Məhkəmə qərarları › İş №1(102)-1064/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1064/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1064/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasə n Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət alması, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019cu il tarixli hökmü ilə xx xxxxxx 1994-cü ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi, blok 52, mənzil 8 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, eyni zamanda, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxx 2019-cu il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə qeydiy yata alınması hökm edilmişdir. Həmin hökmlə Sadıqov Əlvan Nəriman oğlu Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Sadıqov Əlvan Nəriman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, Sadıqov Əlvan Nəriman oğlu şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasında və Azərbaycan Respublikasında olan şəxslə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməklə cinayətkar qrupun digər üzvünə çatdırılması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı üzvləri külli miqdarda - 88 qram kustar üsulla hazırlanmış narkotik vasitə h eroini və külli miqdarda-112 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edilib, saxlayıb daşımaqla istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasına keçirərək, Biləsuvar rayonu Muğan kəndi ərazisində, Biləsuvar-İranGömrük yolunun kənarında «Muğan» sözü yazılmış lövhənin yanında gizlətmişlər. Bundan sonra cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü xx xxxxxxx 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhərində olan Əlvan Sadıqova “Whatsapp” proqramı vasitəsi ilə zəng edərək narkotik vasitənin və psixotrop maddənin Biləsuvar-İran-Gömrük yolunda, Muğan kəndi ərazisində, “Muğan” sözü yazılmış lövhənin altına qoyuld uğunu, onları həmin yerdən götürüb Bakı şəhərinə aparmalı olduğunu, orada onun adamının malı ondan qəbul edəcəyini və ona 1000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Əlvan Sadıqov həmin gün Bakı şəhərində yaşayan, narkotik vasitələrin istifadəçisi olan, tanışı Məhkum ilə görüşərək, İrandan tanışının ona narkotik vasitə heroin və psixtrop maddə metamfetamin göndərildiyini, həmin maddələri birlikdə Biləsuvar rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirməli olduqlarını, bunun müqabilində narkotik vasitədən öz istifadələri üçün də götürə biləcəklərini və ona veriləcək 1000 (min) manat pulu öz aralarında yarı böləcəklərini bildirmişdir. Məhkum Əlvan Sadıqovun bu təklifi ilə razılaşmış, beləliklə, onlar ümumi cinayətkar niyyətə uyğun olaraq, satış məqsədilə qanunsuz olaraq külli miqda rda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş və Məhkum tanışından müvəqqətii istifadə üçün aldığı “Chevrolet Aveo” markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobil ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhərindən Biləsuvar rayonuna yola düşmüş, xx xxxxxxx 2019-cu il tarixdə saat 01:10 radələrində Biləsuvar rayonu Muğan kəndinin girişində “Muğan” sözü yazılmış lövhənin yanına gələrək avtomobili orada saxlamış və lövhənin altında bir ədəd sellofan torbada hər biri külli miqdarda olmaqla, 88 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 112 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb avtomobilə qoyaraq, ümumi cinayətkar niyy ətə uyğun olaraq, satış məqsədilə qanunsuz olaraq birgə əldə edib saxlamaqla daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar-İran-Gömrük yolunda saxlanılaraq, rayon polis şöbəsinə gətirildikdən sonra baxış keçirilərkən avtomobilin sağ ön oturacağının altından həmin miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayətprosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, istintaq orqa nı tərəfindən verilmiş əsassız ittihamın nəticəsində işin halları obyektiv, hərtərəfli və ədalətli araşdırılmadan barəsində qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, narkotik vasitənin istifadəçisi olan hüquqularını müdafiə etdiyi Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə heç bir əlaqəsi olmayıb, Məhkum Əlvan Sadıqova taksi kimi xidmət göstərmiş, əvəzində isə, pul deyil, şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək istəmiş, polis əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində onun şəxsi istifadəsi üçün narkotik vasitələr əldə etmək cəhdi baş tutmamışdır. Lakin, birinci instansiya məhkəməsi onun məhkəmə iclasında sərbəst şəkildə, heç bir kənar müdaxilə olmadan verdiyi ifadəni deyil, ibtidai istintaq zamanı təzyiq altında verdiyi ifadəni əsas götürmüşdür. Halbuki, Məhkum məhkəmə iclasında bildirmişdir ki, ona təzyiq göstərilib, ifadəni yazıb ona imzaladıblar. Şirvan Apellyasiya Məhkəməsi isə qeyd olunanları nəzərə almadan, işin hallarına düzgün qiymət vermədən birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla əsassız nəticəyə gəlmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərin nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraət qərarı çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə ba xmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cina yət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; ci nayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təs diq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. İş materiallarında olan, ƏlizadəTaleh Ətraf oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki,heç bir təsir-təzyiq göstərilmədən,müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmiş, Əlvan Sadıqovla birlikdə satış məqsədilə narkotik vasitəni qoyulmuş yerdən götürmək və Bakı şəhərinə aparmaq üçün getdiklərini, özünün də narkotik vasitədən istifadə edəcəyini etiraf etmişdir. Ə.Sadıqov da ibtidai istintaq zamanı eyni məzmunlu-etirafedici ifadələr vermişdir. Birinci instansiya məhkəməsi onların məhz həmin ifadələrini sübut kimi qəbul etmişdir Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin po zulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət alması, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar