Məhkəmə qərarları › İş №1(102)-1068/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1068/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1068/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 ya nvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Fikrət Qəribovdan ibarət tərkibdə) 28 oktyabr 2021-ci il tarixli, 1(101)-1424/2021 nömrəli hökmü ilə xx xxxxxxx 1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satışməqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 yanvar 2021-ci il tarixdə səhər saatlarında sonuncu tərəfindən Masallı rayonu ərazisində gizlədilmiş külli miqdarda 2373,417 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 0,423 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 17 radələrində o, ünvan 3 ünvanında saxlanılaraq ünvan 4ən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən külli miqdarda 3 (üç) bükümdə ayrı ayrılıqda 9,630 qram, 1,005 qram, 1,230qram, ümumi təmiz çəkisi 11,865 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddəkustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,423 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 18:45-də “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin yük yerindən külli miqdarda 6 ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 500 qram, 490 qram, 196,730 qram, 184,822 qram, ümumi təmiz çəkisi 2361,552 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-196/2022 nömrəli 27 yanvar 2022-ci il qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(101)-1424/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və bəraətverici əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayə tinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlilləri onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, iş tam, hərtərəfli, obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla da Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 1(103)-196 nömrəli qərarı ləğv edilərək və məhkum barəsində bəraət verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı sərbəst ifadə verərək istintaq orqanının bilərəkdən və məqsədyönlü şəkildə ittihamı saxtalaşdırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələrində ziddiyyətlər olduğundan məhkəmə istintaqı zamanı bu ziddiyyətlər aradan qaldırılmamışdır. Birinci instansiya məhkəməsində cəmi 3 şahid dindirilmişdir. Onlardan ikisi yol patrul xidmətinin əməkdaşı Şahid2 və Şahid3 sərbəst ifadə verərkən hadisənin baş vermə mexanizmini düzgün bildirmişlər. Belə ki, əvvəlcədən hər hansı bir məlumat olmadan, hər hansi bir əməliyyat qrupu yaradılmadan sırf təsadüf nəticəsində Məhkum saxlanıldığını və hadisə yerində Məhkum avtomobilinə baxış keçirildiyi, hadisə yerində yalnız iki nəfər yol patrul xidməti əməkdaşlarının olduğunu bildirilər. Bu sahədə məhkəmə zallarında dəfələrlə ifadə verərək xüsusi təcrübə qazanan Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili olan Şahid1 isə tamamilə başqa cür ifadə vermişdir. Lakin məhkəmə istintaqı zamanı Şahid2 və Şahid3 verdiyi ifadələri deyil, ibtidai istintaq zamanı onların adından yazılmış ifadələri n öqtə vergülünə kimi məhkəmənin çıxarmış olduğu ittiham hökmünə köçürülmüş bununla da şahid ifadələri təhrif edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs Məhkum əvvəllər narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olub-olmaması və digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxud cinayət əlaqələrinin və ya götürülmüş narkotik vasitələrin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır, yəni əməliyyat tapşırığında göstərilənlər öz təsdiqini tapmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs Məhkum istifadəsində olan mobil telefondan, daxil olan və çıxan zənglər və həmin şəxslərin dairəsi, mobil nömrələrlə şübhəli əlaqələrin olubolmaması, müvafiq Azərfon MMC və Bakc ell MMCdən rəsmi məlumatların götürülməsi təmin edilməmişdir. Bundan əlavə “Şəxsi axtarış və götürmə aparılma”sına dair 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış zamanı 1 ədəd **********804201 nömrəli Bank Respublikaya məxsus, 1 ədəd **********276226 nömrəli Kapital banka məxsus plastik kartlar aşkar olunsa da həmin kartlara daxil olan və çıxan pul məbləğləri barədə müvafiq sorğular verilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Məhkum təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqını düzgün aparmadığına görə ibtidai istintaqı aparan müstəntiqin barəsində yol vermiş olduğu pozuntulara görə xüsusi qərar çıxarılmışdır. Bunun özü bir daha sübut edir ki, ibtidai istintaq düzgün aparılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfin dən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığına kifayət qədər əsaslar vardır. Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi, işin tam və hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə baxışı tam istintaqla aparılması Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPX alayının, XT-nin YPX baş inspektoru, polis kapitanı Şahid2 və Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPX alayının, XTnin YPX inspektoru polis baş leytenantı Şahid3 və ibtidai istintaqı aparmış Binəqədi RPİnin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Ramil Məmmədov məhkəmə istintaqı zamanı dindirilməsi və Məhkum üzərində şəxsi axtarış zamanı 1 ədəd **********804201 nömrəli Bank Respublikaya məxsus, 1 ədəd **********276226 nömrəli Kapital banka məxsus plastik kartlar d axil olan çıxan pul məbləğləri və tarixləri barədə məlumatların, həmçinin YPX əməkdaşlarının şahidlərin telefon anten dairəsinə dair məlumatlar götürülməsinə dair əsaslı vəsatət apellyasiya instansiyası məhkəməsinə təqdim edilsə də, apellyasiya instansiya məhkəməsi dövlət ittihamçısının etirazını əsas gətirib vəsatəti təmin etməmişdir. Qeyd olunanlardan görünür ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, satış məqsədilə narkotik vasitələri saxlaması və daşıması sübuta yetirilməmiş, 11 yanvar 2021-ci il tarixli BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raport, həmin raport əsasında DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 11 yanvar 2021-ci il tarixli Ə8-008-21 saylı əməliyyat qrupunun yaradılması barədə əmr, həmin əmr əsasında keçirilmiş əməliyya t axtarış tədbirləri formal olaraq, Məhkum təsadüfən YPX əməkdaşları tərəfindən saxlanıldıqdan sonra geri tarixə qəbul edilmiş, hadisələrin baş vermə mexanizmi bilərəkdən saxtalaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan halları araşdırmadan Məhkum barəsində çıxarılmış ittiham hökmünü dəyişdirmədən saxlamaqla cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qə rar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cin ayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, məhkəmələr cinayət işinin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq aşağıda göstərilən səbəblərə görə nəticəyə gəlir ki, məhkəmələr tərəfindən cinayət işi üzrə sübutların tədqiq edilməsi və cinayət işin halların tam, hərtərəfli və obyektiv araşdırılması barədə cinayət-prosessual qanununun tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayə t hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqib i üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış, məhkəmə iclasında tədqiq edilmiş sübutları və əlavə sübutların tədqiq edilməsi barədə müdafiə tərəfinin vəsatətləri təhlil edərək qeyd edir ki, həmin sübutlarla təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni hər hansı bir konkret şəxsdən alması və ya kiməsə satması, onun tutulanadək narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə hökm yalnız onun üzərində və idarə etdiyi avtomaşında külli miqdarda narkotik vasitələrin aşkar edilməsinə əsaslanır. İttihamın əsasını təşkil edən bu hal is ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş 11 yanvar 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması barədə” və eyni tarixli “Avtomobilə baxış və götürmə aparılması barədə” protokollarla müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsin təqsirini müəyyən edən digər sübutlar isə məhkumun özünün ibtidai istintaq zamanı verdiyi ifadə, 11 yanvar 2021-ci il tarixdə axtarışda və baxışda iştirak etmiş polis əməkdaşlarının həmin istintaq hərəkətlərinin aparılması barədə ifadələri, axtarış və baxış zamanı aşkar edilmiş maddələri barədə ekspertiza rəyi. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun k eyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkum ibtidai istintaq zamanı verdiyi ifadədə göstərmişdir ki, şəxsi axtarış və avtomobilə baxış zamanı aşkar edilmiş narkotik vasitələr ona məxsusdur. O, həmin narkotik vasitələri tutulduğu gün Mehdi adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən Masallı rayonu ərazisində qoyulduğu yerdən alıb Bakı şəhərinə gətirmiş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Məhkum göstərmişdir ki, Mehdinin sifarişi ilə narkotik maddələri daşımağına görə sonuncu kart vasitəsi ilə ona təxminən 2000 (iki min) manat pulu göndərmişdir. Birinci instan siya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş və göstərmişdir ki, 11 yanvar 2021-ci il tarixdə Binəqədi rayonuna müştərini çatdırıb evə qayıdıb yemək yemiş, saat 1-2 radələrində evdən çıxıb şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşınla irəliləyən zaman yolda onu yol polisləri saxlamışlar. Saxlanılan zaman onun üzərində 1 qram metamfetamin olmuşdur. Onu bölməyə aparmışlar və orada onu döyüb atası, qardaşı ilə təhdid etmiş, məcbur olub polislərin qoyduqları narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. O, “Whatsapp” mobil tətbiqi vasitəsilə İran İslam Respublikası vətəndaşı olan şəxslə əlaqə saxlayıb onun tərəfindən qoyulmuş metamfetamini dediyi yerdən götürmüş, 1 qram metamfetamin üçün 40 manat ödəmişdir. İ şdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 11 yanvar 2021-ci il tarixli, 16 saylı raportundan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsində şübhəli olduğu üçün idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Opel-Astra” markalı avtomobillə birlikdə Binəqədi rayon ərazisində saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə gətirilmişdir. Göstərilənlərə əsasən Şahid1 raportunda Məhkum üzərində və avtomobilində ehtimal edən narkotik vasitənin və ya psixotrop maddənin aşkar edilərək götürül məsi barədə göstəriş verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları Şahid2 və Şahid3 yuxarıda qeyd edilən raportda, habelə Məhkum üzərində axtarış aparılması və sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə 11 yanvar 2021-ci il tarixli protokollarda göstərilən hallara uyğun ifadə versə də, məhkəmə iclasında Şahid2 və Şahid3 göstərmişlər ki, Məhkum idarə etdiyi avtomaşına baxış polis şöbəsində deyil hadisə yerində, yəni onlar tərəfindən avtomobil saxlanıldığı yerdə aparılmışdır. Həmçinin şahidlər Məhkum idarə etdiyi avtomaşının saxlanılmasının səbəbi və halları haqqında bir-birinə oxşar, lakin Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə uz laşmayan ifadələr vermişlər. Yalnız məhkəmə iclasında ibtidai istintaq zamanı tərtib edilmiş şahidlərin dindirilməsi protokollarında qeyd edilən ifadələri elan edildikdən sonra Şahid2 və Şahid3 həmin ifadələri təsdiq edilməsi barədə göstərmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, şahidlər Şahid2 və Şahid3 tərəfindən məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə uzlaşmayan və eyni zamanda biri-birinə uyğun gələn ifadələrin verilməsi cinayət işi üzrə ittihamın əsasını təşkil edən avtomobilə baxış keçirilməsi barədə 11 yanvar 2021-ci il tarixli protokolun mötəbərliyinə şübhə doğuran bir xüsusatdır. Belə olan halda təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi və təqsirsizliyini müəyyən edən digər sübutların araşdırılması və qiymətləndirilməsi b öyük əhəmiyyət kəsb edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadədə təqsirini etiraf edərək göstərmişdir ki, onda aşkar edilmiş narkotik vasitəni 11 yanvar 2021-ci il tarixdə Masallı rayonun ərazisində Mehdi adlı İİR vətəndaşından alıb Bakı şəhərinə gətirilmişdir. Həmçinin həmin ifadədə o, göstərmişdir ki, əvvəllər də Mehdi adlı şəxsdən narkotik vasitə qəbul edib aparmış və bu yolla 2000 manata yaxın pul onun bank kartına köçürülmüşdür. Həmin bank kartı şəxsi axtarış zamanı ondan götürülmüşdür. Şəxsi axtarış və götürmə haqqında 11 yanvar 2021-ci il tarixli protokoldan da görünür ki, Məhkum 2 ədəd bank kartı aşkar edilərək götürülmüşdür. Həmin kartların nömrələri videoçəkilişdə aydın görünür. Məhkumun Müdafiəçi1 təqsirləndirilən şəxs Məhkum ifadəsində g östərilən halların araşdırılması barədə birinci instansiya məhkəməsində 30 sentyabr 2021-ci il tarixdə vəsatət qaldırmışdır. Həmin vəsatət cinayət işinin materiallarına əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi vəsatətə baxmamış vəsatətlə bağlı heç bir qərar qəbul etməmişdir. Analoji məsələlər təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 hökmdən verilmiş apellyasiya şikayətində qaldırılmış və şikayətə istintaq aparılmaqla baxılması barədə xahiş olunmuşdur. Bundan əlavə müdafiəçi tərəfindən apellyasiya məhkəməsinə vəsatət verərək təqsirləndirilən şəxsin və əməliyyat-axtarış tədbirinin iştirakçılarının mobil telefon nömrələrinin dislokasiya haqqında, habelə məhkuma məxsus bank kartları üzrə aparılmış əməliyyatları barədə məlumatların alınmasını xahiş etmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən heç bir əsaslandırma aparmadan vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası məhkumun, habelə şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasında baxış keçirilməsi barədə protokolla və əməliyyat-axtarış tədbirlərin keçirilməsi ilə əlaqədar tərtib edilmiş sənədlərlə uzlaşmayan ifadələri vermələri ilə əlaqədar hesab edir ki, müdafiə tərəfinin yuxarıda qeyd edilən vəsatətləri işin hallarını müəyyən edən sübutların arasında olan ziddiyyətlərin, yəni işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına yünəldilmişdir. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli № 15 qərtarının 14-cü bəndində də məhkəmələrə izah olunmuşdur ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Göründüyü kimi məhkəmələr Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinin tələblərinə riayət etməyərək təqsirləndirilən şəxsin təqsirini müəyyən edən sübutların tədqiq edilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına əməl etməmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olara q məhkəmələrin üzərinə qoyur. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Birinci instansiyası məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş və xahiş edilmişdir ki, hökm ləğv edilsin və cinayət işi üzrə sübutlar araşdırılsın. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmişdir. İnsan Hüquqları üzrə Avr opa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın q urama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxarkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları C PM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun q ərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə ic raatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinin əsasız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarı da göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar