Məhkəmə qərarları › İş №1(102)-1069/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1069/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1069/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafi əçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin (hakim Habil Bəhmənov) 1(050)-117/2020 nömrəli 04 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 1982-ci il tarixdə Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə t əqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına Masallı Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 20 (iyirmi) gün müddətin qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddət CM-in 68.1.1.-1.-ci maddəsinə əsasən azadlığın məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gü n azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və ona təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. X3 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə 21.02.2020-ci il tarixdə saat 13 radələrində həmkəndlisi X6 ilə birlikdə özgənin əmlakını talamaqla ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi X4 məxsus Masallı rayonu, Səmidxan kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan dəyəri 450,00 manat olan 1500 metr uzunluğunda alüminium tərkibli, izolyasiyası ilə birgə diametri 6 sm olan elektrik kabelini gizli yolla talamaqla oğurlayaraq Üzeyir Rufullayevə ümumilikdə 450,00 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə həmin tarixdə saat 13 radələrində həmkəndlisi Elbrus Zeynalov ilə birlikdə özgənin əmlakını talamaqla ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi X5 məxsus Masallı rayonu, Səmidxan kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan dəyəri 660,00 manat olan 2200 metr uzunluğunda aliminium tərkibli, izolyasiyası ilə birgə diametri 6 sm olan elektrik kabelini gizli yolla talamaqla oğurlayaraq Fuad Səfərova ümumilikdə 660,00 manat maddi ziyan vurmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının (səd rlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Etibar Camalov və Elşad Əliyevdən ibarət tərkibdə) 1(106)118/2021 nömrəli 04 mart 2021-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 20 (iyirmi) gün müddətin iki günə bir gün hesablanmaqla 05 (beş) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci mad dəsinə əsasən, hazırki qərarla ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 5 (beş) ay 29 9iyirmi doqquz) gün müddət təyin edilmiş 2 (iki) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 mart 2021-ci il tarixdən hesablanmışdır. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kasasiya şikayətində xahiş edir ki, Şirvan Ap elyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı ləğv edilsin və məhkumun məhkəmə iclas zalında həbsdən azad edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilərini onunla əsaslandırır ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə məhkumun ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən üzvü olması kimi halları nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiy ası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı süb utlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıc a dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma hökmlə təyin olunan cəzanın növünü dəyişərkən və müddətini müəyyən edərkən, məhkumun ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən üzvü olması kimi halları nəzərə alınmamış və bu səbəbdən də ona ağır cəza təyin edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-in təqdim etdiyi tələbnamədən məlum olur ki, Məhkum Masallı Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsa sən 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun məhkumluğu isə ödənilməmiş və götürülməmişdir. İş materiallarından görünür ki, Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayış və iltizamdan məlum olur ki, Məhkum 27 avqust 2019-cu il tarixdən cəza çəkmək üçün qeydiyyata alınmışdır və onun tutulduğu 05 mart 2020-ci il tarixədək üzərində 11 ay 20 gün müddət çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Göründüyü kimi Məhkum əvvəllər də cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasını çəkərkən yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin bu halı Məhkum şəxsiyyətini xarakterizə edərək, onun islah edilməsi və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üç ün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını islah təsirinin yetərli olmamasını göstərir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Məhkum təyin etdiyi azadlığın məhdudlaşdırılması növündə cəza törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə və onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, yəni cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini nəzərə almış və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verərək cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərinə riayət etmiş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələrini nəzərə almışdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması s ahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar