Məhkəmə qərarları › İş №1(102)-1070/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1070/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1070/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəç i tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Aqil Musayev, hakimlər Nizami Quliyev və Xamməd Nuriyevdən ibarət tərkibdə) 1(099)185/2020 nömrəli 16 iyun 2020-cu il tarixli hökmü ilə, 29 mart 2004-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəbinin10-cu sinif şagirdi olmaqla natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü nə əsasən Məhkum Füzuli rayonu, Böyük Bəhmənli kəndində qonşuluğunda yaşayan, 04 oktyabr 2008-ci il təvəllüdlü olmaqla, onun üçün aşkar surətdə 14 yaşına çatmayan X3 qarşı iradəsinə zidd olaraq uşaqbazlıq etmək qərarına gələrək, 29 iyun 2019-cu il tarixdə saat 21 radələrində sonuncunun yaşadığı evin həyətyanı sahəsində yerləşən ayaqyoluna girməsini görüb ayaqyolunun üzərinə daş parçaları atmış, Ömər Nəcəflinin bundan qorxub əynində olmuş şortik və alt tumanı dizləri səviyyəsində olan vəziyyətdə ayaqyolundan çölə çıxmasına nail olduqdan sonra çəpərin üzərindən keçib yanına gəlmiş, sonuncunun köməksiz vəziyyətdə olmasından istifadə edərək hər iki qolunu arxaya tərəf burub yaxınlıqdakı qoz ağacının altına gətirmiş, sinəsini ağacın gövdəsinə dirəmiş və cinsiyyət orqanını tüpürcəyi ilə islada raq, arxa keçəcəyinə zorla salıb Ömər Nəcəfli ilə düz bağırsağının xarici büzücü əzələsinin (sfinktor) bir qədər boşalması və qanaxması ilə nəticələnən qeyri-təbii yolla cinsi əlaqədə olmaqla, sonuncuya qarşı uşaqbazlıq növündə seksual xarakterli zorakılıq hərəkəti etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Etibar Camalov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) 23 noyabr 2020-ci il tarixli, 1(106)-407/2020 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 1(099)185/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 noyabr 2020-ci il tari xli, 1(106)-407/2020 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermiş, şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 27 iyul 2021-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. 23 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, o, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar