Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1066/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, X5 və X3 ibarət tərkibdə) 30 oktyabr 2020-ci il tarixli hökmü ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə az adlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan - 24 iyun 2020-ci il tarixdən hesablanmış, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə) 11 mart 2021-ci il tarixli qərarı ilə məhkum edilmiş Məhkum və onun müdafiəçisi X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmlə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (altı) aya endirilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti ola raq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Məhərrəm» adlı şəxs və qeyriləri ilə əv vəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Məhərrəm» adlı şəxsin qanunsuz olaraq əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 42.525 qram psixotrop maddə metamfetamini və külli miqdarda ümumi təmiz çəkisi 606.747 qram narkotik vasitə heroini satıb qazanc əldə etmək məqsədi ilə Məhkum təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 21 iyun 2020-ci il tarixdə əvvəlcədən əldə edilmiş razılığa əsasən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Bulvar ” adlanan ərazinin yaxınlığında idarə etdiyi “Chevrolet Aveo” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyduraraq bu barədə Məhkum məlumatlandırmış,bundan sonra sonuncu həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin bir ədəd sellofan paketi götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini qara rəngli pul kisəsində, qalan hissəsini isə idarə etdiyi “Chevrolet Aveo” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yük yerində daşıyaraq saxlamış, 24 iyun 2020-ci il tarixdə Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdar da narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 24 iyun 2020-ci il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, M.İbrahimov küçəsi, 15 saylı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əlində ki pul kisəsinin içərisindən külli miqdarda yəni, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2.232 qram və 0.293 qram ümumi təmiz çəkisi 2.525 qram kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 03 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0.682 qram, 0.713 qram və 0.352 qram, ümumi təmiz çəkisi 1.747 qram kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Məhkum idarə etdiyi “Chevrolet Aveo” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan 02 ədəd polietilen paketdə külli miqdarda ayrı- ayrılıqda təmiz çəkiləri 500 qram və 105 qram, ümumi təmiz çəkisi 605 qram olmaqla pul kisəsindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmı ş narkotik vasitə heroin, 01 ədəd polietilen paketdə isə külli miqdarda təmiz çəkisi 40 qram olmaqla pul kisəsindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, məhkum edilmiş şəxs etdiyi əməlləri səmimi etiraf etmişdir. Bununla yanaşı, məhkum edilmiş şəxs səmimi şəkildə məhkəməyə bildirmişdir ki, o, qaçaqmalçılıq cinayətini törətməmişdir. Buna dair iş materiallarında da sübutlar yoxdur. Məhkum edilmiş şəxsin Azərbaycan, Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gi zli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə narkotik vasitələrinin keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Məhkum edilmiş şəxsin bu cinayətdə hər hansı rolda iştirak etməsi sübuta yetirilməmişdir. İbtidai istintaqın gedişi zamanı və məhkəmə istintaqında məhkum edilmiş şəxs səmimi ifadələr vermişdir, istintaqla əməkdaşlıq etmişdir. Bu onun əməlindən peşman olduğunun göstəricisidir. Eyni zamahda, cəza onun islah olunmasına yönəlməlidir. Hazırkı cəza isə ağırdır. Belə ki, cəza islah olunma üçün zəruri müddəti nəzərdə tutulmalı, islah olunduqdan isə şəxsin normal həyata qayıda bilməsini təmin etməlidir. Məhkum edilmiş şəxsin 2-ci qrup əlil olmasını və səmimi etirafı baxımı ndan onun barəsində belə sərt cəza qəbul edilməməli idi. Eyni zamanda istintaq zamanı toplanmış və məhkəmələr tərəfindən araşdırımış sübutlardan da açıq şəkildə görünür ki, Məhkum əmlində Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddəsinin tərkibi yoxdur. Məhkum 21 iyun 2020-ci il tarixdə əvvəlcədən tanıdığı İran İslam Respublikasının vətandaşı Məhərrəm adlı şəxsə "whatsapp" sosial şəbəkəsində zəng etmiş və ondan 200 manat dəyərində narkotik vasitə istəmiş və həmin gün də ifadəsində göstərdiyi qaydada narkotik vasitəni almışdır. Bu fakt-yəni İran islam Respublikasının vətandaşı Məhərrəm adlı şəxsə zəng edəndən az müddət sonra həmin gün narkotik vasitəni alması Məhkum narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran islam Respublikasından gətirilməsində iştirakını tam istisna edir. Yəni həmin nark otik vasitə Məhkum İran islam Respublikasının vətandaşı Məhərrəm adlı şəxsə zəng edəndə artıq Bakıda olmuşdur. Qeyd olunan faktlar iş materialları ilə təsdiq olunduğu üçün Məhkum narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran islam Respublikasından gətirilməsində iştirakını tam istisna edir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəaların xaric edilməsi və Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın həmin maddələrin sanksiyası daxilində yüngülİəşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kas sasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilə n normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Belə ki, kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri Məhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə əsassız məhkum edilməsi barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdiri lmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrı lmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ba yramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cina yət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsaslanaraq qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri elan edilmiş ittihamla bağlı bütün sübutlar işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmələrdə heç bir şübhə doğurmayan bu sübutlar əsasında məhkumun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirakını düzgün müəyyən etsə də, onun əməlini CM-in 32.5,206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cə hətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə «Məhərrəm» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 20 iyun 2020-ci il tarixdə əvvəlcədən əldə edilmiş razılığa əsasən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Bulvar” adlanan ərazinin yaxınlığında idarə etdiyi “Chevrolet Aveo” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyduraraq bu barədə Məhkum məlumatlandırmış, bundan sonra sonuncu həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin bir ədəd sellofan paketi götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini qara rəngli pul kisəsində, qalan hissəsini isə idarə etdiyi “Chevrolet Aveo” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yük yerində daşıyaraq saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alı nmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıq la və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha ço x icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Cinayət işi üzrə Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Məhkum faktiki olaraq İran İslam Respublikasının vətəndaşı olan “Məhərrəm” adlı şəxsə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsində köməkçi qismində çıxış etmişdir. Yəni onun işin hallarında təsvir olunan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi cinayətinin icrasında rolu olmamış, yalnız narkotik vasitələri əldə etməyi qabaqcadan vəd etməklə köməkçi kimi cinayətdə iştirak etmişdir. Hal-hazırkı iş üzrə maddi sübut olan külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına hansı şəraitdə keçirilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinin CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri həmin cinayətin törədilməsi məqsədilə qabaqcadan əlbir olmuş qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını (narkotik vasitəni) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi t ələb olunur. Lakin iş üzrə müəyyən olunmuş hallardan görünür ki, Məhkum narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində bunu yerinə yetirən şəxslə birgə iştirak etməmiş və onunla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişdir. Bu hərəkətləri istintaqa məlum olmayan İran İslan Respublikasının vətəndaşı yerinə yetirmişdir. O, narkotik vasitəni dövlət sərhədindən Azərbaycan Respublikasının ərazisinə keçirməklə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri tam yerinə yetirmiş, yəni cinayəti başa çatdırmışdır. Məhkum isə qaçaqmalçılıq cinayəti başa çatdırıldıqdan sonra narkotik vasitəni qoyulduğu avtomobildən götürmüş, yəni narkotik vasitə nin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfinə aid olmayan hərəkətləri yerinə yetirmişdir. Məhkum narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına gətirilməsi haqqında qabaqcadan razılığın əldə olunması da, onu həmin cinayətin icraçısına çevirmir. Belə olan halda Məhkum hərəkətlərinin qaçaqmalçılıq cinayətinin icraçısı kimi, CM-in 206.3.2-ci maddəsi ilə tövsif olunması üçün əsas yaranmır. Lakin Məhkum cinayətin digər iştirakçısı ilə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinə dair qabaqcadan razılıq əldə etməsi və bu razılığa uyğun olaraq qaçaqmalçılıq yolu ilə gətirilməli olan narkotik vasitəni əldə etməyi qabaqcadan vəd edib Bakı şəhərində onu təhvil alması onun qaçaqmalçılığın törədilməsində köməkçi qismində iştirak etdi yini təsdiq edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum əməlinin Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə tövsif olunması ilə razılaşmır və bununla bağlı vurğulayır ki, işin hallarından göründüyü kimi ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəyə görə iş üzrə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikasına cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü tərəfindən istintaqla müəyyən edilməmiş şəraitdə qaçaqmalçılıq yolu ilə keçirilmişdir, yəni qaçaqmalçılıq cinayəti bir nəfər tərəfindən icra olunmuşdur. Belə olan halda, həmin narkotik vasitələrin iki və ya daha çox şəxsin iştirakı ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilə rək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi nəticəsinə gəlinməsi əsassız olmuşdur. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi qaçaqmalçılıq cinayətinə dair əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında vurğulayır ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayə t tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "X8rşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahi sələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-n in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsası nda baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum qaçaqmalçılıq əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair (CM-32.5,206.3.2 mad.) gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sü butları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətlərində məhz Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli mövcuddur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin c inayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cina yətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hal lar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində yüngülləşdirilməsi xahiş olunan cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini m üəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Mə cəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail o lmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və hə min şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş üzrə cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almış və məhkumun ikinci qrup əlil olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməlləri etiraf edərək əməllərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma CM-in 234.4.1 və 234.4.3-cü maddəslərinin sanksiy ası çərçivəsində yuxarı həddə cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi məhkuma təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündəki cəza müddətinin azaldılması barədə düzgün hüquqi nəticəyə gəlmiş və ona CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində təyin edilmiş 08 il azadlıqdan məhrumetmə cəzasının həddini azaldaraq 06 il 06 ay müəyyən etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın ağır olması barədə dəlillərini əsassız hesab edir və təyin edilən cəzanın yüngülləşdirilməsinə əsas olan halların mövcud olmadığını qeyd edir. Yuxarıda şərh olunanlara əsasən isə Məhkum təyin olunmuş azadlıqdan məhrumetm ə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin azaldılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CMnin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırl ıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin e dilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində təyin edilmiş cəzanın həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikay əti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun cinayət əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməli və ona göstərilən maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığında köməkçi qismində iştirak etməsi əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsin, ona bu maddə əsasında 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 06 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1066/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1066/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver