Məhkəmə qərarları › İş №1(102)-1069/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1069/2019

01.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1069/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, bəraət almış şəxs Məhkum və müdafiəçi X4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsiilə təqsirli bilinmiş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu, Cəlilov Oruc Yusif oğlu) xx.xx.1990-cı il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, Füzuli hərbi məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 daimi qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu cəza Füzuli Hərbi Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən Məhkum müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) 16 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu cəza Məhkum Füzuli Hərbi Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyi şdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu, Hacıqayıbov İmran Teymurxan oğlu) 12 sentyabr 2018-ci il tarixli qərarına ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə) 11 mart 2019-cu il tarixli hökmü ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkum Şafa 24 noyabr 2016-cı il tarixdə saat 13 radələrində, 2009-cu ildən etibarən bir neç ə dəfə görüşüb cinsi əlaqədə olduğu X2 yaşadığı Beyləqan rayonu, Mil qəsəbəsindəki evinə gələrək, həmin vaxt sonuncunun evində olan bacısı X14 ilə pul müqabilində cinsi əlaqədə olmaq istədiyini bildirib, X5ya 10 manat pul verərək, cinsi münasibətdə olmaq üçün X6 ilə birlikdə otaqlardan birinə keçmiş, soyunduqdan sonra otaq soyuq olduğu üçün sonuncuya müəyyən ədəbsiz hərəkətlər etməsini təklif etmiş, lakin X6 onun bu sözlərindən əsəbiləşmiş və otağı tərk edib digər otaqda olan bacısı Səmirəyə həmin təkliflə əlaqədar narazılığını bildirmiş, X35 hansı səbəbdən bacısına belə təkliflər etdiyini soruşaraq iradını bildirdiyinə görə onların arasında mübahisə yaranmış, X5 onu evdən həyətə çıxarıb, darvazanın qarşısına ötürərək çıxıb getməsini tələb etdikdə, verdiyi 10 manat pulunu qaytarmasını tələ b etmiş, X5 isə ona bacısı X6 ilə otaqda xeyli vaxt keçirdiyi səbəbindən pulu qaytarmaqdan imtina etməklə, ondan həyəti tərk etməsini tələb etmiş, X5nın bu hərəkətlərindən qəzəblənib sonuncuya qəsdən həyatı üçün təhlükəli olan zərər vurmaq qərarına gəlmiş və bu niyyətlə saçından tutaraq, əynində olan hərbi «buşlat»ın içəri hissəsinə əlini salıb, istintaqa məlum olmayan mənbədən əldə etdiyi, ümumi uzunluğu 219 mm olan mətbəx bıçağını çıxardaraq, X5nın qarın nahiyəsinə bir dəfə zərbə vurmaqla, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, sonuncu Beyləqan rayon Mərkəzi Xəstəxanasında intensiv tibbi yardımların göstərilməsinə baxmayaraq, 01 dekabr 2016-cı il tarixdə aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlə t ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum Safa oğluna əsassız olaraq bəraət verilmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanmış obyektiv və mötəbər sübutlara deyil, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayət əməlini törətmiş Məhkum cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün həqiqəti əks etdirməyən ifadələrindəki alibisini inandırıcı və əsas sübut kimi qəbul edib onu cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Məhkum özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrə, yəni qeyd olunan hadisəni törətməmə si, hadisə vaxtı qaynatasının evində olması və buna dair gətirdiyi dəlillərə, eləcə də Məhkum məsuliyyətdən yayınmasında maraqlı olan adları qeyd olunan onun yaxın qohumlarının ifadələrindəki alibi ilə bağlı dəlillərə tənqidi yanaşaraq, bu dəlilləri məhkəmə istintaqında tədqiq olunmuş sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri və işin müəyyən edilmiş hallarına dair baxış, götürmə protokolları, ekspertiza rəyləri, ifadələrin yerində yoxlanılması protokollarını, tanınma protokollarını, üzləşdirmə protokollarını, eləcə də. yuxarıda qeyd olunan digər sübutlarla müqayisəli təhlil edib, qeyd olunanlarla təqsirləndirilən şəxsin və onun qohumlarının gətirdiyi dəlillərin təkzib olunduğunu nəzərə alaraq, onların bu xüsusat üzrə verdikləri ifadələri həqiqətə uyğun gəlməyən və cinayət iş i materialları ilə təkzib edilən ifadələr kimi qiymətləndirilməlidir Məhkəmə kollegiyası hökmlə işin hallarını müəyyən edərkən zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, baxış və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, ifadələrin yerində yoxlanılması protokollarını, tanınma protokollarını, üzləşdirmə protokollarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları, o cümlədən zərərçəkmiş şəxs X2nın, eləcə də şahidlər X6nın, X7nın, X9un, X1 0un, X4un və başqalarının ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini sübut kimi qəbul etməməklə guya iş materiallarında olan sübutların Məhkum CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmədiyi, Məhkum qeyd olunan cinayəti törətməsinə dair toplanmış sübutların həqiqiliyində ciddi şübhələrin olduğu və CPM-nin tələblərinə zidd qaydada əldə edildiyi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. İşin hallarından göründüyü kimi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidərin ifadələri və cinayət işinin digər materialları ilə Məhkum törətdiyi cinayət əməli təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi iş mater iallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Məhkum təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məlikəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli hökmü ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir Kassasiya protestinin dəlilləri məhkuma əsassız bəraət verildiyindən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxış ına təyin edilməsi barədədir. Məhkəmə Məhkum barəsində bəraətləndirici əsaslarla qərar qəbul edərkən tədqiq etdikləri aşağıdakı sübutlara əsaslanmışlar. Zərərçəkmiş şəxs X9 ibtidai istintaq zamanı verdiyi ittiham aktında qeyd edilmiş və birinci instansiya məhkəməsinin istinad etdiyi ifadəsində göstərmişdir ki, oğlu X4la birlikdə Beyləqan rayonu, Mil qəsəbəsində yaşamışdır. 24 noyabr 2016-cı il tarixdə günorta saatlarında kiminsə həyətdən onu çağırdığını eşitmiş, həyətə çıxanda hərbi geyimdə cavan bir oğlanın onun yaşadığı evin darvazası qarşısnda dayandığını görmüş, həmin oğlan onu tanıyıb-tanımadığını soruşmuş, o isə oğlana onu tanımadığını bildirmiş, oğlan ona əvvəllər tanış olduqlarını, cinsi münasibətdə olduqlarını demişdir. O, həmin oğlanla 2009-cu ildə Beyləqan rayonu, Mil qəsəbəsind əki kafelərdən birində tanış olmuş, həmin müddətdə onunla bir neçə dəfə könüllü olaraq cinsi əlaqədə olmuş, həmin dövrdə oğlan ona ünvan 1n olduğunu, adının X7 olduğunu demiş, təxminən 1 il 6 ay əvvəl onunla əlaqə saxlayaraq yenə cinsi əlaqədə olmaq istədiyini demiş və həmin vaxt onlar könüllü olaraq cinsi əlaqədə olmuşlar. Lakin bundan sonra həmin oğlanı bir daha görməmiş, onunla danışmamışdır. Həmin gün onlara gələn X7 onunla cinsi əlaqədə olmaq istədiyini demiş, razılıq aldıqdan sonra bankomatdan pul çıxarıb qayıdacağını deyərək getmişdir. Bir qədər sonra həmin qəsəbədə yaşayan bacısı X6 onlara gəlmiş, həmin vaxt oğlu X4 isə Beyləqan şəhərinə getmişdir. Bir qədər sonra X7 geri qayıtmış, onunla cinsi əlaqədə olmaq üçün digər otağa keçən zaman X6nı görərək, X6 ilə cinsi əlaqədə olmaq istə diyini bildirmişdir. Bunun müqabilində 10 manat pul vermişdir. O da X6ya yaxınlaşaraq X7in adını demədən, onun tanışı olduğunu, onunla cinsi əlaqədə olmaq istədiyini və bunun üçün verməli olduğu pulu aldığını bildirmişdir. X6 razılıq verdikdən sonra o əvvəlcə X7i, sonra isə bacısı X6nı digər otağa keçirmiş, bir qədər sonra X6 geri qayıdaraq X7in ona otaq soyuq olduğu üçün ehtirasa gəlmək üçün ədəbsiz təklif etdiyini bildirmişdir. Həmin vaxt dəhlizə çıxan X7ə nə üçün bacısı X6 belə təkliflər etdiyini demiş, X7 isə dediyi sözü inkar edərək, X6ya hər hansı bir təklif etmədiyini bildirmişdir. Bundan sonra onlar arasında mübahisə yaranmış, o, X7ə evdən çıxıb getməsini, oğlunun qayıdıb gələcəyini demişdir. X7 ondan verdiyi pulu tələb etdikdə isə ona X6 ilə otaqda vaxt keçirdiyini, buna görə də p ulu qaytarmayacağını bildirmişdir. X7lə mübahisə edə-edə birlikdə evdən çıxaraq darvazanın qarşısına gəlmiş, X7 yenə ondan verdiyi pulu qaytarmasını tələb etdikdə pulu qaytarmaqdan imtina edərək, darvazanı açıb küçəyə baxmışdır. Küçədə heç kimin olmadığını görüb, X7ə çıxıb getməsini demiş, X7 pulu tələb etdikdə isə ona pulu qaytarmayacağım deyərkən X7 onun saçından tutaraq əlini əynindəki buşlatının içəri hissəsinə salıb oradan çıxardığı bıçaqla onun qarın nahiyəsinə bir bıçaq zərbəsi vurmuş, zərbəni vurduqdan sonra isə bıçağı onun qarnında bir dəfə burmuşdur. O, zərbədən yerə yıxılmış, X7 isə pəncəsini onun boğazına qoyaraq pulunu tələb etmiş, o, X7in bıçağa tərəf əyildiyini görüb, sonuncunun bıçağı çıxardıb yenidən onu vuracağından ehtiyat edərək, cibindəki pulu çıxardıb yerə atmışdır. Bu zaman bacısı X6 evdən çıxaraq, X7in üzərinə hücum etmiş, X7 tez darvazadan çıxaraq qaçmışdır. X6 da onun arxasınca küçəyə çıxmış, o, isə X7in geri qayıdıb onu yenə vuracağından ehtiyat etdiyindən bıçağı qarnından çıxardıb evə tərəf tullamışdır. Sonra isə X6nı çağıraraq özü çətinliklə ayağa qalxmaqla, evə tərəf getmişdir. X6 gəldikdən sonra birlikdə evə keçmiş, divanın yanında yerə uzanmışdır. O, mobil telefonu ilə oğlu X4a məlumat vermiş və bir qədər sonra onlara bacısı Ramilə, onun arxasınca isə X4 gəlmişdir. X4 onu avtomobillə Beyləqan rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Lakin iş materiallarında olan (cild 1, səh. 39-47) zərərçəkmiş şəxs X2 ilkin verdiyi 25 noyabr 2016-cı il tarixli ifadəsində göstərmişdir ki, “... Aradan təxminən 10 dəqiqə keçdikdən sonra kiminsə bizi çağırması nı eşidib evin həyətinə çıxdım. Həmin vaxt hərbi geyimli, sarışın, təxminən 25-30 yaşlarında bir oğlanın evimin həyətində dayandığını gördüm. Həmin oğlan mənə dedi ki, mənə bir günlük qalmaq üçün ev lazımdır. Mən isə dedim ki, mən kirayə ev vermirəm. Sonra isə həmin oğlan mənə dedi ki, məni tanımadın, biz tanışıq. Mən isə ona dedim ki, mən səni tanıya bilmədim. Bundan sonra həmin oğlan başında olan papağını və həmin papağın altında olan qara rəngli idman papağını çıxarıb dedi ki, indi məni tanıdın ya yox. Mənə yenə ona dedim ki, mən səni tanımadım..... Həmin vaxt oğlan bacım X6nı görüb mənə dedi ki, olar onunla cinsi əlaqədə olum. Mən isə bacım sərxoş vəziyyətdə olduğuna görə onunla cinsi əlaqədə olmağına razılaşmadım və onun mənə verdiyi 10 manat pulu özünə qaytardım. Həmin oğlan mənə de di ki, gedim kartımda olan pulu bankomatdan çıxarıb gələcəm və sənə artıq pul verəcəyəm bacınla cinsi əlaqədə olum..... Həmin oğlan mənə dedi ki, kartımda 52 manat pul var idi, həmin pulu bankomatdan çıxartdım, həmin pulun bir hissəsini borcuma verdım, bir hissəsini yəhi 5 manat taksiyə verdim 2 manat özümə siqaret almışam. Qalan 15 manatı isə sənə verəcəyəm.... Mənim bu sözümdən sonra həmin oğlan bir əli ilə saçımdan tutub başımı aşağı əydi və digər əlini əynindəki hərbi gödəkçənin içəri tərəfində olan döş cibinə salıb bıçağı götürüb bir dəfə qarın nahiyəsindən vurdu və bıçağı qarnımın içərisində sağa-sola fırlatdı....Həmin oğlan bacımın qışqırmasını, səs-küy salmasını görüb həyət darvazasının giriş qapısından çıxıb getdi. Mən isə yedən qalxıb evimə doğru hərəkət etdim. Həmin vaxt evimin giriş qapısının ağzında yerə yıxıldım. Mən güc toplayıb yenidən yerdən qalxıb otağa keçib yatağ divanının yan tərəfində yerə uzandım. Həmin vaxt X6 ağır sərxoş olduğuna görə mənə köməklik edə bilmədi...” Zərərçəkmiş şəxs X7 onu vuran şəxsi lk dəfə 24 noyabr 2016-cı il tarixdə onlara gələndə gördüyünü, əvvəllər həmin oğlanı görmədiyini, tanımadığını, onunla heç bir münasibətinin olmadığını bildirmiş, həmin oğlanın təxminən 30 yaşında olmaqla sifəti və saçı sarışın çatma qaşlı, açıq bədən quruluşlu, boyu təxminən 165 cm olan, ağ-ala rəngli hərbi geyimli, ayagında qara rəngli hərbi çəkmə, başında isə altdan qara rəngli idman papağı, üstən hərbi papaq furaşka geyindiyini qeyd etmişdir. Hadisədən beş gün sonra 29 noyabr 2016-cı il tarixdə isə X21 Rayon Polis şöbəsinə yazılı ərizə ilə müraciət e dərək Fizuli rayonu, Kürdmahmudlu kənd sakini X7 Şəfa oğlu 24 noyabr 2016-cı il tarixdə onu həyətində bıçaqla vurduğunu bildirmişdir. İş materiallarında olan (cild 1, səh.57-61) şahid X6 ilkin verdiyi 25 noyabr 2016-cı il tarixli ifadəsi bacısı zərərçəkmiş şəxs X5nın ifadəsi ilə eyni məzmunlu olmuş və göstərmişdir ki,...həmin vaxt özü səxoş olmuş, bıçaqla vuran oğlanı görməmiş, onunla əvvəllər heç bir münasibəti olmamış, həmin oğlanı ilk dəfə 24 noyabr 2016-cı il tarixdə bacısının Mil qəsəbəsindəki evinə gələn zaman görmüşdür. Həmin şəxs təxminən 30 yaşında olmaqla sifəti və saçı sarışın çatma qaşlı, arıq bədən quruluşlu, boyu təxminən 165 cm olan, ağ-ala rəngli hərbi geyimli, ayagında qara rəngli hərbi çəkmə, başında isə altdan qara rəngli idman papağı, üstən hərbi papaq furaşkası olmuşd ur. Şahid V.Qasımova sonradan ibtidai istintaqa verdiyi ifadəsində ilk ifadəsi ilə ziddiyətlər təşkil edən ifadə verərək bacısının Məhkum tərəfindən vurulduğunu qeyd etmişdir. Apellyasiya məhkəməsi proses zamanı X14 nə üçün ilkin ifadələrində X7i tanımadığını və əvvəllər görmədiyini bildirsə də, sonra isə həmin şəxsi yaxşı tanıdığını və mütəmadi əlaqədə olduğunu bildirməsi səbəbinə heç bir izah verməmişdir. Həmçinin, həmin şəxsin təxminən 30 yaşında olmaqla sifəti və saçı sarışın çatma qaşlı, açıq bədən quruluşlu, boyu təxminən 165 cm olan olmasını bildirsə də Məhkumun isə hündür boylu, qara saçlı-saqqallı və qarayanız olmasına nə münasibət bildirməsi sualına “bimirəm” deyə cavab ermişdir. Ümumiyyətlə niyə ziddiyyətli ifadə verməsinə dair heç bir suala ağlabatan hər hansı izah verə bilmə mişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd edilən həm zərərçəkmiş şəxs X2, həm də şahid X6 ziddiyyətli ifadələrini tətqiq edib, prosessual normaların tələbləri baxımından həmin ifadələrə düzgün qiymət verərək qeyd edir ki, nəinki baş vermiş cinayət hadisəsinin təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilibtörədilməməsini, ittiham tərəfinin cinayət hadisəsinin faktiki halları belə düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olm amasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həm zərərçəkmiş şəxs X5, həm də hadisənin yeganə şahidi olmuş onun bacısı X6 ilkin izahat və ifadələrində hadisəni törədən şəxsi tanımadıqlarını, onu birinci dəfə gördüklərini, əvvəllər həmin şəxsi görmədiklərini təkrar-təkrar bildirdikləri, hər ikisi hadisəni törədən şəxsin xarici görkəmini təsvir edərkən onun 25 yaşlı, orta boylu, sifəti və saçı sarışın şəxs olduğunu qeyd etmiş olduqları halda, hadisədən beş gündən sonra ifadələrini tamamilə dəyişərək cinayət hadisəsini X7 adlı şəxsin törətdiyini, uzun müddətdir onu tanıdıqlarını, əvvəllərdə dəfələrlə onunla cinsi əlaqədə olduqlarını tam dəqiqliyi ilə xatırlamalarına dair verdikləri ifadələri tamamilə ziddiyyətli olduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilçəmişdir. Bundan başqa, zərəzçəkmiş şəxs X7 ifadəsində onun xəsarət yetirən şəxsin qarın nahiyəsinə bıçaqla zərbə vurduqdan sonra onu qarnında burduğunu bildirsə də, iş materiallarından görünür ki, məhkəmə - tibb ekspertinin 20.12.2016-ci il tarixli rəyində göstərilir ki, zərərçəkmiş şəxs X7mn meyitinin müayinəsi zamanı onun qarin nahiyəsində aşkar olunmuş xəsarətin morfoloji görünüşünə əsaslanaraq demək olar ki, ona yetirilən biçaq zərbəsindən sonra alətin qarin boşluğu nahiyəsində burulması zamanı əmələ gələ biləcək har hansi əlavə xəsarət va dəyişiklik aşkar olunmamışdır.(cild 2, səh. 15). İş materiallarında olan X36 şahid qismində vermiş olduğu ifadəsində gös tərmişdir ki, N saylı hərbi hissədə aptek rəisi vəzifəsində xidmət edir. İşlədiyi müddətdə Məhkum tanımış o da, həmin hissədə xidmət etmişdir. İşlədiyi meddət də Məhkum ondan 800 manat borc almış lakin uzun müddət qaytarmamışdır. O pulunu istədikdə Məhkum əmək haqqı kartını ona vermiş və demişdir ki, banka olan kredit borcu həmin kardan bank tərəfindən çıxardılır, qalan məbləğ təxminən 200 manat olur həmin məbləği borcuna hər ay çıxarsan. Doğurdan da 3 ay müddətində o,hər ay 200 mant pul kartdan çıxarnış, həmin dövrdə kart onda qalmışdı. Lakin 4-cü ay yəni 2016-cı ilin noyabr ayının əvvəlində kartı bankomata saldıqda kartda pul olmadığını görmüş və həmin vaxt Məhkumlə əlaqə saxlayaraq kartda niyə pul olmadığını soruşduqda o, artıq ordudan tərxis olunduğunu və karda pul olmayacağını, öz pul u olan kimi nağd şəkildə borcunu qaytaracağını bildirmişdir. Lakin bu günə kimi borcunu qaytarmamışdır. Kartı isə həmin vaxt tullamışdır. İş materiallarına əsasən müəyyən olunur ki, ibtidai istintaq zamanı hadisə baş verən tarıxdə yaxın bankomatlardan pul çixaran şəxslər barəsində müvafiq sorğular verilsə də, Məhkum bankomatdan pul çıxarma faktı müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarında olan disk və “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Məhkum istifadəsində olan 050 602-88-47 mobil nömrədən X2nın istifadəsində olmuş 051 425-45-47 mobil nömrəsinə və X6nın istifadəsində olmuş 051 602-88-47 mobil nömrəsinə zəng və ya sms daxil olmamışdır. Həmçinin qeyd olunan nömrələrdə iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı nömrədən zəng gəlməmiş, sms mübadiləsi aparı lmamışdır. Bundan əlavə, Məhkum istifadəsində olan 050 602-88-47 mobil nömrənin 20.11.2016-cı il tarixdən 02.12.2016-cı il tarixədək antenna məlumatlarına görə həmin nömrənin Yevlax, Bakı ərazisində fəaliyyət olduğu müəyyən edilmişdir. (cild İİ səhifə 105107) Azərbaycan Respublikasının CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə bir nəticəyə gəlir ki, həm zərərçəkmiş şəxs X3, həm də şahid X6 ifadələrinin həqiqiliyində ciddi şübhələr olduğu üçün həmin ifadələr Məhkum təqsirliliyini sübuta yetirilməsi üçün sübut kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum zərərçəkmiş şəxs X7ya tanınmaya təqdim edilməsi CPM-nin 239.1, 239.5 və 239.8-ci maddələri ilə müəyyan edilmiş qaydalarin pozulmasi ilə həyata keçirilmişdir. CPM-nin 239.1-ci maddəsinə görə hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir. CPM-nin 239.5-ci maddəsinə əsasən tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir. CPM-nin 239.8-ci maddəsinə əsasən tanıyan qeyri-müəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz. Şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə təkrar tanınması aparıla bilməz. Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş proseduraya əməl edilmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlar dan ədalət mühakiməsinin həyata keçrilməsində istifadə oluna bilməz. Azərbaycan Respublikasının CPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb olur. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunvericiliyin tələbinə görə ittihamın sübu t olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Azərbaycan Respublikası CPM-nin 351-2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsiriləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar