür ki, C.Səmədzadə sol kürək və baş nahiyəsində yaranan ağrılara səbəb kimi döyülməsini göstərmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən Ceyhun Səmədzadə polis əməkdaşlarının bildirdiyi kimi küçədən deyil, evindən və saat 10:20-də deyil, saat 8-9 radələrində öz evində qardaşı və bacısının həyat yoldaşı ilə birlikdə aparıldığını bildirdi. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin təşəbbüsünə əsasən təqsirləndirilən şəxsin göstərdiyi halı araşdırmaq məqsədilə X1 bacısını və bacısının ərini dindirmişdir. Sözü gedən şahidlər X1 ifad əsində göstərdiyi halı təsdiq etmişlər. Məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş “Şəhər rayon polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarışdan müəyyən olunur ki, X1 bacısının əri Şahid5 həmin gün X18 gətirilmişdir. Şahid qismində ifadə vermiş Şahid5 xx.xx.2022-ci il tarixdə Qobu PB-da bir neçə saat saxlanıldıqdan sonra azad edildiyini və barəsində təqsirləndirici heç bir tədbir görülmədiyini göstərmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən X15 məhkəməyə verilmiş rəsmi cavabdan da müəyyən olunur ki, şahid Bəhruz Pirquluyevin barəsində həmin polis bölməsində heç bir araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi və şahidlərin təsdiq etdikləri halın bu cür sübutla öz təsdiqini tapması təqsirləndirilən Ceyhun Səmədzadə və şahidlərin ifa dələrinin doğru və səmimi olmasına dəlalət edir. Eyni zamanda qeyd olunan sübut təqsirləndirilən şəxsin saxlanılması ilə əlaqədar cinayət işinin materiallarında göstərilən (xx.xx.2022-ci il saat 10:20) saatın həqiqəti əks etdirməsinə dair məhkəmədə əsaslı şübhələr yaradır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs cinayət işinin materiallarında göstərilən vaxtdan daha əvvəl saxlanılmışdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin aldığı xəsarətlərlə əlaqədar ibtidai istintaq zamanı məhkəmə-tibb ekspertizasından keçirilmədiyini nəzərə alaraq təqsirləndirilən Ceyhun Səmədzadə barəsində məhkəmə-tibb ekspertizası təyin etmişdir. X1 aldığı xəsarətlərə dair 266/MEŞ nömrəli rəydə ekspertlər ətraflı fikir bildirilməklə yanaşı, təqsirləndirilən şəxsin aldığı xəsarətlərin özü-özünə yetirməsinin az inandırıcı olması qənaətinə gəlinmişdir. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, C.Səmədzadənin təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X6rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müva fiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşın a hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassı z hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq C.Səmədzadəun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli s ürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X5 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar