Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1071/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi4, Məhkum1 müdafiəçisi Müdafiəçi5, Zərərçəkmiş hüquqi şəxs Premium Bank ASC-nin nümayəndəsi Nümayəndə7, Zərərçəkmiş hüquqi şəxs Dekabank ASC-nin nümayəndəsi Nümayəndə 2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əhməd Quliyev, hakimlər Azər Paşayev, İradə Həsənzadə) xx xxxxxx 1959-cu il tarixdə İmişli rayonunun, Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, a iləli, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şamış, hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar ayrıayrılıqda qismən toplanılmış və əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum1 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cəza təyin edilməmiş, xx xxxxx 1964-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-də işləmiş, əvvəllər mə hkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilm iş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılmış və əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum2 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxs LPO "xxxx" KB ASC-nin vəkili Nümayəndə6, məhkum olunmuş Məhkum1 müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda apel lyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədovdan ibarət tərkibdə) 07 may 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs LPO "xxxx" KB ASC-nin vəkili Nümayəndə6, Məhkum1 müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüquq undan məhrum edilməklə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) ilə endirilmiş, bu cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirdli bilənərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılmış və əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum1 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanl arında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) ilə endirilmiş, bu cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirdli bilənərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılmış və əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum2 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum1 ona görə məhkum edilmişdir ki, o, 19 iyul 1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində Ko-19 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ********** nömrəli VÖEN-lə Vergilər Nazirliyində vergi uçotuna durmuş "xxxx" Mənzil-Tikinti Kooperativinin 22 aprel 2005-ci il tarixli təsis müqaviləsinə əsasən 20% payla 5 nəfər təsisçilərdən biri olmaqla həmin kooperativə faktiki rəhbərliyi və idarəçiliyi həyata keçirən vəzifəli şəxs kimi faktiki olaraq direktor vəzifələrini icra edərək Kooperativin 28 aprel 2005 -ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, işlərini aparmaq, kooperativi təmsil etmək, onun adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, Nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam vermək, yaşayış binasının tikintisini aparmaqla onu vaxtında və keyfiyyətli, tikinti qaydalarına əməl etməklə başa çatdırmaq, kooperativə qəbul olunmuş payçılarla müqavilələr bağlamaq və sair təşkilatisərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qulluq mövqeyinə görə özün ə olan inamdan aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində tikintisinə başlanılmış çoxmərtəbəli, çoxmənzilli yaşayış kompleksinin 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyri-yaşayış sahəsini Kooperativin təsisçilərinin 01 aprel 2004-cü il tarixli qərarı ilə və həmin tarixli 09 nömrəli əmrlə Kooperativin sədri təyin olunmuş qardaşı X3 ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” xx.xx.2006-cı il tarixli müqavilə əsasında 1.000.000 (bir milyon) ABŞ dolları məbləğ göstərilib sonuncuya faktiki olaraq 600.000 ABŞ doll arına sataraq Nağı Nağıyevlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında həmin tarixdə Kooperativin Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində yerləşən mərkəzi ofisində, xidməti otağında rəsmi sənəd olan qeyd edilən müqavilənin məzmununa gələcəkdə həmin obyektlə bağla digər şəxslərlə əqdlər bağlayacağı halda Zərərçəkmiş şəxs1 razılaşdırılan məbləği tam ödəməməsini əsas gətirərək tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etmiş, həmin sahəni Zərərçəkmiş şəxs1 satmasına və pulu şəxsən sonuncudan qəbul etməsinə baxmayaraq, 2017-ci ilin may ayının sonlarında qeyd olunan binadan qeyriyaşayış sahəsi almaq üçün ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs2 həmin sahənin sonuncuya satılmasına dair Zərərçəkmiş şəxs1 razılığını aldığ ını bildirərək aldatmaqla 1.400.000 (bir milyon dörd yüz min) manata Zərərçəkmiş şəxs2 satmaqla bağlı razılığa gəlib həmin məbləğdə pulu sonuncudan 2017-ci ilin may ayında Kooperativin mərkəzi ofisində, xidməti otağında aldıqdan sonra sonuncunun tanışı X2 adına 2018-ci ilin fevral ayından əvvəlki, yəni xx.xx.2010-cu il tarixə xidməti otağında məzmununa tamah və törətdiyi dələduzluq cinayətini pərdələməkdən ibarət şəxsi niyyətlə guya obyektin xx.xx.2010-cu il tarixdə Qalina Səfərovaya 1.400.000 (bir milyon dörd yüz min) manat məbləğində pul müqabilində satılması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladığı rəsmi sənəd olan “mənziltikintisi haqqında” xx.xx.2010-cu il tarixli müqaviləni onun dələduzluq cinayətindən xəbərsiz olan Kooperativin sədri Nağı Nağıyev tərəfindən imzala nmasına və Kooperativin möhürünün vurulmasına nail olub Nağı Nağıyevlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təkrarən vəzifə saxtakarlığı etmiş, Zərərçəkmiş şəxs2 1.400.000 (bir milyon dörd yüz min) manat məbləğində pulunu qulluq mövqeyindən istifadə etməklə ələ keçirib ona külli miqdarda ziyan vuraraq dələduzluq etmiş, həmin əməli ilə fiziki şəxs Zərərçəkmiş şəxs1 öz qeyriyaşayış sahəsinə normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0105-P 107-42618 qeydiyyat nömrəsi ilə xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış və həmin tarixli ********** nömrəli VÖEN-lə Vergilər Nazirliyində vergi uçotuna durmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 50% payla iki nəfər təsisçilərindən biri olmaqla həmin Cəmiyyətə faktiki rəhbərliyi və idarəçiliyi həyata keçirən vəzifəli şəxs kimi faktiki direktor vəzifələrini icra edərək Cəmiyyətin xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Cəmiyyətin Ümumi Yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə şəxsən iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, C əmiyyətin əmlakı üzərində sərəncam vermək və sair təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü, həmçinin Cəmiyyətin digər təsisçisi və 06 iyun 2008-ci il tarixdən direktoru Məhkum2 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə rəhbərlik etdiyi Cəmiyyət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 558/566-cı məhəllə, X8 küçəsi 5 ünvanında 2005-ci ildə inşasına başlanmış binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 864 m2 olan qeyri-yaşayış sahəsini Məhkum2lə Şahid2 Ağazər oğlu arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alqısatqısına dair” xx.xx.2010- cu il tarixli müqavilə əsasında rəsmiləşdirməklə 4.500.000 (dörd milyon beş yüz min) manat pul müqabilində sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 sataraq müqavilədə və Cəmiyyətin adından tərtib olunmuş şəxsi vərəqədə qeydiyyat aparmaqla Zərərçəkmiş şəxs2 xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək olan müddət ərzində, hissə-hissə olmaqla həmin pul vəsaitini Kooperativin Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində yerləşən mərkəzi ofisində Məhkum2 və özü tərəfindən alınmasından sonra, 31 mart 2011-ci il tarixdə Şahid2 adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinə görə maliyyə borcu olmamasına dair arayış verməsinə baxmayaraq, qulluq mövqeyinə görə özünə və Məhkum2 olan inamdan aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgələrin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Məhkum2lə aralarında olan cinayətkar sövdələşməyə müvafiq olaraq tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, L.İmanov küçəsində "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasında yerləşən mərkəzi ofisində, xidməti otağında Məhkum2 adına rəhbərlik etdiyi Cəmiyyətin adından qeyd olunan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə və sonuncunun borcunun olmaması barədə 27 noyabr 2012-ci il tarixli maliyyə arayışını tərtib edərək həm alıcı, həm satıcı qrafasında Məhkum2 tərəfindən imzalanmasına və Cəmiyyətin möhürü ilə möhürlənməsinə nail olmaqla Məhkum2lə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təkrarən vəzifə saxtakarlığı törətmiş, cinayət əməlini davam etdirərək qeyd olunan əmlaka dair Məhkum2 vasitəsilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2013-cü il tarixdə 126 nömrəli reyestr kitabının 11798 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatı aparılmaqla, RX Seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış aldıqdan sonra cari maliyyə ehtiyaclarını qarşılamaq adı ilə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən xx.xx.2013-cü il tarixdə ümumi dəyəri 5.350.000 (beş milyon üç yüz əlli min) manat qiymətləndirilmiş, özgəsinə məxsus olan həmin əmlakı “X12” (indiki Premium) Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X4 ilə öz arasında bağlanmış xx.xx.2013-cü il tarixli 161/MB-SİM1-0013 nömrəli girov müqaviləsi və xx.xx.2013-cü il tarixli 161/MB-KM-0013 nömrəli kredit müqaviləsi əsasında girov qoymaqla 2 il müddətinə illik 6,25%-lə “X12” ASC-dən öz adına 2.500.000 (iki milyon beş yüz min) manat pul vəsaitini bankın xx.xx.2013-cü il tarixli kassa məxaric orderi əsasında nağd qaydada ünvan 5 ünvanındakı Baş ofisinin xəzinəsindən götürüb geri qaytarmaq niyyəti olmadan qabaqcadan əlbir olduğu Məhkum2lə birlikdə şəxsi ehtiyaclarına xərcləməklə, habelə təkrarən eyni üsulla hazırda ləğvetmə prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X5 ilə Məhkum2 arasında xx.xx.2013cü il tarixli 41 nömrəli kredit müqaviləsinin bağlanmasına nail olmaqla 24 ay müddətinə illik 11%-lə həmin tarixdə 1.200.000 (bir milyon iki yüz min) manat, xx.xx.2014-cü il tarixli 06 nömrəli kredit müqaviləsinin bağlanmasına nail olmaqla 24 ay müddətinə illik 11%-lə 1.300.000 (bir milyon üç yüz min) manat, ümumilikdə vahid niyyətlə 2.500.000 (iki milyon beş yüz min) manat pul vəsaitini hazırda ləğvetmə prosesində olan "xxxx" KB ASC-nin ünvan 6 ünvanında yerləşən mərkəzi ofisindən kredit müqaviləsi bağlanılan tarixlərdə götürüb geri qaytarmaq niyyəti olmadan qabaqcadan əlbir olduğu Məhkum2lə birlikdə şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqelərinə, yəni tikinti şirkətinin sahibləri kimi özlərinə qarşı yaranmış inamdan yararlanaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin, yəni hüquqi şəxslər “X13” ASC-nin külli miqdarda- 2.500.000 (iki milyon beş yüz min) manat pul vəsaitini, təkrarən hal-hazırda ləğvetmə prosesində ol an "xxxx" ASC-nin vahid niyyətlə külli miqdarda 2.500.000 (iki milyon beş yüz min) manat pul vəsaitini Məhkum2lə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə Məhkum2lə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında fiziki şəxs Zərərçəkmiş şəxs2 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum2 ona görə məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0105-P 107-42618 qeydiyyat nömrəsi ilə xx.xx.2005- ci il tarixdə dövlət qeydiyyatına a lınmış və həmin tarixli ********** nömrəli VÖEN-lə Vergilər Nazirliyində vergi uçotuna durmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 50% payla iki nəfər təsisçilərindən biri olmaqla həmin Cəmiyyətin 06 iyun 2008-ci il tarixdən direktor vəzifələrini icra edərək vəzifəli şəxs kimi Cəmiyyətin xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Cəmiyyətin Ümumi Yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə şəxsən iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, Cəmiyyətin əmlakı üzərində sərəncam vermək və sair təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü, həmçinin Cəmiyyətin digər təsisçisi Məhkum1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə rəhbərlik etdiyi Cəmiyyət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllə, X8 küçəsi 5 ünvanında 2007-ci ildə inşasına başlanmış binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 864 m2 olan qeyri-yaşayış sahəsini özü ilə Şahid2 Ağazər oğlu arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alqısatqısına dair” xx.xx.2010-cu il tarixli müqavilə əsasında rəsmiləşdirməklə 4.500.000 (dörd milyon beş yüz min) manat pul müqabilində sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 sataraq müqavilədə və Cəmiyyətin adından tərtib olunmuş şəxsi vərəqədə qeydiyyat aparmaqla Zərərçəkmiş şəxs2 xx. xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək olan müddət ərzində, hissə-hissə olmaqla həmin pul vəsaitini Kooperativin Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində yerləşən mərkəzi ofisində Məhkum1 və özü tərəfindən alınmasından sonra, 31 mart 2011-ci il tarixdə Şahid2 adına rəsmiləşdirilmiş qeyriyaşayış sahəsinə görə maliyyə borcu olmamasına dair arayış verməsinə baxmayaraq, qulluq mövqeyinə görə özünə və Məhkum1 olan inamdan aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgələrin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Məhkum1lə aralarında olan cinayətkar sövdələşməyə müvafiq olaraq tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, L.İmanov küçəsind ə "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasında yerləşən mərkəzi ofisində, xidməti otağında öz adına rəhbərlik etdiyi Cəmiyyətin adından qeyd olunan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə və özünün borcunun olmaması barədə 27 noyabr 2012-ci il tarixli maliyyə arayışını tərtib edərək həm alıcı, həm satıcı qrafasını özü imzalayaraq və Cəmiyyətin möhürü ilə möhürləyərək Məhkum1lə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında vəzifə saxtakarlığı törətmiş, cinayət əməlini davam etdirərək qeyd olunan əmlaka dair özü Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2013-cü il tarixdə 126 nömrəli reyestr kitabının 11798 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatı a parılmaqla, RX Seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış aldıqdan sonra cari maliyyə ehtiyaclarını qarşılamaq adı ilə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən xx.xx.2013-cü il tarixdə ümumi dəyəri 5.350.000 (beş milyon üç yüz əlli min) manat qiymətləndirilmiş, özgəsinə məxsus olan həmin əmlakı “X12” (indiki Premium) Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X4 ilə Məhkum1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 161/MB-SİM1-0013 nömrəli girov müqaviləsi və xx.xx.2013-cü il tarixli 161/MB-KM-0013 nömrəli kredit müqaviləsi əsasında girov qoymaqla 2 il müddətinə illik 6,25%-lə “X12” ASC-dən Məhkum1 adına 2.500.000 (iki milyon beş yüz min) manat pul vəsaitini bankın xx.xx.2013- cü il tarixli kassa məxaric orderi əsasında nağd qaydada ünvan 5 ünvanındakı Baş ofisinin xəzinəsindən götürülməsinə nail olmuş və geri qaytarmaq niyyəti olmadan qabaqcadan əlbir olduğu Məhkum1lə birlikdə şəxsi ehtiyaclarına xərcləməklə, habelə təkrarən eyni üsulla hazırda ləğvetmə prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X5 ilə özü arasında xx.xx.2013-cü il tarixli 41 nömrəli kredit müqaviləsinin bağlanmasına nail olmaqla 24 ay müddətinə, illik 11%-lə həmin tarixdə 1.200.000 (bir milyon iki yüz min) manat, xx.xx.2014-cü il tarixli 06 nömrəli kredit müqaviləsinin bağlanmasına nail olmaqla 24 ay müddətinə illik 11%-lə 1.300.000 (bir milyon üç yüz min) manat, ümumilikdə vahid niyyətlə 2.500.000 (iki milyon beş yüz min) manat pul vəsaitini hazırda ləğvetmə prosesində olan "xxxx" KB ASC-nin ünva n 6 ünvanında yerləşən mərkəzi ofisindən kredit müqaviləsi bağlanılan tarixlərdə götürüb geri qaytarmaq niyyəti olmadan qabaqcadan əlbir olduğu Məhkum1lə birlikdə şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqelərinə, yəni tikinti şirkətinin sahibləri kimi özlərinə qarşı yaranmış inamdan yararlanaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin, yəni hüquqi şəxslər “X13” ASCnin külli miqdarda 2.500.000 (iki milyon beş yüz min) manat pul vəsaitini, təkrarən halhazırda ləğvetmə prosesində olan "xxxx" ASC-nin vahid niyyətlə külli miqdarda 2.500.000 (iki milyon beş yüz min) manat pul vəsaitini Məhkum1lə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə Məhkum1lə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında fiziki şəxs Zərərçəkm iş şəxs2 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum1 müdafiəçisi Müdafiəçi5 onunla əsaslandırır ki, Baki Apellyasiya Məhkəməsi əsassız olaraq məhkəmə istintaqı aparmadan birincin instansiya məhkəməsində araşdırılmış sübutlar, ifadələr, izahatlar, sənədlər əsasında qanunsuz qərar qəbul etmiş, Məhkum1 əməlində CM-nin 178.3.2-ci maddəsinin tərkibi olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının Məhkum1 münasibətdə dəyişdirilməsini, CM-nin 178.3.2-ci maddəsi üzrə ona bəraət verilməsini, CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM -nin 308.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini, həmin cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq şərti tətbiq edilməsini xahiş etmişdir. Daha sonra Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən təqdim olunmuş kassasiya şikayətinə əlavə üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının Məhkum1 münasibətdə ləğv edilməsini, ona CM-nin 178.3.2 və 308.2-ci maddələri üzrə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillərini Məhkum2 və onun müdafiəçisi Müdafiəçi4 onunla əsaslandırmışdır ki, Məhkum2 əməlində CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrinin tərkibi yoxdur, eyni zamanda onun təqsirliliyi sübuta yetirilmədiyindən sonuncu barəsində olan cinayət təqibi icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutla ra hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum1 müdafiəçisi Müdafiəçi5, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum2 və Məhkum1 əməllərində CM-nin 178.3.2,308.2 və 313-cü maddələrinin tərkibi olmadığından onların barəsində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Odur ki, kollegiya Məhkum1 müdafiəçisi Müdafiəçi5, Məhkum2 və onun müdafiəç isi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2021-ci il tarixli, 1(103)-300/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respubli kası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xara kterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tət biq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümləd ən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası belə hesab edir ki, sübutlar ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, işə birinci instansiya məhkəməsində və apellyasiya məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum1 və Məhkum2 ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi5, Məhkum2 və onun müda fiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərində məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 barələrində bəraət hökmünün çıxarılması xahiş edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yux arıda qeyd edilən heç bir halın Məhkum1 və Məhkum2 əməllərində aşkar edilməməsi və apellyasiya şikayətlərinin formal mülahizələrə əsaslanması, onların barələrində bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini ilə Məhkum2 özünü qismən təqsirli bilərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, xəstə olmasını yüngülləşdirici hal kimi və barəsində ağırlaşdıran halların olmamasını, Məhkum1 cəza təyin edərkən, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi və barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respub likası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir..Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, CPM-nin 405.1.1 maddəsinə görə haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiv a olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi5, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2021-ci il tarixli, 1(103)-300/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Müdafiəçi5, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2021-ci il tarixli, 1(103)-300/2021 nömrəli qərarı məhkumlar Məhkum1 və Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1071/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1071/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver