Məhkəmə qərarları › İş №1(102)-1071/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1071/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1071/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə 15 sentyabr 1976-cı ildə Cəlilabad rayonunun Yusublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Yusublu kəndində qeydiyyatda olmaqla, orada yaşamış, h al hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2013-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 1(106)-286/2013 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.Əliyev (sədrlik edən),hakimlər X.Nuriyev və C.Nəbiyevdən ibarət tərkibdə) 24 aprel 2013-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 12 mart 2012-ci il tarixdən hesablanmışdır. Həmin hökmdən Məhkum və müdafiəçisi X6 tərəfindən apellyasiya şikayətləri verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 20 13-cü il tarixli, 1(106)286/2013 saylı qərarı ilə apellyasiya şikayətləri təmin olunmamış və hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkum Şirvan Apellyasiya Məhkəməsinə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət ilə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: R.M.Cəfərov, hakimlər: K.S.Bəşirov və İ.Q.Abdullayev), Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2013-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şik ayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum həmin vaxt psixoloji sarsıntılar keçirdiyi üçün kassasiya şikayəti verə bilməmiş və müddəti ötürmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi 20 dekabr 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və həmin məhkəmənin 23 sentyabr 2013-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şik ayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun mə hkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli qərarı qəbul edilərkən qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində verilir. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin h ökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2013-cü il tarixli, 1(106)-286/2013 saylı qərarı elan olunarkən Məhkum və onun müdafiəçisi məhkəmə iclasında iştirak etmiş, qərardan kassasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuş, qərarın surəti isə Məhkum təqdim edilməsi üçün 30 sentyabr 2013-ci il tarixli, 1 (106)-286/2013 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkum kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair 04 noyabr 2022ci il tarixli v əsatəti və kassasiya şikayəti 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinin xx/xx-4419 saylı məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, yəni vəsatət və kassasiya şikayəti apellyasiya məhkəməsinin yekun qərarının çıxarılmasından 8 ildən artıq vaxt keçdikdən sonra verilmişdir. Məhkum vəsatətini keçirdiyi psixoloji sarsıntılarla əlaqədar vaxtında kassasiya şikayəti verə bilməməsi ilə əsaslandırsa da, bununla bağlı hər hansı bir sübut vəsatətə əlavə olunmamış, eləcə də, belə sübutlar məhkəməyə də təqdim edilməmişdir. Məhkum kassasiya şikayəti verilməsi üçün qanunla (15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan cinayət-prosessual qanunvericiliklə) müəyyən olunmuş 18 aylıq müddət ərzində kassasiya şikayəti verməsi üçün kifayət qədər vaxtının olmasına baxmayaraq kassasiya şikayətini 8 il 7 ay sоnrа vеrmiş və bu müddətin üzrlü səbəblərdən buraxılması hər hansı sübutla təsdiq olunmur.Göründüyü kimi məhkum hər hansı üzürlü səbəb olmadan müddəti ötürmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarını qanuni və əsaslı, müdafiə tərəfinin dəlilərini isə əsassız hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan a ğır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mülahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzr lü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Lakin verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdikləri müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsi tərəfindən 23 sentyabr 2013-cü il tarixli qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə o deməkdir ki, A.O.X3 Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli qərarından kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənara çıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsini n 23 sentyabr 2013-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 20 dekabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2013-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar