Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-107/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli 1(107)-338/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin (sədrlik edən: Hilal Xəlilov) 31 may 2024-cü il tarixli 1(063)-39/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1993-cü ildə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 176-1.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsin də çəkməklə, cəza çəkmə müddətinin əvvəli 31 may 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etmişdir. Belə ki, Məhkum sevgi münasibətində olduğu nikah yaşına çatmamış xx xxxxxx 2006-cı il təvəllüdlü Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs istifadəsində olan 050- 504-87-91, ***-***-**-**, ***-*****-** və ***-***-**-** mobil nömrələrdən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddət ərzində zərərçəkmişin özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətməklə, onunla nikaha girməyəcəyi təqdirdə yaşadığı ərazidə mob il telefonunda olan fotoşəkilləri yaymaqla kənd sakinləri arasında rüsvay edəcəyi, ailəsinə zərər vuracağı məzmununda mesajlar yazıb psixi zor tətbiq etməklə və hədələməklə sonuncunun iradəsinə zidd olaraq nikaha daxil olmağa məcbur etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Elman İsayev və Akif Eyvazov) 23 iyul 2024-cü il tarixli 1(107)-338/2024 nömrəli qərarı ilə Ucar Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 1(063)-39/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli 1(107)-338/2024 nömrəl i qərarının dəyişdirlməsini və Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 1761.2-ci maddəsi ilə cərimə cəzasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli 1(107)-338/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 15 yanvar 2025-ci il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 11 oktyabr 2024-cü il tarixdə Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə Məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürü r və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli 1(107)-338/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəf indən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-107/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-107/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver