Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-107/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar: Azərbaycan Respublikası CM-in və ya CM-in) 308.1, 30 9.1 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli, 1(104)-256/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 6.2.1990-cı il tarixdə Xanlar rayonu, Əzizbəyov kəndində (Göygöl rayonu, Hacıməlik qəsəbəsində) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Göygöl rayon Hacıməlik bələdiyyəsinin sədri vəzifəsində işləyən, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhku m, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
3. Belə ki, o, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999cu il tarixli 698-İQ №-li Qanununa uyğun yaradılmaqla, həmin Qanuna müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 771-İQ №-li Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Göygöl rayonunun Hacıməlik qəsəbəsinin ərazisini əhatə edən Göygöl rayon Hacıməlik bələdiyyəsinə xx.xx.2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv və bələdiyyənin xx.xx.2020-ci il tarixli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və bələdiyyənin xx.xx.2014-cü il tarixli 04 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Göygöl rayonu, X2”nə əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtis adi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsi nə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş « X3»-nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin ümumi yığıncağı keçirilmədiyi və müvafiq iclas protokolu tərtib edilmədiyi halda, bələdiyyə mülkiyyətində olan 9,48 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılmasına dair rəsmi sənəd hesab olunan xx.xx.2020-ci il tarixli 01 №-li qərarı tərtib edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (sonradan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestri publik hüquqi şəxs adlandırılmış) təqdim edib ehtiyat fondu torpaqları kateqoriyasına aid olan 9,48 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış alınmasına nail olduqdan sonra xx.xx.2021-ci il tarixdə Göygöl rayon Hacıməlik qəsəbəsi ərazisində bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, şəxsi niyyətlə, yəni tanışı Şahid8 bələdiyyə mülkiyyətində olan 9,48 ha torpaq sahəsini icarəyə götürməsinə nail olmaq üçün, öz imzası və üzərində “Azərbaycan Respublikası Göygöl rayonu Hacıməlik Bələdiyyəsi” sözləri yazılan dairəvi möhürlə təsdiq etdiyi, məzmununa guya bələdiyyə iclasının xx.xx.2021-ci il tarixdə keçirilməsi, iclasda 7 nəfər bələdiy yə üzvünün iştirakı ilə torpaq sahəsinin icarəyə verilməsi üçün X15 və hərrac komissiyası ilə müqavilə bağlanması, icarə haqqının 569 manat təyin edilməsi ilə bağlı qərar qəbul edilməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab edilən xx.xx.2021-ci il tarixli 13 saylı iclas protokolundan çıxarış sənədini tərtib etməklə saxtalaşdırıb vəzifə saxtakarlığı yolu ilə tərtib etdiyi həmin saxta sənəd əsasında Göygöl rayon Hacıməlik qəsəbəsində yerləşən bələdiyyə mülkiyyətində olan 9,48 ha torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasına nail olub müsabiqənin qalibi olmuş Şahid8 həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixdə Göygöl Rayon Notariat ofisində bağlanmış icarə müqaviləsi əsasında illik 580 manat icarə haqqı ödəmək şərti ilə 20 il müddətinə icarəyə v erib, həmin hərəkətləri ilə Göygöl rayonu Hacıməlik bələdiyyənin ehtiyat fonduna daxil olan kənd təsərrüfatı təyinatlı torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədə biləbilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir.
4. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Az ərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qər ar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının xx.xx.1999- cu il tarixli Qanunu ilə təsdiq edilmiş «X3»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hər 0,01 hektarını dəyərindən aşağı qiymətə satılmasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixdə Göygöl rayon Hacıməlik qəsəbəsi ərazisində bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan öz imzası və üzərində “Azərbaycan Respublikası Göygöl rayonu Hacıməlik Bələdiyyəsi” sözləri yaz ılan dairəvi möhürlə təsdiq etdiyi, məzmununa guya bələdiyyə iclasının xx.xx.2021-ci il tarixdə keçirilməsi, iclasda bələdiyyə üzvlərinin iştirakı ilə Hacıməlik qəsəbə sakini Şahid10 torpaq sahəsinin ayrılması barədə müraciətinin nəzərə alınması, həmin torpaq sahəsinin ilkin sənədləşmə işlərinə başlanması və müvafiq rəylərinin alınmasından ötrü aidiyyəti qurumlara müraciət olunmasına dair qərar qəbul edilməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab edilən xx.xx.2021-ci il tarixli 9 saylı iclas protokolunu tərtib edib, həmin protokolun 2-ci vərəqində “Şahid1” qeydləri olan qrafada Şahid1 əvəzinə özü imza edərək saxtalaşdırmaqla vəzifə saxtakarlığı yolu ilə tərtib etdiyi həmin sənəd əsasında Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli Qanunu ilə təsdiq edilmi ş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 23-cü bəndinin tələblərinə uyğun olaraq, satılan torpağın hər 0,01 hektarının qiymətinin şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayan məbləğdə satılmasının müəyyən olunmasına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş arayışda bələdiyyə ərazisində yerləşən kənd təsərrüfatı və yaşayış məntəqələri torpaqları üçün real bazar qiymətinin dəqiq m üəyyən edilməsinə baxmayaraq, bələdiyyə mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin hər 0,01 hektarının dəyərindən aşağı qiymətə satılmasını təmin edərək, həmin bələdiyyə ərazisindən Şahid10 0,08 ha torpaq sahəsini 3.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini sonuncuya 508 manata satmaqla, bələdiyyəyə 2.692 (iki min altı yüz doxsan iki) manat məbləğində, yəni hüquqi şəxs olan Göygöl rayon Hacıməlik bələdiyyəsinin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədə biləbilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
5. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarə n, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz, tanışları olan Göygöl rayon Hacıməlik qəsəbə sakinləri Şahid9 və Şahid11 torpaq sahələrini dəyərindən aşağı qiymətə almaqla qanunsuz olaraq fayda əldə etmələri məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclasları nın protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə Göygöl rayonu, Hacıməlik qəsəbəsi ərazisində 7 nəfər bələdiyyə üzvünün iştirakı ilə keçirilmiş bələdiyyənin ümumi yığıncağında həmin vaxt bələdiyyənin sədr müavini vəzifəsin də işləmiş Şahid1 iştirak etmədiyi və əvvəllər bələdiyyə üzvü olmuş X11 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi halda, şəxsi niyyətlə, yəni bələdiyyə mülkiyyətində olan 0,08 ha və 0,1 ha torpaq sahələrinin müvafiq olaraq tanışları Şahid9 və Şahid11 mülkiyyətinə verilməsi məqsədilə, məzmununa bələdiyyə iclasında guya bütün bələdiyyə üzvlərinin iştirak etməsi, iclasın protokollaşdırılmasının həmin vaxt bələdiyyənin sədr müavini olmuş Şahid1 həvalə olunması, məruzə edilən gündəlik məsələlərin bütün bələdiyyə üzvləri ilə müzakirə olunması və 9 nəfər bələdiyyə üzvünün iştirakı ilə 0,08 ha və 0,1 ha torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması üçün müvafiq rəylərin alınmasından ötrü aidiyyəti qurumlara müraciət olunmasına dair qərar qəbul edilməsi barədə bilə-bilə yalan mə lumatlar daxil etdiyi rəsmi sənəd hesab edilən, öz imzası və üzərində “Azərbaycan Respublikası Göygöl rayonu Hacıməlik Bələdiyyəsi” sözləri yazılan dairəvi möhürlə təsdiq etdiyi xx.xx.2021-ci il tarixli 12 saylı iclas protokolunu tərtib edərək, həmin protokolun 2-ci vərəqində “Şahid1” qeydləri olan qrafada Şahid1 əvəzinə özü imza edib saxtalaşdırmaqla vəzifə saxtakarlığı yolu ilə tərtib etdiyi həmin sənəd əsasında Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 23-cü maddəsinin tələblərinə uyğun olaraq, satılan torpağın hər 0,01 hektarının qiymətinin şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayan məbləğdə satılmasının müəyyən olunmasına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş arayışda bələdiyyə ərazisində yerləşən kənd təsərrüfatı və yaşayış məntəqələri torpaqları üçün real bazar qiymətlərinin dəqiq müəyyən edilməsinə baxmayaraq, 2022-ci ilin iyul ayından avqust ayınadək olan müddət ərzində bələdiyyə mülkiyyətində olan 0,08 ha və 0,1 ha torpaq sahələrinin hər 0,01 hektarının dəyərindən aşağı qiymətə satılmasını təmin edərək, həmin bələdiyyə ərazisindən torpaq sahələrini, o cümlədən, Şahid11 0,1 h a torpaq sahəsi 4.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2022-ci il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini sonuncuya 900 manat müqabilində sataraq, 3.100 manat məbləğində, həmçinin, Şahid9 0,08 ha torpaq sahəsi 3.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2022ci il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini sonuncuya 720 manat müqabilində sataraq, 2.480 manat məbləğində olmaqla, ümumilikdə Göygöl rayon Hacıməlik bələdiyyəsinə məxsus torpaq sahələrinin reyestr qiymətlərinə əsasən cəmi 7.200 manat dəyərində 0,18 ha torpaq sahəsini 1.620 manata 2 şəxsə satıb bələdiyyəyə vahid niyyətlə 5.580 (beş min beş yüz səksən) manat məbləğində, yəni Göygöl rayon Hacıməlik bələdiyyəs inin əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
6. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədr i və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «X3»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial o rqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə Göygöl rayonu, Hacıməlik qəsəbəsi ərazisində 7 nəfər bələdiyyə üzvünün iştirakı ilə keçirilmiş bələdiyyənin ümumi yığıncağında həmin vaxt bələdiyyənin sədr müavini vəzifəsində işləmiş Şahid1 iştirak etmədiyi və əvvəllər bələdiyyə üzvü olmuş X11 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi halda, şəxsi niyyətlə, yəni bələdiyyə mülkiyyətində olan 9,77 ha torpaq sahəsinin icarəyə verilməsini təmin etmək məqsədilə məzmununa xx.xx.2021-ci il tarixdə keçirilmiş bələdiyyə iclasında guya 9 nəfər bələdiyyə üzvünün iştirak etməsi, gündəlik məsələlərin məruzə edilərək həmin məsələlərin bütün bələdiyyə üzvləri ilə müzakirə olunması və 9 nəfər bələdiyyə üzvünün hər birinin iştirakı ilə torpaq sahəsinin icarə yə verilməsi ilə bağlı hərracın keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının rəyinin alınması, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmasına dair qərar qəbul edilməsi barədə bilə-bilə yalan məlumatları öz imzası və üzərində “Azərbaycan Respublikası Göygöl rayonu Hacıməlik Bələdiyyəsi” sözləri yazılan dairəvi möhürlə təsdiq etdiyi, rekvizitlərə malik rəsmi sənəd hesab edilən xx.xx.2021-ci il tarixli 13 saylı iclas protokoluna daxil edib tərtib edərək, həmin protokolun 2-ci vərəqində “Şahid1” qeydləri olan qrafada Şahid1 əvəzinə özü imza edib, vəzifəli şəxs kimi rəsmi sənədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
7. Göygöl Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi haki m X7) 9 fevral 2023-cü il tarixli, 1(066)-08/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 308.1, 309.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 308.1-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 309.1-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına və CM-in 313-cü maddəsi ilə CM-in 46.2-c i maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi, CM-in 66.2, 66.4 və 68.3.1-ci maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə daimi yaşayış yeri olan Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl və Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması, hökmün icrasının təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər də həll edilmişdir.
8. Hökmdən narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli hökmünü ləğv edərək, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X13 və X10 ibarət məhkəmə tərkibində) 24 may 2023-cü il tarixli, 1(104)256/2023 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 308.1, 309.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 1(066)08/2023 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
11. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillə ri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik aktlarına istinadlar edərək göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qeyriobyektiv, qərəzli, ədalətsiz və qanunsuz olmaqla maddi və prosessual hüquq normalarını pozmaqla çıxarılmışdır.
12. Belə ki, Göygül Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə qeyd olunmuşdur ki, Göygöl rayonu Hacıməlik Bələdiyyəsinin sədri Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq Bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, vəzifə saxtakarlığı törətmişdir. Buna əsas kimi də qanuni əsaslarla hərrac yolu ilə satışa çıxarılmış bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi zamanı baş vermiş prosessual pozuntular göstərilmişdir. Belə ki, bu məsələ ilə əlaqədar olaraq ilkin araşdırma zamanı Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Nicat Şəmşirova lazımi məlumatlar verilmiş, Göygöl rayonu Hacıməlik Bələdiyyəsi mülkiyyətinə aid olan 9.48 ha ehtiyat fond torpaq sahəsinin əkinçiliyin inkişaf etdirilməsi məqsədi ilə 20 illik icarəyə verilməsi üçün X5 X17 X15 və Hərrac komissiyası ilə bağlanmış müqavilə və Göygöl rayonu Hacıməlik kənd sakini Şahid8 qızma torpaq sahəsinin ayrılmasına dair xx.xx.2021-ci il tarixdə iclas keçirilmiş, lakin texniki səbəblərdən və bələdiyyə binasının mövcud olmamasından həmin iclas üzrə protokolun bələdiyyə üzvləri tərəfindən imza edilmədiyi nəzərə çatdırılmışdır. Həmçinin, xx.xx.2022-ci il tarixdə bələdiyyə üzvlərinin növbəti iclasında xx.xx.2021-ci il tarixdə Hacıməlik Bələdiyyəsi mülkiyyətinə aid olan 9.48 ha ehtiyat fond torpaq sahəsinin əkinçiliyin inkişaf etdirilməsi məqsədilə müsabiqə yolu ilə 20 illik icarəyə verilməsinə dair məsələ bird aha bələdiyyə üzvlərinin müzakirəsinə çıxarılmış və iclas zamanı bələdiyyə üzvləri tərəfindən yenidən yekdilliklə gündəliyə çıxarılmış məsələ üzrə müsbət rəylər verilərək həmin, Hacıməlik Bələdiyyəsi mülkiyyətinə aid olan 9.48 ha ehtiyat fond torpaq sahəsinin əkinçiliyin inkişaf etdirilməsi məqsədi ilə Şahid8 qızma verilməsinə dair hərraca çıxarılmasına müsbət rəy verməklə protokolu imzalanmışdır. Bununla da, sübuta yetirilmişdir ki, nə bələdiyyəni n nə də dövlətin qanunla qorunan heç-bir mənafeyinə zərər vurulmamışdır. Həmçinin, xx.xx.2022-ci il tarixli ittiham aktını tərtib edən Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri cənab X18 rayon Hacıməlik bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 12 saylı iclas protokolunda, satılması ilə əlaqədar qeyd olunan 0,08 ha və 0,1 ha torpaq sahələrinin alğı-satqı prosesi ilə bağlı sənədləri, həmçinin müvafiq iclas protokolu, habelə 2014-cü ildən etibarən Göygöl rayon Hacıməlik bələdiyyəsinin bələdiyyə sədrinin seçilməsi, eləcə də, bələdiyyə üzvləri Şahid1 və X1 xitam verilməsinə dair iclas protokolları, həmçinin xx.xx.2020-ci il tarixli 01 saylı iclas protokolunun surətləri təqdim edilmişdi r.
13. Kassator şikayətinin dəlilləri qismində eyni zamanda qeyd etmişdir ki, məhkəmə Məhkum Azərbaycan Respublikası CM-in 308.1, 309.1 və 313-cü maddələri ilə cəza təyin edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, cinayətin xarakterini, ictimai təhliikəlilik dərəcəsini, cəzanın məqsədlərini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə almamışdır.
14. Bundan əlavə müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum və digər şəxslərin cinayət işi materiallarında olan ifadələrindən aydın bir şəkildə görünür ki, təqsirləndirilən şəxsin əməllərində sadalanan cinayətin əlamətləri yoxdur, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi sübut edilmir. Həmçinin o, öz qulluq səlahiyyətlərind ən qulluq mənafeyinə qəsdən zidd olaraq Bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmamış və vəzifə səlahiyyətlərini aşmamışdır. Məhkum vəzifə saxtakarlığı törətməsi faktı heç-bir şəkildə sübuta yetirilmir. Məhkum əməllərinin CM-in 308.1, 309.1 və 313-cü maddələrinə tövsüf olunub barəsində bununla bağlı cəza təyin edilməsi qanuna uyğun deyildi
15. Məhkum müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli, 1(104)-256/2023 nömrəli qərarının ləğv edilər ək Məhkum bəraət verilməsini, bu mümkün omadığı təqdirdə isə onun barəsində CM-in 308.1, 309.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
17. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublika sı CPM-in 419-cu maddəsi müəyyən edir.
20. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
21. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırm ır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
23. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən tə rəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını, məhkəmə kollegiyasının onun dəlilləri ilə razı olmadığı təqdirdə isə, barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibi olmadığından barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, həmçinin bu mümkün olmadığı təqdirdə barəsində islah işləri cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
24. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli, 1(104)-256/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
25. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
26. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələ rinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
27. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
28. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə b axışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
29. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
30. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutlar ın məhkəmə tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair Məhkum müdafiəçisinin arqumentlərini əsassız hesab edir.
31. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
33. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlam ətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
34. Apellyasiya instansiya məhkəməsi məhkumun müdafiəçisi tərəfindən verilmiş, hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 308.1, 309.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kif ayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (məhkumun istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi bir sıra xüsusatlarla, birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyi və digər məhkəmə-istintaq materialları ilə) təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 308.1, 309.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cina yət əməlini törətməkdə təqsirli bilinmişdir.
35. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətinin dəlilləri qismində Məhkum ittiham oldunduğu cinayət əməlində cinayət tərkibinin mövcud olmaması, lakin məhkəmələr tərəfindən həmin məsələyə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəlinmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələyə cinayət işi materiallarında öz əksini tapan sübutların, xüsusi ilə də təqsirləndirilən şəxsin istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi bir sıra xüsusatlarla, birinci instansiya məhkəməsində dindirilmiş zərərç əkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyi və digər maddi sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, Məhkum hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri qismdində göstərilən məhkum barəsində həddindən artıq ağır cəza təyin edilməsi, bununla da ədalət, humanizm və digər prinsiplərin pozulması, barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının tətbiqi mümkünlüyünə münasibətdə aşağıdakıları qeyd edir.
37. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
38. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
39. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş c inayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
40. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
41. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırl aşdıran hal kimi nəzərə alına bilməz.
42. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
43. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
44. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
45. Belə ki, Məhkum barəsində daha yüngül, yəni təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsinə dair iddia sonuncunun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələri üzrə CM-in 66.2, 66.4 və 68.3.1-ci maddələrinə əsasən qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 1(066)-08/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır.
46. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsi, himayəsində iki azyaşlı uşağının olmasını və cəzanı ağırlaşdıran hal kimi cinayəti təkrar törətməsini nəzərə alaraq, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir.
47. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmu ş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamış, apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza təyin edilməsi barədə tələblərlə razılaşmayıb hökmü dəyişdirilmədən saxlamışdır.
48. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyas ı birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
49. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
50. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli, 1(104)256/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılma lıdır.
51. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli, 1(104)-256/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.