Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1069/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi i lə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 1(106)-828/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 1(099)-342/2022 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Musayev (sədrlik edən), N.F.Quliyev və C.Ş.Səfərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğ ıcı 13 yanvar 2022-ci ildən hesablanmışdır. Hökmlə həmçinin Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən X3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apelyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov(sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev ) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli qərarından dövlət itti hamçısı kassasiya protesti vermişdir. İşin halları: Məhkəmənin hökmü ilə, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 2,721 qram təşkil edən narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, ünvan 2 ünvanında yerləşən yaşadığı evə daşımış, həmin heroinin şəxsi istifadəsinə hazırlamaq məqsədi ilə böldüyü, altı ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,043 qram, 0,044 qram, 0,044 qram, 0,045 qram, 0,047 qram olmaqla, ümumi təmiz çəkisi 0,265 qram təşkil edən hissəsini onlardan şəxsi istifadə niyyətinə bilavasitə işarə edən, içərilərindən heroin izləri aşkar edilmiş üç ədəd şpris və bir ədəd şüşə ampula ilə birlikdə yaşadığı evin yataq otağındakı dolabda olan bir ədəd siqaret qutusunda, iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,189 qram, 1,267 qram, ümumi təmiz çəkisi 2,456 qram təşkil edən hissəsini isə əynində olmuş şalvarın sağ cibində saxlamışdır. Həmin kütlələr və əşyalar 13 yanvar 2022-ci il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məhkum yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilərkən göstərilən yerlərdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cin ayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdır. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum qanunsuz olaraq əldə edib saxladığı narkotik maddənin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə çox, habelə 8 bükümdə olmuşdur, bu da həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinin birbaşa təsdiqidir. Dövlət ittiham çısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 okt yabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş narkotik vasitənin – heroinin miqdarı (2,721 qr) təşkil etməklə gündəlik ehtiyacının yuxarı həddindən 18 dəfə çox, həmçinin 8 bükümdə (2-si üzərində 6-sı isə evində aşkarlanmış) olması səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına ist inad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndində) məhkəmələrə izah olunur ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə e dilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.” Narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin iqtibas belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin onun mövqeyi ilə razılaşmaq üçün kifayət etmədiyini göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “ başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən və psixotrop maddələrdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 522 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 19 yanvar 2022-ci il tarixli, 65 nömrəli məktubunda göstərilmişdir ki, Məhkum xəstəxananın narkoloji kabinetində qeydiyyatdadır. Eyni zamanda Məhkum aşkar edilmiş heroinin külli miqdarda olduğu və ayrı-ayrı bükümlərdə qablaşdırıldığı müəyyən edilsə də, sonuncunun digər istehlakçılarla razılıq əldə etməsi, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqlarının olması, onda narkotik vasitələrin hazırlanması və ölçməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum narkotik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktiki əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Şirvan Apellyasiya Məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci madd əsinin tərkibinin olması haqqında yekun qənaəti qərarda ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum məhkəməyədək icraatda verdiyi ilkin ifadəsindən narkotik vasitəni satmaq kimi məqsədinin olmadığını göstərmişdir. Həmçinin birinci instansiya məhkəməsində tədqiq edilmiş Kürdəmir RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfində tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli raportda - iş üzrə ona daxil olmuş əməliyyat məlumatının Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması deyil, yaşadığı evdə və üzərində saxladığı narkotik vasitələrdən istifadə etməsi barədə olmuşdur. İş üzrə dindirilmiş şahidlərdən də (polis əməkdaşlarından) heç biri narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola bi ləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Digər tərəfdən aşkar edilmiş heroinin ümumi təmiz çəkisinin 2,721 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,721 qram çox olması, məhkumun yaşadığı evdən heroinlərin onlardan şəxsi istifadə niyyətinə bilavasitə işarə edən, içərilərindən heroin izləri aşkar edilmiş üç ədəd şpris və bir ədəd şüşə ampula ilə birlikdə yataq otağındakı dolabda olan bir ədəd siqaret qutusundan, üzərindən iki ədəd bükümlərdə heroinlərin onun ictimai yerdə deyil, yaşadığı evdə saxlanılarkən aşkar edilməsi özü özlüyündə məhkəmələrin Məhkum üzərindən və evindən çıxmış heroinin sonuncun şəxsi istifadəsi məqsədi ilə əldə etməsi, saxlaması və daşıması ilə bağlı qənaətlərinin iş materiallarında olan mövcud sübutlarla uzlaşmasına dəlalət edir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, birinci instansiya və apelyasiya instansiya məhkəməsi qərarlarında Məhkum cinayət əməlini kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışdır. Odur ki, kollegiya apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını ( Məhkum satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsa s görmür. Belə olan halda, dövlət ittihamçısının kassasiya protestində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan əməlləri (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etmiş olduğu digər dəlillər də, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı qərarın ləğv edilməsini şərtləndirən əsaslı arqument kimi qəbul edilə bilməz. Qeyd olunanlar məhkəmələr tərəf indən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 1(106)-828/2022 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1069/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1069/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver