Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1071/2019 24.07.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1071/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 23 iyul 2019-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 07 yanvar 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X4 tərəfindən birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin (hakim M.S.Kazımov) 01 noyabr 2018-ci il tarixli 1(042)-43/2018 nömrəli hökmü ilə 09 may 1960-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2-ci qrup əlil, məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvvanda yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilməklə 4 (dörd) il sınaq müddəti müəyyən edilmişdir. İşin halları: Bi rinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, 40.000 ABŞ dolları ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə tutularaq Zərərçəkmiş şəxs1 verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(103)-6İ 1/2011 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gədəbəy rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 3(041)-81/2016 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirərək qanuni qüvvəyə m inmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 07 yanvar 2019-cu il tarixli 1(104)30/2019 nömrəli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X4 birgə verdikləri kassasiya şikayətində xahiş edirlər ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və Məhkum təqsirli bilindiyi Azə rbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilərini zərərçəkmiş Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X4 onunla əsaslandırırlar ki, birinci instansiya məhkəməsi məhkuma təyin edilmiş cəzanı şərti hesab edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını və məhkumun şəxsiyyətini nəzərə almamış, məhkumun şəxsiyyətinə və cinayətin xarakterinə açıq-aydın uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir ki, bu da məhkəmə hökmünün dəyişdirilməsi üçün əsasdır. Belə ki, Məhkum ona olan borcundan bu günə qədər heç bir ödəniş etməmişdir. Onun törətmiş olduğu cinayət əməli ağır cinayətlər kateqoriyasına aid edilməsə də, ictimai təhlükəlilik baxımından obyektiv qiymətləndirilməli və cəza təyin edilərkən nəzərə alınmalı idi. Lakin, apellyasiya məhkəməsi qeyd olunan əsasları nəzərə almamışdır. Bununla da məhkəmə kollegiyası Cinayət Məcəlləsində nəzərdə tutulan prinsipləri pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili Məhkum cəza təyin edilərkən və təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün sayılarkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, məhkumun şəxsiyyətinin düzgün nəzərə alınmaması, cəzanı yüngülləşdirən halların düzgün müəyyən edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müdd ətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəm əsi tərəfindən Məhkum oğlunun barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərp ası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Birinci instansiya məhkəməsi Məhkum ilk dəfə az ağır cinayət törətməsini, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və 2-ci qrup hərbi xidmət əlili olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmə Məhkum barəsində cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul ed ilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkumun cəmiyyətdən təcrid edilmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasın da ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən və qərardan görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında Məhkum cəzasının daha da ağırlaşdırılması, yaxud barəsində tətbiq olunmuş şərti məhkum etmənin ləğv üçün digər əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2019-cu il tarixli Məhkum haqqındakı qərarının zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2019-cu il tarixli Məhkum haqqındakı qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1071/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1071/2019
24.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver