Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-107/2021 12.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəz oğlunun Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Şərifov Vaqif İsgəndər oğlunun iştirakı ilə xx xxxxxx 1999-cu il tarixdə Oğuz rayonu, Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan1 qeydiyyatda olma qla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 259.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli ilkin baxış qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Şərifov Vaqif İsgəndər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(054)-20/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə məhkum edilmiş Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha ağır cəza ilə əvəz edilməsinə dair Oğuz rayon icra və probasiya şöbəsinin təqdimatına xx xxxxxx 2020-ci il tarixdə baxılmış, Mə hkum ona təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli şəkildə boyun qaçırdığına görə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 7(054)-1/2020 nömrəli qərarı ilə daha ağır cəza ilə - azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkum xx xxxxxx 2020-ci il tarixdə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(054)-20/2019 nömrəli hökmündən apellyasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkum vəsatətdə qeyd etmişdir ki, cinayət prosessual qanunvericiliyinin tələblərini, məhkəmənin hökmündən apellyasiya şikayəti verilməsinin mümkünlüyünü və verilmə qaydalarını bilmədiyindən Oğuz Rayon Məhkəməsinin onun barəsin də olan xx xxxxxx 2019-cu il tarixli 1(054)-20/2019 nömrəli hökmündən vaxtında apellyasiya şikayəti verə bilməmiş və qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəblərdən buraxmışdır. Hazırda o, məhkəmənin qeyd olunan hökmündən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Ona görə də həmin hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(054)-20/2019 nömrəli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqda Məhkum vəsatəti təmin edilməməsi və apellyasiya şikayətin Məhkum qaytarılması müəyyən edilmişdir. Məhkəmənin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən: A.M.Eyvazov, hakimlər: R.Ə.Əliyev və İ.H.Şükürov) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli ilkin baxış qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edi lməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi V.Şərifovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 384.1- ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilə bilər. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, Məhkum barəsində məhkəmənin icraatında olmuş 1(054)20/2019 nömrəli cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə məhkəmə iclaslarında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquqları, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya şikayəti vermək hüququ Məhkum izah edilmişdir. Məhkəmə iclaslarında Məhkum müdafiəçisi də iştirak etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(054)-20/2019 nömrəli hökmünün surəti Məhkum rəsmi qaydada təqdim edilmiş, həm hökmdə, həm də hökmün surətinin təqdim olunması barədə qəbzdə hökmdən apellyasiya şikayəti vermək hüququ ona izah edilmişdir. Məhkum məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 1(054)-20/2019 nömrəli hökmünün surətini xx xxxxxx 2019-cu il tarixdə qəbzə imza edərək alması barədə sənəd iş materiallarına əlavə edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli ***** nömrəli hökmü çıxarılarkən Məhkum həbsdə olmadığından onun tərəfindən həmin hökmdən apellyasiya şikayəti vermək üçün müddət hökmün elan olduğu andan 20 (iyirmi) gün keçəndən sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə bitmişdir. İş materiallarından görünür ki, Məhkum Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli **** nömrəli hökmünün elan edildiyi və hökmün surətinin ona rəsmi qaydada verildiyi vaxtdan 5 (beş) aydan da artıq müddət keçəndən sonra, həm də ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdən sonra həmin hökmdən ape llyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi haqda vəsatət vermişdir. Həmçinin, iş materiallarından görünür ki sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət Məhkum tərəfindən əsaslandırılmamışdır. O, vəsatətdə vaxtında apellyasiya şikayəti verə bilməməsini göstərsə də, şikayəti vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkum apellyasiya şikayətinin verilmə müddətini ötürməsini kassasiya şikayətində hüquqi savadının olmaması səbəbi ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, məhkə mə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda, ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Məhkum apellyasiya şikayəti tərtib edə bilmədiyi halda, onun hüquqlarını müdafiə edən müdafiəçinin hüquqi yardımından istifadə edə bilərdi. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum tərəfindən apelyasiya şikayətinin verilməsi müddəti üzrsüz səbəblərdən buraxılmışdır. Məhkəmə kollegiyası kassasiya ş ikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-107/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-107/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver