Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1065/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş hüquqi şəxs Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində DSMFnin nümayəndəsi Mikayılov Kamran Mikayıl oğlunun, Təqsirləndirilən şəxs Məhkum iştirakları ilə xx xxxxx 1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətənda şı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 162.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli 1(106)-315/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xocavənd Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(069)-2/2024 nömrəli hökmü ilə (sədrlik edən İ.Zərərçəkmiş şəxs3) Məhkum - Azərbaycan Respublikası CM-in 30 8.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin iş üzrə mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsdən 25.769,37 manat pulun Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına tutulması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mülki iddiasının baxılmamış saxlanılması qərara alınmış, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilmişdir. Xocavənd Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(069)-2/2024 nömrəli qərarı ilə Məhkum barəsində olan Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli 1(106)-315/2024 nömrəli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hacıyev və H.X.Bəhmənov) apelyasiya protesti təmin edilmiş, apelyasiya şikayəti qismən təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(069)-2/2024 saylı hökmü ləğv edilmişdir. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə elan olunmuş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamın həcmindən xaric edilmiş, Xocavənd Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(069)-2/2024 nömrəli Məhkum barəsində CM-in 162-1.1-ci maddəsi ilə olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməsinə dair qərarı dəyişdirilmədən saxlanılmışdır. Mülki cavabdeh Məhkum 14.436,24 manat məbləğində pulun alınıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi,zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış s axlanılması və zərərçəkmiş şəxslərə mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olmaları izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 7 iyun 2018-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə əsas fəaliyyət növü “kompüterlərin və periferiya avadanlıqlarının təmiri” olmaqla, hüquqi şəxs kimi qeydiyyata alındıqdan sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsi ərazisində N saylı hərbi hissənin təmir-tikintisi işlərinin görülməsi ilə əlaqədar hüquqi şəxs yaratmaqla, sahibkarlıq fəaliyyətini həyata keçirərək “Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək, dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən əldə etmək, başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək, tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək hüquqlarına malik olan və həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin həmkarlar ittifaqlarında birləşməsinə mane olmamaq, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq vəzifələrini daşıyan təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə və 49-cu maddəsinin 1-ci bəndinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hü quqi qüvvəyə mindiyi, beləliklə işəgötürən tərəfindən əmək münasibətlərinə daxil olan hər bir şəxslə əmək müqaviləsi bağlanılmalı olduğu halda o, "xxxx" MMC ilə rəhbəri olduğu "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən, Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissənin təmir-tikintisi işlərini yerinə yetirərkən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissənin təmirtikintisi işlərində işçi qismində işləmək üçün işə qəbul olunmaq məqsədilə müraciət edən ayrı-ayrı şəxsləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmə dən həmin tikinti sahəsində faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə, o cümlədən briqadirlər, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, ustalar, Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs5 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs8 2021-ci ilin iyul ayından xx.xx.2021ci il tarixədək, Zərərçəkmiş şəxs9 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs12 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs13 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs15 2021-ci ilin iyul ayından 2021-ci ilin avqust ayınadək, Zərərçə kmiş şəxs16 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs58 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs17 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs18 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs20 2021-ci ilin avqust-sentyabr ayları ərzində 15 gün müddətində, Zərərçəkmiş şəxs21 Səmədin oğlunu 2021-ci ilin sentyabr ayında 7 gün müddətində, Zərərçəkmiş şəxs22 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində 10 gün müddətində, Zərərçəkmiş şəxs27 2021-ci ilin avqust ayında 8 gün müddətində, Zərərçəkmiş şəxs29 xx.xx.2021-ci il tarixdən 2021-ci ilin oktyabr ayınadək, Zərərçəkmiş şəxs31 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs32 xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixədək, Zərərçəkmiş şəxs34 2021-ci ilin avqust ayından xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs35 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs36 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs37 xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs38 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs40 2021-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək, Zərərçəkmiş şəxs41 2021-ci ilin iyul ayından xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs42 Elman oğlunu 2021-ci ilin iyul-avqust ayları ərzində 10 gün müddətində, Zərərçəkmiş şəxs43 2021-ci ilin iyul-avqust ayları ərzində 10 gün müddətində, Zərərçəkmiş şəxs45 xx.xx.2021-ci il tarixdən 2021-ci ilin noyabr ayının sonunadək, Zərərçəkmiş şə xs46 xx.xx.2021-ci il tarixdən 2021-ci ilin noyabr ayının ortalarınadək, Zərərçəkmiş şəxs47 xx.xx.2021-ci il tarixdən 2021-ci ilin noyabr ayının sonunadək, Zərərçəkmiş şəxs48 xx.xx.2021-ci il tarixdən 2021-ci ilin noyabr ayının sonunadək, Zərərçəkmiş şəxs49 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs50 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs51 2021-ci ilin iyun-iyul ayları ərzində 40 gün müddətində, Zərərçəkmiş şəxs52 2021ci ilin iyul ayından 2021-ci ilin oktyabr ayınadək, Zərərçəkmiş şəxs53 2021-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayının sonlarınadək, Zərərçəkmiş şəxs54 xx.xx.2021-ci il tarixdən 2021-ci ilin noyabr ayınadək, Zərərçəkmiş şəxs55 2021-ci ilin iyul-avqust ayları ərzidə 7 gün müddətində, Zərərçəkmiş şəxs56 xx. xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, əməyin mühafizəsi üzrə mütəxəssis Zərərçəkmiş şəxs11 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, sürücü Zərərçəkmiş şəxs14 2021-ci ilin iyun ayından xx.xx.2021-ci il tarixədək, aşpazlar Zərərçəkmiş şəxs19 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs59 Hüseyn qızını xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, fəhlələr X5 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs24 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs25 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs26 xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs33 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs10 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs28 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs30 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs39 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Zərərçəkmiş şəxs44 2021-ci ilin iyul-avqust ayları ərzində 10 gün müddətində, Zərərçəkmiş şəxs57 Məhsum oğlunu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində müvafiq ərazidə işlərin görülməsinə cəlb edərək, ümumilikdə 58 nəfər, yəni xeyli sayda işçiləri vahid niyyətlə həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, həmin hərəkətləri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 gör ə 2.500,06 manat, Zərərçəkmiş şəxs3 görə 2.341,87 manat, Zərərçəkmiş şəxs4 görə 234,74 manat, Zərərçəkmiş şəxs5 görə 158,82 manat, Zərərçəkmiş şəxs6 görə 158,82 manat, Zərərçəkmiş şəxs7 görə 1.199,42 manat, Zərərçəkmiş şəxs8 görə 480,28 manat, Zərərçəkmiş şəxs9 görə 1.194,70 manat, Zərərçəkmiş şəxs10 görə 654,86 manat, Zərərçəkmiş şəxs11 görə 610,62 manat, Zərərçəkmiş şəxs12 görə 3.449,23 manat, Zərərçəkmiş şəxs13 görə 23,54 manat, Zərərçəkmiş şəxs14 görə 185,40 manat, Zərərçəkmiş şəxs15 görə 90,49 manat, Zərərçəkmiş şəxs16 görə 180,96 manat, Zərərçəkmiş şəxs58 görə 180,96 manat, Zərərçəkmiş şəxs17 görə 212,61 manat, Zərərçəkmiş şəxs18 görə 117,97 manat, Zərərçəkmiş şəxs19 görə 180,96 manat, Zərərçəkmiş şəxs20 görə 122,12 manat, Zərərçəkmiş şəxs21 görə 58,85 manat, Zərərçəkmiş şəxs22 görə 111,37 manat, X6 görə 249,30 manat, X3 görə 249,30 manat, Zərərçəkmiş şəxs25 görə 249,30 manat, Zərərçəkmiş şəxs26 görə 258,16 manat, Zərərçəkmiş şəxs59 Hüseyn qızına görə 1.302,24 manat, Zərərçəkmiş şəxs27 görə 204,38 manat, Zərərçəkmiş şəxs28 görə 64,49 manat, Zərərçəkmiş şəxs29 görə 467,62 manat, Zərərçəkmiş şəxs30 görə 552,04 manat, Zərərçəkmiş şəxs31 görə 773,26 manat, Zərərçəkmiş şəxs32 görə 773,26 manat, Zərərçəkmiş şəxs34 görə 375,23 manat, Zərərçəkmiş şəxs35 görə 103,26 manat, Zərərçəkmiş şəxs36 görə 103,26 manat, Zərərçəkmiş şəxs37 görə 103,26 manat, Zərərçəkmiş şəxs38 görə 103,26 manat, Zərərçəkmiş şəxs33 görə 122,12 manat, Zərərçəkmiş şəxs39 görə 949,78 manat, Zərərçəkmiş şəxs40 görə 244,24 manat, Zərərçəkmiş şəxs41 görə 630,23 manat, Zərərçəkmiş şəxs42 Elman oğluna görə 465,72 manat, Zərərçəkmiş şəxs43 görə 576,45 manat, Zərərçəkmiş şəxs44 görə 73,30 manat, Zərərçəkmiş şəxs45 görə 212,61 manat, Zərərçəkmiş şəxs46 görə 212,61 manat, Zərərçəkmiş şəxs47 görə 212,61 manat, Zərərçəkmiş şəxs48 görə 212,61 manat, Zərərçəkmiş şəxs49 görə 44,44 manat, Zərərçəkmiş şəxs50 görə 260,06 manat, Zərərçəkmiş şəxs51 görə 317,01 manat, Zərərçəkmiş şəxs52 görə 191,73 manat, Zərərçəkmiş şəxs53 görə 303,08 manat, Zərərçəkmiş şəxs54 görə 1.654,70 manat, Zərərçəkmiş şəxs55 görə 58,85 manat, Zərərçəkmiş şəxs56 görə 576,45 manat və Zərərçəkmiş şəxs57 görə 52,76 manat olmaqla, ümumilikdə 27.751,63 manat məbləğində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqla, kütləvi şəkildə həmin fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş hər il Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək, işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq, işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq və digər əmək hüquqlarına və qanuni mənafelərinə, habelə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, fərdi və ictimai rifahın əsası kimi əmək münasibətlərinin qorunması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 308.1 və 162-1.1-ci maddələri ilə nəzərdə t utulan cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apelyasiya instansiya məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması ilə razılaşsa da, əsassız olaraq onun əməlində Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin olmaması nəticəsinə gəlmişdir. Dövlət ittihamçısı hesab edir ki, Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətmiş şəxsin hərəkətləri nəticəsində vurulmu ş ziyan həmin maddənin tərkibi ilə əhatə olunmur və ona görə də Samir İsayevin əməli həm də Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə tövsif olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxması barədə nümayəndə K.Mikayılovun, kassasiya protestinin təmin edilməməsi barədə təqsirləndirilən şəxs Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərin ə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin mə hkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması ilə razılaşsa da, əsassız olaraq onun əməlində Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin olmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə əsasən: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yə ni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 162-1. 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi — yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğu n olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum ittihamından Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsini xaric etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. İttihamdan görünür ki, təqsirləndirilən şəxs Məhkum "xxxx" MMC-nin rəhbəri olaraq vəzifəli şəxs kimi xeyli sayda işçiləri əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İstintaq orqanı və onun gəldiyi nəticələrlə razılaşan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum yuxarıda qeyd olunan əməlini həm vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadə etmək kimi (CM-nin 308.1-ci maddəsi), həm də işçilərin əmək hüquqlarının pozulması kimi (CM-nin 162-1.1-ci maddəsi) q iymətləndirmişdir. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilən əməllərin cinayətlərin ideal məcmusunu təşkil etdiyi nəticəsinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, Məhkum bir əməllə CM-in bir neçə maddəsində nəzərdə tutulan cinayətləri törətmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum əməli CM-in 162-1.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, onun əməlinin əlavə olaraq CM-in 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.4-cü maddəsində qeyd edilmişdir ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Azərbaycan Respublikası CM-in 17.1-ci maddəsi nə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. CM-in 17.2-ci maddəsinə əsasən bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. CM-in 17.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmə əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır. Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə i mkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Məhkəmə kollegiyası həmçinin, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı aşağıdakıları göstərməyi zəruri sayır. Qeyd olunan maddənin dispozitiv şərtlərindən aydın olur ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması cinayət tərkibinin yaranmasına səbə b olur. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərin, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birrbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Maddənin məzmunundan və mənasından göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir, vəzifəli şəxsi n qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bu isə o deməkdir ki, şəxsə qarşı vəzifədən sui-istifadəyə görə ittiham irəli sürülərkən ilk növbədə onun malik olduğu səlahiyyətlərinə istinad edilməklə bu səlahiyyətlərin nədən ibarət olması və hansı normativ və ya qeyri-normativ aktlarla tənzimlənməsi ittihamda əksini tapmalı, digər tərəfdən isə onun məhz həmin səlahiyyətlərindən və ya onların bir hissəsindən suiistifadə etməsi müəyyən edilməlidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui istifad ənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. Beləliklə, qeyd edilən maddənin mənasına görə, vəzifə səlahiyyətlərindən sui istifadə edən şəxs törətdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməli və bu cür istifadə etmə və yaxud istifadədən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 162-1.1-ci maddəsinin dispozisiyasından isə göründüyü kimi, həmin maddədə nəzərdə tutulan cinayət yalnız “işəgötürən” tərəfindən törədilə bilər, yəni həmin cinayətin subyekti kimi “işəgötürən” çıxış edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsində verilən anlayışa görə işəgötürən dedikdə, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum "xxxx" MMC-nin rəhbəri olaraq xeyli sayda işçini əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etməklə CM-in 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti işəgötürən kimi, yəni vəzifəli şəxs olaraq törətmişdir. Bu səbəbdən həmin cinayətin subyekti kimi onun vəzifəli şəxs olması, habelə inzibati-təsərrüfat və təşkilati-sərəncamverici səlahiyyətlərə malik olması və cinayəti həmin səlahiyyətlərindən istifadə etməklə törətməsi CM-in 162-1.1-ci maddəsi ilə tamamilə əhatə olunduğundan onu n qeyd olunan əməlinin əlavə olaraq CM-in 308.1-ci maddəsi ilə də tövsif olunmasına ehtiyac yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum ittihamından Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsini xaric etmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixl i qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1065/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1065/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver