Məhkəmə qərarları › İş №1(102)-1065/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1065/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1065/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1691/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə mahiyyə ti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs Əli-X11 04 oktyabr 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 77A, mənzil 48 ünvanında yaşayır. 2. 13 aprel 2022-ci il tarixli ittiham aktı ilə Əli-X6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 178.3.2 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, 24 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı idarəsi tərəfindən ********** nömrə ilə dövlət qeydiyyatına al ınmış Zərərçəkmiş şəxs2 ASC-nin baş direktoru və 14 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrə ilə dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs3 QSC-nin baş direktorun müavini olan Şahid2 20 may 2019-cu il tarixli 14/k saylı əmri və həmin tarixli 16 saylı əmək müqaviləsi ilə Zərərçəkmiş şəxs2 ASC-nin Hüquq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmaqla 20 may 2019-cu il tarixdən 20 noyabr 2020-ci il tarixədək olan dövr ərzində qeyd olunan vəzifədə işləyərkən, habelə əmək müqaviləsinə əsasən sonuncu Cəmiyyətin Azərbaycan Respublikası ərazisində qanunvericilik və idarəedici orqanlarında, onların ərazi idarələrinin, həmçinin mülkiyyət formasından və qeydiyyat yerindən asılı olm ayaraq bütün təşkilatlarda təmsil etmək, Cəmiyyətin adından müvafiq sənədləri imza etmək, müxtəlif sənədləri təqdim və qəbul etmək, bağlanmış müqavilələr üzrə iddia irəli sürmək, Cəmiyyətin adından Azərbaycan Respublikasının ümumi, iqtisad məhkəmələrində, məhkəmə icra şöbələri, hüquq mühafizə orqanlarında nümayəndə qismində iştirak etmək, qanunvericiliklə iddiaçı, cavabdeh, üçüncü şəxslərə, lizinq verənə məxsus olan hüquqlardan istifadə etmək, prossesual və digər hərəkətləri etmək, həmçinin iddia ərizəsini məhkəməyə təqdim etmək, iddia və ya qarşılıqlı iddia ərizəsinə etiraz və ya mülahizələr etmək və vermək, işin müvəffəqiyyətli həlli üçün məhkəmə aktlarından, ümumi, iqtisad məhkəmələrinin qərarlarından, icra məmurlarının hərəkət və hərəkətsizliyindən şikayət vermək, işin qiyabi icraat qaydasında baxılması ilə əlaqədar ərizələri imzalamaq, eləcə də 20 may 2019-cu il tarixdə işə qəbul edilərkən Şahid2 şifahi tapşırığı əsasında verilmiş Zərərçəkmiş şəxs2 ASC və Zərərçəkmiş şəxs3 QSC-də nəqliyyat vasitələrinin daxili maliyyə lizinq müqaviləsi əsasında vətəndaşların müvəqqəti istifadəsinə və sahibliyinə verilməsi ilə bağlı müqavilələrin, digər zəruri sənədlərin, cədvəllərin tərtibatı, nəqliyyat vasitələrinin alqısatqısı ilə bağlı aparılan bütün proseslərin qanunvericiliyə uyğun tərtib edilməsi, habelə Cəmiyyətlərin mülkiyyətində olmaqla lizinqdə olan nəqliyyat vasitələrinin fərqli satış mərkəzlərinə yerləşdirililməsinə, satışına, müştərilərin tapılmasına, rəsmləşdirilməsinə nəzarət etmək kimi səlahiyyətlərdən yararlanıb, öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb müştəri tapmaq kimi yardım etməsindən və qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməsindən istifadə edərək, qrupun üzvü Ramiz Mirzəyevin tanışı Zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsi almaq niyyətində olmasını Ramiz Mirzəyev vasitəsilə öyrəndikdən sonra, yəni sonuncunun məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb müştəri tapmaq kimi yardım etməsi və qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə Zərərçəkmiş şəxs3 QSC-nin mülkiyyətində olan “JAGUAR F PACE R” mark alı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq Taleh Mirzəyevə verib qarşılığında külli miqdarda əmlak əldə etmək kimi cinayətkar plan hazırlamış, planın tərkib hissəsi kimi etibarlı münasibətin qurulması məqsədilə Ramiz Mirzəyev Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsindəki 31 saylı ünvanda yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsindəki 250 kv.metr ərazisi olan boş sahəni 2020-ci ilin aprel ayında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1 göstərərək, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar, yəni guya həmin məkanı Zərərçəkmiş şəxs2 ASC-nin baş direktoru Şahid2, həmin cəmiyyətin Hüquq Departamentinin rəhbəri kimi özü və Ramiz Mirzəyevlə birlikdə təmir etdirərək lizinq şirkətinin mülkiyyətində olan nəqliyyat vasitələrinin alqı-satqısının həy ata keçirilməsi məqsədilə “TT 900 Cars” adı altında şərikli işlədəcəklərini, gələcəkdə lizinq şirkətinin mülkiyyətində olan istənilən növ nəqliyyat vasitəsini güzəştli şərtlərlə Zərərçəkmiş şəxs1 sata biləcəklərini demiş, daha sonra isə Ramiz Mirzəyev əlavə olaraq həmin salonun təmir edilməsi üçün şəriklərindən fərqli olaraq onun pula ehtiyacının olmasını bildirib, Zərərçəkmiş şəxs1 təmir üçün maddi köməklik etdiyi halda gələcəkdə avtomobil alarkən həmin pulun nəzərə alınacağını və ödənişdən çıxılacağını yalandan vəd vermiş, Zərərçəkmiş şəxs1 isə qeyd olunan təklifin inandırıcı olmaqla sərf edən olmasını düşünüb Ramiz Mirzəyev vasitəsi ilə onunla razılaşmış, əldə olanan razılığa əsasən 2020-ci ilin aprel və may aylarında istintaqla müəyyən edilməyən günlərdə müxtəlif məbləğlərdə, yəni hər dəfə 500, 1.000, 2.000, 5.000 manat olmaqla ünvan 4 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin inzibati binasının və Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsindəki 31 saylı ünvanda yerləşən “TT 900 Cars” adlı avtosalonun qarşısında Ramiz Mirzəyev vasitəsilə Zərərçəkmiş şəxs1 ümumilikdə 18.000 manat məbləğində pul almış, cinayətkar planın davamı olaraq, habelə arada yaranmış etibarlı münasibətlərin səmimi olmasını göstərmək, tərəflərin bir-birinə inamını daha da artırmaq, bu yolla Zərərçəkmiş şəxs1 daha çox pul ələ keçirmək məqsədilə 16 may 2020-ci il tarixdə özünün tapşırığı əsasında Ramiz Mirzəyevin vasitəsilə Zərərçəkmiş şəxs1 yuxarıda qeyd edilən ünvandakı “TT 900 Cars” avtosalonuna dəvət edərək, sonuncunun 16.000 manat məbləğində pulunun olmasını dəqiqləşdirdikdən son ra Zərərçəkmiş şəxs1 Şahid2 Zərərçəkmiş şəxs2 ASC ilə yanaşı həmçinin də baş direktoru olduğu Zərərçəkmiş şəxs3 QSC tərəfindən 25 dekabr 2019-cu il tarixli, 055/19 saylı daxili maliyyə lizinq müqaviləsi əsasında Şahid6 müvəqqəti istifadəsinə verilmiş və aylıq ödənişləri edə bilmədiyi üçün 2020-ci ilin may ayında sonuncu tərəfindən Zərərçəkmiş şəxs3 QSC-nə təhvil verilməsi üçün geri qaytarılmış “JAGUAR F PACE R” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, 2018-ci il buraxılışlı, SADFA2BX6J1Z09521 şassi/ban nömrəli avtomobili vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu qrup üzvü üçün qanunsuz üstünlük əldə etmək, qazanc götürmək, bu yolla yaranmış maddi xərclərini ödəmək məqsədilə öz qulluq səlahiyyətlərindən, yəni ona Şahid2 tərəfindən şi fahi tapşırılmış, o cümlədən Cəmiyyətin mülkiyyətində olmaqla lizinqdə olan nəqliyyat vasitələrini fərqli satış mərkəzlərinə yerləşdirilməsi, satışı, müştərilərin tapılması və rəsmiləşdirilməsinə nəzarətin edilməsi kimi səlahiyyətlərdən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib guya ilkin ödəniş kimi 16.000 manat məbləğində pulun müqabilində, 36 aylıq ödəniş cədvəli əsasında hər ay 2.750 manat ödəniş şərtləri ilə rəsmi müqavilə ilə Zərərçəkmiş şəxs1 qanuni istifadəsinə verəcəyinə dair yalandan vəd verərək sonuncunu aldatmış, habelə Cəmiyyətin razılığı olmadan özgəninkiləşdirilməsi, satılması, hətta, lizinqə verilməsi belə mümkün olmayan avtomobili hesablaşma görüntüsü yaratmaq məqsədilə verməklə qazanc əldə edəcəyi barədə cəmiyyətə hər hansı məlumat vermədən Zərərçəkmiş şəxs1 təqd im etmiş, 18 may 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1lə görüşüb nəqliyyat vasitəsinin müvəqqəti istifadəsinə verilməsi üçün şərtləşdirilən ilkin ödəniş məbləği adı altında 16.000 manat pulu qabaqcadan əlbir olduğu Ramiz Mirzəyev vasitəsilə alıb aralarında bölmüş, cinayət əməllərini davam etdirərək 18 iyun 2020-ci il tarixdə yenidən “TT 900 Cars” avtosalonunda Zərərçəkmiş şəxs1lə özü bilavasitə görüşüb nəqliyyat vasitəsinə görə aylıq ödəniş məbləği olan əlavə 2.750 manat pulu şəxsən alıb Ramiz Mirzəyevlə aralarında bölməklə şəxsi məqsədlərinə sərf etdikdən bir neçə gün sonra Zərərçəkmiş şəxs1 istifadəsinə verilmiş “JAGUAR F PACE R” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına rə smiləşdirilmədiyini, müxtəlif bəhanələrlə müddətin uzadıldığını, lizinq şirkəti tərəfindən həmin avtomobilin axtarışda olduğunu və lizinq şirkətinin rəhbəri Şahid2 həmin avtosalonla şərikliliyinin olmadığını öyrəndiyi üçün avtomobili Ramiz Mirzəyevə qaytarıb ödədiyi pulları geri tələb edərkən, cinayət əməllərinin davamı olaraq 2020-ci ilin sentyabr ayının istintaqla müəyyən edilməyən günündə Zərərçəkmiş şəxs2 ASC tərəfindən 24 iyun 2020-ci il tarixli, M-250-1/20 saylı öhdəliyin icrası ilə bağlı saziş əsasında X2 müvəqqəti istifadəsinə verilmiş, sonuncunun aylıq ödənişləri edə bilməməsi səbəbindən 2020-ci ilin avqust ayında həmin Cəmiyyətə qaytarılmış “Mercedes Benz S 350” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, WDD2221321A255906 şassi/ban nömrəli avtomobili Cəm iyyətin rəhbərinin məlumatı olmadan, lakin baş direktorun ona şifahi tapşırıq əsasında vermiş olduğu səlahiyyətdən yararlanmaqla “TT 900 Cars” avtosalonundan götürüb Zərərçəkmiş şəxs1 verməsi məqsədilə Ramiz Mirzəyevlə birlikdə ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasının qarşısına gəlib Ramiz Mirzəyev vasitəsi ilə Zərərçəkmiş şəxs1 nümayiş etdirərək, əlavə 10.000 ABŞ dolları məbləğində pul verəcəyi halda rəsmi müqavilə ilə Zərərçəkmiş şəxs1 guya qanuni istifadəsinə verəcəklərinə dair yalandan vəd verərək sonuncunu vahid niyyətlə aldadıb həmin ünvanda Taleh Mirzəyevdən əlavə olaraq həmin dövrün məzənnəsi ilə 17.000 manat ekvivalentində 10.000 ABŞ dolları məbləğində pulu qabqcadan əlbir olduğu Ramiz Mirzəyev vasitəsilə alaraq, nəqliyyat vasitəsinin n asaz vəziyyətdə olan elektron tablosunu təmir etdirəcəyi adı ilə aldadıb avtomobili Zərərçəkmiş şəxs1 təhvil vermədən avtosalona geri qaytarmaqla ümumilikdə sonuncunun külli miqdarda, yəni 53.750 manat məbləğində nağd pul vəsaitindən ibarət əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qrup üzvü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Ramiz Mirzəyevin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb müştəri tapmaq kimi yardım etməsi və qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə oluna n köməkçiliyi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin, yəni Zərərçəkmiş şəxs2 ASC və Zərərçəkmiş şəxs3 QSC-nin əmlak hüquqlarına və həmin hüquqlardan irəli gələn qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, təkrarən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı idarəsi tərəfindən ********** nömrə ilə dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs2 ASC-nin baş direktoru, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı idarəsi tərəfindən ********** nömrə ilə dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs3 QSC-nin baş direktorun müavi ni, habelə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı idarəsi tərəfindən **********887000 nömrə ilə dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs4 MMC-in isə faktiki rəhbəri olan Şahid2 20 may 2019-cu il tarixli 14/k saylı əmri və həmin tarixli 16 saylı əmək müqaviləsi ilə Zərərçəkmiş şəxs2 ASC-nin Hüquq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmaqla 20 may 2019-cu il tarixdən 20 noyabr 2020-ci il tarixədək olan dövr ərzində qeyd olunan vəzifədə işləyərkən, habelə əmək müqaviləsinə əsasən sonuncu Cəmiyyətin Azərbaycan Respublikası ərazisində qanunvericilik və idarəedici orqanlarında, onların ərazi idarələrinin, həmçinin mülkiyyət formasından və qeydiyyat yerindən asılı olmayaraq bütün təşkilatlarda təmsil etm ək, Cəmiyyətin adından müvafiq sənədləri imza etmək, müxtəlif sənədləri təqdim və qəbul etmək, bağlanmış müqavilələr üzrə iddia irəli sürmək, Cəmiyyətin adından Azərbaycan Respublikasının ümumi, iqtisad məhkəmələrində, məhkəmə icra şöbələri, hüquq mühafizə orqanlarında nümayəndə qismində iştirak etmək, qanunvericiliklə iddiaçı, cavabdeh, üçüncü şəxslərə, lizinq verənə məxsus olan hüquqlardan istifadə etmək, prossesual və digər hərəkətləri etmək, həmçinin iddia ərizəsini məhkəməyə təqdim etmək, iddia və ya qarşılıqlı iddia ərizəsinə etiraz və ya mülahizələr etmək və vermək, işin müvəffəqiyyətli həlli üçün məhkəmə aktlarından, ümumi, iqtisad məhkəmələrinin qərarlarından, icra məmurlarının hərəkət və hərəkətsizliyindən şikayət vermək, işin qiyabi icraat qaydasında baxılması ilə əlaqədar ərizə ləri imzalamaq, eləcə də xx.xx.2019-cu il tarixdə işə qəbul edilərkən Şahid2 şifahi tapşırığı əsasında verilmiş Zərərçəkmiş şəxs2 ASC, Zərərçəkmiş şəxs3 QSC və Zərərçəkmiş şəxs4 MMC-də nəqliyyat vasitələrinin daxili maliyyə lizinq müqaviləsi əsasında vətəndaşların müvəqqəti istifadəsinə və sahibliyinə verilməsi ilə bağlı müqavilələrin, digər zəruri sənədlərin, cədvəllərin tərtibatı, nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı aparılan bütün proseslərin qanunvericiliyə uyğun tərtib edilməsi, habelə Cəmiyyətin mülkiyyətində olmaqla lizinqdə olan nəqliyyat vasitələrinin fərqli satış mərkəzlərinə yerləşdirililməsinə, satışına, müştərilərin tapılmasına, rəsmləşdirilməsinə nəzarət etmək kimi şifahi tapşırıqla verilmiş səlahiyyətli vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqəd ar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni qazanc əldə etmək, yaranmış maddi xərclərini ödəmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib lizinqə götürülmüş nəqliyyat vasitələrinin satışı, lizinqə verilməsi, cəmiyyətin mülkiyyətində olmaqla alqı-satqı zamanı cəmiyyətdən razılığın alınmasının zəruriliyini bildiyi, habelə nəqliyyat vasitəsini lizinqə götürmüş şəxs tərəfindən geri qaytarılarkən bu barədə rəhbərliyə məlumat verməli olduğu halda bunları etməyib, avtomobillərin alqısatqısı ilə məşğul olan tanışı Şahid8 vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən “İST” yanacaq doldurma məntəqəsindəki avtosalonun icarədarı Şahid1 ilə tanış olduqdan sonra, Zərərçəkmiş şəxs3 QSC tərəfindən 30 yanvar 2020-ci il tari xli, 062/20 saylı daxili maliyyə lizinq müqaviləsi əsasında X7 istifadəsinə verilmiş Cəmiyyətin mülkiyyətində olan “Mercedes Benz S 350” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, WDD2221321A059457 şasse/ban nömrəli avtomobilin Vüqar Quliyevin aylıq ödənişləri edə bilmədiyi üçün cəmiyyətə təhvil verilməsi üçün ona təqdim etdiyi həmin avtomobilin təhvil alınması və digər avtosalonlara yerləşdirilərək satılması barədə Şahid2 hər hansı məlumat verməyib, lakin sonuncunun şifahi tapşırığı əsasında ona verilmiş səlahiyyətdən yararlanaraq həmin avtomobili 2020ci ilin yay aylarında, istintaqla müəyyən edilməyən vaxta yeni tanış olduğu Şahid1 Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsindəki 77 A saylı evin qarşısında verərkən avtomobilin Zərərçəkmiş şəxs3 QSC-in mülkiyyətində olmaqla lizinqdə olmasını, alıcı olduqda avtomobili lizinqə verib, Cəmiyyətdə rəsmləşdirmə aparılmaqla gəlir əldə edəcəklərini bildirmiş, Şahid1 təkliflə razılaşdıqdan sonra, avans olaraq 13.600 manat ekvivalentində 8.000 ABŞ dolları məbləğində pulu, daha sonra Zərərçəkmiş şəxs2 ASC tərəfindən 21 fevral 2020-ci il tarixli, 254/20 saylı daxili maliyyə lizinq müqaviləsi əsasında X8 müvəqqəti istifadəsinə verilmiş və həmin Cəmiyyətin mülkiyyətində olan “Mercedes Benz S 350” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı WDD2221321A124207 şasse/ban nömrəli avtomobilin Ülvin Əsədovun aylıq ödənişləri edə bilmədiyi üçün cəmiyyətə təhvil verilməsi məqsədilə ona təqdim etdiyi qeyd olunan avtomobilin, təhvil alınması və digər avtosalonlara yerləşdirilərək satılması barədə Şahid 2 hər hansı məlumat verməyib, lakin sonuncunun şifahi tapşırığı əsasında ona verilmiş səlahiyyətdən yararlanaraq qeyd olunan avtomobili 2020-ci ilin yay aylarında yeni tanış olduğu Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsindəki 31 saylı ünvanda yerləşən “TT 900 Cars” avtosalonun qarşısında verərkən avtomobilin Zərərçəkmiş şəxs2 ASC-in mülkiyyətində olmaqla lizinqdə olmasını, alıcı olduqda avtomobili lizinqə verib, Cəmiyyətdə rəsmləşdirmə aparılmaqla gəlir əldə edəcəklərini bildirmiş, Şahid1 təkliflə razılaşdıqdan sonra, avans olaraq 14.450 manat ekvivalentində 8.500 ABŞ dolları məbləğində pulu və eyni niyyətlə Zərərçəkmiş şəxs4 MMC tərəfindən 15 iyul 2020-ci il tarixli, 011/20 saylı daxili maliyyə lizinq müqaviləsi əsasında X1 müvəqqəti istifadəsinə verilmiş həmin Cəmiyyətin mülkiyyə tində olan “Mercedes Benz S 320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Orxan Nuriyevin aylıq ödənişləri edə bilmədiyi üçün cəmiyyətə təhvil verilməsi üçün ona təqdim edilmiş qeyd olunan avtomobilin təhvil alınması və digər avtosalonlara yerləşdirilərək satılması barədə Zərərçəkmiş şəxs4 MMC-in faktiki rəhbəri Şahid2 hər hansı məlumat verməyib, lakin sonuncunun şifahi tapşırığı əsasında ona verilmiş səlahiyyətdən yararlanaraq “Mercedes Benz S 320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, WDD2221621A183821 şasse/ban nömrəli avtomobili 2020-ci ilin yay aylarında istintaqla müəyyən edilməyən vaxtda yeni tanış olduğu Şahid1 Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki “Qızıl Gül” restoranının yaxınlığında verərkən avtomobilin Zərərçəkmiş şəxs4 MMC-in mülkiyyətində olmaqla lizinqdə olmasını, alıcı olduqda avtomobili lizinqə verib, Cəmiyyətdə rəsmləşdirmə aparılmaqla gəlir əldə edəcəklərini bildirmiş, Şahid1 təkliflə razılaşaraq avans olaraq 13.600 manat ekvivalentində 8.000 ABŞ dolları məbləğində pulu, ümumilikdə 24.500 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 41.650 manat) pulu Şahid1 alaraq, satılması məqsədilə hər 3 avtomobili ona vermiş, həmin avtomobillər Şahid2 göstərişi əsasında yoxlanılarkən sonuncunun məlumatı olmadan avtomobillərin pul qarşılığında Şahid1 verilməsi müəyyən edildiyindən, 2020-ci ilin təxminən sentyabr-oktyabr aylarında Şahid2 tanışı Şahid5 vasitəsi ilə “Mercedes Benz S 350” markalı, **-PH-*** və “Mercedes Benz S 350” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün ümumilikdə 16.500 A BŞ dolları (həmin dövrün məzənnəsi ilə 28.050 manat) pulun, “Mercedes Benz S 320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün isə özü tərəfindən təmirə çəkilmiş xərclə birlikdə 10.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 17000 manat) pulun Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən “İST” yanacaq doldurma məntəqəsində yerləşən avtosalonda Şahid1 ödənilərək avtomobillərin cəmiyyətə qaytarılmaqla vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin yəni, Zərərçəkmiş şəxs2 ASC, Zərərçəkmiş şəxs3 QSC və Zərərçəkmiş şəxs4 MMC-nin əmlak hüquqlarına və həmin hüquqlardan irəli gələn qanuni mənafelərinə vahi d niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. 3. 27 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Əli-X11 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-114/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli hökmü ilə Əli-X6 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CPM-nin”) 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddələri bəraət verilməsi hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə hökmün ləğv edilməsini, Əli-X4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət qanunvericiliyin normalarına uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından da göründüyü kimi Zərərçəkmiş şəxs1, şahidlər Şahid2, Şahid1 və Şahid8 İbtidai araşdırma dövründə öncə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Xətai RPİ-nin İŞ-də, Xətai rayon prokurorluğunda vermiş olduqları izahatlarında və sonda Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai ist intaqı aparılan cinayət işi üzrə vermiş olduqları ifadələrində əvvəlki izahatlarında göstərdikləri xüsusatları bir daha təsdiq edərək təqsirləndirilən şəxs Əli-X4 törətmiş olduğu cinayət əməllərini ifşa etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə xüsusi əhəmiyyət kəsb edən ifadə vermiş şəxslərin, yəni Zərərçəkmiş şəxs1, şahidlər Şahid2, Şahid1, Şahid7, Şahid8 və Şahid10 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrlə ziddiyyət təşkil edən ifadələr verərək təqsirləndirilən şəxs x1 baş vermiş cinayət hadisəsi ilə əlaqəsinin olmamasını bildirmələrinin səbəb və əsasları araşdırılmamış, o cümlədən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs x1 həmin şəxslərlə əlaqə saxlayıb-saxlamaması, yəni iş üzrə sübut əhəmiyyətinə malik şahid və zərərçəkmiş ifadələrini öz xeyrinə dəyişdirmələri üçün h əmin şəxslərə bu və ya digər formada təsir edib-etməməsi, onları ələ alıb-almaması yoxlanılmamışdır. x1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, texniki rabitə vasitələrindən götürülmüş məlumatlar və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin məhkəmədə özünümüdafiə xarakteri daşıyan, şahidlərin ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Göstərilənlərdən aydın görün ür ki, məhkəmə ittiham tərəfinin biri digəri ilə ayrılmaz əlaqə təşkil edən və baş vermiş hadisənin bünövrəsini təşkil edən sübutlar əsasında gəldiyi nəticəyə heç bir qanuni və hüquqi əsas olmadan yalnız təqsirləndirilən şəxsin mövqeyi baxımından hüquqi qiymət vermiş, nəticədə obyektiv gerçəkliyi əks etdirməyən və cinayət işinin halları ilə uyğun gəlməyən əsassız bəraət hökmü çıxarmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməmiş, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hər hansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlilllər gətirilmədən, yalnız məhkəmə baxışı zamanı dindirilmiş şəxslərin ziddiyətli ifadələrinə istinad etməkl ə, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə ittihamdan imtina edilməsi barədə təklifini nəzərə almadan x1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddəsi ilə bəraət vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1691/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-114/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaq la qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki yekun qərar qəbul edilərkən istintaq orqanının cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq topladığı sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq edilməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1691/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Bəraət almış şəxsin müdafiəçisi Bayramzadə Xanlar Əsgər oğlu kassasiya protestinə qarşı etiraz verərək, kassasiya protestinin əsassız olduğundan təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1691/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarının qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılm ır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlaman ın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Əli-X6 əsassız bəraət verildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdi r.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallar la yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə sə bəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

20. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçiril məsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

21. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

22. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

23. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

24. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respubl ikası CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

25. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hü quqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

26. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci i l).

27. Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin məsələlər üzrə birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış, iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilmiş, nəticədə X12h oğluna ona elan edilmiş ittiham üzrə nəzərdə tutulan cinayət hadisəsinin olmadığı qənaətinə gəlinmişdir. Həmçinin, apellyasiya protestinin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən dəlillərə müvafiq əsaslandırma təmin edilməklə yenidən ətraflı cavablandırma verilmişdir.

28. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir.

29. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər ha nsı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.

30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

31. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1691/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci ma ddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Əli-X11 barəsində olan 1(103)-1691/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar