Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1064/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1980-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Hamuşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Səfərov Rubayıl Hətəməli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), İ.A.Mahmudov və E.H.İsmayılov) Məhkum - Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il, CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 8 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Re spublikası CM-in 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunmuş, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, hökmdən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair müddəalar xaric olunmuş, Məhkum üzərində Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq, yən i Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirməklə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Məhkum şəxsiyyəti İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı "X10” kimi məlum olan şəxslə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri İİR-nın ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair 07 oktyabr 2021-ci il tarixdə "WhatsApp" proqramında sövdələşib razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra "X10" kimi məlum olan şəxs naməlum üsullarla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədi ilə külli miqdarda, yəni ümum i təmiz çəkisi külli miqdar - 3016,138 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 11,138 qram və 3005 qram olmaqla 02 bükümdə Azərbaycan Respublikasının ərazisinə göndərib müəyyənləşdirilməmiş üsulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində naməlum yerə qoydurmuş və bu barədə Məhkum məlumatlandırmışdır. Məhkum həmin gün 1200 manat pulun müqabilində təmiz çəkisi 3016,138 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qoyulduğu yerdən götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Maral Rəhmanzadə küçəsi 31 ünvana daşımaqla bağlamalardan birində olan 3005 qram heroin narkotik vasitəsini oradakı hasarın dibində gizlətmiş, bundan sonra digər bağlamada təmiz çəkisi 11,138 qram olmaqla külli miqdar təşkil edən heroin narkotik vasitəsini üzərində saxlamaqla, 08 oktyabr 2021-ci il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolun kənarında yerləşən avtomobillərin alqı-satqısı bazarının yaxınlığında üzərində daşımaqla piyada hərəkətdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq həmin Baş İdarənin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 11,138 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan s onra ünvan 2 ünvanına baxış zamanı hasarın dibində 01 ədəd sellofan bağlamada olan 3005 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsa ssız imtina etmiş, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, apelyasiya instansiyası məhkəməsi də qeyd olunan ziddiyyətləri aradan qaldırmadan əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi nəticəsinə gələrək həmin hissədə hökmü dəyişdirilmədən qüvvədə saxlamışdır. Şikayətdə qeyd olunur ki, şahid qismində ifadə verən əməliyyat müvəkkilləri Şahid3 Cəmiyət oğlu və Şahid1 ifadəsində təqsirləndirilən şəxsə məxsus avtomobili görmədiklərini, şahid qismində ifadə verən X3 isə ifadəsində günorta vaxtı təqsirləndirilən şəxsə məxsus avtomobilin yanında dövlət adamlarının olmasını, onları n ona Məhkumın maşınla adam vurmasının bildirməsi və ən əsası işdə olan Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 016-22028-1222 saylı arayışında avtomobilin məhz əməliyyat müvəkkili Şahid1 tərəfindən yerləşdirilməsinin qeyd edilməsi kimi ziddiyyətli məqamlar olsa da, bu hallar Məhkum məhz 08 oktyabr 2021-ci il tarixdə saat 18:45 dəqiqədə deyil, saat 12 radələrində tutulmasını sübut edir. Müdafiəçi həmçinin bildirir ki, toplanmış sübutlar, şahidlərin ifadələri arasındakı ziddiyyətlər, müdafiə tərəfindən, həm də ittiham tərəfinin təqdim etdiyi sübutlar müqayisəli şəkildə nəzərdən keçirilsə idi, ibtidai istintaq orqanı tərəfindən tərtib olunmuş prosessual sənədlər formal olaraq tərtib olunduğundan, həq iqəti əks etdirmədiyi məlum olardı. İşdən göründüyü kimi Məhkum 08 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Şağan qəsəbəsinin işıqforunun yaxınlığında DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmış və Bakı şəhəri Yasamal rayonu ərazisinə aparılmışdır. Bundan sonra əməliyyatçılar tərəfindən təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif yerlərinə aparılmış, sonda guya 18:45-də həbs olunması kimi sənədləşdirilmişdir. Məhkum təqribən 9 saata yaxın müddətdə psixoloji təsir altında saxlanılmış, ona psixoloji və fiziki zor tətbiq edilərək, saat 20:20-də şəxsi axtarış və götürmə prosessual hərəkətləri edilmişdir. Müdafiəçinin fikrincə, Məhkum saxlanılması ilə baxışın keçirilməsi arasında 9 saat (ibtidai istintaqın qeyd etdiyi vaxtla isə 1 saat 35 dəqiqə) vaxtın keçməsi həm in sübut növünün qəbul edilməsinin mümkünsüz hesab edilməsi üçün əsasdır, çünki həmin müddət ərzində şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qa nunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir, cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Azərbaycan Respublikası Konst itusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyət i nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə: “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdəbeş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən b iri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilm iş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyə ti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hök münün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviy yəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 234.4.1 və 2 34.4.3-cü maddələri ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə Məhkum 8 oktyabr 2021-ci il tarixdə tutularkən üzərində aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinə görə verilmiş ittihamlar üzrə sübutlara məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunub-olunmamasına münasibət bildirməyi zəruri hesab edir. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrini n gəldikləri nəticəyə görə: - “Məhkum 8 oktyabr 2021-ci il tarixdə saat 18:45 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinərək Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və idarənin inzibati binasındakı xidməti otaqların birində üzərində axtarış aparılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibində 1 ədəd sellofan bükümü təmiz çəkisi 11.138 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, gizlətdiyi ünvan 3 ünvanda hasarın kənarına gizlədilmiş vəziyyətdə olan 1 ədəd qəhvəyi rəngli parça torbanın içərisində olan təmiz çəkisi 3005 qram, qəhvəyi rəngli maddə kustar üsulla hazır lanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.” İbtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum elan olunmuş ittihamda təqsirli olması nəticəsinə gələrkən əsasən onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinə və onun tutulmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinə istinad etmişlər. Belə ki: - təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə göstərmişdir ki, o, tutulmamışdan 3-4 il öncə İran İslam Respublikasında X10 adlı şəxslə tanış olmuş və arabir onunla telefonla əlaqə saxlamışdır. X10 adlı həmin şəxsin telefonunun nömrəsi Məhkum məxsus telefonunda olmuşdur. 07 oktyabr 2021-ci il tarixdə, X10 ona Xəzər rayonu, Binə qəsəbəsində gizlədilmiş bükümdə narkotik vasitə olduğunu, həmin bükümləri oradan götürüb Xəzər rayonunun Mərdəkan qəsəbəsinə aparıb orada gizlətməyi bildirmişdir. X10 ona bunun müqabilində 1200 manat pul göndərəcəyini demiş və o, da maddi vəziyyətinin pis olduğuna görə X10lə razılaşmışdır. X10 ona həmin yerin dəqiq yerini “WhatsApp” proqramı vasitəsi ilə atmışdır. O, 07 oktyabr 2021-ci il tarixdə həmin bükülünü Xəzər rayonu, Binə qəsəbəsində xatırlamadığı yerdən götürmüş və ona deyilən Xəzər rayonu, Mərdəkan qəsəbəsində daş hasarın dibində gizlətmiş və həmin yerin şəkilini çəkib ona göndərmişdir. Həmin vaxt o, sellofanda olan balaca bükülünü götürmüş, X10 ona həmin bükülünü də harada gizlədəcəyini bildirəcəyini demişdir. Təqsirləndirilən şəxs Məhkum həmin ifadəsinin davamında göstərmişdir ki, 08 okty abr 2021-ci il tarixdə, axşam saat təxminən 18:45 radələrində o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən maşın bazarının yanında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli şalvarının sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonunu, sağ yan cibindən 17 manat 20 qəpik pulunu və 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə baxış keçirilsə də, başqa heç bir şey aşkar edilməmişdir. Təqdim etdiyi pulu özünə qaytarılsa da, ona məxsus 2 ədəd mobil telefon ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş və çəkisinin 12 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Məhkum tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişd ir ki, şəxsi axtarış zamanı o, polis işçilərinə əlavə olaraq həmin narkotikin qalan hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yolun kənarına atdığını, həmin maddəni təqdim edə biləcəyini demiş və həmin yerə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onun iştirakı ilə həmin yerə gedilmiş və ora baxış keçirilmişdir. Baxış keçirilən zaman ona gizlətdiyi narkotik tərkibli maddəni təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, hasarın qırağında gizlətdiyi sellofan torbanı göstərək içərisində narkotik vasitə olduğunu söyləmişdir. Sellofanın içərisinə baxış keçirilən zaman orada bir ədəd sellofan bağlama olması müəyyən edilmişdir. O, həmin bağlamanın narkotik vasitə olduğunu bildirmişdir. Torbada olan narkotikin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin 3 kq 78 qram olması müəyyən edilmişdir. Bundan sonra bağlama torbaya qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs Məhkum tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən istifadə etməmişdir. Sadəcə maddi vəziyyətinin pis olması ilə əlaqədar X10 adlı şəxsin dediyi bağlamanı götürərək X10in dediyi yerlərə apamağa razılıq vermişdir. (cild 1, vərəqə: 40-41, 70-71, 82-84; 152-154). - şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında kirayədə yaşayan Məhkum narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuş, o, əməliyyat məlumatını qəbul edib, həmin məlumatın yoxlanılması, Məhkum ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə polis idarəsinin rəisinə raportla məruzə etmişdir. İdarə rəhbərliyi məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə vermiş, Məhkum qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamasının ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra onun özündən və BNMİ-nin əməliyyat müvəkkili Şahid3 Cəmiyyət oğlundan ibarət əməliyyat qrupu yaradılmış və Məhkum ətrafında əməliyyat tədbirlərinə start verilmişdir. Həmin gün polis əməkdaşı Şahid3la birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Yasamal rayonu, Bakı Dairəvi yolun kənarındakı avtomobil alqı-satqısı bazarının yaxınlığında saat 18:45 radələrində Məhkum onun əlamətlərinə görə saxlamış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları kimi özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Məhkum Səbiyev kimi təqdim etmişdir. Onlar Məhkuma narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu BNMİ-nə dəvət etmiş, Məhkum də heç bir etiraz etmədən onlarla razılaşaraq BNMİ-nə getmişdir. Məhkum saxlanılması haqda raportla rəhbərliyə müraciət olunmuş və işin icrası X5ə tapşırılmışdır. Təhqiqatçı tərəfindən polis idarəsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Məhkum hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə video çəkiliş etməklə onun üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zaman ı Məhkum üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuş və qanunsuz əşya olduğu halda, onu könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Məhkum əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd "Sumsung Galaxy S 8" markalı və "Sumsung Galaxy J6" markalı iki ədəd mobil telefonu, sağ yan cibindən 17 manat 20 qəpik pulu və 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Məhkum üzərinə baxış keçirilmiş və heç nə aşkar edilməmişdir. X5 tərəfindən 17 manat 20 qəpik pul Məhkum qaytarılmış, mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra təhqiqatçı Məhkum təqdim etdiyi bir ədəd bükümü açmış və içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin büküm sıfırlanmış tərəziyə qoyulmuş və t əxmini çəkisinin 12 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin bükülü zərfə qoyularaq ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, sorğu zamanı Məhkum üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə olduğunu, lakin növünü bilmədiyini demiş, 3-4 il əvvəl İranda tanış olduğu oranın vətəndaşı olan X10 adlı şəxsdən Xəzər rayonu, Binə qəsəbəsində əldə etdiyini, bundan başqa həmin maddəni götürməkdə həmin maddəni deyilən yerlərə qoyması müqabilində 1200 manat pul alacağını, verilən tapşırıq əsasında Xəzər rayonu, Mərdəkan qəsəbəsində həmin maddələri gizlətdiyini və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarışın birinci mərhələsi yekunlaşdırılmış, bu barədə protokol tə rtib edilmiş və protokol bütün iştirakçılar, o cümlədən Məhkum özü tərəfindən imzalanmışdır. Bundan sonra bütün iştirakçılar birlikdə Məhkum istiqamətləndirməsi əsasında ünvan 5 ünvana getmişlər. Orada Məhkum hasarın dibində gizlətdiyi bükülünü göstərmiş və həmin bükülü onlar tərəfindən götürülmüşdür. Həmin bükülünün təxmini çəkisini öyrənmək üçün X5 tərəfindən tərəzidə çəkilmiş və 3078 qram olduğu müəyyən edilmişdir. Məhkum təqdim etdiyi həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Bundan sonra idarədə bu barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir təklif və ya əlavə daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid1 göstərmişdir ki, Məhkum saxlanılan gün o, Məhkuma məxsus avtomaşının sonuncunun həyətindən götürülüb aparılmasında iştirak etməmişdir. Məhkum Mərdəkan qəsəbəsində deyil, ifadəsinin əvvəlində göstərdiyi kimi, Badamdar qəsəbəsində maşın bazarının yanında saxlanılmışdır. Məhkum qarşı heç bir fiziki və ya mənəvi təzyiq göstərilməmiş, sonuncu çox səmimi olmuş, əldə edib saxladığı narkotik vasitələri şəxsən o özü təqdim etmişdir. -şahid qismində dindirilmiş Şahid3 Cəmiyyət oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. -Cinayət işinin 1-ci cild 10-cu vərəqəsində olan BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2021-ci il tarixli raportundan görünür ki, Məhkum həmin gün saat 18:45-də Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı dairəvi yolun kənarındakı avtomobil alqısatqısı bazarının yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. -Cinayət işinin 1-c i cild 30-cu vərəqəsində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci ildə saat 20:20-dən saat 20:50-dək Məhkum üstündə BNMİ-nin Təhqiqat Qrupunun Qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən müdafiəçinin və DİN-nin BNMİ əməliyyat müvəkkilləri - Şahid1 və Şahid3 iştirakları ilə axtarış aparılmış, Məhkum əynində olan göy rəngli şalvarının sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 17 manat 20 qəpik pulu və 1 ədəd sellofan bükümü aşkar olunaraq götürülmüşdür. -Cinayət işinin 1-ci cild 36-cı vərəqəsində olan “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci ildə saat 23-00-dan saat 23-25-dək Məhkum üstündən aşkar olunmuş narkotik vasitə heroinin qalan hissəsinin Bakı şəhəri, Xəzər r ayonu, Mərdəkan qəsəbəsi ərazisində gizlətdiyini yerə BNMİ-nin Təhqiqat Qrupunun Qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən müdafiəçinin və DİN-nin BNMİ əməliyyat müvəkkilləri - Şahid1 və Şahid3 iştirakları ilə baxış keçirilmiş, ünvan 6 ünvanının yolun kənarındakı hasarın dibindən 1 ədəd qəhvəyi rəngli parça torbanın içində 1 ədəd sellofan bağlama aşkar olunaraq götürülmüşdür. -Cinayət işinin 1-ci cild 99-cu vərəqəsində olan “baxış keçirmə haqqında” 10 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum məxsus “Samsung” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat əldə etmək mümkün olmamışdır. -cinayət işinin 1-ci cild 117-ci vərəqəsindən görünür ki, vəkil Rubayıl Səfərovun vəsatət verərək bildirmişdir ki, Məhkumlə görüş zamanı sonuncu öz ünü təqsirli bilməmiş, onu 8 oktyabr 2021-ci il tarixdə saat 18:45 dəqiqədə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonuərazisində deyil, 8 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Şağan qəsəbəsinin işiqforunun yaxınlığında, Mərdəkan qəsəbəsi istiqamətində gedən yolun sağında yerləşən dayanacaqdan 15-20 metr məsafədə DİN BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla bağlı müdafiəçi həmin yerdə yerləşən Təhlükəsizlik Kamerasından 8 oktyabr 2021-ci il tarixə saat 11:40-dan saat 12:20-dək olan video görüntünü ona təqdim edilməsini xahiş etmişdir. -Cinayət işinin 1-ci cild 127-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin növbətçi hissələri idarəetmə xidmətinin məktubundan görünür ki, T əhlükəsiz Şəhər Xidmətinin TŞ7-013 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerası xx.xx.2021-ci il tarixdə texniki nasazlıqlar səbəbindən işlək vəziyyətdə olmamışdır. -Cinayət işinin 1-ci cild 140-cı vərəqəsində olan əməliyyat tapşırığına cavab olaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə bir sıra əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində X10 adlı şəxsin şəxsiyyətini, Məhkum narkotik vasitəni kimdən alması və satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. -Cinayət içinin 1-ci cild 152-ci vərəqəsində olan “təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum müdafiəçi R.Səfərovun iştirakı ilə əlavə dindiri lərkən bildirmişdir ki, 07 oktyabr 2021-ci il tarixdə istifadəsində olan 050-776- 61-76 mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə İran mobil operatoruna məxsus mobil nömrədən ona zəng gəlmiş, hazırda adını xatırlamadığı bir kişi ona İrandan dərman və uyuşdurucu vasitələr göndərə biləcəyini bildirmiş, ona həmin maddələri deyiləcək yerlərə daşımağı ona təklif etmiş və bu işin müqabilində ona 1200 manat pul verəcəyini demişdir. O, iranlı ilə razılaşmamışdır. Bundan sonra, həmin şəxs ona eyni məqsədlə təkrarən zəng etmiş, lakin o, həmin şəxsə kobud cavab vermişdir. Daha sonra həmin şəxs təkrarən ona zəng etsə də o, həmin şəxsin zənglərinə cavab verməmişdir. Axşam bir qohumu ilə məsləhətləşmiş, belə bir iş olduğunu və iranlının təklifini ona demişdir. Qohumu isə razılaşmamağı ona tapşırm ışdır. İranlı onunla hətta bir dəfə yaşadığı evin qarşısında görüntülü danışmış, o, yaşadığı yeri iranlıya göstərmişdir. Təqsirləndirilən şəxs Məhkum ifadəsinin davamında göstərmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə isə saat təxminən 12 radələrində onun istifadəsində olan mobil nömrəyə “WhatsApp” proqramı vasitəsi ilə yenidən İİR operatoruna məxsus həmin nömrədən yenidən zəng gəlmişdir. O, həmin şəxsə kobud cavab verməyi nəzərdə tutub, arvadının eşitməməsi üçün evdən çölə çıxmış və yaşadığı evin qarşısından yaxınlıqda yerləşən Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki “Pizza Bruno” restoranının qarşına qədər həmin şəxslə telefonla danışa-danışa getmişdir. Elə həmin vaxt bir nəfər arxadan onun çiynindən tutub telefonu ondan istəmiş, o, telefonu vermiş və elə həmin vaxt tanımadığı 4 nəfər onu t utub polis olduqlarını bildirmiş və onu yerə yıxıb özlərinin gəldikləri avtomobilə oturtmuşlar. Onlar avtomobildə onun üstündəki bütün əşyalarını boşaltmış və üzərində olan ona məxsus avtomobilin açarlarını görmüş və maşını harada saxladığını soruşmuşlar. O, isə avtomobilini yaşadığı evin qarşısında saxladığını demişdir. Onu tutanlardan biri onun ünvanını öyrənmiş, gedib ona məxsus avtomobili sürərək “Pizza Bruno” restoranının qarşısına gətirmişdir. Həmin vaxt polis əməkdaşları ona məxsus mobil nömrə ilə ona zəng etmiş İran operatoruna məxsus mobil nömrəyə zəng etmiş və həmin şəxslə onu danışmağa məcbur etmişlər. Polis əməkdaşları bundan əvvəl iranlıya zəng edib “malı göndər” sözlərini deməyi tapşırmışlar. O, etiraz etdikdə polis əməkdaşlarından biri digərlərinə gedib narkotik vasitələri o nun evinə atmağı, sonra isə onun arvadını və oğlunu gətirməyi tapşırmışdır. Bundan sonra o, polis əməkdaşlarının tapşırığı ilə razılaşmış və onların istədikləri kimi həmin şəxslə mobil telefonla danışmışdır. İranlı ilə danışıb niyə malı gətirmədiyini soruşduqda o, “axşam belə danışmırdın, razılaşmırdın mənimlə” cavabını vermiş və polis telefonu söndürmüşdür. Artıq malın gətirilib-gətirilməyəcəyini bilməmişdir. Bundan sonra onlar içərisində olduqları avtomobillə şəhərdə fırlanmağa başlamışlar. Saat təxminən 15-16 radələrində o, tualetə getmək istədiyi üçün onlar avtomobili saxlamış, 3-cü mikrorayon dairəsinə yaxın bir yerdə xatırlamadığı məktəbin tualetinə aparmışlar. Daha sonra onlar Badamdar ərazisində yerləşən avtomaşın bazarın yanına getmiş və təxminən 2 saata yaxın avtomobilin içində d ayanıb gözləmişlər. Nə üçün dayanmalarının səbəblərini o bilməmişdir. Bundan sonra isə onu Badamdar qəsəbəsində yerləşən “Narkobiznes” idarəsi kimi eşitdiyi Navrkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs Məhkum ifadəsinin davamında bildirmişdir ki, onlar “Narkobiznes” idarəsinə çatdıqdan sonra orada olan otaqlardan birində polis əməkdaşlarından biri ona bir büküm vermiş və həmin bükümü video çəkiliş zamanı çıxardıb təqdim etməyi tapşırmışdır. O, bükülüdəkinin narkotik olduğunu başa düşüb razılaşmadıqda polis əməkdaşları onu döyməyə başlamış, yenidən ailəsini də narkotiklə sənədləşdirib tutacaqları ilə hədələmişlər. O, ağrılara dözmədiyindən və ailəsini qorumaq üçün polislərlə razılaşmışdır. Video çəkilişdən əvvəl ona videoçəkiliş zamanı güya təqdim etdiyi bükümü İran v ətəndaşı X10 adlı şəxsin göstərişinə əsasən Xəzər rayonu, Binə qəsəbəsindən götürdüyünü və Mərdəkan qəsəbəsində gizlətdiyi içərisində narkotik olan bağlamanı təqdim edə biləcəyini deməyi tapşırmışlar. Əks təqdirdə isə həmin bağlamanı onun evindən çıxardacaqlarını və arvadını da tutacaqları ilə ona hədə-qorxu gəlmişlər. O, qorxusundan razılaşmış və həmin bükümü götürüb cibinə qoymuşdur. Çəkiliş zamanı o, üstündəki narkotiki çıxarıb dedikləri kimi təqdim etsə də, həyətdə gizlədilmiş narkotiklə bağlı öyrətdiklərini demədiyinə görə videoçəkiliş dayandırılmış, onu çölə çıxardıb yenidən döyməyə başlamışlar. Bundan sonra yenidən otağa aparılmış və bu dəfə yenidən video çəkilişlə tapşırılan sözləri demiş və cibindən bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sonra o, həmin polis əməkdaşları və v əkilin iştirakı ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsinə aparılmış, polis əməkdaşları tərəfindən elə həmin vaxt hasarın dibinə qoyulan bağlamanı o, videoçəkiliş altında göstərmiş və həmin bağlama polis tərəfindən götürülmüşdür. Sonra isə təzyiq altında izahat və ifadələr vermişdir. Təqsirləndirilən şəxs Məhkum ifadəsində həmçinin göstərmişdir ki, o, saxlanılan zaman qonşuları X6 və yaxınlıqda bərbər işləyən, lakin adını bilmədiyi şəxs görmüşdür. Qüdrət onun maşınının aparıldığını görüb, aparmağa imkan verməmiş, lakin polislər ona Məhkumın, yəni onun keçiddə adam vurduğunu bildirərək maşını götürmüşlər. O, narkotik vasitələrdən istifadə etməmiş, heç bir kəslə, o cümlədən iranlı ilə əlaqəyə girməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis tərəfindən bir subyekt olaraq nəyə g örə onun seçilməsinin səbəblərini isə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum istintaqın sonrakı mərhələsində və birinci və apelyasiya instansiyası məhkəmələrində verdiyi ifadələrlə onun istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadələr arasında kəskin ziddiyyətlər mövcud olmuş və bu fərqlər həm aşkar edilmiş narkotik vasitələrin Məhkum məxsus olub-olmaması ilə, həm də onun polis işçiləri tərəfindən tutulma şəraitinin iş materiallarında sənədləşdirilmiş vəziyyətinin gerçəkliyi əks etdirib-etdirməməsi ilə bağlı olmuşdur. Lakin həm ibtidai araşdırma orqanı, həm də birinci instansiyası məhkəmələrinin baxışı zamanı bu ziddiyyət araşdırılmamış, ifadələrdə göstərilən xüsusatların yoxlanılması ilə əlaqədar müdafiə tərəfinin vəsatətləri əsassız olaraq təm in olunmamışdır. Halbuki, aşkar edilmiş narkotik vasitələrin Məhkum məxsus olub-olmamasının və onun polis işçiləri tərəfindən tutulma şəraitinin iş materiallarında sənədləşdirilmiş vəziyyətinin gerçəkliyi əks etdirib-etdirməməsinin müəyyən edilməsi üçün təqsirləndirilən şəxs Məhkum ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə baxışları zamanı verdiyi ifadələrində irəli sürdüyü dəlillərin yoxlanılması məqsədi ilə istintaq hərəkətlərinin aparılması zəruri idi. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum məhkəmədə verdiyi ifadəsinin yoxlanılması məqsədi ilə heç bir tədbir görülmədən onun ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi qismən etiraf edici izahat və ifadələri və əməliyyatı keçirmiş polis əməkdaşlarının dindirilməsi ilə kifayətlənilər ək onun əməlini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edərək ittiham hökmü çıxarılmış, apelyasiya instansiyası məhkəməsi isə dövlət ittihamçısının ittihamdan imtina etməsinə əsasən Məhkum barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam vermiş, eyni sübutlara istinad etməklə Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda sadalanan səbəblərə görə apelyasiya instansiyası məhkəməsinin qərarı əsaslı hesab edilə bilməz: -İbtidai istintaq və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəyə görə Məhkum tutulmamışdan 3-4 il əvvəl İran İslam Respublikasında olarkən tanış olduğu şəxsiyy əti "X10” kimi məlum olan şəxslə 07 oktyabr 2021-ci il tarixdə "WhatsApp" proqramında sövdələşib razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən Məhkum ifadəsinin həmin hissəsinin yoxlanılması məqsədi ilə onun ümumiyyətlə nə vaxtsa İran İslam Respublikasında olub-olmaması araşdırılmamışdır. İş materiallarından görünür ki, Məhkum məxsus “Samsung” markalı “J6” modelli mobil telefonuna baxış haqqında 10 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sübut aşkar olunmamışdır. (cild 1, vərəqə 99) “DVD diskə baxış keçirilməsi haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində ol muş ***-***-**-** mobil nömrəyə məxsus məlumatlar arasında onun İran İslam Respublikasına aid telefon nömrələri ilə əlaqəsi müəyyən ediməmişdir. (cild 1, vərəqə 245) Təqsirləndirilən şəxs Məhkum əlavə dindirilməsinə dair 13 yanvar 2022-ci il tarixli protokolda müstəntiq tərəfindən təqsirləndirilən şəxsə verilən sualda da göstərilir ki, onun istifadəsində olmuş “Samsung” markalı “J6” modelli mobil telefonuna baxış zamanı xx.xx.2021-ci il və 08.1.2021-ci il tarixlərdə mobil nömrəyə və “Whatsapp” proqramına İran İslam Respublikasının mobil operatoruna məxsus mobil nömrə aşkar olunmamışdır. Belə olan halda, ibtidai istintaq orqanı və aşağı instansiya məhkəmələrinin A.X19 Respublikası vətəndaşı olan “X10” adlı şəxslə cinayət əlaqəsinə girməsinə dair hansı mötəbər sübutlara əsaslMəhkumaq qərar q əbul etdikləri aydın deyildir. -Cinayət işinin 2-ci cild 57-ci vərəqəsində olan AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən daxil olan məktubdan görünür ki, müdafiəçinin məktubuna cavab olaraq bildirilmişdir ki, Məhkum istifadəsində olan “Mersedes ML 350” markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobil AR DİN BNMİ-nin əməkdaşı Şahid1 tərəfindən xx.xx.2021-ci il tarixində BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin 4 saylı duracağına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə baxışlarında verdiyi ifadələrinin qiymərləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusat sonadək araşdırılmamış, əməliyyat müvəkkili Şahid1 apelyasiya baxışı zamanı həmin avtomobili duracağa yerlə şdirdiyini xatırlamadığına dair ifadəsi ilə kifayətlənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum istifadəsində olan “Mersedes ML 350” markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilin hansı şəraitdə götürülməsi, bununla əlaqədar sənələşdirmənin aparılmamasının səbəbləri araşdırılmalıdır. - Cinayət işinin 1-ci cild 238-ci vərəqəsində olan "xxxx" MMC-dən daxil olmuş 21 fevral 2022-ci il tarixli məktuba əlavə olunmuş 1 ədəd özündə telefon danışıqları barədə məlumatları əks edən DVD diskə baxış keçirilməsi haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskdə olan Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin məlumatlarında anten əhatə dairələri müəyyən edilmiş, 8 oktyabr 2022ci il tarixdə saat 11:17-də Məhkum istifadəsində olan mobil nömrəyə SMS gəlmişdir və anten məlumat Mərdəkan qəsəbəsini göstərmişdir. Bundan başqa Məhkum xx.xx.2022-ci il tarixdə saat 8:33-də ***-***-**-** mobil nömrəsi ilə 2183 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 09:14-da həmin nömrə ilə 88 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 09:29da ***-***-**-** mobil nömrəsi ilə 302 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsini, 12:53, 13:05 və 13:06-da ***-***-**-** mobil nömrəsi ilə müvafiq olaraq 32, 22, 72 saniyə danışıq aparmış, mobil əlaqələrin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 13:49-da ***-***-**-** mobil nömrəsi ilə 28 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Astara rayonu, Masxan kəndini və Bakı şəhəri, Xəzər -ayonu, Mərdəkan qəsəbəsini, 13:52-də ***-***-**-** mobil nömrəsi ilə 41 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi, Astara rayonu, Hamuşan kəndini, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 14:34-də ***-***-**-** mobil nömrəsi ilə 84 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Olimpiya stadionunu, 15:31-də 050- ***-**-** mobil nömrəsi ilə 47 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, 5 Məmmədova küçəsi ilə Dağıstanlı küçəsinin kəsişməsini və Astara rayonu, Təngərud kəndini, 15:54-də ***-***-**** mobil nömrəsi ilə 23 saniyə danışıq aparmış, mobil əlaqənin anten dair əsi Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu küçəsini, göstərir, 17:48-də isə, yəni tutulmazdan 57 dəqiqə əvvəl ***-***-**-** mobil nömrəsi ilə 117 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Bakı Dövlət Yol Polisini göstərmişdir. Cinayət işinin 1-ci cild 188 və 189-cu vərəqələrində müdafiəçi R.Səfərov tərəfindən verilmiş vəsatətlərdə xahiş edilmişdir ki, Məhkum istifadəsində olan “Mersedes ML 350” markalı ** RX *** dövlət nişanlı avtomobilinin hansı əsasla, hansı dayanacağa və kim tərəfindən dayanacağa qoyulması barədə müvafiq icra hakimiyyətinə sorğu verilməsi, həmçinin xx.xx.2021-ci il tarixli vəsatətlərində göstərilən xüsusatlara, yəni DİN-nin BNMİnin əməkdaşları (iş üzrə əməliyyatda iştirak edən) Şahid1 və Şahid3 Cəmiyyət oğlunun adına olan mobil nömrələri nin müəyyən edilməsi ilə bağlı (Bakcell, Azercell, Nar) şirkətlərinə sorğu verilməsi, DİN-nin BNMİ-nin əməkdaşları (iş üzrə əməliyyatda iştirak edən) Şahid1 və Şahid3 Cəmiyyət oğlunun adına olan mobil nömrələri müəyyən ediləndən sonra, 08 oktyabr 2021-ci il tarixə anten məlumatlarının müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsi və təqsirləndirilən şəxs Məhkum istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunun 08 oktyabr 2021-il tarixə anten məlumatlarının müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsi ilə bağlı müvafiq orqanlardan cavab verilməsi göstərilsə də, bütün vəsatətlər rədd edilmişdir. Bundan başqa, apellyasiya baxışı zamanı iş üzrə şahid qismində dindirilən X7 göstərmişdir ki, o, Astara rayonu, Təngərüd kəndində yaşayır. O, fəhlə işləyir. X1 ona zəng edərək bildirmiş dir ki, qardaşı Məhkum polislər tərəfindən tutulmuşdur. O da bundan sonra Məhkumın qonşusuna zəng etmişdir. Qonşusu da demişdir ki, Məhkum polislər tərəfindən tutulmamışdır və evdədir. O, saat 11:12 rədələrində Məhkuma da bir neçə dəfə zəng edəndən sonra Məhkum telefona cavab vermiş və bildirmişdir ki, o polislər tərəfindən tutulmuşdur. Belə ki, o, yol nəqliyyat hadisəsi törətdiyinə -avtomobillə adam vurduğuna görə saxlanılmışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən X10 göstərmişdir ki, Məhkum onun qonşusudur. Məhkumın qardaşı ona zəng edib demişdir ki, Məhkum polislər tərəfindən tutulmuşdur. O bundan sonra Məhkumın evinə getmiş və görmüşdür ki, evdə heç kim yoxdur. O nahar vaxtı saat 13-14 radələrində Məhkuma zəng etmişdir. Məhkum 3cü dəfə zəng edəndən telefona cavab vermi şdir. Məhkum ona polislər tərəfindən tutulduğunu bildirmişdir. O, polislər tərəfindən tutulmağının səbəbini soruşduqda Məhkum səbəbini sonra deyəcəyini bildirmiş və bundan sonra telefonu söndürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, həmin ifadələrdən görünür ki, Məhkum məhkəmə hökmündə göstərildiyi kimi, 08 oktyabr 2021-ci il tarixdə saat 18:45-də deyil, günorta saatlarında artıq polis əməkdaşları tərəfindən tutulmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müdafiə tərəfinin vəsatətlərində irəli sürülən dəlillər sonadək araşdırılmamışdır. -Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi şahidlər Şahid1 və Şahid3 da istifadəsində olan telefonları müəyyən edərək, məlumatlarını müvafiq operatorlardan sorğu verib əldə edib yoxlamaqla onların həmin g ün ərzində Məhkum birlikdə hərəkət edib-etməmələrini müəyyən etməli idi. Bu istintaq hərəkətlərinin edilməsi ona görə zəruri idi ki, 08 oktyabr 2021-ci il tarixdə Məhkum ilkin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə baxışında verdiyi ifadəsinin həqiqəti əks etdirib-etdirmədiyi müəyyən edilsin. Həmin xüsusatların araşdırılması Məhkum tutulması və üzərində narkotik vasitələrin aşkar edilməsi ilə polis işçiləri tərəfindən tərtib edilmiş sənədlərin gerçəkliyi əks etdiribetdirmədiyinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmun una dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin kifayət qədər araşdırma aparmadan, təqsirləndirilən şəxsin tutulması və üzərində axtarışın aparılması zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasını, şəxsin qanunla qorunan hüquqlarının təmin edilib-edilməməsini araşdırmadan gəldiyi həmin nəticəni əsaslı hesab etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışlar. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki: “14. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəx slərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır.
15. Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətlərlə əlaqədar olaraq, Avropa Məhkəməsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbul etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. Həmin qaydaya görə, bu növdən şikayətlərə baxarkən, aşağıda göstərilən üç pilləli testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır: 1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması; 2) işə mahiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması; 3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi tə sir göstərib-göstərməməsi. Birinci suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, vəsatətdə əlavə şahidin verəcəyi ifadənin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə necə və nə dərəcədə təsir edə biləcəyi haqda məlumat öz əksini tapmalıdır. İkinci suala cavab verərkən ilk növbədə nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi müdafiə tərəfinin təklif etdiyi hər bir əlavə şahidin dindirilməsini tələb etmir, onun məqsədi tərəflərin bərabərliyinin təmin edilməsidir. Buna görə, müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Vəsatətlə bağlı qəbul edilmiş hər bir qərarda vəsatətin məzmununun işin halları ilə müqayisədə qiymətləndirilməsi öz əksini tapmalı, qiymətləndirmənin həddi və dərəcəsi vəsatətdə göstərilən əsaslara mütənasib olmalıdır. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir. Üçüncü suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, əlavə şahidin dindirilməsinə dair vəsatətin rədd edilməsi haqqında məhkəmə qərarına qiymət verilərkən, hər bir işdə mütləq qaydada belə qərarın ədalətli yekun məhkəmə qərarının qəbul edilməsinə təsiri nəzərdən keçirilməlidir. Bu məqsədlə təqsirləndirilən şəxsin vəkillə təmsil edilib-edilməməsi, müdafiəsi ni səmərəli şəkildə qurmağa, əleyhinə ifadə vermiş şahidlərin dindirilməsində və əleyhinə istifadə edilən sübutların qiymətləndirməsində iştirak etməyə, əleyhinə ifadə vermiş şahidlərə suallar verməyə, öz xeyrinə sübut və baş vermiş hadisələr haqqında öz fərziyyəsini bildirməyə imkanlarının olub-olmaması, təqsirin digər, o cümlədən ittiham tərəfinin şahidlərinin yetərli ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyat-axtarış materialları və s. sübutlarla təsdiq edilib-edilməməsi nəzərə alınmalıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmaları yerinə yetirməmişlər. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özü nün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmə li və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fiki rdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yarMəhkumsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin e dilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin məhkəmə baxışına təyin edilsin.