Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-107/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum1 müdafiəçisi Merdiyeva İlhamə Əziz qızı, bəraət almış Məhkum2, müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkm iş şəxs2iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2019-cu il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 127.1-ci maddələriilə, Məhkum2Azərbaycan Respublikası CM-nin 29,120.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Samir İsmayılov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim: Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) 14 mart 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1988-ci ildə Yardımlı rayonunun Urakəran kəndində anadan olmuş, Azərbaycan Respublikas ı vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Urakəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1 və 127.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Məhkum1 qəti olaraq 11 (on bir) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, xx xxxxxxx 1992-ci il tarixdə Yardımlı rayonunun Urakəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağ olan, orta təhsilli, Bakı şəhəri Qaradağ rayonunda Qobustan qəsəbəsində yerləşən Metaləritmə zavodunda mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Urakəran kəndində qeydiyyatda olmaqla yaşamış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Soltanov Fuad Kamiloğlundan ibarət tərkibdə) 09 iyul 2019-cu il tarixli hökmü ilə Apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2019-cu il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 127.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6 6.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla Məhkum1 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 23 iyun 2018-ci il tarixdən hesablanması müəyyən edilmiş, Məhkum2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə əməlində həmin cinayətin tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: Məhkum1 və Məhkum2 məhkum edilmişlər ona görə ki, birinci nstansiya məhkəməsinin qənaətinə görə Məhkum1 23 iyun 2018-ci il tarixdə saat 10:30 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 onun arvadı Aysel Şirinova ilə olan telefon danışıqlarından xəbər tutması səbəbindən Zərərçəkmiş şəxs1 qisas almaq üçün sonuncun u öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əmisi oğlu Zərərçəkmiş şəxs2 Yardımlı rayonu Urakəran kəndindəki ata həyətində olduğunu bilib balta və bıçaqla həmin həyətə gələrək hamam otağında gizlənmiş, Zərərçəkmiş şəxs2 təsadüfən hamam otağı istiqamətində gələrək onu görərkən onun Zərərçəkmiş şəxs1 qarşı cinayətkar niyyətini hiss edib əlindəki çəliklə onu vuracağını zənn edərək özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sol qol nahiyyəsinə soyuq silah hesab edilməyən baltanın küp hissəsi ilə bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya xarakterik sol dirsək sümüyünün orta 1/3 hissəsinin qapalı fraqmentlərinin yerini dəyişmiş sınığı xəsarətini yetirməklə Zərərçəkmiş şəxs2 az ağır zərər vurmuşdur. Bundan başqa, o, 23 iyun 2018-ci il tarixdə saat 10:30 radələrində Yardımlı rayonu Urakəran kəndində Zərərçəkmiş şəxs2 ata həyətində olan Zərərçəkmiş şəxs1 onun arvadı Aysel Şirinova ilə olan telefon danışıqlarından xəbər tutması səbəbindən həmkəndlisi Zərərçəkmiş şəxs1 qisas almaq üçün sonuncunu öldürmək məqsədi ilə balta və bıçaqla Zərərçəkmiş şəxs1 üzərinə yerimiş, həmin vaxt orada olan Məhkum1 bibisi oğlu Məhkum2 Zərərçəkmiş şəxs1 qaçdığını görüb onunla birlikdə qrup halında Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinə yönəldilən hərəkətlər etməklə sonuncunu qovaraq yerə yıxmış, Məhkum2 Zərərçəkmiş şəxs1 ayaqlarının üzərində oturaraq sonuncunun müqavimətini qırmaqla onun cinayəti maneəsiz başa çatdırmasını təmin etdikdən sonra o əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 dərəcəsinə görə, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmaya xarakterik olan döş qəfəsinin sağ yarısının pnevmotoraksla müşayiət olunan ön səthinin kəsilmiş-deşilmiş yarası, dərəcəsinə görə, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya xarakterik olan boynun sağ yan divarının 3 ədəd, boynun sol yan divarının 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun kəsilmiş yarası xəsarətlərini yetirmiş, daha sonra Məhkum2 Zərərçəkmiş şəxs1 ayaqları üzərindən qalxaraq yerdəki baltanı ona verməsi və Zərərçəkmiş şəxs1 hər iki əlini tutaraq müqavimət göstərmək imkanından məhrum etməsi nəticəsində o əlindəki soyuq silah hesab edilməyən balta ilə Zərərçəkmiş şəxs1 baş nahiyyəsinə dərəcəsinə görə, həyat üçün təhlükəli olan qəsdən sağlamlı ğa AĞİR zərər vurmaya xarakterik olan başın sağ təpə-ənsə-gicgah nahiyyəsinin çapılmış yarası, sağ gicgah sümüyünün içəriyə basılmış qəlpəli, sağ təpə-ənsə-gicgah sümüyünün sol gicgah sümüyünə keçən xətti sınığı, baş beynin hemorraqik əzilməsi, beyin detritlərinin hissəvi evuakuasiyası kimi xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 öldüyünü zənn edib Məhkum2la hadisə yerindən uzaqlaşmış, lakin sonuncunun qohumları tərəfindən xəstəxanaya çatdırılması və vaxtında tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas olunduğu üçün bibisi oğlu Məhkum2la bir qrup şəxs halında öz iradəsindən asılı olmayan səbəblərdən törətdiyi cinayəti başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişdir. Məhkum2 isə, məhkəmənin gəldiyi qənaətə görə 23 iyun 2018-ci il tarixdə saat 10:30 radələrind ə Yardımlı rayonu Urakəran kəndində Zərərçəkmiş şəxs2 ata həyətində olan zaman dayısı oğlu Məhkum1 həyat yoldaşı Aysel Şirinova ilə həmkəndlisi Zərərçəkmiş şəxs1 arasında olan telefon danışıqlarından xəbər tutaraq Zərərçəkmiş şəxs1 qisas almaq üçün sonuncunu öldürmək məqsədi ilə balta və bıçaqla silahlanaraq həmin həyətə daxil olması və Zərərçəkmiş şəxs1 üzərinə hücum etməsini, sonuncunun isə qaçmasını görərkən Məhkum1la birlikdə qrup halında Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinə yönəldilən hərəkətlər etməklə sonuncunu qovaraq yerə yıxmış, Zərərçəkmiş şəxs1 ayaqlarının üzərində oturaraq sonuncunun müqavimətini qırmış, Məhkum1 Zərərçəkmiş şəxs1 sinəsi üzərində oturaraq balta ilə Zərərçəkmiş şəxs1 xəsarət yetirmək istədikdə sonuncu bir neçə dəfə baltanı Elnurun əlindən alaraq kənara atmış, bu zaman Məhkum1 əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 xəsarətlər yetirdikdən sonra o Zərərçəkmiş şəxs1 ayaqları üzərindən qalxaraq yerdəki baltanı Məhkum1 vermiş, Zərərçəkmiş şəxs1 hər iki əlini tutaraq müqavimət göstərmək imkanından məhrum etmiş, bu zaman Məhkum1 əlindəki balta ilə Zərərçəkmiş şəxs1 baş nahiyyəsinə zərbə vuraraq dərəcəsinə görə, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR xəsarətlər yetirdikdən sonra, Zərərçəkmiş şəxs1 öldüyünü zənn edib hadisə yerindən uzaqlaşmışlar. Lakin sonuncunun qohumları tərəfindən xəstəxanaya çatdırılması və vaxtında tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas olunduğu üçün o dayısı oğlu Məhkum1la bir qrup şəxs halında öz iradəsindən asılı olmayan səbəblərdən törətdiyi cinayəti başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cə hd etmişdir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə qarşı irəli sürülmüş ittihamı yuxarıda göstərilən qaydada həll etmişdir. Kassasiyaprotestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilməsi və cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, zərərçəkmiş şəxslərin Apellyasiya məhkəməsində verdiyi ziddiyyətli ifadələri əsas götürmüş, məhkəmə baxışında verilmiş ifadələri təhrif etmiş, hökmü özünün şəxsi ehtimalları ilə əsaslandırmış, aşkar ziddiyyətli ifadələri eyni məzmunlu ifadələr kimi təqdim etmiş, bununla da əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının zərərçəkmiş şəxsin Apellyasiya məhkəməsində vermiş olduğu ifadələri hansı əsasla qəbul etməsi də təəccüb doğurur. Belə ki, yuxarıda verilən iqtibaslardan da görünür ki, Zərərçəkmiş şəxs2 ifadələrini dəyişməsinin səbəbini məhkəmə baxışından əvvəl yenidən kəndə gedib hadisəni görmüş arvadlarla və digər şahidlərlə müzakirə etməsi ilə əlaqələndirmişdir. Zərərçəkmiş şəxs1 isə ifadəsini dəyişməsinin səbəbini ümumiyyətlə izah edə bilməmiş, onun əvəzində məhkəmə kollegiyası “Adəmin Turanı tutub saxlamasını” “Adəmin Turanı itələyərək kənarlaşdırması”, “Adəmin Turana badalaq verməsini” isə badalaq verənin kim olmasını (Adəm yo xsa Elnur) görməməsi kimi şərh etməklə zidiyyətləri aradan qaldırmağa cəhd etmişdir. Halbuki Zərərçəkmiş şəxs1 özü məhkəmə zalında bu zidiyyətləri izah edə bilməmişdir. Göründüyü kimi məhkəmə kollegiyasının Turan və Zərərçəkmiş şəxs2ların ilkin ifadələrini Apellyasiya baxışında verilmiş ifadələrlə eyni ifadə kimi təqdim edib bəraət hökmünü əsaslandırması qəbuledilən deyil. Onu da diqqətə çatdırmaq lazımdır ki, Zərərçəkmiş şəxs1 Apellyasiya baxışında verdiyi ifadələr işdə olan digər sübutlarla da təkzib edilmişdir. Belə ki, Apellyasiya baxışında Adəmin onun üzərinə uzanaraq onu müdafiə etdiyini, bununla da Elnurun onu vurmasına maneçilik törətməsini göstərmişdir. Lakin müvafiq olaraq lifli materialların məhkəmə ekspertizasının 20.07.2018-ci il tarixli 17641 saylı rəyindən görünür ki, tədqiq ata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olması qeyd edilən boz rəngli köynəklər üzərində Məhkum2 məxsus olması qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Əgər həqiqətən də Məhkum2 Zərərçəkmiş şəxs1 üzərinə uzanaraq, bədəni ilə Zərərçəkmiş şəxs1 örtərək müdafiə etmişdisə onların tədqiqata təqdim edilmiş, hadisə zamanı əyinlərində olmuş köynəklər üzərində qarşılıqlı olaraq liflər aşkar edilməli idi. Şirvan Apellyasiya Məhkəməsi zərəçəkmiş şəxslərin Apellyasiya məhkəməsində verdiyi yarımçıq, əsassız, zidiyyətli və məqsədli ifadələri ilə razılaşaraq əsassız olaraq Məhkum2 barəsində bəraət hökmü çıxarmış, Məhkum1 əməlini isə CM-nin 29, 120.2.1-ci maddədən CM-nin 29, 120.1-ci maddəsində tövsif etmişdir. Qeyd olunanları nəzərə alaraq Şirvan ApellyasiyaMəhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmünün ləğv olunması və işin apellyasiya instansiyasıməhkəməsində yenidən baxılmasına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi bərədə dövlət ittihamçısının, Zərərçəkmiş şəxs1, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Məhkum2, müdafiəçisi Müdafiəçi2, Məhkum1 müdafiəçisi İ.Ə.Merdiyevanın və Zərərçəkmiş şəxs2 çıxışlarını dinləyib, kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kas sasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin dəlilləri əsaslıdır. Məhkəməkollegiyasıhesabedirki, məhkəməiclaslarındaaraşdırılmışsübutlarMəhkum2barəsindəbəraəthökmününçıxarılmasıüçünkifa yətetməmiş, məhkəməningəldiyinəticələrtədqiqedilmişsübutlaraəsaslanmamış, hökm isə ehtimallara istinad edilməklə çıxarılmışdır “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində ifadə verərərək istintaq eksperimenti zamanı eyni xüsusatları bildirməklə qeyd etmişdir ki, “23 iyun 2018-ci il tarixdə saat təxminən 10 radələrində atasının əmisi oğlu Zərərçəkmiş şəxs2la həyətlərində olan çəpərləri təmir edərkən Ruslanın dayısı oğlu Məhkum2 da ora gəlmişdir. Ruslan samovarı axtarmaq üçün evə girmiş, sonra da həyətə düşüb, hamama girmək istəyəndə Elnur əlində baltanın küp hissəsi ilə ona zərbə vurmuşdur. Bu zaman Adəm onu tutmağa çalışmış, o isə Adəmin əlindən çıxıb qaçmışdır. Elnur ona çatıb baltanın küp hissəsi ilə onu kürəyindən vurmuş, o yerə yıxılmış və tez durub yenidən qaçmağa başlamışdır.Tofiqin Ruslangilin həyətindən ona doğru gəldiyini görmüş və ona görə də geri qaçmışdır. Bu vaxt Adəm ona badalaq atmış və ona görə də dərədə yıxılıb arxası üstə qalmışdır. Adəm onun ayağının üstündə oturmuş, Elnur isə sinəsinin üstündə oturub balta ilə onu vurmağa başlamış, o isə əll əri və ayaqları ilə müqavimət göstərmişdir. Adəm ayaqlarının üstündə oturduğu üçün, o ayaqları ilə müqavimət göstərə bilməmiş, lakin əli ilə baltanı Elnurun əlindən alıb kənara atmışdır. Bundan sonra Elnur onu həmin vaxt bıçaqla vurmağa başlamışdır. Elnur sinəsindən bıçaqla vurmuş və bıçaq sınmışdır. O Adəmə bıçağın sındığını, baltanı ona verməsini demişdir. Adəm onun ayaqları üzərindən qalxaraq baltanı götürüb Elnura vermişdir. Sinəsinə vurulan bıçaq zərbəsindən halsız düşsə də, əlləri ilə Elnura müqavimət göstərmişdir. Adəm onun əlləri ilə Elnura müqavimət göstərdiyini görüb, əllərini arxaya sıxıb saxlamış, Elnur baltanın kəsici hissəsi ilə onun başına zərbə endirmişdir. Bundan sonra huşunu itirmiş, özündə olmamış və nə baş verdiyini bilməmişdir. Hadisə yerində Pərvizin, Tofiqin və Şahin in nəsə etdiyini görməmişdir” Zərərçəkmiş Zərərçəkmiş şəxs2 da birinci instansiya məhkəməsində Adəmin Turanı qucaqlayaraq tutub saxlamaq istəməsini, Turan qaçarkən Adəmin ona badalaq atması, Turan yerdə yıxılı olarkən Adəmin onun ayaqlarının üstündə oturması və baltanı yerdən götürərək Elnura verməsi ilə bağlı Zərərçəkmiş şəxs1la eyni məzmunlu ifadə vermişdir. İş materiallarından olan dindirmə istintaq hərəkəti protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Məhkum2 üzləşdirilmiş və Məhkum2 öz ifadəsini təsdiq etmiş, lakin Zərərçəkmiş şəxs1 isə hadisə vaxtı Elnurun Zərərçəkmiş şəxs2 balta ilə qolundan vurub ona tərəf gəldiyini görəndə, Məhkum2 onu tutduğunu, Elnurun onu baltanın küp hissəsi ilə kürəyindən vurduğunu, Adəmin əlindən çıxıb qaçdığını, Adəmin onun dalınca qaçıb ona badalaq verdiyini, bunun nəticəsində dərədə yıxılaraq arxası üstdə qaldığını, dərədə Adəmin onun ayaqları üstündə, Elnurun isə sinəsi üstündə oturduğunu, Elnurun balta ilə onu vurduğunu, Elnurun əlindən baltanı alıb kənara atdığını, bu vaxt Elnurun bıçaqla ona xəsarətlər yetirdiyini, bıçağın sındığını, Adəmin onun ayaqları üzərindən qalxıb baltanı kənardan götürərək Elnura verdiyini, Adəmin onun əllərini tutub arxaya sıxaraq saxladığını, bundan sonra Elnurun onun baş nahiyyəsindən baltanın kəsici hissəsi ilə bir zərbə vurduğunu, huşunu itirdiyini və bundan sonra olanları xatırlamadığını göstərməklə onun üzünə qarşı demişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin apellyasiya instansiyasında verdikləri ifadələri əsassız hesab edərək, Məhkum2 CM-nin 29,120.2.1-ci maddəsi ilə təqsirlil iyinin ibtidai istintaq və birinci instansiya məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapdığını bildirir. Azərbaycan Resublikası Ali Məhkəmə Plenumunun “12 dekabr 2011-ci il tarixli 3 saylı qərarının 5-ci bəndində göstərilir ki, qəsdən adamöldürmə cinayəti 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki,iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki,zərərçəkmişin həyatdan məhrum edilməsi pro sesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla,özünü müdafiə etmək imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermişşəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin(şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədi ilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adamöldürmə cinayətinin törədilməsi mövcud olur. Məhkəmə kollegiyası Məhkum2 əsassız bəraət verilməsini qeyd edərək vurğulayır ki, Apellyasiya məhkəməsi Məhkum2 barəsində yalnış bəraət hökmü çıxarmaqla, iş üzrə digər Məhkum1 əməlini də Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsindən həmin məcəllənin 29,120.1-ci maddəsinə tövsif edərək yalnış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq etməmişdir. Bu hal Azərbaycan Respublikası CPM-in 416.0.2-ci maddəsinə əsasən qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gə lməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respubl ikası CPM-in 416.0.1, 416.0.2 və 416.0.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassa siya protesti təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 127.1-ci maddələriilə təqsirli bilinərək məhkum edilməsi və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2019-cu il tarixli hökmü ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-107/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-107/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver