Məhkəmə qərarları › İş №1(102)-1071/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1071/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1071/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə X2 Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYƏN E T D İ: Lənkəran Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Süleymanov Kamran Şakir oğlu) X1, 30 mart 1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Qazax Qarnizonu Hərbi Məhkəməsinin 31 m art 1999-cu il tarixli hökmü ilə 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-in 242ci maddəsinin “a” bəndi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “Avropa Şurasının 50 illiyi münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 10 dekabr 1999-cu il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 2 (iki) il 28 (iyirmi səkkiz) günədək azaldılmış, 15 sentyabr 2001ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2017-ci il tarixli qərarı ilə həmin cəzanın müddəti 1 (bir) il 6 (altı) ayadək endirilmiş, 7 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Lənkəran Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən təyin olunmuş cəzasının müddəti 6 (altı) ay azaldılmış, 11 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Lənkəran Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddə si ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 (iki) ay 15 (on beş) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, CM-in 234.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə təqsirsiz elan olunaraq həmin maddə ilə sonuncuya bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 55-63-cü maddələrinin tələblərinə uyğun olaraq onun cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kom pensasiya almaq hüququ tanınaraq bəraət almış şəxsə qanunsuz olaraq şübhəli şəxs qismində tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması və məhkəməyə verilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ və qaydası izah edilmiş, CPM-in 350.4-cü maddəsinə əsasən isə hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada X1in cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməyədək icraat zamanı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mahir Şahbazbəyli, həmin Şöbənin İstintaq Bölməsinin rəisi E lman Quliyev və müstəntiqi Asəf Məmmədov tərəfindən CPM-in tələblərinin pozulmasına yol verildiyinə görə onların barəsində 28 avqust 2024-cü il tarixli xüsusi qərar çıxarılmış və həmin qərar adları çəkilən şəxslərin barəsində təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X2 qarşı CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 10 fevral 2024-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün xeyli miqdarda, bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,827 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmi ş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 11 fevral 2024-cü il tarixdə saat 14:20 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Lənkəran şəhəri T.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən X1in ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən Lənkəran Rayon Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 28 avqust 2024-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmündən dövlət ittiham çısı Mehralıyev Zamil Zahid oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə) 19 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, X1ə CM-in 234.1-ci maddəsi ilə verilmiş bəraətin əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən onun təqsirliliyinin sübuta yetirilməməsi nəzərə alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CPM-in bir sıra maddələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən X1ə qarşı irəli sürülmüş ittihama, əsasən də iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bir çox sübutlara, habelə məhkəmələr tər əfindən qəbul edilmiş yekun məhkəmə aktlarına və bu aktlar üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad etməklə həmin nəticələri şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və X1in təqsirsizliyi barədə məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamçısının ehtimallar üzərində qurulmuş mövqeyinə görə, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktları yalnız X1in ziddiyyətli if adələrinə əsasən qəbul edilmiş, həmin aktlarda məhkəməyədək icraat zamanı toplanmış sübutlar müqayisəli şəkildə təhlil edilməmiş, işin faktiki halları isə subyektiv mülahizələrə əsasən dəyərləndirilmişdir. Bununla da məhkəmələr ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan şahidlərin ifadələrini, məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini və digər sübutları əlaqəli şəkildə yoxlamamış və biri-biri ilə müqayisə etməmiş, X1in ifadələrinə digər sübutlara nisbətdə çox üstünlük vermiş və bununla da ona təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli olması barədə əsassız nəticəyə gəlmişlər. Daha sonra kassasiya protestinin müəllifi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi X1ə bəraət verərkən yalnız prosessua l hüquq normalarının pozulmasına, əsasən də şəxsi axtarış aparılması haqqında 11 fevral 2024-cü il tarixli protokola əlavə edilmiş CD diskdə videogörüntülərin aşkar edilməməsinə əsaslanmışdır ki, iş üzrə toplanmış və araşdırılmış digər sübutlara münasibətdə prosessual pozuntulara yol verilməsi müəyyən edilmiş olsa idi belə, bu hal heç də iş üzrə bəraət hökmünün çıxarılması üçün əsas ola bilməzdi. X1in satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarlarından artıq miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması cinayətini törətməsi həmçinin onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri ilə və iş üzrə toplanılmış digər sübutlarla tam təsdiq edilmiş, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarından verdiyi kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, bəraət almış şəxs X1 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs X1in iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi nin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.Ə.Hüseynov məhkəmələr X1ə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiklərini, iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina et diklərini və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədq iq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasi ya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya insta nsiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan ş əxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslar dan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə mü nasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr var sa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraat ı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsin i qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Mü dafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət ü çün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kən arda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsi nə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təq siri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəz ifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələri nin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisən in cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prose ssual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzg ün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdı ran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiym ətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi hal da çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) b arədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquq i müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə h ökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 y anvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağı r nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istəni lən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. X1in cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “ Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah e dilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsas ında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə icla sında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Kassasiya protestində də istinad olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, 728-İQ nömrəli Qanunun (“Əməliyyat-axtarış fəaliyyəti” haqqında xx.xx.1999-cu il tarixli Qanun) 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasınd a əməliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də 728-İQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut ə həmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansi ya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclaslarında tam həcmdə araşdır ılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X1in ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırmalar zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmişlər. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları X1ə qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi barədə nəticəyə gəlməyə əsas verə bilən əlavə və mötəbər sübutlar ı məhkəmələrə təqdim etməmişlər. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına, o, cümlədən X1in azadlıq və müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilmişdir. Belə olan halda məhkəmə kollegiyası X1in barəsində bəraət hökmü çıxarımış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə i sə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı E.Ə.Hüseynov məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarında olan, o cümlədən birinci instansiya məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutları hazırki qərarda da təhlil etməyi zəruri sayır. Belə ki, iş üzrə toplanmış ilkin sənədlərə əsasən 11 fevral 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nə X1in narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu barədə əməliyyat məlumatı daxil olmuş (Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili polis mayoru Şahid1 11 fevral 2024-cü il tarixli raportu), həmin məlumatın yoxlanılması məqsədilə adı çəkilən polis əməkdaşı tərəfindən eyni tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbu l olunmuş, həmin qərarın surətinin isə 48 saat ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına göstərilən və iki vərəqdən ibarət olan qərarın Lənkəran rayon prokuroruna və Lənkəran Rayon Məhkəməsinə göndərilməsi barədə 12 fevral 2024cü il tarixli 96/2-4495/24 saylı müşaiyət məktubları əlavə olunsa da, həmin qərarın və onun əsasında toplanmış ilkin materialların (məktublara heç bir material əlavə edilməmiş, qoşma kimi isə yalnız 2 vərəqədə olan qərarın əlavə olunması göstərilmişdir) birinci instansiya məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında yoxlanılması iş materialları ilə müəyyən edilməmişdir. Halbuki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-ax tarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən isə görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqda n sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna u yğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbir i üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov A zərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın dah a sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhk əmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbir i nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kol legiyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, hazırki iş üzrə qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərarın və onun əsasında toplanmış ilkin materialların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından bu qərar əsasında toplanmış sübutlar da X1ə qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Daha sonra əməliyyat müvəkkili Şahid1 Lənkəran ŞRPŞ-nin rəisinə ünvanladığı 11 fevral 2024-cü il tarixli digər raportundan görünür ki, həmin raportda Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsində, üzərində saxlamasında və daşım asında şübhəli bilinən, ünvan 1-da qeydiyyatda olan, 30 mart 1978-ci il təvəllüdlü X1 həmin tarixdə saat 14.20-də Lənkəran şəhəri, T.İsmayılov küçəsində hərəkətdə olarkən saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilməsi göstərilmiş və onun üzərində olması ehtimal olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müfaviq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarının təhlili göstərir ki, X1 saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirildikdən sonra həmin Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru X7 tərəfindən şübhəli şəxsin tutulması barədə 11 fe vral 2024-cü il tarixli qərar (qeydiyyat nömrəsi 367/2) qəbul edilmiş, bunun ardınca eyni tarixli 367/3 nömrəsi ilə qeyd alınmış tutma protokoluna əsasən saat 14.35-də X1 şübhəli şəxs qismində tutulmuş, daha sonra 367/4 nömrəsi ilə qeydə alınmış 11 fevral 2024-cü il tarixli protokolla ona tutulması barədə qərarın və protokolun surətləri, habelə eyni tarixli protokolla (qeydiyyat nömrəsi 367/5 CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişlər təqdim olunmuşdur. Həmin bildirişləri aldıqdan sonra isə X1 ərizə ilə təhqiqatçıya müraciət edərək onun maddi imkanı olmaması səbəbindən hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmiş, daha sonra 367/6 nömrəsi ilə qeydə alınmış protokolla ona Lənkəran rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş (bu protokola və yuxarıda qeyd olunan sənədlərə görə, X1in hüquqlarının müdafiə olunması bağlı hələ heç bir fəaliyyət göstərməyən Lənkəran rayon Vəkil Bürosunun vəkili X15 həm bu protokolu, həm də buna qədər tərtib olunmuş prosessual sənədləri də iştirakçı kimi imzalamışdır), və o, həmin protokolda göstərildiyi kimi, onun hüquqlarının Lənkəran rayon Vəkil Bürosunun vəkili Ə.Q.Muradov tərəfindən müdafiə olunmasının istəməsini bildirmiş, təhqiqatçı müdafiəçinin dəvət edilməsi haqqında qərar qəbul etmiş (qeydiyyat nömrəsi 367/7) və 367/8 nömrəsi ilə qeydə alınmış 11 fevral 2024cü il tarixli protokolla adı çəkilən vəkil şübhəli şəxsə təqdim olunmuşdur. Bütün bu sənədlərdən və onların qeydə alınması ardıcıllığından belə nət icə hasil olur ki, X1in müdafiə hüququ o, şübhəli şəxs qismində tutularkən deyil, yalnız bundan sonra təmin olunmuş, yəni o, müdafiəçinin iştirakı olmadan tutulmuş, müdafiəçi Ə.Q.Muradov da istintaq hərəkətlərinin aparılmasında yalnız sonradan iştirak etmiş və burada diqqəti cəlb edən məqamlardan biri də odur ki, sonuncu şübhəli şəxs qismində tutulmuş şəxsə yuxarıda göstərilən 367/8 nömrəsi ilə qeydə alınmış protokolla təqdim olunsa da, o, buna qədər tərtib olunmuş prosessual sənədləri də iştirakçı kimi yalnız sonradan imzalamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün qeyd olunan hallar X1in şübhəli şəxs qismində tutularkən müdafiə hüququnun kobud şəkildə pozulmasına dəlalət etməklə yanaşı, həmçinin yuxarıda göstərilən prosessual sənədlərin də təhqiqatçı tərəfindən sonradan tərtib edilməsi barədə fikir yürütməyə əsas yaradır. X1in ilkin araşdırma zamanı müdafiə hüququnun pozulmasına dəlalət edən hallardan biri də odur ki, cinayət işinin materiallarına əsasən, X1 iş üzrə tərtib edilmiş bir sıra prosessual sənədlərdə, o cümlədən izahatında və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarında onlarla tanış olması barədə qeydləri azərbaycan dilinin kiril qrafikası ilə aparmış, yəni o, latın qrafikası ilə oxuyub yazmağı bacarmamış (belə qənaətə gəlməyə onun 30 mart 1978-ci tarixdə anadan olmaqla təhsilini Azərbaycan Respublikasında latın qrafikası tətbiq olunana qədər alması da əsas verir) və qanunvericiliyin tələblərinə əsasən bu hal da onun cinayət təqibinin bütün mərhələlərində, o cümlədən şübhəli şəxs qismində tutularkən mütləq şəkildə müdafiəçi ilə təmin edilməsini zəruri etmişdir. Təsvir edilənlərlə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CPM-in 92.3.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. İmperativ xarakter daşıyan CPM-in 92.3.9-cu maddəsinin tələbinə görə, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmçinin, 92.4.6-cı maddəsində təsbit edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxs tutularkən və ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən - bu Məcəllənin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda cinayət prosesində müdafiəçinin iştirakı həmin andan təmin olunur: CPM-in 92.6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-in 92.12-ci maddəsinin 3-cü cümləsində müəyyən edilmişdir ki, hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5 (o cümlədən 92.3.4-m.k.), 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası müdafi ə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, təhqiqat və ibtidai araşdırma zaman X1in hüquqlarının müdafiə olunması Lənkəran rayonu Vəkil Bürosunun vəkili Ə.Q.Muradova həvalə edilərək sonradan o, müxtəlif istintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış və sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş, hətta təhqiqat zamanı X1in müdafiə hüququnun pozulmasına və digər qanun pozuntularına yol verilməsinə diqqət yetirməyərək sonradan işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən aşkar edilmiş halların məhz ibtidai araşdırma zamanı müəyyən edilməsi üçün heç bir təşəbbüs göstərməmiş və sadəcə həmin mərhələdə tərtib olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdir. Belə olan halda vəkil Ə.Q.Muradov tərəfindən X1in hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə hüququ pozulmaqla tutulmuş X1lə bundan sonra müxtəlif istintaq hərəkətlərinin aparılması (onun üzərində şəxsi axtarışın keçiri lməsi, ondan izahatın və ifadələrin alınması, məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında qərarla və həmin ekspertizanın rəyi ilə tanış edilməsi) və onların nəticəsində əldə edilmiş sübutlar, o cümlədən maddi sübut da qanunsuz yolla əldə edilmiş sübutlar kimi qiymətləndirilməli, həmin istintaq hərəkətlərinin, o cümlədən onun üzərində şəxsi axtarışın aparılması, onun verdiyi ilkin izahat və ifadələr belə sübutlara aid edilməlidir. Təsadüfi deyil ki, CPM-in 125.2.1 və 125.2.7-ci maddələrində də insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstər əcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməməsi nəzərdə tutulmuşdur. Halbuki, cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən X1in qanunsuz olaraq tutulduqdan sonra ona qarşı CM-in 234.1-ci maddəsi ilə ittiham məhz belə sübutlara – onun üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 11 fevral 2024-cü-ci il tarixli protokola, bu istintaq hərəkətinin aparılması nəticəsində psixotrop maddəyə bənzər kütlənin aşkar edilib götürülməsinə, habelə X1in saxlanılmasında və üzərində şəxsin axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinə əsasən i rəli sürülmüşdür. Cinayət işinin materiallarından eləcə də görünən odur ki, X1 yuxarıda göstərilən pozuntularla şübhəli şəxs qismində tutulduqdan sonra heç bir qərar qəbul edilmədən, bu haqda tərtib edilmiş protokola əsasən 11 fevral 2024-cü il tarixdə saat 14.40-dan 15.15dək təhqiqatçı X7 tərəfindən Lənkəran RŞPŞ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və müdafiəçi Ə.Q.Muradovun iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmış, bundan əvvəl X1ə üzərində hər hansı qanunla qadağan edilmiş əşya, predmet və kütlə varsa təqdim olunması təklif edilmiş, o, da əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf selofanda olan bir bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. X1in təqdim etdiyi bir bükümdə yerləşdirilmiş metam fetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək onun çəkisinin 0,91 qram olması müəyyən edilmiş və həmin büküm zərfə qablaşdırılaraq zərfin üzəri DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suala cavab olaraq isə X1 təqdim etdiyi 1 bükümdəki metamfetaminə bənzər kütləni 10 fevral 2024-cü il tarixdə bazar ərazisində tanımadığı şəxsdən 15 manata alaraq öz istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bu istintaq hərəkətinin aparılması haqqında protokola görə, təsvir edilənlər Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən “Samsunq Qalaksi“ markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla qeydə alınmış, videogörüntülər isə protokola əlavə olunması üçün DVD diskə köçürülmüşdür. Əvvəla, məhkəmə kollegiyası qeyd olunan is tintaq hərəkətinin də prosessual hüquq normalarının tələblərinin pozulması ilə aparılmasını onda görür ki, həmin istintaq hərəkəti heç bir qərar qəbul edilmədən aparılmış, bundan əvvəl isə həm X1ə, həm də digər iştirakçılara bununla bağlı hüquq və vəzifələri izah edilməmiş, digər tərəfdən isə bu istintaq hərəkətinin aparılmasında X1i ilkin sənədlərə əsasən saxlayaraq təhqiqat orqanına təhvil vermiş polis əməkdaşlarının iştiraklarının hansı zərurətdən irəli gəlməsinə təhqiqatçı tərtib etdiyi protokolda heç bir izah verməmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayd a olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Prosessual qanunun bu normalarının, habelə CPM-in 243.3 və 243.4-cü maddələrinin tələblərindən və mənasından belə nəticə hasil olunur ki, təxirə salına bilinməyən hallarda, o cümlədən CPM-in 246.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsi axtarış və götürmə istintaq hərəkəti məhkəmənin qərarı alınmadan, lakin müstəntiqin və ya təhqiqatçının əsaslandırılmış qərarı əsasında aparılmalı, bu qaydada həmin istintaq hərəkətinin aparılmasının zəruriliyi və təxirə salına bilinməməsi əsasları isə həmin qərarda göstərilməlidir. Daha sonra məhkəmə kollegiyası vurbulayır ki, CPM-in 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya və zifəsi, yaşadığı və qeydiyyatda olduqları yer (digər şəxslər barəsində belə məlumatlar 4 may 2023-cü il tarixli protokolda əks etdirilməmişdir); 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (təhlil edilən protokoldan bunların X1ə izah edilməsi görünmür);... 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd. CPM-in 247.4-cü maddəsində axtarış və götürmə protokolunun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə verilməsi nəzərdə tutulsa da, hazırki iş üzrə bu istintaq hərəkətinin aparılması haqqında 11 fevral 2024-cü il tarixli protokolun X1ə və onun müdafiəçisinə verilm əsi təmin edilməmişdir. Ən əsası isə məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, kassasiya protestinə baxılması üçün bundan əvvəl cinayət işinin materialları öyrənilərkən kollegiyanın hakimləri tərəfindən təhlil edilən protokola əlavə olunması göstərilmiş və şəxsin axtarışın videogörüntüləri əks olunaraq DVD diskə yazılması qeyd olunmuş həmin videogörüntülərə də baxış keçirilməsinə cəhd edilsə də, qeyd edilən diskdə hər hansı videogörüntünün yazılması aşkar olunmamışdır (bu hal cinayət işinə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən də müəyyən edilmişdir). Halbuki, CPM-in 245.3-cü maddəsinə əsasən müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı az ı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir CPM-in 246.3-cü maddəsinin tələbinə görə, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. X1in üzərində şəxsi axtarışın aparılmasına dair 11 fevral 2024-cü il tarixli protokoldan göründüyü kimi, həmin istintaq hərəkətinin aparılmasında hal şahidləri iştirak etməmiş, bu protokola əlavə edilmiş DVD diskdə isə videogörüntülərin olmaması isə məhkəmə kollegiyasında həmin vaxt videoçəkilişdən istifadə edilməsi məsələsinə şübhə ilə yanaşmağa əsas yaratmışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, prosessual hüquq normalarının yuxarıda təsvir edilən tələblərinə və mənasına görə, müstəntiq (təhqiqatçı) təxirə salınmaz hallarda şübhəli şəxsin üzərində şəxsi axtarışın məhkəmənin qərarı alınmadan aparılmalı olması barədə qənaətə gəldikdə, o, bu haqda əsaslandırılmış qərar qəbul etməli, qeyd olunan istintaq hərəkətini isə ya videoçəkilişdən istifadə etməklə, yaxud da ən azı iki hal şahidinin iştirakları ilə aparmalı, videoçəkilişdən istifadə edildikdə müvafiq videogörüntüləri hər hansı elektron daşıyıcıya yazmaqla həmin elektron daşıyıcını şəxsi axtarışın və götürmənin aparılması haqqında protokola əlavə etməli və yalnız bu tələblərə əməl olunduqda təhlil edilən istintaq hərəkətinin nəticələri şəxsə qarşı ittihamın irəli sürülməsi üçün əsas ola bilər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə istintaq və məhkəmə təcr übəsinin öyrənilməsi göstərir ki, belə işlərin ibtidai araşdırması zamanı yuxarıda təsvir edilən tələblərə əməl olunduqdan sonra ibtidai araşdırma zamanı bir qayda olaraq şəxsi axtarışın və götürmənin hallarını özündə təsvir edən videogörüntülərə baxış keçirilir, bu haqda müvafiq protokol tərtib olunduqdan sonra həmin görüntülər yazılmış elektron daşıyıcının cinayət işinin materiallarına maddi sübut kimi əlavə edilməsi haqqında müvafiq qərar qəbul edilir, işə məhkəmədə baxılarkən isə digər sübutlarla yanaşı belə videogörüntülər də tədqiq olunur. Hazırki işin materialların görünür ki, bu iş üzrə ibtidai araşdırma zamanı X1in üzərində şəxsi axtarışın aparılmasını özündə əks etdirən videogörüntülərə baxış keçirilməmiş, bu haqda hər hansı protokol tərtib olunmamış və yuxarıda göstərilən səbəbd ən məhkəmə iclasında da həmin videogörüntulər əldə edilərək onlara baxış keçirilməsi mümkün olmamış, işə mahiyyəti üzrə baxılarkən də dövlət ittihamını müdafiə edən prokurorlar, o cümlədən kassasiya protestinin müəllifi həmin videogörüntülərin əldə olunaraq məhkəmələrə təqdim edilməsi üçün heç bir tədbir görməmişlər. Kassasiya protestində mübahisələndirilsə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X1in üzərində şəxsi axtarış qanun pozuntuları ilə aparıldığından bu haqda tərtib edilmiş 11 fevral 2024-cü il tarixli protokol və onun əsasında toplanmış digər sübutlar da qanun pozuntusu ilə əldə edilmiş sübutlar kimi qiymətləndirilməli və həmin sübutlar X1ə qarşı ittihamın irəli sürülməsi üçün istifadə oluna bilməzdi, çünki prosessual qanunvericiliyin yuxarıda təsvir edilmiş normalarında da qanun pozuntuları ilə əldə edilmiş sübutların şəxsə qarşı hər hansı cinayəti törətdiyinə görə ittihamın irəli sürülməsi və onun bu cinayəti törətməkdə təqsirli bilinməsi haqda ittiham hökmünün çıxarılmasının yolverilməzliyi təsbit edilmiş, bunun əksini olan normalar isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, həmin materiallara 11 fevral 2024-cü il tarixli X1in adından kompyuter vasitəsilə çap olunmuş, lakin alınması vaxtı göstərilməyən izahat əlavə edilmiş və həmin izahata görə, X1 ilkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdə, o cümlədən şəxsi axtarışın və götürmənin aparılması haqqında 11 fevral 2024-cü il tarixli protokolda əksini tapmış halları təsdiq edərək onun üzərindən aşkar edilmiş 1 bükümdə psixotrop madd ə olan metamfetamini 10 fevral 2024cü il tarixdə şəxsi istifadəsi üçün 15 manata Lənkəran şəhərindəki bazarın ərazisində tanımadığı şəxsdən aldığını, polis əməkdaşları tərəfindən həmin tarixdə Lənkəran şəhəri, T.İsmayılov küçəsinin ərazisində saxlanıldığını və Lənkəran RŞPŞ-nə aparılmasını, orada müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsini, üzərindən 1 bükümdə metamfetaminin aşkar edilərək götürülməsini, onun tərəzidə çəkilərək miqdarının 0,91 qram olmasının müəyyən edilməsini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilməməsini bildirmişdir. Yalnız 12 fevral 2024-cü il tarixdə X1 saat 16.50-dən 17.20-dək, yəni tutma protokoluna əsasən tutulduqdan 24 saatdan artıq müddət keçdikdən sonra şübhəli şəxs qismində dindirilmişdir ki, bu halda da ibtidai a raşdırma orqanı tərəfindən prosessual qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmişdir. Belə qənaət ondan irəli gəlir ki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. X1in şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi haqda müvafiq olaraq 12 və 13 fevral 2024-cü il tarixli protokollarda isə X1in adından yazılmış ilkin izahatda göstərilənlər təkrarlanmış və eyni zamanda qeyd olunmuşdur ki, o, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, həmin maddəni satmaq niyyəti izləməmiş, həm belə maddələrin, həm də narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İş materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı X1 12 fevral 2024-cü il tarixdən sonra iş baxılması üçün məhkəməyə göndərilənədək dindirilməmişdir, halbuki ilkin araşdırma zamanı sübutların toplanılması zamanı təhqiqat orqanı tərəfindən qanun pozuntularına yol verilməsi, o cümlədən şübhəli şəxsin müdafiə hüququnun pozulması üzrə araşdırmanın məhz onun təkrarən dindirilməsi yolu ilə aparılması zəruri olmuşdur. Cinayət işinə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən isə X1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 11 fevral 2024-cü il tarixdə o, polis əməkdaşları tərəfindən Lənkəran şəhəri T.İsmayılov küçəsində saxlanılmamış və onlar tərəfindən polis şöbəsinə aparılmamışdır. O, əvvəllər də məhkum olunmuş və azadlığa çıxdıqdan sonra narkotik vasitələrdən və psixot rop maddələrdən istifadə etməmiş, bu ərəfədə ona ödəniləcək pulu, yəni kompensasiya məbləğini necə ala biləcəyi ilə bağlı Lənkəran rayon Vəkil Bürosunun vəkili Elşən Musazadəyə müraciət etmiş, sonuncu da ona Lənkəran ŞRPŞ tərəfindən ona arayış verilməli olmasını bildirmişdir. 10 fevral 2024-cü il tarixdə o, hazırki iş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis əməkdaşı Şahid2 ilə yolda rastlaşaraq ondan həmin arayışı necə almaq barədə soruşmuş, Şahid2 də bunun üçün növbəti gün Polis Şöbəsinə gəlməli olmasını demişdir. Buna görə, o, 11 fevral 2024-cü il tarixdə, səhər saatlarında evdən çıxıb qohumu və tanışı X8 yaşadığı evinə gedərək onunla birgə polis şöbəsinə getməsini xahiş etmiş, bu vaxt X8 əvvəl onu səhər yeməyinə dəvət etmiş, o, bu dəvəti qəbul etmiş və yemək yedikdən son ra onlar birlikdə Lənkəran ŞRPŞ-nə yollanmışlar. Polis Şöbəsinin giriş qapısında onları yoxlamış, binanın həyətinə keçdikdən sonra onu qeydiyyata alıb içəri buraxmış, X8 isə qapı qarşısında qalmışdır. Binanın ikinci mərtəbəsində yerləşən otağa girdikdən sonra bir neçə polis əməkdaşı onun üstünə gələrək tutulmasını bildirmiş, lakin həmin vaxt onun üzərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya olmamışdır. Polis Şöbəsində heç bir əsas olmadan tutularkən və bundan sonra üzərində şəxsi axtarış aparılarkən o, müdafiəçi ilə təmin edilməmiş, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilərkən də o, müdafiəçini görməmişdir. Polis Şöbəsində polis əməkdaşları ona qarşı hədə-qorxu gələrək özlərinin verdikləri bir bükümdə psi xotrop maddənin özünə məxsus olması barədə etirafedici ifadələr verməyi tələb etmiş, o, özündən qat-qat az yaşda olan şəxslər tərəfindən döyülməməsi üçün bu hədə-qorxu nəticəsində onların tələbini yerinə yetirmişdir. Halbuki, onun ibtidai araşdırma zamanı verdiyi ifadələr həqiqətə uyğun olmamış və yalnız məhkəmə iclasında doğru ifadələr vermək qərarına gəlmişdir. X1 həmçinin qeyd etmişdir ki, o, 2024cü ilin fevral ayının ilk günlərinin birində də Polis Şöbəsində arvadı ilə ailə onun arasında münaqişəsi ilə əlaqədar olmuş, hətta Şahid2 bununla əlaqədar araşdırma apararaq onun yaşadığı evə gəlib izahatlar da almışdır (bu halı Şahid2 də məhkəmə iclasında verdiyi ifadələrində təsdiq etmişdir). O, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də razı deyil, çünki cəzaçəkmə müə ssisəsindən azad olunduqdun sonra narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş, belə vasitə və maddələrdən asılılığı olmadığına görə məcburi müalicəyə də ehtiyacı yoxdur. Həmin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadələrindən görünür ki, X9 onun tanışı, həm də uzaq qohumudur. 11 və ya 12 fevral 2024-cü il tarixdə təxminən səhər saat 10:30-da Seymur onun yaşadığı evə gələrək Lənkəran ŞRPŞ-dən arayış almaq üçün onunla birlikdə Polis Şöbəsinə birlikdə getmələrini xahiş etmiş, o, isə sonuncunu səhər yeməyinə dəvət etmiş, o, da bu dəvəti qəbul etmişdir. Onlar birlikdə yemək yedikdən sonra polis şöbəsinə getmiş, oraya çatdıqda onların hər ikisi giriş qapısında detektor vasitəsilə yoxlanılmış, o, da üzərində olan mobil t elefonu növbətçiyə verdikdən və dəftərdə qeydiyyatları aparıldıqdan sonra onlar içəri, Polis Şöbəsinin inzibati binasının həyətinə buraxılmış, bundan əvvəl isə X1 arayış almaq üçün gəldiyini bildirmişdir. Bundan sonra X1 binaya daxil olmuş, o, yəni X8 isə binanın giriş qapısının qarşısında dayanaraq onu gözləmişdir. Seymur ona arayış alıb tez bir vaxtda qayıdacağını desə də o, xeyli vaxt - təxminən 1-2 saat ərzində onu gözləmiş, lakin sonuncu qayıtmadığına görə o, qapıda dayanmış polis əməkdaşlarından X1i soruşmuşdur. Tanımadığı polis əməkdaşlarından biri telefonla zəng edib danışdıqdan sonra ona X1in üzərindən narkotik vasitə aşkar edildiyini və tutulduğunu demiş, o, da X1in qardaşına zəng edərək ona bu barədə məlumat verdikdən sonra Polis Şöbəsindən getmişdir. X8 həmçinin qeyd etmişdir k i, o, X1i çoxdan tanıyır, sonuncu. X1 əvvəllər narkotik vasitələrdən istifadə etsə də, son dövrlərdə onun belə vasitələrdən istifadə etmədiyini bilir. Əgər X1 narkotik vasitə istifadə etsəydi o, X1in öz evinə, ailə üzvlərinin yaşadığı evə buraxmazdı və ümumiyyətlə onunla heç bir ünsiyyət aparmazdı. Bu barədə onların arasında söhbətləri də olmuş və X1 ona narkotik vasitələrdən istifadə etmədiyini, lakin ailə problemlərinin olduğunu, arvadından ayrıldığını bildirmişdir. X1 məhkəmə iclasında verdiyi ifadələrində həm özünün, həm də şahid X8nin göstərdikləri halların Polis Şöbəsində olan videokameralar vasitəsilə qeyd alındığını bildirdiyindən məhkəmə kollegiyası bunu yoxlamaq üçün müvafiq tədbirlər görülməsini məqsədə müvafiq bilərək bununla bağlı müvafiq videogörüntülərin məhkəməyə təqdim olu nması barədə Lənkəran ŞRPŞ-nə sorğu ilə müraciət etmiş, lakin həmin sorğuya cavab olaraq Polis Şöbəsindən məhkəməyə göndərilmiş 25 avqust 2024-cü il tarixli məktubda sorğuda qeyd olunan vaxtdan uzun müddət keçdiyinə və yaddaş qurğusunda qalmadığına görə X1in Şöbəyə gətirilməsinə dair videogörüntülərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, X1in narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə hər hansı əməliyyat məlumatı daxil olduğu halda, həmin məlumat üzrə əməliyyat-qeydiyyat işinin başlanıb-başlanılmaması, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qeydiyyata alınıb-alınmaması ilə bağlı da Lənkəran ŞRPŞ-nə sorğu göndərilərək bununla bağlı müvafiq sənədlə rin təqdim edilməsi xahiş olunmuş, lakin həmin sorğuya cavab olaraq Lənkəran ŞRPŞ tərəfindən verilmiş 25 avqust 2024-cü il tarixli məktubda X1in barəsində əməliyyat işinin açılmadığı, 80 nömrəli qeydiyyat işinin açılması, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həmin Qanunun 11ci maddəsinin 3-cü hissəsinin tələbinə uyğun olaraq əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyekti tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında həyata keçirildiyi göstərilmişdir. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından, o cümlədən kassasiya qaydasında mübahisələndirilən 19 dekabr 2024-cü il tarixli qərardan göründüyü kimi, məhkəmələr əsaslı olaraq X1in məhkəmə iclaslarında kifayət qədər təs diq edilməyən, onun tərəfindən ibtidai araşdırma zamanı verdiyi ifadələrini, habelə əksəriyyəti prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilmiş sübutları onun təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul etməkdən imtina etmiş və bu zaman həm də aşağıda göstərilənlərə də əməl etmişlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqı nda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestində X1in məhkəmə iclasında ətraflı olaraq verdiyi ifadələrinin yolverilməz sübut olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüququdur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə dü şür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci maddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi X1in məhkəmə iclaslarında verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etməyərək bununla bağlı kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış digər sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə X1ə qarşı irəli sürülmüş itti hamın əsasını təşkil edən əsas sübutların prosessual hüquq normalarının tələblərinin, o cümlədən sonuncunun müdafiə hüququnun pozulması ilə əldə edilməsini qeyd edir. X1in məhkəmə iclasında verdiyi ifadələrin fövqündə isə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri onun xeyrinə həll edən məhkəmələr tamamilə haqlı olaraq toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə düzgün nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, onun məhz məhkəmə iclaslarında verdiyi ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibtidai a raşdırma zamanı va birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hеsab еdir. Əvvəla iş materiallarına görə, adları çəkilən şəxslər X1in barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsini və bu tədbirlər nəticəsində onu 11 fevral 2024-cü il tarixdə saxlayıb Lənkəran RŞPŞ-nə gətirərək təhqiqatçıya təhvil vermələrini göstərmişlər. Bundan sonra, təhqiqat zamanı toplanmış materiallara görə, məhz təhqiqatçı tərəfindən X1in üzərində şəxsi axtarışın aparılmasında əməliyyatçı olan polis əməkdaşlarının iştirak etmələrinin hansı zərurətdən irəli gəlməsi nə təhqiqatçı tərə findən aydınlaşdırılmamış, nə də ki, bunun əsası X1ə izah edilməmişdir. Sonuncu isə birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrində göstərmişdir ki, o, Polis Şöbəsində psixi təsirlərə məruz qaldıqdan sonra onu saxlamaları göstərilən polis əməkdaşları onun cibinə bir bükümdə psixotrop maddəni yerləşdirdikdən sonra özləri də üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş və o, hər hansı cinayət əməli törətməsə də sonuncuların ona qarşı etdikləri təsir nəticəsində ona qarşı irəli sürülmüş ittihama uyğun olan etirafedici izahat və ifadələr verməyə məcbur olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və C.M.X11 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə edərək saxlamaqda və daşım aqda şübhəli bilərək 11 fevral 2024-cü il tarixdə saat 14.20 radələrində saxlamaları, onu Lənkəran RŞPŞ-nə gətirərək təhqiqatçıya təhvil vermələri, bundan sonra onların da iştirakları ilə X1in üzərində şəxsi axtarışın aparılması, bunun nəticəsində isə sonuncunun üzərindən bir bükümdə 0,827 qram çəkidə psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi barədə hər birisinin ayrıayrılıqda verdikləri ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edilsə belə, onların təkcə əməliyyat-axtarış tədbirlərinin keçirilməsində deyil, həm də onlara aid olmayan istintaq hərəkətinin apaılmasında da iştirak etmələri onların X1ə ünvanladıqları tələbin yerinə yetirilməsinin sığortalanması zərurətindən irəli gəlmişdir. Məhz buna görə də ibtidai araşdırma orqanı və kassasiya protestinin müəlli fi tərəfindən adları çəkilən polis əməkdaşlarının ifadələrini X1ə qarşı CM-in 234.1-ci maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olan və onun bu ittiham üzrə təqsirliliyinə dəlalət edən sübut növü kimi qiymətləndirilmiş, lakin sonuncunun həqiqətən ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən qərəzsiz və mötəbər sübutlar (ekspertiza rəyləri istisna olmaqla) məhkəmələrə təqdim olunmamış, qalan digər sübutlar isə prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə əldə edilmişdir. Şübhəli şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından isə Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Bel ə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzər yetirildikdə müəyyən olunur ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 X1in saxlanılaraq polis şöbəsinə gətirilməsinə, onun üzərində şəxsi axtarışının aparılması barədə şahid kimi ifadələr vеrmiş və ibtidai araşdırma orqanı X1in təqsirlilik məsələsini bu ifadələrə (ibtidai araşdırma zamanı eyni məzmunda olan həmin ifadələr əks etdirilmiş protokollarda hətta yol verilmiş səhvlər də təkrarlanmışdır) əsaslanmaqla həll edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, bəraət almış şəxsin isə psixotrop maddəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan başqa halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmişdir. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun po zuntularının fonunda birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmalarını haqlı hesab edir və qeyd edir ki, X1in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq X1ə elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndi rməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, apellyasiya instansiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir k, X1in CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə qanuni və əsaslı n əticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntuların yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125.2-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiklərini, ümumi şəkildə i sə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X1ə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edə n kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X1ə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respu blikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar