Məhkəmə qərarları › İş №1(102)-1069/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1069/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1069/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 i ştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 1(103)-1661/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı6 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Ağayeva küçəsi, ev 16 A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 17 may 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 90 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi “Meydan” adlanan əraziyə qoyulmuş yerdən ümumi təmiz çəkisi 3,708 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 1,972 qram olan psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanu nsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, bundan sonra həmin tarixdə əlavə olaraq təmiz çəkisi 140 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxsin elektron kart hesabına 920 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşına altına onun götürməsi məqsədilə qoyulmuş, lakin 18 may 2022-ci il tarixdə, saat 03 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında narkotik vasitələrin istifadəsində şübhəli bilinərək ünvan 3 ünvanda yerləşən Bakı şəhəri, Nizami RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,111 qram, 0,283 qram və 3,314 qram olmaqla ümumi təmiz çəkisi 3,708 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,972 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 11 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsinə keçirilmiş baxış zamanı həmin yerdə daşın altında gizlədilmiş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 140 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsul la hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X8 və X2 ibarət məhkəmə tərkibində) 23 iyun 2023-cü il tarixli, 1(101)-317/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 140 qram təşkil edən bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitə əldə edib saxlaması epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin bəndin Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamdan xaric edilməsi və həmin epizod üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 18 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişd ir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət məhkəmə tərkibində) 25 oktyabr 2023-cü il tarixli, 1(103)1661/2023 nömrəli qərarı ilə apellyasiya protestinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 1(103)-1661/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı6 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində qeyd etmişdir ki, hazırki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları yekun məhkəmə aktlarına, Təqsirləndirilən şəxs elan olunmuş ittihama və fikrincə, bu ittihamı təsdiq edən sübutlara, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) bir sıra normalarına istinad edən və məhkəmələrin müəyyən etdikləri faktiki hallarını ittiham tərəfinin təqdim etdiyi sübutlara münasibətdə mübahisələndirən dövlət ittihamçısı hesab etrmişdir ki, apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə sübutları, işin bütün hallarını tam və obyektiv araşdırmamış, araşdırılmış sübu tlara qanuna müvafiq qaydada düzgün qiymət verməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar çıxarmışdır.

8. Belə ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən məhkəmələrin istinad etdiyi əsas meyar ondan ibarət olmuşdur ki, ibtidai araşdırma orqanı narkotik vasitə heroinin külli miqdar təşkil etməsinə və formal mülahizələrinə əsasən satış məqsədi ilə əldə edilməsi ilə bağlı qənaətə gəlmiş, lakin bunu təsdiq edəcək kifayət qədər sübutlar əldə etməmişdir. Bununla da, birinci instansiya və apellyasiya instansiya məhkəmələri hazırkı cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş və qiymətləndirməmiş, nətic ədə də Təqsirləndirilən şəxs əsassız olaraq əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, eyni zamanda ona verilmiş ittihamdan marixuana ilə bağlı epizodu əsassız olaraq ittihamdan xaric edərək, həmin hissədə barəsində cinayət təqibinə xitam verilməsi qənaətinə gəlmişdir.

9. Kassasiya protestinin müəllifi protestində göstərilənləri Azərbaycan Respublikası CPMin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 1(103)-1661/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya protestinə qarşı etira z verilməmişdir.

11. Qərardan məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda çıxış edərək, kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və y axud dəyişdirməyə haqlıdır.

17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və məhkumun törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 o ktyabr 2023-cü il tarixli, 1(103)-1661/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 21. “Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən z əruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

24. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə di gərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

26. Cinayət işi materiallarına əsasən, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir, ondan ötrü ki, o, 17 may 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 90 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi “Meydan” adlanan əraziyə qoyulmuş yerdən ümumi təmiz çəkisi 3,708 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 1,972 qram olan psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz olaraq ə ldə edərək üzərində saxlamaqla daşımış, bundan sonra həmin tarixdə əlavə olaraq təmiz çəkisi 140 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxsin elektron kart hesabına 920 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşına altına onun götürməsi məqsədilə qoyulmuş, lakin 18 may 2022-ci il tarixdə, saat 03 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında narkotik vasitələrin istifadəsində şübhəli bilinərək ünvan 3 ünvanda yerləşən Bakı şəhəri, Nizami RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 əd əd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,111 qram, 0,283 qram və 3,314 qram olmaqla ümumi təmiz çəkisi 3,708 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,972 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 11 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsinə keçirilmiş baxış zamanı həmin yerdə daşın altında gizlədilmiş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 140 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmı ş narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

27. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş ittihamı cinayət işi materialları ilə əlaqəli araşdıraraq belə hesab etmişdir ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti müəyyənləşdirilməmiş şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 90 manat pul köçürməklə şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Meydan” adlanan əraziyə qo yulmuş yerdən ümumi təmiz çəkisi 3,708 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsini və təmiz çəkisi 1,972 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsini götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 may 2022-ci il tarixdə, saat 03 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,111 qram, 0,283 qram və 3,314 qram olmaqla ümumi təmiz çəkisi 3,708 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,972 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.

28. Apellyasiya protesti əsasında işə yenidən baxan apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs hansısa mənbədən, hər hansı məqsədlə, hər hansı üsulla, o cümlədən 920 manat pul köçürməklə təmiz çəkisi 140 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi əldə etməsi və ya əldə etməsi məqsədilə sifariş verib kiminsə vasitəsi ilə ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşın altına qoydurması təsdiq olunmadığından və bu xüsusat üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq həmin bənd Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamdan xaric edilmiş və həmin epizod üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmişdir. Belə ki, marixunaya görə ödənilməsi nəzərdə tutulmuş məbləğ İİR vətəndaşına göndərilməmiş, pulunun göndərilmə istiqaməti Təqsirləndirilən şəxs anasının borclu olduğu şəxs olmuşdur. Bu hal Təqsirləndirilən şəxs anasının və anasının borclu olduğu şəxsin sərbəst ifadələri və işdə olan digər mötəbər sübutlarla da təsdi q olunmuşdur. İbtidai araşdırma orqanı narkotik vasitə heroinin külli miqdar təşkil etməsinə və formal mülahizələrinə əsasən satış məqsədi ilə əldə etməsi ilə bağlı qənatə gəlmiş, bunu təsdiq edə biləcək kifayət qədər mötəbər sənədlər əldə etməmişdir. Apellyasiya protestinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına ala biləcək heç bir əsas yoxdur.

29. Göründüyü kimi məhkəmələr tərəfindən məhkumun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin və eyni zamanda ona qarşı elan edilmiş ittihamdan satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 140 qram təşkil edən bitki mənşəli kütləni tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitə əldə edib saxlaması epizodunun xaric edilməsində əsas istinad mənbəyi məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi olmuşdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarının 25-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

31. Cinayət işi materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı vermiş olduğ ifadələrini elan etməklə tədqiq etmiş, məhkum Təqsirləndirilən şəxs ittiham edildiyi “satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 140 qram təşkil edən bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitə əldə edib saxlaması epizodu” ilə əlaqədar onun məhkəmə iclası zamanı vermiş olduğu ifadəsi ilə əlaqədar Şahid6, X7, Şahid7 əlavə şahid qismində cəlb edərək, ifadələrini almış və həmin ifadələrin əlaqəli təhlili nəticəsində belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs hansısa mənbədən, hər hansı məqsədlə, hər hansı üsulla, o cümlədən 920 manat pul köçürməklə təmiz çəkisi 140 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi əldə e tməsi və ya əldə etməsi məqsədilə sifariş verib kiminsə vasitəsi ilə ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşın altına qoydurması təsdiq olunmamışdır.

32. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əlavə şahid qismində cəlb edilərək ifadələri alınmış şəxslərin qeyd etdikləri əsasında məhkəmə Təqsirləndirilən şəxs tərəfindən 920 manat məbləğində pul vəsaitinin anasının xəstəliyi ilə əlaqədar Şahid7 alınmış 1000 manat borcun əvəzi olaraq ödənilməsini təsdiq etmişdir.

33. Göründüyü kimi, məhkəmələr Təqsirləndirilən şəxs ittiham edildiyi “satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 140 qram təşkil edən bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana nark otik vasitə əldə edib saxlaması” epizodunun sübut edilməsini bilavasitə 920 manat məbləğində pul vəsaitinin köçürülməsi hissəsinə bağlamışdır. İstər birinci instansiya məhkəməsi, istərsə də, apelyasiya məhkəməsi 140 qram qurudulmuş marixuana ilə bağlı «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 18 may 2022-ci il tarixli protokoluna qiymət verərkən keçirilən tədbirin cinayət-prosessual hüquqi baxımdan bilavasitə qanuniliyi və əsaslılığı barədə heç bir araşdırma aparmamış, faktiki olaraq, bu barədə heç bir münasibət bildirməmişlər.

34. Cinayət işinin materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apelyasiya məhkəməsinin qərarından görünür ki, hər iki məhkəmə həmin epizodun yalnız 920 manat məbləğində pul vəsaitinin köçürülməsi hissəsini araşdırmış, bu faktın narkotik vasit ənin satış məqsədi ilə əldə edilməsi baxımından sübut kimi qəbul edilməməsi qənaətinə gəlmişdir. Lakin 920 manat məbləğində pul vəsaitinin köçürülməsinin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi baxımından sübut kimi qəbul edilməməsinin «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 18 may 2022-ci il tarixli protokolun qanuni və əsaslılığına təsir etməsi məntiqi qaranlıq qalır və məhkəmlər tərəfindən bu barədə heç bir açıqlama verilməmişdir.

35. Halbuki, cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilməklə tədqiq edilən «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tufan Şükürov tərəfindən baxış keçirilməsi və götürmə aparılması prosesindən əvvəl Təqsirləndirilən şəxs özünə məxsus olan narkotik vasitə marixuananı saxladığı yeri göstərməsi xahiş olunur. Tədqiq olunan protokoldan görünür ki, bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən proses iştirakçıları ünvan 5 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsinə gedilir, Təqsirləndirilən şəxs orada olan daşın altından bir bükümdə naməlum maddəni çıxarıb təqdim edir və bildirir ki, həmin maddə narkotik vasitə olan marixuanadır, həmin marixuananı İİR-nin vətəndaşının kart nömrəsinə 920 manat pul köçürməklə özünün istifadəsi üçün sifariş vermişdir.

36. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları sübutların tədqiqini və qiymətləndirilməsini həmin tələblərə əməl edilməklə aparılmasını, məhkəmə hökümünün (q ərarının) qanuni və əsaslı olmasını tələb edir.

37. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

38. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

39. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

40. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3).

41. Cinayət-Prosessual Məcəllənin 353.2.2-ci maddəsi məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində ə ks etdirilməsini tələb edir.

42. Sübutların tədqiqinə, qərarın əsaslandırılmasına və tərtibatına dair Cinayət-Prosessual Məcəllənin qeyd olunan maddələrinin tələblərinə əməl olunmadığı vəziyyətdə məhkəmənin müəyyən edilmiş saydığı halların onun tədqiq etdiyi sübutlara uyğun gəlməsi, həmin hallara cinayət qanunu normasının düzgün şamil edilməsi, yəni Təqsirləndirilən şəxs 140 qram çəkidə narkotik vasitəni “satış məqsədi ilə” əldə edib, daşıması və saxlaması əlamətini xaric edilməklə onun əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirilməsinin əsaslı olması barədə nəticə çıxarmaq mümkün deyil.

43. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə al ınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.

45. Sadalanmış mülahizələrlə məhkəmələrin Təqsirləndirilən şəxs əməlində “140 qram çəkidə narkotik vasitəni satış məqsədi ilə” əlamətini inkar etməsinə qiymət verdikdə, görünür ki, məhkəmələrin həmin əlamətin mövcudluğunu subyektiv meyarlardan çıxış etməklə şərtləndirməsi bu məsələ üzrə Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarına əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil. Məhkəmənin “satış məqsədi” əlamətinin olmaması haqqında qənaətini – “ibtidai istintaq zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübutun müəyyən edilməməsi” kimi mülahizədən hasil etməsi isə, artıq yuxarıda əsaslandırıldığı kimi, sübutların tədqiqi və qiymətləndiril məsi qaydalarının pozulması ilə əldə edilmiş nəticə olduğundan, mötəbər sayıla bilməz.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 140 qram təşkil edən bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitə əldə edib saxlaması epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin bənd Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamdan xaric edilməsi və həmin epizod üzrə cinayət təqibinə xitam verilməsi barədə birinci instansiya və apelyasiya məhkəməsinin gəldiyi qənaət kifayət qədər əsaslandırılmamış, sübutların təqqiqi birtərəfli aparılmış, bütün hallara əlaqəli şəkildə qiymət verilməmişdir.

47. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, 140 qram qurudulmuş marixuana bağlı epizod bir daha qanunun tələblərinə uyğun olaraq tədqiq edilməli, qiymət verilməli, bundan sonra digər sübutlarla əlaqəli şəkildə onun əməlində satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi əlamətinin olması məsələsi müzakirə edilməlidir.

48. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, dövlət ittihamçısının kassasiya protestini əsaslı sayır və sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərinə riayət edilməklə, Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının müddəalarını nəzərə almaqla təqsirkarın əməlində “narkotik vasitən i satış məqsədi” əlamətinin olub-olmaması məsələsinin tam, hərtərəfli, obyektiv araşdırılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir.

49. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 1(103)-1661/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

50. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 1(103)-1661/2023 nömrəli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar