Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1065/2021 30.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X36 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti ü zrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 13 fevral 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, «Bank Respublika» ASC-nin Astara filialının müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(99)-03/2019 saylı hökmü ilə (hakimlər X29 (sədrlik edən), X17 və Abdullayev Mehdixan Ədil oğlundan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.3.2 (01.12.2017-ci ilə kimi olan redaksiyada), 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 39.1.3-cü və 44.2.1-ci maddələrinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə nəzərədə tutulan cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Məhkum qəti cəza 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 dekabr 2017-ci ildən hesablanması hökm edilmişdir.
3. Həmin hökmlə həmçinin X10, X30, X12, X8, X37, X24, X38, X18 və X25 da təqsirli b ilinərək məhkum edilmişdilər.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(99)-03/2019 saylı hökmündən dövlət ittihamçısı X31 tərəfindən apellyasiya protesti, məhkum edilmiş şəxslər X25, X24 tərəfindən və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Fəttayev Ehtiram Kamal oğlu tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.Ə.Novruzov, hakimlər İ.H.Əhmədov və F.K.Soltanovdan ibarət məhkəmə tərkibi) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(99)03/2019 saylı hökmündən məhkum edilmiş şəxslər X25, X24 tərəfindən və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Fəttayev Ehtiram Kamal oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı X31 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(99)-03/2019 saylı hökmü dəyişdirilmiş, hökmdən “Məhkum X24, X25, X38 və qeyriləri həmin dövrdə faktiki olaraq heç bir əlavə maddi gəlirləri olmadığı halda, ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdiriləcək çoxsaylı kredit müqavilələri üzrə bankdan götürüləcək pul vəsaitlərini ödəyə bilməyəcəklərini əvvəlcədən bilə-bilə, 2013-cü ilin iyun ayından 2015-ci ilin mart ayınadək olan dövrdə özgənin əmlakını ələ keçirmək məqsədilə, aralarında olan razılığa əsasən, özlərinin cəlb etdikləri vətəndaşların adlarına götürüləcək kredit vəsaitinin məbləğinə uyğun olaraq 50-100 manatını adına kredit rəsmil əşdiriləcək şəxslərin özlərinə verməklə, qalan hissəsinin isə qrup üzvlərinin rollarına uyğun olaraq bölüşdürülməsini razılaşdıraraq, Astara rayonunun Şahağacı, Pensər, Şiyəkəran, Ərçivan, Balaca Şahağacı, Qamışovka və digər kəndlərində yaşayan tanışlarına müraciət edib, "xxxx" ASC-nin Astara filialından, "xxxx" ASC-nin Astara şöbəsindən, "xxxx" ASC-nin, «Amrahbank” ASC-nin və «Muğanbank” ASC-nin Lənkəran filiallarından adlarına kredit rəsmiləşdirilməsinə razılıq vermələrini xahiş etmiş, həmin kredit məbləğlərinin özlərinin şəxsi ehtiyacları üçün, eləcə də, guya bankın fəaliyyəti ilə əlaqədar götürüldüyünü, hər bir kredit üzrə əsas və ona hesablanmış faiz borclarını müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özləri tərəfindən ödəniləcəyini yalandan vəd verib onları inandırmaqla, manelər i aradan qaldıraraq yardım edən Astara rayonunun Şiyəkəran kənd sakinləri – X10, X30 və qeyrilərinin köməkçi kimi iştirakları ilə, həmyerli kimi aralarında olan münasibətlərə görə adlarına kredit rəsmiləşdirilən şəxslərin onlara olan inam və etimadından istifadə etməklə, həmin bankların filiallarından Astara rayonunun qeyd olunan yaşayış məntəqələrində yaşayan müxtəlif şəxslərin adlarına ümumilikdə 347836,2931 (üç yüz qırx yeddi min səkkiz yüz otuz altı) manat məbləğində pulu X32, X38, X18, X25 və qeyriləri ilə aralarında bölərək özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, X10, X30 və qeyrilərinin köməkçi kimi iştirakçılığı ilə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirərək dələduzluq etmişlər” hissəsi xaric edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə X13 təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» 20 oktyabr 2017-ci il tarixli Qanuna uyğunlaşdırılmaqla 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və həmin cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(99)-03/2019 saylı hökmündən “X26 təyin edilmiş əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi müddətə şamil olunsun”, “X3 təyin edilmiş əlavə cəzanın müddəti əsas cəzanın şərti hesab edildiyi müddətə şamil olunsun”, “X20 təyin edilmiş əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi müddətə şamil olunsun”, “X6 təyin edilmiş əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi müddətə şamil olunsun”, “X9 təyin edilmiş əlavə cəzanın müddəti əsas cəzanın şərti hesab edildiyi müddətə şamil olunsun” müddəaları xaric edilmiş, Lə nkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(99)-03/2019 saylı hökmü ilə X26, X3, X20, X6, X9 təyin edilmiş dövlət və yerli-özünüidarə orqanlarında, habelə bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
6. X23 Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
7. Məhkum kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin barəsindəki hökmü və Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərarı ədalətsiz və qərəzlidir. Belə ki, hə r iki məhkəmədə barəsindəki işə düzgün baxılmamış, ədalətli hüquqi qiymət verilməmiş, xeyrinə olan hallar, şahid ifadələri və sübutlar ədalətli şəkildə araşdırılmamış, hüquqi dəyərini almamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X24 rəsmiləşən kredit müqavilələrində birbaşa iştirak edən bankın məsul əməkdaşı (kredit üzrə aparıcı mütəxəssis) bütün baş vermiş həmin kredit proseslərində onun – yəni filial müdirinin məlumatlı olmamasını qeyd etmişdir. İş üzrə təqsirləndirilən şəxslərdən digəri X18 isə təsir altında istintaq zamanı verdiyi ifadəni məhkəmə araşdırması zamanı təkzib edərək bankdan kənar neqativ proseslərdə onun heç bir iştirakının və məlumatının olmadığını vicdanının səsinə qulaq asaraq səmimi etiraf etmişdir. Ceyhun əleyhinə əvvəllər yalandan, həqiqətə uyğun olmaya n ifadələr verməsinin səbəbini ona təzyiqlər edilməsi və yalan vədlər verilməsi ilə izah etməyə dəfələrlə çalışmışdır. Eyni ilə digər yalançı şahid (üzləşmə aparılmadan) istintaqların təzyiq və təsirinə dözməyən, yalan vədlərə uyan X25 da məhkəmə istintaqı zamanı ibtidai istintaqda onun əleyhinə həqiqətə uyğun olmayan məlumatların şər və böhtan dolu ifadələrin verilməsinin səbəbini ona təzyiq göstərilməsi və yalan vədlər verilməsi ilə izah edib. Qeyd etmişdir ki, barəsində toplanmış cinayət işini diqqətlə araşdırılsa görünər ki, digər təqsirləndirilən şəxslər və zərərçəkmişlər ifadələrində rəsmləşdirilmiş kreditlərin mənimsənilməsində onun iştirakının olmasını təsdiq edən hər hansı bir fikir səsləndirməmişlər. Bankdan kredit götürənlərin və ya ikinci, üçüncü şəxslərdən heç birinin ona pu l verilməsinə dair heç bir sübut dəlil mövcud deyil. Bank Respublikanın Astara filialının rəhbəri olduğu müddətdə audit yoxlamaları keçirilmişdir (hər il iki dəfə). Bu yoxlamaların nəticəsi olaraq götürülmüş kreditlərin rəsmiləşdirilməsində hər hansı bir bank daxili təlimatın və qanun pozuntusu aşkar edilməmiş, bununla bağlı audit yoxlamalarının rəyi müsbət olmuşdur. Göründüyü kimi, kreditlərin rəsmiləşdirilməsində və verilməsində heç bir saxtakarlıq və qanun pozuntusuna yol verilməyib. Bunu audit yoxlamalarının nəticələri (aktları) də bir daha təsdiq edir. Məhkəmə kollegiyasından əməlinin Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinə tövsif edərək barəsində yeni hökm çıxarılmasının xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Kassasiya müraciətinə bax ılmasında iştirak etmiş şəxslərin çıxışları
9. Məhkəmə kollegiyası vaxtında lazımınca məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı vəsatət verməmiş məhkumun və məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakları olmadan kassasiya şikayətinə baxılmasını mümkün saymışdır.
10. Dövlət ittihamçısı X44 çıxışında bildirdi ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsi məhkumlar barəsində qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Buna görə, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. IV. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlə rinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhk əmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi (bax, paraqraf 18) müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbay can Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi - Azərbaycan Respublikası CM-nin 179.3.2 (01.12.2017-ci ilə kimi olan redaksiyada), 308.2 və 313-cü maddəsi ilə bəraət verilib, əməlinin Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə tövsif edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CPM-ni 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-ni 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən e dilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan ə mələ verilən cinayət hüquqi qiymətdir.
21. Məhkəmə kollegiyası Məhkum əməlinin hüqüqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
22. Belə ki, Məhkum ittiham olunduğu maddələrlə bəraət verilməsi və onun əməlinin Azərbaycan Respublikası CM-nin 314-cü maddəsinə tövsif olunaraq cəza verilməsinin mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum, X14, X15 və həmçinin digər məhkum edilmiş şəxslərin törətdikləri əməldə cinayət h adisəsinin və cinayət tərkiblərinin olması, onlara ittiham olunduqları cinayətin onlar tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Onlara elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-ni 143-146-cı maddələrinin tələblərinə əməl edərək adıçəkilən məhkumların ittiham olunduqları cinayətin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmiş, Məhkum törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2, 313-cü, X14 törətmiş olduğu cinayət əməli Azərba ycan Respublikası CM-nin 179.3.2, 178.3.2, 308.2, 313-cü, Əliyev Elşən Talıb oğlunun, X11 törətmiş oldlaruğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 313-cü, X15 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.3.2, 178.2.1, 178.2.2, 313-cü, X21 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 32.5,179.3.2-ci, X1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 308.1-ci, X16 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 32.5,179.3.2, 32.5,178.2.1, 32.5,178.2.2, 32.5,178.2.4-cü, X4, X7 törətmiş olduqları cinayət əməli Azərbaycan Respublikası CM-nin 32.5,179.3.2, 32.5,178.2.1, 32.5,178.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur.
24. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nətic ələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
25. Kassasiya şikayəti müəllifinin onun təqsirinin müəyyən edilməsində məhkəmələrin istinad etdiyi ifadələrin təzyiq, təsir və ya hər hansı digər qanuna-zidd hərəkət nəticəsində əldə edildiyi haqda dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbayca n Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.
26. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər məhkum özü, istər onun vəkili, istərsə də məhkumun qeyd etdiyi şəxslərdən hər hansısı ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində qaldırdığı, onun təqsirinin müəyyən edilməsində məhkəmələrin istinad etdiyi ifadələrin təzyiq, təsir və ya hər hansı digər qanuna-zidd hərəkət nəticəsində əldə edildiyinə dair dəlili əsassız hesab edilməlidir. Məhk əmə kollegiyasının belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (bax, Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; əksinə Məmmədov Azərbaycana qarşı, № 12/11/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012).
27. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.