Məhkəmə qərarları › İş №1(102)-1064/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1064/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1064/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 1 77.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmü ilə (Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi ilə) xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 20 may 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin, Məhkum2 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti və Məhkum2 müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasınınn 04 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmü Məhkum2 barəsində onun müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasınınn 04 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı ilə (Qılıcov İlqar Səyyad oğlunun sədrliyi ilə, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) kassasiya protesti tə min edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 18 yanvar 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, hökmlə Məh kum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 03 (üç) il müəyyən edilmiş, Məhkum1 hazırki qərarla təyin olunan cəza ilə ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Həmin hökmlə Məhkum2 da məhkum edilimişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti veril mişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmü ilə hökmü ilə, Məhkum1 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 05 sentyabr 2019cu il tarixdə, saat 21 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus olan ABS0372 saylı mobil bazanın ərazisinə qanunsuz daxil olaraq ictimai əhəmiyyətli rabitə xətti hesab olunan 1 metri 3,10 manat olan cəmi 155 manat dəyərində 50 metr uzunluğunda 35 mm-lik torpaqlama xətti, 01 metri 2 manat olan cəmi 40 manat dəyərində 20 metr uzunluğunda 25 mm-lik torpaqlama xətti və 01 ədədi 20,55 manat olan cəmi 123,33 manat olan hər biri 1,5 metr uzunluğunda olan 06 ədəd mis çubuqları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 318,33 manat məbləğ ində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 11 yanvar 2020-ci il tarixdə, saat 10 radələrində, yaşayış sahəsi olan Zərərçəkmiş şəxs4 məxsus ünvan 2 ünvanına taxta pəncərənin şüşəsini çıxardıb qanunsuz evə daxil olaraq oradan 01 ədəd 400 manat dəyərində qaz sobasını, 01 ədəd 50 manat dəyərində qaz balonunu və 01 ədədi 75 manat olan 150 manat dəyərində 02 ədəd güldanı gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən 30 mart 2020-ci il tarixdə, saat 07 radələrində, yaşayış sahəsi olan Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanına hasardan aşaraq qanunsuz daxil olub, evin taxta qapısının şüşəsini çıxartmaqla açaraq evə daxil olub oradan 01 ədəd 60 manat dəyərində olan soyuducu motorunu, 01 ədəd 150 manat dəyərində olan tozsoranı, 01 ədədi 30 manat olan cəmi 60 manat dəyərində 02 ədəd mis tavanı, 01 ədəd 20 manat dəyərində olan güldanı, 01 dəst 50 manat dəyərində olan qab-qacaq dəstini, 01 ədədi 60 manat olan cəmi 120 manat dəyərində 02 ədəd elektrik samovarını və 01 ədəd 40 manat dəyərində olan böyük mis qazanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* saylı cinayət işi üzrə hökm çıxarılmadığı halda, təkrarən 05 aprel 2020-ci il tarixdə saat 12 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanın həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdən 01 ədəd 60 manat dəyərində su nasosunu, bir metri 7 manat olan cəmi 210 manat dəyərində hər biri 1 metrə olmaqla 30 ədəd 32 lik boruları, 8 manat dəyərində 1 kiloqram təmizlənmiş mis naqilləri, ümumi dəyəri 150 manat olan alüminium naqilləri, 01 ədəd 200 manat dəyərində alüminium qapını və ümumi dəyəri 300 manat olan miss tərkibli, alüminium tərkibli metallarını gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 928 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən 12 aprel 2020-ci il tarixdə, saat 11 radələrində, Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsi olan Zərərçəkmiş şəxs2 qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evinə qapının kilidini sındırma yolu ilə qanunsuz daxil olaraq ev dən 01 ədədi 100 manat olan cəmi 300 manat dəyərində 3 ədəd böyük aş qazanını, 01 ədəd 50 manat dəyərində orta aş qazanını, bir metri 2,50 manat olan cəmi 375 manat dəyərində 4-lük elektrik naqilini, 01 ədədi 50 manat olan cəmi 100 manat dəyərində 2 ədəd böyük tavanı, 01 ədədi 3 manat olan cəmi 30 manat dəyərində 10 ədəd kabab şişlərini, 01 ədəd 150 manat dəyərində odun samovarını, 01 ədəd 100 manat dəyərində elektrik samovarını, 01 ədəd 15 manat olan cəmi 30 manat dəyərində 2 ədəd odun baltasını gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 1.135 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış hökm əsassız olmaqla yanaşı, ədalətsiz və qanunsuzdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız ittiham edilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməlidir. Həmçinin apellyasiya məhkəməsi əsassız olaraq CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin etmiş və nəticədə hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində olan işə ədalətli baxılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından və birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq və neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə oğurluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum kassasiya şikayətində göstərdiyi hallar faktiki olaraq iş üzrə ibtidai istintaq və məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayəti ndə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya insta nsiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəsinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəy işdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, yəni məhku mun özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Məhkum1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sü but mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Eyni zamanda məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində, barəsində məhkəmələr tərəfindən əsassız olaraq cəza təyin edərkən CM -nin 66.5-ci maddəsinə istinad etdiklərinə dair dəlillərini əsassız hesab edir. Belə ki, əvvəlki hökmlə müəyyən edilmiş cəzanın çəkilmiş hissəsi yeni hökmə əsasən təyin edilən cəzanın müddətinə hesablanarkən cəzanın qəti müddətindən birinci hökm üzrə çəkilmiş cəzanın adi hesabla çıxılmasına yol verilmir. Bunun üçün yeni hökmlə təyin edilən qəti cəzanın icrası birinci hökmlə təyin edilmiş cəzanın icrasına başlanılmış olduğu gündən müəyyən edilir. Cinayət hüququnda «məhkum» anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Başqa sözlə, barəsində hökm çıxarılmış şəxsin həmin hökm qanuni qüvvəyə minənədək cinayət (cinayətlər) törətdiyi bütün hallarda ona hökmlərin məcmusu üzrə deyil, cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Məhkum1 hazırki qərarla təyin olunan cəza ilə ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və qanunvericiliyin tələblərini pozmamışdır. Məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayə tin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (əməlini qismən etiraf etməsi, atasının 3 qrup əlil olması) və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə kifayət qədər ədalətli cəza təyin edilmişdir. Qeyd edilən dəlillərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törət miş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təq sirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin q ərarı əsaslı olduğundan Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ona aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar