Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1069/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X15 oğlunun iştirakı ilə xx xxxx 1950-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və həmin cəmiyyətin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, Yeni Saray qəsəbəsində yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 311.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 193-1.2.2 və 193-1.2.3-cü maddələri il ə 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilm əklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, X15 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) il 09 (doqquz) ay 16 (on altı) günü hazırkı hökm üzrə təyin olunmuş əsas və əlavə cəzalara qismən birləşdirilərək, Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüq uqundan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), K.H.Əkbərov və E.E.Rəhimov) apelyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə məhkum edilməsinə dair hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası CM-in 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-in 313-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən, cəza təyi n edilməmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 193-1.2.2 və 193-1.2.3cü maddələri ilə 01 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında,kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhru m etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) il 09 (doqquz) ay 16 (on altı) günü hazırkı qərar üzrə təyin olunmuş əsas və əlavə cəzalara qismən birləşdirilərək, Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində təkrar istəyərək təkrar almış, cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə etməklə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirib cinayət yolu ilə əldə edilmiş pul vəsaitini təkrar leqallaşdırmış, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2010-cu il tarixdə ********** VÖEN-lə qeydiyyatdan keçirilməklə təsis edilmiş və hüquqi ünvanı Sumqayıt şəhəri, Metallurq küçəsi, ev 20 olan "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixdən direktoru, xx.xx.2014-cü il tarixdən isə eyni zamanda 100 faiz təsis payı ilə təsisçisi olmaqla, həmin cəmiyyətin xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış Nizamnaməsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin “c” bəndinə əsasən, işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qi smində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni işə qəbul olunması üçün müraciət etmiş Bakı şəhər sakini Şahid1 rəhbərlik etdiyi Cəmiyyətdə fakt araşdırıcı vəzifəsinə işə götürəcəyi müqabilində, özü və rəhbərlik etdiyi Cəmiyyət üçün birbaşa yolla şəxsən maddi nemət olan pulu Şahid1 rüşvət qismində istəyərək almaq məqsədilə törədəcəyi həmin cinayət əməlini pərdələmək, cinayət yolu ilə əldə edildiyini bilə-bilə qeyd olunan məbləğin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, dolayısı ilə almış olduğu rüşvəti guya ianə adı altında rəsmiləşdirmək məqsədilə Cəmiyyətin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində təsdiq olunmuş nizamnaməsində göstərilmədiyi halda 500 manat məbləğində maddi neməti Cəmiyyətin kassasına köçürəcəyi hald a onu işə götürəcəyini qeyd edib Şahid1 ilə 2019-cu ilin oktyabr ayında ünvan 4 ünvanda yerləşən ofisdə xidməti otağında görüşərkən, Şahid1 qeyd olunan vaxtda və yerdə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə şəxsən rüşvət qismində istəyib sövdələşdikdən sonra 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz qardaşı Şahid5 vasitəsi ilə işlədiyi ofisdə qeyd olunan pul vəsaitini Şahid1 almış, bundan sonra aldığı rüşvətin qarşılığında 1 noyabr 2019-cu il tarixdə qəbul etdiyi 142 saylı əmrlə Şahid1 rəhbərlik etdiyi cəmiyyətdə Bakı ərazi Regional nümayəndəliyi üzrə fakt araşdırıcı vəzifəsinə təyin etməklə ümumilikdə 500 manat məbləğində maddi nemət olan pul vəsaitini xidməti vəzifəsinin (səlahiyyətlərinin) icra sı ilə əlaqədar edəcəyi hərəkətə görə birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində şəxsən istəyərək qeyrisi vasitəsilə almış, həmin əməli ilə öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə, yəni rüşvət almaqla əldə etdiyini bilə-bilə qeyd olunan 500 manat pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə guya Şahid1 tərəfindən rəhbərlik etdiyi Cəmiyyətə yardım (ianə) adı ilə ödənilməsinə nail olmaqla, yəni maliyyə əməliyyatları həyata keçirmək yolu ilə pul vəsaitlərini leqallaşdırmışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrar vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni işə qəbul olunması üçün müraciət etmiş Abşeron rayon sakini Şahid2 rəhbərlik etdiyi Cəmiyyətdə fakt araşdırıcı vəzifəsinə işə götürəcəyi müqabilində, özü və rəhbərlik etdiyi Cəmiyyət üçün birbaşa yolla şəxsən maddi nemət olan pulu Şahid2 rüşvət qismində istəyərək almaq məqsədilə törədəcəyi həmin cinayət əməlini pərdələmək, cinayət yolu ilə əldə edildiyini bilə-bilə qeyd olunan məbləğin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, dolayısı ilə almış olduğu rüşvəti guya ianə adı altında rəsmiləşdirmək məqsədilə Cəmiyyətin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində təsdiq olunmuş nizamnaməsində göstərilmədiyi halda 500 manat məbləğində maddi neməti Cəmiyyətin kassasına köçürəcəyi halda onu işə götürəcəyini qeyd edib sonuncu ilə 2019-cu ilin oktyabr ayında ünvan 4 ünvanda yerləşən ofisdə xidməti otağında görüşərkən, Şahid2 qeyd olunan tarixdə və yerdə mad di nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində şəxsən istəyib sövdələşdikdən sonra 1 noyabr 2019-cu il tarixdə qəbul etdiyi 141 saylı əmrlə Şahid2 rəhbərlik etdiyi cəmiyyətdə Bakı ərazi Regional nümayəndəliyi üzrə baş fakt araşdırıcı vəzifəsinə təyin etmiş və 2019-cu ilin dekabr ayında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncudan cinayətdən xəbərsiz qardaşı Şahid5 vasitəsi ilə işlədiyi ofisdə ümumilikdə 500 manat məbləğində maddi nemət olan pul vəsaitini rüşvət qismində təkrar almış, həmin əməli ilə öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə, yəni rüşvət almaqla əldə etdiyini bilə-bilə qeyd olunan 500 manat pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizl ətmək məqsədilə guya Şahid2 tərəfindən rəhbərlik etdiyi Cəmiyyətə yardım (ianə) adı ilə ödənilməsinə nail olmaqla, yəni maliyyə əməliyyatları həyata keçirmək yolu ilə pul vəsaitlərini təkrar leqallaşdırmışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrar vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni işə qəbul olunması üçün müraciət etmiş Bakı şəhər sakini Şahid3 rəhbərlik etdiyi Cəmiyyətdə fakt araşdırıcı vəzifəsinə işə götürəcəyi müqabilində özü və rəhbərlik etdiyi Cəmiyyət üçün birbaşa yolla şəxsən maddi nemət olan pulu Şahid3 rüşvət qismində istəyərək almaq məqsədilə törədəcəyi həmin cinayət əməlini pərdələmək,cinayət yolu ilə əldə edildiyini bilə-bilə qeyd olunan məbləğin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, dolayısı ilə almış olduğu rüşvəti guya ianə adı altında rəsmiləşdirmək məqsədilə Cəmiyyətin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində təsdiq olunmuş nizamnaməsində göstərilmədiyi halda 500 manat məbləğində maddi nemətin Cəmiyyətin kassasına köçürüləcəyi halda onu işə götürəcəyini qeyd edib, sonuncu ilə xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən ofisdə xidməti otağında görüşərkən, Şahid3 qeyd olunan tarixdə və yerdə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində şəxsən istəyib sövdələşdikdən sonra, həmin tarixdə işlədiyi ofisdə qeyd olunan pul vəsaitini almış, bundan sonra aldığı rüşvətin qarşılığında sınaq müddətini keçdikdən sonra 08 may 2020-ci il tarixdə qəbul etdiyi 35 saylı əmrlə Şahid3 rəhbərlik etdiyi cəmiyyətdə Bakı ərazi Regional nümayəndəliyi üzrə fakt araşdırcı vəzifəsinə təyin etməklə ümumilikdə 500 manat məbləğində maddi nemət olan pul vəsaitini xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə şəxsən rüşvət qismində təkrar istəyərək almış, daha sonra cinayət əməlini davam etdirərək öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini bilə-bilə qeyd olunan pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə guya Şahid3 tərəfindən rəhbərlik etdiyi Cəmiyyətə yardım (ianə) adı ilə ödəmə edilməsi kimi tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədi, yəni "xx xx" MMC-yə 500 manat pul ödənilməsi barədə 20 dekabr 2019-cu il tarixli GİF/2 № 044294 Seriya №-li qəbzi ünvan 4 ünvanında yerləşən qeyd olunan ofisdə tərtib edib baş mühasib və rəhbər kimi imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı törətməklə maliyyə əməliyyatları həyata keçirilməsi yolu ilə təkrar pul vəsaitlərini leqallaşdırmış, daha sonra cinayətkar əməlini davam etdirərək eyni niyyətlə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid3 həmin MMC-də mühasib vəzifəsinə təyin etməyə görə 8 iyul 2020-ci il tarixdə öz xidməti otağında sonuncudan birbaşa yolla özü üçün maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini təkrar rüşvət qismində istəyib almaqla, Şahid3 xx.xx.2020-ci il tarixli 45 nömrəli ə mrlə "xxxx" MMC-nin mühasibi vəzifəsinə təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, o, təsisçisi olduğu Cəmiyyətin nizamnamə və əsasnaməsinə uyğun fəaliyyət göstərmiş və qanunvericiliyin tələblərinə riayət etmişdir. İşə qəbul olunmuş şəxslərdən alınan pullar onların işlə təmin olunması məqsədilə deyil, onlara geyim formaları alınması, peşə təlimi keçmələri üçün tədris xərclərinin ödənilməsi və dəftərxana ləvazimatlarının alınması üçün nəzərdə tutulmuşdur. Məhkum hesab edir ki, ona verilən ittihamda Azərbaycan Respublikası CM-in 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibinin olması sübuta yetirilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlində Azərbay can Respublikası CM-in 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibi olmadığına görə barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsində “Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 311.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 3.11.3.2. təkrar törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 313-cü maddəsinə əsasən: “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 193-1.1-ci maddəsində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, yəni: 193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi; 193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-in 193-1.2-ci nə görə “Eyni əməllər: 193-1.2.2. təkrar törədildikdə; 193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin t əqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan hüquq və X21 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək və zifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş s übutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum ve rdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkum X3 qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətlən dirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5, Şahid4 və Şahid1 ifadələri, 01 noyabr 2019-cu il tarixli 141 №-li və 142 №-li əmrlərin surətləri, 20 dekabr 2019-cu il tarixli GİF/2 № 044294 Seriya №- li kassa mədaxil order qəbzi, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 1(101)207/2021 nömrəli hökmündən görünür ki, Məhkum "xxxx" MMC-də işləmiş X22, X27, X9, X16, X11, X28, X12, X29, X6, X39, X17, X40, X30, X18, X41, X13, X53, X14, X7, X23, X31, X32, X33, X10, X19, X34, X20, X35, X8, X42 və X2 ianə adı altında təkrarən rüşvət istəyib alması, cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə etməklə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirib cinayət yolu ilə əldə edilmiş pul vəsaitini təkrarən leqallaşdırması və vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməsinə görə Azərbaycan Respublikası CM-in 311.3.2, 193-1.2.2, 1931.2.3 və 313-cü maddələri ilə təqsirlini bilinərək məhkum edilmişdir. Məhkəmə kollegiy ası hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum Söhrab oğluna bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Söhrab oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təy in olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələr inin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nə zərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1069/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1069/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver