Məhkəmə qərarları › İş №1(102)-1064/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1064/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1064/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasi ya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXX-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, X ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 31 yanvar 2024-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 fevral 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəm əsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 14 aprel 2023-cü il tarixdə, saat 22:30 radələrində x ünvanının qarşısından özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz götürmək məqsədi ilə zərərçəkmiş şəxs 1 məxsus 900 manat dəyərində “Stark” markalı velisopedi götürüb idarə edərək hadisə yerindən uzaqlaşıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxs 1-ə 900 manat məbləğdə maddi ziyan vurmuş, yəni özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 10 iyul 2023-cü il tarixdə, saat 17 radələrində x ünvanının qarşısından özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz götürmək məqsədi ilə zərərçəkmiş şəxs 2-yə məxsus 150 manat dəyərində “SAFT” markalı velosipedi götürüb idarə edərək hadisə yerindən uzaqlaşıb oğurlamaqla, özgə ə mlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxs 2-yə 150 manat məbləğdə maddi ziyan vurmuş, yəni özgə əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 01 avqust 2023-cü il tarixdə, saat 22 radələrində x ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığından özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz götürmək məqsədi ilə zərərçəkmiş şəxs 3-ə məxsus 1200 manat dəyərində “Trinx” markalı velosipedi götürüb idarə edərək hadisə yerindən uzaqlaşıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxs 3-ə 1200 manat məbləğdə maddi ziyan vurmuş, yəni özgə əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 29 avqust 2023-cü il tarixdə, saat 02 radələrində x kəndində yaşayan zərərçəkmiş şəxs 4-ün əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncuya məxsus Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mağazanın nəfəsliyindən qanunsuz olaraq mağaza binasına daxil olub, oradan 3 ədəd hər birinin qiyməti 25 manat olan “İONİ 105” markalı mobil telefonu, 1 ədəd qiyməti 80 manat olan “Samsunq Tab 3” markalı planşeti, 2 ədəd hər birinin qiyməti 40 manat olan “Kisonli” markalı səs gücləndiricini, 1 ədəd qiyməti 60 manat olan “KTS1501” markalı musiqi aparatını, 1 ədəd qiyməti 522 manat olan 6.5 qram çəkidə qızıl qadın boyunbağını, 1 ədəd qiyməti 144 manat olan 1.7 qram çəkidə qızıl qadın boyunbağını, 1 ədəd qiyməti 190 manat olan 2.3 qram çəkidə qızıl qadın boyunbağını, 60 ədəd hər birinin qiyməti 25 manat olan gümüş üzükləri, 12 ədəd hər birinin qiyməti 42 manat olan gümüş qolbağını, 8 ədə d hər birinin qiyməti 100 manat olan gümüş kişi boyunbağını, 1 ədəd qiyməti 110 manat olan gümüş boyunbağı, sırğa və qolbağ dəsti, 15 ədəd hər birinin qiyməti 20 manat olan gümüş qadın boyunbağı, 8 ədəd hər birinin qiyməti 35 manat olan gümüş qadın qolbağı, bir manatlıq əskinaslarda 50 manat və 120 ədəd 50 qəpik xırda pulları qanunsuz götürüb aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxs 4-ə cəmi 4760 manat məbləğdə maddi ziyan vurmuş, yəni binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşənzərərçəkmiş şəxs 5-ə yaşayış sahəsi hesab edilən evinin birinci mərtəbəsindəki otağın açıq pəncərəsindən qanu nsuz olaraq həmin otağa girib, tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü, həmin evdə qonaq olan şahidin içərisində zərərçəkmiş şəxsə məxsus 2000 manat pul, şahidin özünə məxsus 153 manat pul və 1 ədəd 1500 manat dəyərində qızıl aksesuar olan 10 manat dəyərində çantasını şkafın üstündən götürüb apararkən, həmin otağa daxil olan zərərçəkmiş şəxs 5 və evin həyətində olan şahid 2-nin gözü qarşısında qaçıb getməklə, açıq şəkildə qeyd edilən əmlakları talayaraq, zərərçəkmiş şəxs 5-ə 2000 manat və zərərçəkmiş şəxs 5 1663 manat məbləğdə maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin əmlakını açıq talayaraq təkrarən soyğunçuluq etmişdir.

5. Saatlı Rayon Məhkəməsinin 1(055)-17/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 177. 2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. B irinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsini, cinayət qanununun normasını düzgün tətbiq edib Məhkuma hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmaqla hökmün dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasna məhkum edilmişdir. Daha sonra o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 0 3 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən (həmin işdə mövcud olan 17 avqust 2020-ci il tarixli düzəliş qərarına əsasən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən) cəzalar qismən birləşdirilməklə qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Amnistiya aktının tətbiq edilməsi barədə 12 noyabr 2022ci il tarixli qərardan görünür ki, Məhkum barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərar ı tətbiq edilmiş və o, həmin Qərarın 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa - az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 06 aydan artıq olmayan şəxslər cəzadan azad edilə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə Məhkuma Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 23 may 2018-cü il tarixdən müəyy ən edilmişdir. Göründüyü kimi, Məhkum barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmündən sonra həmin məhkəmənin 10 avqust 2020-ci il tarixli hökmü mövcud olsa da, amnistiya aktı səhv tətbiq edilmiş və nəticədə Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının faktiki çəkilməmiş 01 ildən yuxarı olan hissəsindən (cəzanın sonu 23 noyabr 2022-ci il tarixə düşür) qanunsuz və əsassız olaraq vaxtından əvvəl azad edilərək, üzərindən məhkumluğu götürülmüşdür. Beləliklə, məhkəmə mübahisələndirilən hökmündə Məhkum barəsində səhv tətbiq edilmiş Amnistiya aktına istinad edərək sonuncunun digər məhkəmə aktına əsasən çəkilməmiş qalan cəzasını yeni hökmlə birləşdi rməmiş və məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətdiyi üçün cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını nəzərə almamışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 1(055)-17/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinə müvafiq olaraq sübutları tədqiq etməmiş, nəticədə səhv tətbiq edilmiş Amnistiya aktına istinad edərək məhkumun çəkilməmiş qalan cəzasını, eləcə də məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətməsini nəzərə almamış, bununla bağlı cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etməmişdir. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edilir.

10. Kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya mü raciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi biri nci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə səhv tətbiq edilmiş amnistiya aktına istinad edərək məhkumun çəkilməmiş qalan cəzasını, eləcə də məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətməsinin nəzərə alınmadığını, bununla bağlı cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən edilmədiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciət i kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üz rə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun Qərarı, 18 mart 2025-ci il).

19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası kassasiya protes tində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində bildirilənlərdən fərqlənmir, protest müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, dövlət ittihamçısının verdiyi apellyasiya protestinin araşdırması nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırılma verilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə protest müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və pr osessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Əlavə olaraq məhkəmə kollegiyası onu da vurğulamağı mütləq hesab edir ki, yekun məhkəmə aktını qəbul edərkən məhkəmənin qüvvədə olan və vacib hüquqi əhəmiyyət daşıyan prosessual sənəddən istifadə etməsinin qanunsuz olduğunu iddia edən kassasiya protestinin müəllifi, belə addımın hansı qanunvericilik normasın a zidd olduğunu kassasiya müraciətində göstərmir, bununla yanaşı düzgün tətbiq edilmədiyini iddia etdiyi amnistiya aktının nəzərə alınması nəticəsində yaranması ehtimal edilən səhvin aradan qaldırılmasının mümkün qaydasını da təklif etmir. Qeyd edilənlər isə kassasiya protestinin əsassız olduğunu, istər apellyasiya, istərsə də kassasiya protestinin müəlliflərinin izahsız mülahizələrinə əsaslandığını bir daha təsdiqləyir.

23. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyi b, təsvir edilənlərə görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar