Məhkəmə qərarları › İş №1(102)-1071/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1071/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1071/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisləri X12, X3, X5 və məhkumun müdafiəçiləri Müdafiəçi, X9 və X6 iştirakları ilə, X24 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: X24 Məhkəməsinin (sədrlik edən hakim Bilal Məmmədov, hakimlər Rəşid Hüseynov və Nahid Mirzəyevdən ibarət tərkibdə) 1(091)-80/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə, Məhkum, xx xxx 1989-cu ildə Göyçay rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olmaqla yaşamış; Azərbaycan Res publikası CM-in 263-1.4-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X21 Yol Patrul Xidməti Alayının 7-ci tağımının yol patrul xidməti inspektoru vəzifəsində işləyərkən xx xxxxxx 2018-ci il tarixdə saat 23 rаdələrində Ucar şəhəri, Şirvan küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 оğlunun mülkiyyətində оlаn “Mercedes Benz E” m аrkаlı, **-BU-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbili “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq еtibаrnаmə olmadan, eləcə də həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə zidd olaraq orta dərəcəli alkoqol sərxoşluğu halında, həmin Qаnununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə Göyçay-Bərgüşad аvtоmоbil yоlunun Göyçаy rаyоnunun Cəyirli kəndi ərаzisindən kеçən 2-ci kilоmеtrində baş yolla Bərgüşad istiqаmətində idаrə еdərkən “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməklə, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitə sinin xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, eləcə də hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etmədiyindən idarə etdiyi avtomobil xx xxxx 1968-ci il tariхdə dоğulmuş Göyçay rayоnunun Çayarхı kənd sakini Əhmədоv Ənvər İlyas оğlunun Göyçаy rаyоnunun Cəyirli kəndi ərazisində olan ikinci dərəcəli yoldan baş yol olan Göyçay- Bərgüşad аvtоmоbil yоluna idarə edərək çıxdığı Vaz 21063 markalı 23BD123 dövlət qеydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə е htiyаtsızlıqdаn VАZ 21063 mаrkаlı аvtоmоbilin sürücüsü X4 baldır sümüklərinin açıq yerdəyişən sınıqları, sol bud sümüyünün orta 1/3-dən, sol bazu sümüyünün aşağı 1/3-dən və döş qəfəsinin sol tərəfində İV-V qabırğaların, sol aşıq-daban sümüyünün yerdəyişmiş qapalı sınıqları, sağ alın-qaşüstü nahiyədə yumşaq toxumanın hematoması ilə müşayiət olunan sıyrıqları, sol qaşüstü, burun tağı, sağ daban oynağı və aralıq nahiyəsinin qanaxma ilə müşahidə olunan yumşaq toxumaların əzilmiş-cırılmış yaraları, sağ göz yuvası altı nahiyənin qançırı, alt çənə nahiyəsinin sıyrıqlarından ibаrət həyаt üçün təhlükəli оlаn sаğlаmlığа аğır zərər vurmаyа аid еdilən хəsаrətlər аlаrаq sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, sol bud sümüyünün orta 1/3-dən, sol bazu sümüyünün aşağı 1/3-dən və döş qəfəsinin s ol tərəfində İV-V qabırğaların, sol aşıq-daban sümüyünün yerdəyişmiş qapalı sınıqları fonunda baş vermiş travma şoku və kəskin xarici qanitirmədən hаdisə yеrində, həmin аvtоmоbildə оlmuş sərnişinlər19 sеntyabr 1984-cü il tarixdə dоğulmuş Göyçay rayonunun Çayarxı kənd sakini Salmanоv Ramil Azər оğlunun qapalı kəllə-beyin travması, baş beyinə qansızma, sol bud sümüyünün orta 1/3-dən, sol bazu və sol said sümüklərinin orta 1/3-dən qapalı yerdəyişən sınıqları, sol alın-təpə, təpə nahiyəsində, yuxarı dodağın sol tərəfində və sol diz oynağının ön səthində yumşaq toxumanın hematoması ilə müşayiət olunan əzilmiş-cırılmış yaraları, sağ qaşüstü, sağ almacıq sümüyü proyeksiyasının, hər iki çiyin oynağı, sol bazunun orta 1/3-nin ön, qarınüstü və sol çanaq nahiyələrində, hər iki budun yuxarı-orta-aşağı 1/3-nin ön səthlərində və hər iki aşağı ətrafların dərialtı qansızmalı sahələri fonunda dərinin epidermis qatının soyulması ilə müşayiət olan sıyrıqları və qançırlarından ibarət həyаt üçün təhlükəli оlаn sаğlаmlığа аğır zərər vurmаyа аid еdilən хəsаrətlər аlаrаq qapalı kəlləbeyin travması, sol bud sümüyünün, sol bazu və sol said sümüklərinin orta 1/3-dən qapalı yerdəyişən sınıqları fonunda baş vermiş travma şoku və baş beyinə qansızmalardan hadisə yerində, 10 fеvral 1988-ci il tarixdə dоğulmuş Göyçay rayonunun Çayarxı kənd sakini X8 qapalı kəllə-beyin travması, beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, beyin yarımkürələrinin subdural hematoması, çənəaltı nahiyənin qançırı, qarnın ön hissəsində göbək ətrafı nahiyənin və hər iki aşağı ətrafların dəri altı qansızmalar, gövdənin arxa səthində sağ kürəkətrafı, sol kürəkaltı, belin sağ aşağı hissəsinin, sağ budun yuxarı 1/3-nin yan səthinin, sağ diz və sağ baldırın yuxarı 1/3-nin bayır səthlərinin və sol ayaqüstü nahiyədə dərinin epidermisin soyulmaları ilə müşayiət olunan sıyrıqları, sol diz oynağının ön səthində yumşaq toxumanın əzilmiş-sıyrılmış yarasından ibarət həyаt üçün təhlükəli оlаn sаğlаmlığа аğırzərər vurmаyа аid еdilən хəsаrətlər аlаrаq qapalı kəllə-beyin travması nəticəsində baş verən baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına, beyin yarımkürələrinin subdural hematoması fonunda baş-beyinə qansızmalar və travmatik şokdan hadisə yerində, xx xxxxxxx 2009-cu il tarixdə doğulmuş Göyçay rayonunun Çayarxı kənd sakini X23 оğlunun qapalı kəllə-beyin travması, beyin qişaları altına, to xumasına və mədəciklərinə qansızmalar, sol baldır sümüklərinin açıq sınıqları, sağ qaşüstü nahiyədə yumşaq toxumanın əzilmiş-cırılmış və başın sol alın və sol gicgah nahiyəsində dəri qatının qopması ilə müşayiət olunan yumşaq toxumanın soyulmuş yaraları, sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol aşağı ətrafda dərialtı qansızmalardan ibarət həyаt üçün təhlükəli оlаn sаğlаmlığа аğır zərər vurmаyа аid еdilən хəsаrətlər аlаrаq qapalı kəllə-beyin travması fonunda verən baş beyin toxumasına, onun mədəciklərinə, qişaları altına qansızmalar və sol baldır sümüklərinin açıq sınıqları ilə müşayiət olunan travmatik şokdan hadisə yerində, xx xxx 1963-cü il tarixdə doğulmuş Göyçay rayonu, Çayarxı kənd sakini Salmanоva Qənimət Usub qızının sağ tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarıs ında Vİİ-Vİİİ, sol yarısında V-Vİ-Vİİ qabırğaların və döş sümüyünün sınıqları, sol bud sümüyünün aşağı 1/3-dən oynaq daxili yerdəyişmiş sınığı, sol kürək sümüyünün qəlpəli yerdəyişən sınığı, hər iki ağciyərin yuxarı və aşağı seqmentlərinin paraksezmal kontuziya sahələri ilə müşayiət olunan qansızmaları, bədənin çoxsaylı əzilmiş-sıyrılmış yaralarından ibarət həyаt üçün təhlükəli оlаn sаğlаmlığа аğır zərər vurmаyа аid еdilən хəsаrətlər аlаrаq döş qəfəsinin sağ yarısında Vİİ-Vİİİ, sol yarısında V-Vİ-Vİİ qabırğaların və döş sümüyünün sınıqları, sol bud sümüyünün aşağı 1/3dən oynaq daxili yerdəyişmiş sınığı, sol kürək sümüyünün qəlpəli yerdəyişən sınığı, hər iki ağciyərin yuxarı və aşağı seqmentlərinin paraksezmal kontuziya sahələri ilə müşayiət olunan qansızmalar fonunda sağ tərəfli ağciyərlər in hemotoraksından xx.xx.2018-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri X10 və Ortopediya institutunda ölümlərinə, həmin аvtоmоbildə оlmuş digər sərnişinlər xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş, Göyçay rayonu, Çayarxı kənd sakini X1 hər iki bud sümüyünün orta 1/3-dən qapalı sınıqlarından ibarət səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya və sidik kisəsinin cırılmasından ibarət həyаt üçün təhlükəli оlаn sаğlаmlığа аğır zərər vurmаyа аid еdilən хəsаrətlər almasına, 22 nоyabr 1993-cü il tarixdə doğulmuş Göyçay rayonunun Çayarxı kənd sakini Salmanоva Aygül Ənvər qızının sol said sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı və sağ mil sümüyünün tipik yerdən yerdəyişmiş sınığından ibarət səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlam lığa az ağır zərər vurmaya аid еdilən хəsаrətlər almasına, xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş, Göyçay rayonunun Çayarxı kənd sakini X7 başın təpə nahiyəsinin çapığından ibarət səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, sağ mil sümüyünün aşağı 1/3-dən sınığından ibarət səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya аid edilən və travmatik şok ilə müşayiət olunan hər iki bud sümüyünün yerdəyişmiş sınıqlarından ibarət həyаt üçün təhlükəli оlаn sаğlаmlığа аğır zərər vurmаyа аid еdilən xəsarətlər almasına, xx xxxxx 2016-cı il tarixdə doğulmuş, Göyçay rayonunun Çayarxı kənd sakini X11 alın nahiyəsinin sıyrılmış yarasından ibarət dərəcəsi təyin edilməyən xəsarətlər almasına, eləcə də, özünün idarə etdiyi “Mercedes Be nz E” mаrkаlı, 99BU098 dövlət qеydiyyаt nişаnlı аvtоmоbildə olmuş sərnişinlər 19 dеkabr 1986-cı il tarixdə doğulmuş, Göyçay rayonunun Cəyirli kənd sakini Hacıyеv Ülvü Хalid oğlunun sağ əlin İ barmağın əsas falanqasının oynaq daxili, qəlpəli, yerdəyişən distal falanqanın yerdəyişməyən sınıqlarından ibarət səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya аid edilən və qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi, soldan alıngicgah sümüklərinin basılmış sınığı, sol gicgah nahiyəsinin epidural hematomasından ibarət həyаt üçün təhlükəli оlаn sаğlаmlığа аğır zərər vurmаyа аid еdilən xəsarətlər almasına, xx xxxx 1989-cu il tarixdə doğulmuş, Göyçay rayonu, Cəyirli kənd sakini Zərərçəkmiş şəxs2 sağ ayaqüstü nahiyədə İV ayaq darağı sümüyü proyeksiyasında dəri yarasın dan ibarət dərəcəsi təyin edilməyən xəsarətlər almasına, eyni zamanda “Mercedes Benz E” mаrkаlı, 99BU098 dövlət qеydiyyаt nişаnlı аvtоmоbilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 5190 mаnаt, X16 mülkiyyətində olan Vaz 21063 markalı **-BD-*** dövlət qеydiyyat nişanlı avtomobilin məhv edilməsi ilə 2500 manat dəyərində mаddi zərər vurulmаsınа səbəb оlаn yol nəqliyyat hadisəsi törətməklə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-315/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Akif Eyvazov, hakimlər Rafail Əliyev və İmanverdi Şükürovdan ibarət tə rkibdə) təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X24 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəmə kollegiyası faktiki olaraq həmin müraciətlərdə irəli sürülən dəlillərə obyektiv, hərtərəfli və düzgün hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin hökmündə yazılanları qərara daxil etməklə kifayətlənmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə verilmiş ittihamın əsasını xx xxxx xxxx 2018-ci il tarixdə iş üzrə təyin edilmiş kompleks məhkəmətrasoloji və yol-nəqliyyat hadisələri ekspertizası haqda qərarda göstərilənlər əsasında verilmiş xx xxxxxx 2018-ci il tarixli 27420 saylı rəy, həmçinin xx xxxx 2019-cu il tarixli “Əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında” qərar əsasında verilmiş xx xxx 2019-cu il tarixli 12032 saylı ekspert rəyləri təşkil edir. Lakin ekspertiza rəyləri işin real mexanizmi nəzərə alınmadan ancaq müstəntiqin ekspertiza təyin etmə qərarında həqiqəti əks etdirməyən göstəricilər əsasında verildiyi üçün həmin rəylər əsasında Məhkuma ittiham verilə bilməz. Rəylərin hər ikisi işin faktiki hallarına uyğun gəlmədiyi üçün aşağıda göstərilənlərə əsasən əhəmiyyətsiz rəy hesab olunmalı və Məhkum verilmiş ittihamedici sübutla rın siyasından xaric olunmalıdır. Beləliklə xx xxxxxx 2018-ci il tarixdə tərtib olunmuş hadisə yerinin baxış protokolu və sxemində, həmçnin Məhkum istər ibtidai istintaq zamanı və istərsə də məhkəmə iclaslarında verdiyi ifadələrdə, iş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 xx xxxxxx 2018-ci il tarixli ifadəsində və Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələrinə əsasən VAZ-21063 markalı avtomobilin torpaq yolda dayandığı yerdən yol ayrıcına daxil olduqda yol ayrıcında toqquşmanın baş verməsi istintaq orqanı tərəfindən başqa mötəbər sübutlarla təkzib olunmamışdır. İşdə olan mötəbər sübutlarla bir daha sübut olunub ki, VAZ-21063 markalı avtomobil yolların kəsişdiyi yerdən yol ayrıcına daxil olub toqquşma yerinə qədər 6 (altı) metr məsafə keçib. İstintaq və məhkəmə t əcrübəsindən məlumdur ki, VAZ-21063 markalı avtomobil dayandığı yerdən hərəkətə başlayıb toqquşma yerinə qədər keçdiyi 6 (altı) metr məsafəyə sərf olunan vaxt ərzində baş yolla saatda 60-70km. sürətlə hərəkət edən “Mersedes-Benz-E” markalı avtomobilin sürücüsü vaxt baxımından hadisənin qarşısını almağa texniki imkanı ola bilməz. Bunu yaxşı bilən işin istintaqını aparan Göyçay rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən 2-ci dərəcəli hüquqşünas X18 vəzifə səlahiyyətlərini aşaraq baş vermiş hadisədə Məhkum təqsirləndirə bilməsi üçün, hadisə günü, yəni xx xxxxxx 2018-ci il tarixdə tərtib olunmuş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolda və onun sxemində göstərilmiş toqquşma yerini xarakterizə edən qırıntıların töküldüyü yerə VAZ-21063 markalı avtomo bilin yol ayrıcına daxil olduğu yerdən toqquşma yerinə qədər keçdiyi 06 metr məsafəyə sərf olunmuş vaxtı artırmaqla sürücü Məhkum baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olması haqda ekspertizadan rəy ala bilməsi üçün hadisənin şahidi olmuş şəxslərdən, ancaq VAZ-21063 markalı avtomobilin sürücüsü X14 qızı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və hadisədə Məhkum təqsirli olmasında maraqlı olan Zərərçəkmiş şəxs1 xx xxxxxxxx 2018-ci il tarixdə ifadəsinin yerində yoxlanılması haqda istintaq hərəkətini icra etmişdir. Bu haqda tərtib olunmuş protokolda qeyd edilib ki, onların avtomobili dayandıqları yerdən toqquşma yerinə qədər qövsvari 14,6 metr məsafə qət etmişdir. Halbuki Zərərçəkmiş şəxs1 xx xxxxxx 2018- ci tarixli ifadəsində VAZ-21063 markalı avtomobilin yol ayrıcında to rpaq yolda dayandığı yerdən toqquşma yerinə qədər keçdiyi məsafəni qövsvari hərəkət etməsini göstərməmişdir. Cinayət işində də VAZ-21063 markalı avtomobilin toqquşma yerinə qədər qövsvari hərəkət etməsi haqda heç bir məlumat yoxdur. Kassator qeyd edir ki, Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanması zamanı atasının idarə etdiyi VAZ-21063 markalı avtomobilin yol ayrıcına daxil olduğu yerdən toqquşma yerinə qədər qövsvari 14,6 m. məsafənin keçdiyi yerdə toqquşmanı xarakterizə edən heç bir əlamət aşkar olunmadığı üçün yolun həmin hissəsi hadisə yerinin baxış protokolu və sxemində göstərilməyib. Başqa sözlə desək hadisə yerinin baxış protokolu və sxemində VAZ-21063 markalı avtomobilin yol ayrıcına daxil olduğu yerdən ancaq VAZ21063 markalı avtomobilin hərəkət istiqamətinə görə yolun sağ tər əfi göstərilib. Çünki toqquşmanı xarakterizə edən bütün əlamətlər VAZ-21063 markalı avtomobil yol ayrıcına daxil olduqda yol ayrıcında toqquşma baş vermiş və zərbədən hər iki avtomobil VAZ21063 markalı avtomobilin hərəkət istiqamətinin sağ tərəfində Məhkum idarə etdiyi avtomobilin hərəkəti istiqamətində dayanmışlar. Bundan fərqli olaraq Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlama protokolundan görünür ki, VAZ-21063 markalı avtomobil yol ayrıcına daxil olduqdan sonra 14,6 m. məsafəni sol tərəfə qövsvari hərəkət etdikdən sonra hadisə baş verib. Bu fakt hadisə yerinin baxış protokolu və sxemi ilə, həmçinin iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin müstəntiqin Məhkum ifadəsinin yerində yoxlanması zamanı dediklərini öz mülahizəsi əsasında qəbul etməməsi onun Məhkum qarşı qərəzli mövqed ə olmasını açıq-aşkar göstərir. İş materiallarından və hadisənin baş vermə mexanizmindən açıqaydın görünür ki, işə baxan birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tam, obyektiv və hərtərəfli surətdə tədqiq etməmiş və nəticədə əsaslandırılmamaş, hökm qəbul etmişdir. Şəki Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntularına əhəmiyyət verməmişdir. O cümlədən, Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddə ilə verilmiş ittihamın əsasını xx xxxxxxxx 2018-ci il tarixdə iş üzrə təyin edilmiş kompleks məhkəmə-trasoloji və yol-nəqliyyat hadisələri ekspertizası haqda qərarda göstərilən dəlillər əsasında verilmiş xx xxxxxx 2018-ci il tari xli 27420 saylı rəy həmçinin xx xxxx 2019-cu il tarixli “Əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında” qərar əsasında verilmiş xx xxx 2019-cu il tarixli 12032 saylı ekspert rəyləri təşkil edir. Lakin ekspertiza rəyləri real hadisə mexanizminə uyğun gəlmir. Bundan başqa, cinayət işinə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Məhkum xx.xx.2018-ci il tarixdə saat 00:41-də həkim müayinəsindən keçirilmiş, müayinə zamanı nəfəs verilən havada və orqanizmin bioloji mühitlərində alkoqolun dərəcəsi 0,9 promilli, orta dərəcəli sərxoş olduğu qeyd edilmiş, müayinə aktında müayinənin Göyçay rayon X13 həkimi R.Mustafayev tərəfindən aparıldığı qeyd edilmiş, lakin həkim R.Mustafayevin vəzifəsi qeyd edilməmişdir. X20 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərardan görünür ki, cinayət işi məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi üçün Məhkum təhqiqat üçün qan nümunəsi götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyin eksperti Gülnarə Abdullayeva tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2190/K -saylı ekspert rəyindən görünür ki, Məhkum götürülmüş qan nümunəsində məhkəmə-kimyəvi təhqiqat zamanı etil spirti aşkar edilməmişdir. Lakin məhkmələrdə ekspertin bu rəyi tədqiq olunmamış və buna hüquqi münasibət bildirilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı sərxoş olub-olmaması nın müəyyən edilməsi üçün Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda müayinə aparan həkimin vəzifəsinin qeyd edilməməsi, müayinənin həkim-narkoloq tərəfindən həyata keçirilməməsi, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin eksperti Gülnarə Abdullayeva tərəfindən aparılmış ekspertiza zamanı Məhkum qan nümunəsində etil spirtinin aşkar edilməməsi, Məhkum xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsini sərxoş vəziyyətdə törədilməsinə dair sübutu şübhə altına qoyur. X17 Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışma təyin edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçiləri Müdafiəçi, Ə.Məmmədzadənin, Ə.Hüseynovun və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı A.Məmmədlinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassator kassasiya şikayətində iş üzrə hər tərəfli və obyektiv araşdırma aparılmadığını və əsassız olaraq Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə təqsirli bilindiyini vurğulayaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etməklə, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Od ur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq nor masının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsinin dispozisiyası bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qeyd edilən ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisləri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddə si ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxı lmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həll i üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir- birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində çox saylı sübutların tətqiqinə və iş üzrə yeni faktiki halların müəyyən edilməsinə istinad edilir. Əvvəla qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mö vcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təh lil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçi və məhkumun birgə kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndir ilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin dispozisiyrından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilənin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertizasa rəyləri və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza tə yin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının Məhkum barəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, göstərilən qərarın isə dəyişd irilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar