Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1067/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, məhkumlar Məhkum2, Məhkum1, məhkumların müdafiəçiləri X11 və X7 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2015-ci il tarixli hökmün ə əsasən Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: N.F.Quliyev (sədrlik edən), R.M.Cəfərov və O.Y.Cəlilovdan ibarət tərkibdə) 21 avqust 2015-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu ildə Masallı rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Masallı rayonunun qeydiyyatda olmaqla yaşamış Məhkum2, Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan c inayət əməlini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 01 avqust 2014-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi. 26 avqust 1971-ci ildə Masallı rayonunun anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, Rusiya Federasiyası, qeydiyyatda olan və yaşayan Məhkum1, Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 03 avqust 2014-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Şir van Apelyasiya Məhkəməsinin 1(106)-41/2016 №-li 24 iyun 2016-cı il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-118/2015 №-li 21 avqust 2015-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi X12 və məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, apelyasiya şikayətlərinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-268/2018 №-li 01avqust 2018-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2016-cı il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Rəcəb Nurəliyev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq Az ərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2016-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işi apelyasiya instansiya məhkəməsində yenidən baxılmasına təyin olunmuşdur Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi X12 və məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri və məhkum edilmiş şəxslərin müdafiəçiləri Rəcəb Nurəliyev və Bəxtiyar Babayev tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əlavə təmin edilm əmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökm ilə Məhkum1 CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 2014-cü ilin iyul ayının əvvəllərində Rusiya Federasiyasından qayıtdıqdan sonra qonşusu X1 bacısı Ş1 Şa ilə mütamadi olaraq telefonla danışıb münasibət saxladığını öyrənib, 31 iyul 2014-cü il tarixdə saat 20 radələrində özünün, qardaşı Məhkum2 ailə üzvləri və Ş1 Şa ilə birlikdə Masallı rayonunun İstisu istirahət zonasında yerləşən “Cənnət bağı” adlanan restoranda qardaşı ilə birlikdə spirtli içki qəbul edib sərxoş vəziyyətdə olduqları vaxt Z1 Zin dəvət edilmədiyi halda yeməkxanaya gəlib onlarla bir masaya oturduğunu görüb so nuncunun məhz Ş1 Şa ilə görüşmək məqsədi ilə gəldiyini hesab edərək qısqanclıq zəminində Z1 Zdən qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gecə 01.08.2014-cü il tarixdə saat 01 radələrində yaşadıqları Masallı rayonun kənd qəsəbəsindəki evə geri qayıtdıqdan sonra X9 Şa ilə olan münasibətləri barədə Məhkum2 məlumat verib onu qəsdən öldürmək barədə niyyətini bildirərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib Z1 Zdən qisas alıb qəsdən öldürmək barədə aralarında razılığa gəlib bu niyətlərini həyata keçirmək məqsədi ilə sonuncuya onunla söhbət etmək istədiklərini bildirib Z1 Zin idarə etdiyi VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Masallı rayonunun kənd qəsəbəsində yerləşən Su-Kanal idarəsinin yanına sürməyi tələb etmiş və yolda avto maşında yaranmış mübahisə zamanı Məhkum2 bir neçə dəfə yumruqla Z1 Zi sifətindən vuraraq avtomaşını idarə etməkdən kənarlaşdırıb Məhkum1 avtomaşını idarə edib Su-Kanal idarəsinin yanına gələrək orada Z1 Zi avtomobildən düşürüb Məhkum2la birlikdə sonuncuya qarşı qəddarlıq göstərərək yumruq və təpiklə həyat üçün əhəmiyyətli orqan hesab edilən başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona xüsusi ağrılar və əzab yetirdiklərini dərk edib və bunu arzulayaraq ona baş beyin toxumalarının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sol tərəfli subdural hematoma, sol beyin yarımkürəsinin və körpünün, sağ alın-təpə gicgah paylarının işemiyası, diffuz beynin ödemi, sol çiyin qurşağı və sol bazu nahiyələrinin qançırlardan ibarət ümumilikdə həyat üçün təhl ükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirərək, Z1 Zin huşsuz vəziyyətə düşdüyünü görüb onun öldüyünü hesab edib sonuncunu avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşmış, X6 aldığı ağır bədən xəsarətlərindən 10.08.2014-cü il tarixdə müalicə aldığı Bakı şəhəri Nevrocərrahiyyə xəstəxanasında öldüyündən onu xüsusi amansıızlıqla qəsdən öldürmüşdür. Birinci instansiya məhkəməsinin hökm ilə Məhkum2 CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 31 iyul 2014-cü il tarixdə özünün, qardaşı Məhkum1 ailə üzvləri, bacısı Ş1 Şa ilə birlikdə Masallı rayonunun İstisu istirahət zonasında yerləşən “Cənnət bağı” adlanan yeməkxanada spirtli icki qəbul edib sərxoş vəziyyətdə olub, 01.08.2014-cü il tarixdə saat 01 radələrində yaşadıqları Masallı rayonunun kənd qəsəbəsinə evlərinə geri qayıtdıqdan sonra Məhkum1 qonşuları Z1 Zin mütamadi olaraq mobil telefonla Ş1 Şa ilə danışması, sonuncunun dəvət edilmədiyi halda yeməkxanaya Ş1 Şanı görməkdən ötrü gəlməsini, qısqanclıq zəminində Z1 Zdən qisas alıb qəsdən öldürmək qərarına gəlməsini bəyan edib, həmin məqsədini birgə həyata keçirmək üçün Məhkum1 təklifi ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib niyyətlərini həyata keçirmək məqsədi ilə X2 onunla söhbət edəcəklərini deyib sonuncunun idarə etdiyi VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Masallı rayonunun kənd qəsəbəsində yerləşən Su-Kanal idarəsinin yanına sürməyi tələb etmiş və yolda avtomaşında yaranmış mübahisə zamanı bir neçə dəfə yumruqla Z1 Zi sifətindən vurar aq avtomaşını idarə etməkdən kənarlaşdırıb Məhkum1 avtomaşını idarə edib Su-Kanal idarəsinin yanına gələrək orada Z1 Zi avtomaşından düşürüb Məhkum1la birlikdə qəddarlıq göstərərək onu qəsdən öldürmək məqsədi ilə yumruq və təpiklə həyat üçün əhəmiyyətli orqan hesab edilən başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq Z1 Zə xüsusi ağrılar və əzab yetirdiklərini dərk edib və bunu arzulayaraq baş beyin toxumalarının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sol tərəfli subdural hematoma, sol beyin yarımkürəsinin və körpünün, sağ alın-təpə gicgah paylarının işemiyası, diffuz beynin ödemi, sol çiyin qurşağı və sol bazu nahiyələrinin qançırlardan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirərək Z1 Zin huşsuz vəziyyətə düşdüyünü görüb onun öldüyünü hesab edib sonuncunu avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşmış, X6 aldığı ağır bədən xəsarətlərindən 10 avqust 2014-cü il tarixdə müalicə aldığı Bakı şəhəri Nevrocərrahiyyə xəstəxanasında öldüyündən onu xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Məhkum2 kassasiya şikayətində qeyd etmişdir ki, cinayət işi üzrə barəsində heç bir sübut olmamasına baxmayaraq o ağır cəzaya məruz qalmışdır. X15 Cinayətlər Məhkəməsində qanunsuz olaraq hökm çıxarılmışdır. O cinayət törədilən vaxt hadisə yerində olmamış, X1 ölümü ilə bağlı hər hansı b ir cinayət əməli törətməmişdir. Onun törətdiyi yeganə cinayət ibtidai istintaqı aldadaraq hadisəni özü törətməsi ilə bağlı qardaşını müdafiə xarakterli yalan ifadələr verməsi olmuşdur. Lakin, ibtidai istintaq düzgün aparılmamış, onun hüquqları pozulmuş. Birinci instansiya məhkəməsi işin hallarını araşdırmadan, heç bir sübuta qiymət vermədən əsassız və yalan fikirlər üzərinə qurulmuş ittiham aktını öz hökmünə köçürməklə, xüsusi olaraq müəyyən edilmiş şahidlərin yalan ifadələrinə əsaslanmaq qanunsuz olaraq məhkum edilmişdir. Nə birinci instansiya məhkəməsi zamanı nə də apellyasiya instansiya məhkəməsində dəfələrlə şahidlərin verdiyi ziddiyyətli yalan ifadələrin yoxlanılması üçün ekspertiza keçirilməsini təklif etməsinə baxmayaraq, onun prosessual hüquqları pozulmuş, Şirvan Apellyasiya məhkəm əsi hökmü qüvvədə saxlamaqla əsassız, qanunsuz və ədalətsiz bir nəticəyə gəlmişdir. Məhkum, Məhkum2 qeyd olunanların nəzərə alınması, Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və ona CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə bəraət verilməsini və yalnız yalan ifadə verməsinə görə məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayəti verərək qeyd etmişdir ki, törətdiyi cinayət əməli düzgün tövsif olunmamışdır. X17 öldürmək kimi heç bir niyyəti olmamışdır. Həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsindəki icraat zamanı dindirilmiş şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə onun əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif olunması təsdiq edilərək tam sübuta yetirilməsinə baxmayaraq, məhkəmələr tərəfindən əsassız və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, iş materiallarından da görünür ki, Z1 Z hadisə yerində deyil, 10 gün sonra xəstəxanada ölmüşdür. Onun Z1ı öldürmək kimi bir niyyəti olsaydı bunu rahatlıqla həyata keçirə bilərdi, bunun üçün ona mane törədəcək heç bir şey olmamış, Z1ı öldürmək əlverişli imkanı olmuşdur. Lakin, belə bir niyyəti olmadığı üçün onu döydükdən sonra əlləri ilə başını tutaraq oturduğunu görüb onu ö vəziyyətdə qoyaraq oradan uzaqlaşmışdır. Bundan başqa, o, mərhumla görüşməmişdən qabaq evə gedərək paltarını dəyişmiş, daha sonra Z1la görüşmüşdür. Əgər onu öldürmək niyyəti olsaydı, evdən bunun üçün hər hansı bir ləvazimat və ya əşya götürə bilərdi. Məhkum1 həmçinin qeyd etmişdir ki, iş materiallarından da görünür ki, birinci instansiya məhkəmə si hökmünü məhkəmə istintaqında toplanmış sübutlarla deyil, ibtidai araşdırma zamanı əldə edilmiş və işin faktiki halları ilə uyğun olmayan sübutlarla əsaslandırmaqla, əksər hallarda isə ittiham aktından birbaşa və eyni ilə köçürərək tərtib etməklə prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin iş üzrə şahidlərin ziddiyyətli yalan ifadələri düzgün araşdırılmamış, mərhuma yaxın olan şəxslərin şahid kimi verdiyi bir birinə uyğun gəlməyən ifadələr əsas götürülərək qanunsuz qərar qəbul edilmişdir. İşin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız nəticəyə gəlmiş, qanunsuz və əsassız olaraq əməli düzgün tövsif edilməmiş, apelyasiya instansiyası məhkəməsi isə bu barədə verilmiş apelyasiya şikayətinin dəlillərinə əhəmiyyət verməmişdir. Məhkum1 kassasiya şikayət inin təmin olunmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində qeyd edilən halla rla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, Məhkum2 birinci instansiya məhkəməsində verdiyi qismən etiraf edici ifadəsi, məhkumların ibtidai istintaq ın dövründə verdikləri ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə, həmçinin məhkəmə ekspertiza rəyləri ilə və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir İş materiallarında olan, Apelyasiya məhkəmə baxışında elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı 01 avqust 2014-cü il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində Məhkum2 göstərmişdir ki, təxminən gecə yarısından keçmiş mobil telefonuna baxarkən Z1ın bir neçə dəqiqə əvvəl ona zəng etdiyini görmüş, lakin əhəmiyyət veməyib ona zəng etməmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Z1 i darə etdiyi VAZ-2106 markalı ** BB *** nömrəli avtomobillə həmin yerə gəlmiş və dəvət almadan onların masasına əyləşmişdir. Onun bu hərəkəti ona pis təsir etmişdir. Belə ki, ailəvi orada oturduqları halda və Z1ın onların ailə üzvü olmadığı halda dəvət olunmadan özbaşına gəlib onların masasının arxasında oturmasını ədəbsiz qəbul etmişdir. Z1ın bu hərəkəti onu da, qardaşı M1ı da çox pərt etmişdir. Ona görə də orada çox ləngiməyib, təxminə 30-40 dəqiqə sonra istirahət mərkəzindən çıxmışlar. Bir qədər əvvəl Z1 ora gələnə qədər kürəkəni Rövşən öz arvadını, onun anası və bacısı Güllünü, onun uşağını, öz bacısı uşaqlarını götürüb avtomobili ilə oradan getmişdir. Onlar hamısı Z1ın maşınına əyləşib yaşadıqları kənd qəsəbəsinə gəlmişlər. Ailə üzvlərini evə düşürtmüş, özü isə maşından düşməmiş, Z1a v ə M1a demişdir ki, əyləş maşına gedək Z1la söhbət edək, yol verdiyi hərəkətlərə görə onu cəzalandıraq. Avtomiobili Z1 idarə etmiş, o, qabaq sağ oturacaqda, M1 isə arxa oturacaqda sürücünün arxasında oturmuşdur. Maşında Z1la artıq mübahisələri başlamış, onlar Z1a dəvətsis gəlməsinə görə irad bildirdikdə özünə haqq qazandırmağa başlamış, onun bu hərəkəti də ona çox pis təsir etmiş və ona görə avtomobildə ona əl qol atmışdır. Avtomobildə süpürləşmişlər, Z1ın oturduğu oturacağn başlığı qırılmışdır. X16 avtomaşını dayandırmasını demiş və M1la Z1 yerlərini dəyişmişlər. M1 maşini sürmüş və kənd qəsəbəsində Su kanal idarəsinin çəpərinin giriş qapısının qarşısında maşını saxlamışdır. Bundan sonra o və qardaşı M1, sonra Z1 maşından düşmüş, Z1 düşən kimi onu əl, yumruq və təpiklə bədəninin müxtəlif n ahiyyələrindən vurmağa başlamış, Z1 isə əlləri ilə müdafiə olunmağa çalışmışdır. Onu vuranda M1da Z1ı əllə vurmuş, ancaq Z1a əsasən xəsarəti o, yetirmişdir. Zərbələrdən sonra Z1 yerə yıxılmış, deyəsən hüşünu da itirmişdi. M1la birlikdə Z1ı yerdən qaldırıb avtomobilin arxa saloinundakı oturacağına uzatmış, sonra avtomobilin qapsını örtərək oradan piyada M1la birlikdə evə gəlmişlər. Təxminən gecə 03 radələriymiş. Evdən sonra bazara gedib orada günortayadək bazarda olmuş, təxminən 15 radələrində M1a ona xəbər vermişdir ki, polis onları axtarır. Z1 ona və M1a heç bir xəsarət yerirməmiş, ekspert komissiyasından keçmək istəmir. Həmin vaxt ətrafda başqa heç kim olmamışdır (iş mat.İ cild, 46-49-cu v.) Apelyasiya məhkəmə baxışında elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı 12 sentyabr 2014-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Məhkum2 yuxarıda qeyd olunan ifadəsinə uyğun ifadə vermiş, əlavə olaraq göstəmişdir ki, “Cənnət bağı” istirahət mərkəzində olarkən sinif yoldaşı Ş3i də ora dəvət etmişdir ki, gedəndə ailə üzvlərinin bir qismini maşını ilə aparsın. Təxminən saat 24 radələrində Z1 da ora gəlmişdir. Təxminən yarım saat oturandan sonra hesabı ödəyib evə geri qayıtmışlar. Z1 və Ş3in avtomobilləri ilə evə qayıtmışlar. Ailə üzvlərini düşürdüb evə yola salandan sonra Z1a onunla söhbət edəcəyini deyib, getməməsini tapşırmışdır. Həmin vaxt yanında olan qardaşı M1a onun ədəbsiz hərəkətlərinə görə cəzalandırmaqlarını demişdir. Su kanal idarəsinin yanında maşında düşmüşlər və qardaşı M1la birlikdə Z1ı yumruq və təpiklə döyməyə başlamışlar. O, huşsuz v əziyyətdə yerə yıxılandan sonra M1la köməkləşib onu avtomobilin arxa otiracağına qoymuş və hər ikisi piyada yaşadıqları evə gəlmişlər. Polis əməkdaşları tərəfindən polis Şöbəsinə çağrılanda M1la gedib hadisə barədə ətraflı məlumat vermişlər. Z1a xəsarət yetirdikləri vaxt təxminən saat 03 radələri olmuşdur. M1 və ondan başqa orada heç kim olmamış, Ş3 onları evə düşürtdükdən sonra çıxıb getmişdir (iş mat. İ-ci cild, 200-204-cü v.). Apelyasiya məhkəmə baxışında elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı 12 sentyabr 2014-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Məhkum1 göstərmişdir ki, təxminən saat 24 radələrində Z1 olduqları yerə gəlmiş, onların oturduğu masaya yaxınlaşıb icazə almadan oturmuşdur. Onun bu hərəkətindən o və qardaşı M2 pərt olmuşlar, lakin bir uzə verməmişlər. Təxminən yarım saat sonra hesabı ödəyib evə geri qayıtmışlar. Evə Ş3 və Z1ın maşınları ilə qayıtmışlar. Ailə üzvlərini düşürüb yola salandan sonra M2 Z1a onunla söhbət edəcəyini deyib getməməsini tapşırmış, M2lə birlikdə Z1ın maşınına oturmuşlar. M2 qabaq sağ oturacaqda, o isə arxada oturmuşdur. Avtomobildə Z1a icazəsiz onların olduğuqları nasaya keçməsini irad tutmuşlar. O, özünə haqq qazandırib onlarla mübahisə etməyə başlayanda maşında ikən M2lə dalaşmağa başlamışlar. Buna görə Z1a maşını dayandırmasını demiş, Z1 maşından düşüb arxa oturacağa keçmişdir. Maşını idarə edib Su kanal idarəsinin yanına gətirmiş, hər üçü avtomobildən düşmüşlər. Qardaşı M2lə birlikdə onu yumruq və təpiklə döyməyə başlamışlar. Z1 huşsuz vəziyyətdə yerə yıxılandan sonra köməkləşib onu avtomobili n arxa oturacağına qoymuş və hər ikisi oradan piyada yaşadıqları evə gəlmişlər. Ertəsi gün onun xəstəxanaya aparıldığını və vəziyyətinin ağır olduğunu öyrənmişdir. Polis əməkdaşları çağranda M2lə birlikdə gedib hadisə barədə olduğu kimi izahat vermişlər. Hadisəni törədəndə hər ikisi işkli olmuşlar, peşmandır. Z1ı döymələrinin səbəbi onun ailəliklə istirahət etdikləri yerə gəlib onlardan icazə almadan masa arxasına keçməsi olmuşdur. Məqsədləri onun cəzalandırmaq olmuşdur. Onun döymələrindən ölə biləcəyini düşünməmişlər. Hadisə vaxti orada M2lə ondan başqa heç kim olmamışdır (iş mat. İ cild. 191-194-cü v.). İş materiallarında olan Masallı rayon məhkəməsinin 03 avqust 2014-cü il tarixli təqsirləndirilən şəxslər M1 və Məhkum2ların barələrində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarla rından görünür ki, onların barələrində eyni gündə yəni 03 avqust 2014-cü il tarixdə qərar qəbul edilmiş və məhkəmə iclasında onlar hər biri törətdikləri cinayət əməlini etiraf edərək özlərini təqsirli bilmişlər. Bundan başqa onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçildikdən sonra da ifadələrində cinayətlərini etiraf edib özlərini Z1 Zi qəsdən öldürməkdə deyil CMnin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli olmalarını bildirmişlər. İş materiallarında olan cinayət işinin materialları ilə tanış olma protokollarından da görünür ki, təqsirləndirilən şəxslər M1 və Məhkum2lar vəkillərinin iştirakları ilə cinayət işinin materialları ilə tanış olarkən Z1 Zlə qarşılıqlı dalaşdıqlarını, məqsədlərinin onu oldürmək olmadığını, ona görə də əməllərinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsini xahiş etmişlər. Onların bu vəsatətləri ibtidai istintaq orqanının qərarı ilə əsassız hesab edilməklə rədd edilmiş və qərarın surəti təqsirləndirlən şəxslərə və müdafiəçilərinə təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi məhkum olunmuş şəxslərin birinci və apelyasiya baxışında ifadələri və müdafiəçilərinin apelyasiya məhkəmə baxışında çıxışlarının məhkum olunmuş şəxs Məhkum2 01 avqust 2014-cü il tarixdə baş vermiş hadisədə iştirak etməməsi, hadisəni məhkum olunmuş şəxs Məhkum1 təkbaşına törətməsi, məhkum olunmuş şəxslər M1 və Məhkum2lar arasında Z1 Zi qəsdən öldürmək barədə əvvəlcədən hər hansı bir razılığın mövcud olmaması, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında yumruq və təpiklə döy ərək Z1 Zi öldürmək məqsədi ilə ona ağır dərəcəli bədən xəsarətləri yetirməmələrinə, yəni onların əməlində CM-nin 120.2.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına dair dəlillərini əsassız sayır və məhkum olunmuş şəxslərin bu barədə birinci və apelyasiya baxışında verdikləri ifadələrini iş üzrə mötəbər sübutlar kimi qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq onların verdikləri ifadələrini özlərini və biri digərini müdafiə etmək məqsədi daşıyan, iş materiallarında olan hər hansı bir mötəbər sübutla təsdiq olunmayan, habelə işin hallarına uyğun gəlməyən, həmçinin təqsirləndirilən şəxslərin özlərinin vəkillərinin iştirakları ilə keçirilmiş hadisə yerinə baxış protokolu, hər birinin bir neçə dəfə heç bir təsir və təzyiq olmadan vəkillərinin iştirakları ilə ibt idai istintaq zamanı verdikləri etirafedici ifadələri, habelə onların ifadələrinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolları və digər sübutlarla təkzib olunan və işin faktiki hallarına uyğun olmayan ifadə kimi qiymətləndirməklə əsaslı nəticəyə gəlmişdir. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum2 münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayəti göstərilən dəlillər məhkumun eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul et mişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3- cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə tövsif olunması mübahisələndirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarın da göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Kassasiya şikayətinin Məhkum1 əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120.2.1-ci maddəsində bir qrup şəxs, qabaqcad an əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.4-cü maddəsində isə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə cinayət əməlləri nəzərdə tutulmuşdur. İş materiallarında olan, Apelyasiya məhkəmə baxışında elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi 02 avqust 2014-cü il tarixli ifadəsində X4 göstərmişdir ki, 01.08.2014-cü il tarixdə təxminən saat 03 radələrində evdə yatanda küçədən dava-dalaş, söyüş səslərinə yuxudan oyanmışdır. Evin pəncərəsindən küçəyə baxanda görmüşdür ki, həyət qapısının qarşısında ağ rəngli Vaz-2106 markalı avtomobil dayanmışdır. Həmin vaxt avtomobilin içindən səs-küy gəlmişdir. Salondan iki nəfər kişinin söyüş səsləri eşidilmişdir. Avtomobildə üçüncü şəxs var idi. Belə k i, bir nəfər şəxs avtomobilin qapısını açıb dartınıb çıxmaq istəmiş, orada olan iki nəfərdən biri hara gedirsən deyib qapını örtmüşdür. O, həmin evdə olan qardaşı Cavid, atası səs-küydən çox narahat olmuşlar. Qardaşı həyətə çıxıb həmin şəxslərin kimlər olmasını bilmək istəmiş, lakin həmin Vaz-2106 markalı avtomobil oradan səs-küylə uzaqlaşmışdır. Həmin şəxslərin səslərindən dəqiq müəyyən etmişdir ki, onlardan biri qonşusu M2in səsidir. Açıq aydın hiss olunmuşdur ki, avtomobilin salonunda iki nəfər şəxs bir nəfərə hədə qorxu gələrək döymüşlər. Həmçinin onların danışıq tərzləri həmin şəxslərin sərxoş olmasını hiss etdirmişdir. Hadisədən narahat olmuş, artıq yata bilməmişlər. Səhər tezdən ailə üzvləri ona bildirmişlər ki, həmin avtomobil getdikdən iki saat sonra M2gilin evindən səs küy gəldiy ini, səs küydən həmin vaxt danışanlardan birinin “bunu istəyirdin, öldürdüm, indi şəklinə bax” dediyini eşitmişlər. Həmçinin bildirmişlər ki, küçədə dayanan avtomobil Z1ın avtomobilinə çox bənzəmişdir. Qaranlıq olduğundan həmin şəxslərin kim olduğunu dəqiq görməmiş, lakin biri nəfər şəxsin M2 olduğunu səsindən tanımışdır. Hadisə 7-8 dəqiqə davam etmişdir (iş matş 1-ci cild, 72-74-cü v.). Məhkəmə kollegiaysı hesab edir ki, Apellyasiya məhkəməsi şahidlərin ifadələrinin “1 avqust 2014-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində məhkum olunmuş şəxslər M1 və Məhkum2ların yaşadıqları evlərin qarşısında olan VAZ-2106 markalı ağ rəngli avtomobilin içərisində mübahisə və dava-dalaş olması, M1ın “M2 qoyma düşsün otuzdur maşına gedək” deməsini və həmin gecə təxminən saat 3 radələrində M2in e vindən səs-küy gəldiyini eşitmələri” barədə göstərdiklərinin məhkum olunmuş şəxslərin ibtidai istintaq zamanı verdikləri bütün ifadələrində “avtomobildə Z1la artıq mübahisələrinin başlaması, Z1a dəvətsis gəlməsinə görə irad bildirdikdə özünə haqq qazandırmağa başladığından onun bu hərəkətinin onlara çox pis təsir etməsi və ona görə avtomobildə ona əl qol atmaları, avtomobildə süpürləşmələri, Z1ın oturduğu oturacağın başlığının qırılması, kənd qəsəbəsində M1ın Z1a avtomaşını dayandırmasını deməsini, Z1ın avtomaşını dayandırıb maşından düşmək istəyəndə M1ın ona çıxmağa imkan verməməsi”, habelə şahidlər Şazi Şa, Ş4 Ş4, Ş2 Ş2 və Ş1 Şanın “saat 01 radələrində istirahət mərkəzindən yaşadıqları evə geri qayıtmaları, M1ın onları evə ötürüb özü qardaşı M2lə birlikdə getməsi, saat təxminən 04 radə lərində M1 qardaşı M2lə birlikdə evə gəlmələri, M1ın içəri girən kimi bacısı və anası ilə dava salması” barədə göstərdikləri ilə üst-üstə düşməsi, yəni həmin fakt barədə eyni məlumatlara istinad etmələrinə görə şahidlər Cavid Z və Kəmalə Zanın ifadələrinin qeyd olunan hissələrini iş üzrə obyektiv həqiqəti özündə əks etdirən məlumatlar, yəni M1 və Məhkum2ların qısqanclıq zəminində Z1 Zdən qisas alıb onu qəsdən öldürmək qərarına gəlmələri, bu məqsədlə həmin gecə 01.08.2014-cü il tarixdə saat 01 radələrində yaşadıqları Masallı rayonun kənd qəsəbəsindəki evə geri qayıtdıqdan sonra X9 Şa ilə olan münasibətləri barədə Məhkum1 Məhkum2 məlumat verib onu qəsdən öldürmək barədə niyyətini bildirərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib Z1 Zdən qisas alıb qəsdən öldürmək barədə aralarında r azılığa gəlib bu niyyətlərini həyata keçirmək məqsədi ilə sonuncuya onunla söhbət etmək istədiklərini bildirib Z1 Zi ona məxsus VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonunun kənd qəsəbəsində yerləşən Su-Kanal idarəsinin yanına gətirmələri və orada ona həyat üçün təhlükəli xəsarətlər yetirlməklə onu öldürmələrini təsdiq edən sübutlar kimi qəbul etməklə işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qəsdən adam öldürmə cinayəti 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məh rum edilməsi qabaqcadan razılaşmadan iki və daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmək imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədi ilə ona kömək etməs i hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin ictimai təhlükəliliyi onda ifadə olunur ki, təqsirkar zərər çəkmiş şəxsə əzab, işgəncə verməklə, ona xüsusi ağrılar yetirməklə onu qətlə yetirir. Eləcə də, xüsusi amansızlıqla adam öldürmə cinayətinin daha artıq ictimai təhlükəlilik dərəcəsinə malik olması onda ifadə olunur ki, təqsirkar müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla zərər çəkmiş şəxsi həyatdan məhrum edir və onun hərəkətlərinin zərər çəkmiş şəxsə xüsusi əzab verdiyini dərk edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 8-ci bəndində göstərilir ki, “təqsirkarın əməli xüsus i amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət a c-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər”. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 26.08.2014-cü il tarixli 76 saylı rəyindən görünür ki, Z1 Zin meyitinin məhkəmə tibbi müayinəsi zamanı onun bədənində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sol tərəfli lövhəvari subdural hematoma, sol beyin yarımkürəsinin və körpünün, sağ alın təpə gicgah paylarının işemiyası,diffuz beyin ödemi, başın sağ və sol təpə nahiyələrində hematomalar, burun belində sıyrıq, sağ göz orbitasında, sol çiyin qurşağı nahiyələrində qançırlardan ibarət bədən xəsarətləri aşka r edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub Masallı rayon mərkəzi xəstəxanasına daxil olduğu vaxtdan bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 01.08.2014-cü il tarixdə bərk küt əşyaların ən azı dörd dəfəlik təsirindən yaranmış hematomalar, qansızmalar, sıyrıqlar nəticəsində yaranmış baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sol tərəfli lövhəvari subdural hematoma, sol beyin yarımkürəsinin və körpünün, sağ alıntəpə gicgah paylarının işemiyası, diffuz beyin ödemi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Sol çiyin qurşağı və sağ bazu nahiyələrində olan qançırlar və burun belində sıyrıq isə sağlam lığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Z1 Zin ölümünə səbəb başın küt travması nəticəsində yaranmış başın sağ və sol təpə nahiyələrində yaranmış hematomalar, baş beynin yumşaq qişasının əzilməsi ilə yumşaq qişasına beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Z1 Zin ölümü 10.08.2014-cü il tarixdə saat 12:00-da Nevrocərrahlıq xəstəxanasında baş vermişdir. Yuxarıda qeyd olunan ekspertiza rəyindən göründüyü kimi mərhum Z1 Zin meyitinin məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sol tərəfli lövhəvari subdural hematoma, sol beyin yarımkürəsinin və körpünün, sağ alın təpə gicgah paylarının işemiyası, diffuz beyin ödemi, başın sağ və sol təpə nahiyələrində he matomalar kimi xəsarətlər mərhumun başında olmuş və və həmin xasərətlər də onun ölümünə səbəb olmuşdur. İş üzrə müəyyən olunmuş yuxarıda qeyd olunanlardan göründüyü kimi, məhkum olunmuş şəxslər zərərəçəkmiş Z1 Zə qarşı qəddarlıq göstərərək yumruq və təpiklə həyat üçün əhəmiyyətli orqan hesab edilən başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona xüsusi ağrılar və əzab yetirdiklərini dərk edib və bunu arzulayaraq ona baş beyin toxumalarının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sol tərəfli subdural hematoma, sol beyin yarımkürəsinin və körpünün, sağ alın-təpə gicgah paylarının işemiyası, diffuz beynin ödemi, sol çiyin qurşağı və sol bazu nahiyələrinin qançırlardan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirərək, onun huşsuz vəziyyətə düşdüyünü görüb avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşmışlar. Göründüyü kimi mərhum Z1 Zə yetrilmiş xəsarətlər bilavasitə həyat üçün əhəmiyyətli olan orqana, yəni onun başına vurulmuş zərbələrdən ibarət olmuşdur ki, bu halda onu təsdiq edir ki, məhkum olunmuş şəxslərin qəsdi zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Yəni məhkum olunmuş şəxslər vurduqları zərbələrin aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirəcəyini dərk etmiş, bunu arzulamış və onların qəsdi zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 s aylı Qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir”. Həmin qərarın 3-cü bəndində izah edilmişdir ki, “qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldü rmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır”. Cinayət qanunvericiliyinə görə CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət subyektiv cəhətdən birbaşa və ya dolayı qəsdlə törədilir. İctimai təhlükəli nəticənin baş verməsini arzu etmək birbaşa qəsdin iradəvi momentidir. İş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, məhkum olunmuş şəxslər zərərçəkmiş Z1 Zə qarşı qəddarlıq göstərərək yumruq və təpiklə həyat üçün əhəmiyyətli orqan hesab edilən başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona xüsusi ağrılar və əzab yetirmələrini dərk edib bunu arzulayaraq ona baş beyin toxumalarının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sol tərəfli subdural hematoma, sol beyin yarımkürəsinin və körpünün, sağ alın-təpə gicgah paylarının işemiyası, diffuz beynin ödemi, sol çiyin qurşağı və sol bazu nahiyələrinin qançırlardan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirərək, onun huşsuz vəziyyətə avtomobilin arxa oturacağına uzadaraq, avt omobilin qapısını örtərək oradan evlərinə getmiş, bu barədə heç kimə heç bir söz deməmişlər (halbuki zərərçəkmiş şəxsin ailəsi onlarla yaxın evdə yaşamışlar). İş materiallarında olan ekspertiza rəyindən görünür ki, zərərçəkmiş Z1 Şireyevin bədəni üzərində aşkar olunmuş digər xəsarətlər, yəni sol çiyin qurşağı və sağ bazu nahiyələrində olan qançırlar və burun belində sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarətlər olmuş, Z1 Zin ölümünə səbəb başın küt travması nəticəsində yaranmış başın sağ və sol təpə nahiyələrində yaranmış hematomalar, baş beynin yumşaq qişasının əzilməsi ilə yumşaq qişasına beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Digər tərəfdən iş üzrə müəyyən olunmuş faktiki hallardan həmçinin müəyyən olunur ki, məhkum olunmuş şəxslər zərərçəkmiş şəxsi yaşayış mənt əqəsindən kənar, həmin ətrafda heç kimin olmadığı Su-kanal idarəsinin qarşısında huşsuz vəziyyətdə avtomobildə qoyaraq oradan getmiş (məhkum olunmuş şəxslər ibtidai istintaq zamanı zərərçəkmiş şəxsi huşsuz vəziyyətdə avtomobilə qoyaraq getdiklərini etiraf etmişlər və zərərçəkmiş şəxsi ilk görmüş şəxsdə onu həmin vəziyyətdə orada aşkar etmişdir) və bu barədə hər hansı bir şəxsə məlumat belə verməmişlər. Yuxarıda qeyd olunanlar isə belə qənaətə gəlməyə əsas verir ki, məhkum olunmuş şəxslər Z1 Zin huşsuz vəziyyətə düşdüyünü görüb onun öldüyünü güman edib sonuncunu avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşmışlar Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci inst ansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Məhkum2 və Məhkum1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrinə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cin ayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, məhkumların müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətləri təmin olunmadan qərarın dəyi şdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1067/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1067/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver