Məhkəmə qərarları › İş №1(102)-1070/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1070/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1070/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum2 müdafiəçisi Aslanov Emil Mustafa oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Aslanov Emil Mustafa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum2, 21 мart 1992-ci il tarixdə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsil li, evli, himayəsində iki azyaşlı uşağı olan, sürücü kimi fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı Hərbi Məhkəməsinin 25 noyabr 2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu oldənilmiş, Ağdam rayonunun İsmayılbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış CM-nin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı ) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 2020-cı ilin fevral ayının əvvəllərində külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən, qaçaqmalçılıq yolu ilə keçirmə barədə telefon vasitəsi ilə İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslə, Azə rbaycan Respublikasında isə tanışı Azərbaycan Respublikasının vətəndaşı Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq 18 fevral 2020-ci il tarixdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilmiş təmiz çəkisi külli miqdarda 1972,872 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış tiryək və təmiz çəkisi külli miqdarda 199,4 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitələri İran İslam Respublikası ilə Azərbaycan Respublikası DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi “Biləsuvar” gömrük postunda neytral zonada cinayətdən xəbərsiz şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsinin arxa təkərlərinin arasındakı hissədə yerləşdirərək qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail ol unmuş, həmin nəqliyyat vasitəsi cinayətdən xəbərsiz şəxs tərəfindən Azərbaycan Respublikasına daxil olduqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Məhkum1lə birlikdə onun idarə etdiyi **-HD-*** qeydiyyat nişanlı "Vaz 2106” markalı nəqliyyat vasitəsi ilə həmin nəqliyyat vasitəsini izləmiş, cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Məhkum1 Qaradağ rayonu ərazisində istintaqla müəyyən edilməmiş şəraitdə həmin narkotik vasitələri nəqliyyat vasitəsindən götürərək qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni onun idarəyə etdiyi nəqliyyat vasitəsinə gətirərək birlikdə saxlamış, daşımış, hər birinə 1000 manat olmaqla, ümumilikdə 2000 manat müqabilində tamah məqsədi ilə ümumi niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Məhkum1 külli miqdarda 19 72,872 qram kustar üsulla hazırlanmış tiryək və külli miqdarda 199,4 qram kustar üsulla hazırlanmış heroin narkotik vasitələrindən 183 qram heroini 1 bağlamada və birində 990 qram və digərində isə 970 qram olan kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsini 2 bağlamada yerləşdirərək üzərində “Magna” yazısı olan 1 ədəd boz rəngli selofan torbada, 1 bükümdə külli miqdarda 16,4 qram kustar üsulla hazırlanmış heroin və 2 bükümün birində 5 qram, digərində isə 7,9 qram olmaqla ümumilikdə 12,9 qram kustar üsulla hazırlanmış tiryək narkotik vasitələrini isə əynindəki qara rəngli gödəkçənin içəri sol cibində yerləşdirərək saxlamış, daşımış, o, isə 1 ədəd bükümdə 0,377 qram kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsini sol ayağında olan ayaqqabının ıçinin uc hissəsində saxlamış, daşım ış, cinayətkar qrupun digər üzvü Məhkum1 ümumi cinayətkar niyyətə uyğun olaraq həmin narkotik vasitələri “Lada” markalı **-SX-*** qeydiyyat nişanlı, ağ rəngli minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən “Sait” otelinin qarşısına gələrək və həmin narkotik vasitələri 18 fevral 2020-ci il tarixində saat 20 radələrində “Abbas” adlı şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satmaq istəyərkən Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı saxlanılmış, o, isə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsinə 20 fevral 2020-ci il tarixdə saat 10:15-də Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmış, sol ayağında olan ayaqqabının içəri uc hissəsində gizlətdiy i 1 ədəd bükümdə 0,372 qram təşkil edən kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsi aşkar edilib götürülmüşdür. Bundan əlavə, o, 2020-ci il fevral ayında istintaqa məlum olmayan mənbədən əldə etdiyi təmiz çəkisi 1,072 qram olan ağ rəngli kristal maddə metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, 1 ədəd bükümdə qablaşdıraraq saxlamış, idarə etdiyi **-HD-*** qeydiyyat nişanlı, ‘VAZ 2106” markalı minik avtomobilinin salonundan tavanın ön hissəsinə bitişik plastik panelin altında yerləşdirərək daşımış, Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 20 fevral 2020-ci il tarixdə saat 10:15-də saxlanılmış, idarə etdiyi **-HD-*** qeydiyyat nişanlı, “VAZ 2106” markalı minik a vtomobilinə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin salonundan tavanın ön hissəsinə bitişik plastik panelin altında gizlətdiyi 1 ədəd bükümdə 1,072 qram olan ağ rəngli kristal maddə - metamfetamin psixotrop maddəsi aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum2 müdafiəçisi X8 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 30 noyabr 2021-ci il tarixli tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından müdafiəçi E.M.Aslanov kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək Məhkum 2 əməlinin CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.5,206.2-ci maddəsinə tövsif edilməsini və ona himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə almaqla daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi E.M.Aslanov kassasiya şikayətini belə əsaslandırmışdır ki, hazırki cinayət işi üzrə istinad edilən narkotik vasitələri “Mövsüm” adlı şəxs Məhkum2 qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitələri “Biləsuvar” gömrük postundan, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə yük avtomobilinə yerləşdirməklə təkbaşına keçirmiş, bu əməli törədərkən heç kimlə cinayət əlaqəsinə girməmiş, yəni cinayətin bilavasitə icraçısı həmin şəxs olmuşdur. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə qeyd olunan halı nəzərə almamış və qaçaqmalçılıq cinayətinin törədilməsi ilə bağlı hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin hüquqi tövsifində səhvə yol vermişlər. Daha sonra, kassasiya şikayətinin müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə Məhkum2 cəzasını yüngülləşdirən və CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş hansı halın olmaması gösərilsə də, bu məsələ ilə bağlı da məhkəmələr düzgün nəticəyə gəlməmişlər. Belə ki, mötəbər sənədlərlə müəyyən olunur ki, Məhkum2 himayəsində iki azyaşlı uşaqları, heç yerdə işləməyən həyat yoldaşı və yaşlı valideynləri var, o, ilk dəfə cinayət törətmişdir, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailədə qazanc gətirən yeganə şəxsdir, özünün səhhətində də müəyyən problemlər müşahidə olunur (ağciyər pnevmoniyasından əziyyət çəkir, hadisədən 1 ay əvvəl isə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ayağından ağır travma almış və buna görə ayağına mil qoyulmuşdur). Həmçinin Məhkum2 əvvəllər kiq-boksinq idman növü üzrə Beynəlxalq turnirlərdə dövləti təmsil etmiş, müxtəlif medal və təltiflərə mükafatlandırılmış, ailə üzvləri aprel döyüşlərində yaralandıqlarına görə vətən müharibəsi veteranı adına layiq görülmüşlər. Lakin, məhkəmələr Məhkum2 barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən bu halları kifayət qədər nəzərə almamışlar. Şərh olunanlara əsaslanaraq müdafiəçi E.M.Aslanov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılm asına baxmayaraq, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının və müdafiəçinin rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum2 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırı lmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi E.M.Aslanovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkəmələr tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı Məhkum2 əməlinin əsassız olaraq CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilərək həmin əməlin tövsifində səhvə yol verildiyini və iş üzrə cəzanı yüngülləşdirən hallar nəzərə alınmamaqla ona həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək öz kassasiya tələblərini CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə törə dilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası məhkum E.M.Aslanovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum2 barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəl illərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilmə si və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin mad dədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegi yası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu müddəalar, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb ictiamai təhlükəliliyinə görə yüngül cinayət əməli törətmiş şəxsin başqa, ağır cinayətin törədilməsinə görə təqsirli bilinərək cəzalandırılmasının yolverilməz olduğunu da nəzərdə tutur. Daa sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində gös tərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları A zərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsind ən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə edilmiş olsun. Belə ki, Avropa Məhkəməsininyerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin arad an qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmi şdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edlmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığını şərtl ərindən tələblərdən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələr ə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum2 müdafiəçisinin kassa siya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Əvvəla, Məhkum2 hökmdə istinad edilən və apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar əməlləri törətməsi birinci instansiya məhkəməsində CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə bilavasitə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Kassasiya şikayətinin məzmununa görə, müdafiəçi E.M.Aslanov da öz k assasiya müraciətində bu məsələni mübahisələndirmir və bununla bağlı heç bir tələb irəli sürmür. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bu əməllərin məzmunu, həmin əməllərin CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi və adı çəkilən məhkumun bu maddələrlə təqsirli bilinərək cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini, eləcə də apellyasiya instansiyası məhkəməsinin Məhkum2 CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə məhz azadlıqdan mərum etmə növündə cəzanın təyin edilməsinin məqsədə uyğun olmasını şübhə altına almaq üçün əsas görmür. Narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı Məhkum2 əməllərinin CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilm əməsi ilə barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən bu dəlillərlə qismən razılaşaraq qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələri məhkum olunmuş şəxsin icraçı qismində digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitələrn qaçaqmalçılığı cinayətini törətməsi barədə səhv nəticəyə gələrək onun faktiki törətdiyi əmələ cinayət hüquq normasını düzgün tətbiq etməmişlər. Belə ki, hazırki işin faktiki hallarından və bu halların arxasında duran mötəbər sübutlardan görünür ki, Məhkum2 hazırki iş üzrə məhkum olunmuş Məhkum1lə, İran İslam Respublikasının vətəndaşı “Mövsüm” adlı şəxslə və şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə göndəriləcək külli mqdarda narkotik vasitələrin müəyyən məbləğdə pul müqabilində qəbul edilməsi və satışının həyata keçirilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdikdən, yəni sövdələşdikdən sonra göstərilən “Mövsüm” adlı şəxs 18 fevral 2020-ci il tarixdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilmiş təmiz çəkisi külli miqdarda 1972,872 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış tiryək və təmiz çəkisi külli miqdarda 199,4 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitələri İran İslam Respublikası ilə Azərbaycan Respublikası DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi “Biləsuvar” gömrük postunda neytral zonada cinayətdən xəbərsiz şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsinin arxa təkərlərinin arasındakı hissədə yerləşdirərək qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşlar, “Mövsüm” adlı şəxs Məhkum2la və Məhkum1lə telefon əlaqəsi yaradaraq bu haqda onlara məlumat vermiş və narkotik vasitələr gizlədilmiş avtomaşın Azərbaycan Respublikasına daxil olduqdan sonra Məhkum2 həmin narkotik vasitələri sürücüdən xəbərsiz əldə etmək məqsədilə Məhkum1lə birlikdə onun idarə etdiyi **-HD-*** qeydiyyat nişanlı "Vaz 2106” markalı nəqliyyat vasitəsi ilə həmin nəqliyyat vasitəsini izləmiş, cinayətkar niyyətə uyğun Məhkum1 Qaradağ rayonu ərazisində istintaqla müəyyən edilməmiş şəraitdə həmin narkotik vasitələri nəqliyyat vasitəsindən götürərək qanunsuz olaraq əldə etmiş və onlar birlikdə sonuncunun idarə etdiyi etdiyi nəq liyyat vasitəsində bu vasitələri birlikdə saxlamış və daşımışlar. İş materiallarından göründüyü kimi, Məhkum2 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsini, yəni əldə edilməsini, saxlanılmasını və daşınmasını həyata keçirmək məqsədilə 18 fevral 2020-ci il tarixdə İran İslam Respublikasında olmamış, sonradan əldə etdiyi narkotik vasitələrin gizli şəkildə, yaxud da qaçaqmalçılığın digər üsullarından istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün heç bir hərəkət etməmiş və yalnız əldə olunmuş razılığa əsasən həmin narkotik vasitələri artıq Azərbaycan Respublikasının ərazisində gəbul edərək tamah niyyəti ilə onların satışını həyata keçirmək məqsədi izləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla təsdiq olunan işin bu faktiki hallarına Məhkum2 digər şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığını məhz həmin cinayətin icraçısı qismində törətməsi barədə fikir yürütmək olmaz. Məhkəmə kollegiyasının bu qənaəti aşağıda göstərilənlərə əsaslanır. Məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, CM-nin 31-ci maddəsində iştirakçılığın anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birba şa qəsdlə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələndirilir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar CM-nin 34.1-34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və y a cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları CM-nin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsinin bir sıra maddələrində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. CM-nin 34.1 və 34.2-ci maddələrinin müqayisəsindən görünür ki, CM-nin 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-nin 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfində n törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı 2 nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır (“qabaqcadan əlbir olan bir qrup şəxs”in məhz birgə icraçılığı ehtiva edən iştirakçılığın növü olması – bu “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycabn Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərindən də irəli gələn qənaətdir). Cinayətin icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərək ətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 33.3-cü maddəsində cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, CM-nin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi təsbit edilmişdir. Odur ki, CM-nin 33.3-cü maddəsinə görə təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələb adı çəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi t övsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Buna görə CM-nin 33.1-ci maddəsində iştirakçıların məsuliyyətinin onların hər birinin cinayətin törədilməsində faktiki iştirakını n xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməsi öz əksini tapmışdır. Həmçinin CM-nin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən CM-nin 32-ci maddəsinə istinad edilmir. Bu baxımdan, iştirakçıların əməllərinin həm CM-nin 32-ci maddəsinə, həm də CMnin Xüsusi hissəsinin müvafiq maddəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir o halda ki, təqsirkarın təşkilatçı, təhrikçi və ya köməkçi qismində iştirak etdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxs tərəfindən icra edilməsin. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, CM-nin 34.2-ci maddəsi on u nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilmiş hesab olunması üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdikləri halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.Buna görə iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədikləri və ya onların ə məllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Bu təfsirin qaçaqmalçılıq cinayətinin törədilməsinə görə təqsirləndirilən şəxsə münasibətdə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-nin 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün b əyan etməməklə keçirilməsi təşkil edir. Belə əməllər qabaqcadan əlbir olmuş şəxslər tərəfindən törədildikdə, yəni cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxs tərəfindən icra edildikdə həmin əməllər CM-nin 206.3.2-ci maddəsi ilə, bu əməllərin törədilməsində təşkilatçı, təhrikçi və ya köməkçi qismində iştirak edən şəxslərin əməlləri isə icraçıların törətdiyi cinayətə müvafiq olaraq CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməldir. Məhkəmə kollegiyasının bu nəticəsi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında əksini tapmış hüqu qi mövqedən və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarındakı izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan 06 may 2022-ci il tarixli Qərarında CM-nin 32,33 və 34-cü maddələrinə geniş şərh verərək belə nəticəyə gəlmişdir ki, CM-nin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. CM -nin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri CM-nin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmşdir ki, məhkəmələr təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələbləri nə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədi lə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməll ərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi Məhkum2 ona qaçaqmalçılığın törədilməsi ilə bağlı elan olunmuş ittiham üzrə təqsirli olması barədə qənaətə gələrkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən həmin ittihamı təsdiq edən sübutların kifayət edib-etməməsinə diqqət yetirməmiş, bu səbəbdən də Məhkum2 düzgün olmayaraq külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığını icraçı qismində törətməkdə təqsirli bilinərək cəzalandırılmışdır. Məhkəmə kollegiyası isə həm cinayət qanunvericiliyinin tələblərindən, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək, hesab edir ki, işin yuxarıda təsvir edilmiş halları Məhkum2 sözügedən hərəkətlərində CM-nin 206.3.2-ci maddəsində nəzər də tutulmuş cinayətin tərkibinin obyektiv cəhətini səciyyələndirən əlamətlərin olmadığını, onun əməlinin əsassız olaraq həmin maddə ilə tövsif olunduğunu, yəni əməlin düzgün tövsif edilmədiyini (apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən CPM-nin 416.1.15-ci maddəsində təsbit olunmuş pozuntuya yol verildiyini) göstərir. Halbuki, CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs on un təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttiham ı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplan mış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərini də nəzərə alaraq onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5.1-349.5.3-cü maddələrinin tələblərinə görə isə, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sü butlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.1-351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: - təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; - bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; - məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; Məhkəmə kollegiyası şərh olunan normaların tələblərindən və işin müəyyən olunmuş faktiki hallarından çıxış edib məhkum olunmuş şəxs Məhkum2 qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, vurğulayır ki, sonuncunun hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallarla və onların arxasında duran sübutlarla təsdiq olunur ki, o, başqa vasitələrlə Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitəni (CM-nin 206.2-ci maddəsinin nəzərdə tutduğu predmeti) təhvil alacağını qabaqcadan vəd edərək onları artıq gömrük sərhədindən keçirildikdən sonra Azərbaycan Respublikasının ərazisində razılaşdırılmış yerdən götürüb Bakı şəhərinə aparmağı vəd etmiş və on un bu hərəkətləri cinayətin icraçısını deyil, CM-nin 32.5-ci maddəsində köməkçini xarakterizə edən əlamətlərlə uzlaşır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya qaydasında mübahisələndirilən qərar Məhkum2 bu hərəkəti törətməsi, yəni qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi hissəsində dəyişdirilməklə məhkumun şərh olunan əməli CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2-ci maddələrinə tövsif edilməli və ona bu maddələrlə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələbləri, o cümlədən CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal – onun himayəsində iki azyaşlı uşağının olması və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməli aşağıdakı digər hallar nə zərə alınmaqla törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olan yeni cəza təyin edilməlidir. Eyni zamanda, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum2 himayəsində iki azyaşlı uşaqların olması müəyyən edilməsə də, müdafiəçi E.M.Aslanov hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cəzanın yüngülləşdirilməsi barədə həm apellyasiya, həm də kassasiya şikayətində irəli sürdüyü tələbini əsaslandırarkən həmin müraciətlərinə bunu, yəni CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olmasını təsdiq edən şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərini də əlavə etmişdir. Həmin sənədlərə görə, Məhkum2 himayəsində 23 iyun 2013-cü il tarixdə doğulmuş İlkin adında oğl u və 15 iyul 2016-cı il tarixdə doğulmuş Dəniz adında qızı var. Bununla yanaşı, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanaraq Məhkum2 kik-boksinq üzrə müxtəlif vaxtlarda müxtəlif yarışlarda iştirak edərək Azərbaycanı təmsil etməsini, həmin yarışlarda qələbə qazandığına görə medal və diplomlarla təltif olunmasını və yol-nəqliyyat hadisəsi nəticəsində travma alaraq bundan əziyyət çəkməsini və müalicə olunmasını da CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən hallar kim qiymətləndirir və bütün bu hallara görə ona CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının müddətlərini də endirilməsini mümkün bilir. O, ki, qaldı müdafiəçinin kassasiya şikayətində istinad etdiyi və onun fikrincə, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməli olan digər hallara (məhkumun himayəsində heç yerdə işləməyən həyat yoldaşının və yaşlı valideynlərinin olmalarına, özünün ilk dəfə cinayət törətmiəsinə və fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailədə qazanc gətirən yeganə şəxs olmasına) görə ona təyin olunmuş cəzaların yüngülləşdirilməsi haqda tələbə, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum2, onun məhkumluğu ödənilsə də, əvvəllər məhkum olunduğuna görə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs hesab edilə bilməz, sadalanan digər halları təsdiq edən hər hansı sübut isə müdafiəçi E.M.Aslanov tərəfindən məhkəmələrə, o cümlədən kassasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Halbuki CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə əsasən iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar ın olması da yalnız sübutlara əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.M.Aslanovun və həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, F.X.Aslanovun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməklə onun küll miqdarlarda narkotik vasitələrin qaçaqmalçılığnda köməkçi qismində iştirak etməsi əməli CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.5, 206.3.2-ci maddələrinə tövsif olunmalı, ona CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının müddətləri azaldılmalı və bundan sonra məhkum olunmuş şəxsə CM-nin 66.3-cü əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməklə Məhkum2 narkotik vasitənin qaçaqmalçılığnda köməkçi qismində iştirak etməsi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2-ci maddələrinə tövsif edilsin və ona bu maddələr əsasında 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin o lunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 3 (üç) ayadək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 (səkkiz) il 3 (üç) ayadək endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X5 hazırki qərarla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar