Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1072/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Hacıqayıbov İmran Teymurxan oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM- nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ağayev Zeynal Qurban oğlu (sədrlik edən), X20 və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) 01 mart 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Ağsu rayonu Çaparlı kənd tam orta məktəbində bağban işləyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Çaparlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törət məkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 iyul 2017-ci il tarixdən 08 iyul 2017-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəza çəkmə müddətinin əvvəli 01 mart 2018-ci il tarixdən hesablanmışdır. Hökmdən Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirpaşa Süleyman oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 18 may 2 018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 07 noyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 may 2018-ci il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qasımov Əflatun İbrahim oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 19 aprel 2019-cu il tarixl i qərarı ilə müdafiəçinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilərək işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.4cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Məhkum özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əv vəlcə Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs işlədiyi idarəyə aldığı “Kamaz” markalı yük avtomobilini 60.000 manat dəyərində olduğu halda guya 120.000 manat dəyərində sənədləşdirməsi, Zərərçəkmiş şəxs iki oğlunun adını guya işçi kimi işlədiyi idarəyə rəsmiləşdirib Bakı şəhərində yaşadıqları halda idarədən əmək haqqı almaları, işlədiyi idarəyə məxsus “Hyundai” markalı minik avtomobilini guya qanunsuz olaraq özəlləşdirib oğluna verməsi, Ağsu rayonundakı Cavanşir gölünü guya özəlləşdirib ərazidəki torpaqları qanunsuz olaraq ələ keçirməsi, işlədiyi idarəyə məxsus “Kamaz” markalı beton qarışdıran avtomobili guya Bakı şəhərində yaşayan Elməddin adlı şəxsə satması, idarə üçün nəzərdə tutulan yeni alınmış “Hyundai” markalı ekskavatoru guya Şamaxı rayonu ndan olan bir nəfər şəxsə 10.000 manat pula satması barədə həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən məqaləni «faktinfo.az» internet səhifəsində yerləşdirmiş, bundan sonra qeyd olunan hərəkətləri davam etdirərək Zərərçəkmiş şəxs haqqında həmin rüsvayedici məlumatları dövlət qurumları və digər kütləvi informasiya vasitələrində də yayma hədəsi ilə ondan xeyli miqdarda, yəni 12.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı müraciəti əsasında həmin idarənin əməkdaşları tərəfindən 06 iyul 2017-ci il tarixdə saat 17:50-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum Zərərçəkmiş şəxs sonuncuya DİN-in əməliyyat xərcləri üçün nəzər də tutulmuş pul vəsaitindən verilmiş seriya və nömrələri protokolda qeyd olunan və həmin dövrün məzənnəsi ilə 11.915 manat 40 qəpik təşkil edən 7.000 ABŞ dolları məbləğində xeyli miqdarda pulu ünvan 2 ünvanında yerləşən “Primer club” adlı çay evində alıb ələ keçirdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış, keçirilən baxış zamanı onun bir qədər əvvəl Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etməklə əldə etdiyi 7.000 ABŞ dolları məbləğində xeyli miqdarda pul vəsaiti çay evindəki otaqda əyləşdiyi masanın üzərində onun qarşısından aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya məhkəməsi iş üzrə əlavə araşdırılmış sübutların qiymətləndirilməsində açıq-aşkar səhv etmişdir. Məhkəmə iclas protokolunda təhriflərə yol verilmiş, məhkəmədə araşdırılan sübutlara qərarda münasibət bildirilməmişdir. Məhkum əməlində cinayət tərkibi yoxdur, onun cinayət törətmək niyyəti olmamış, bu hadisə zərərçəkmiş şəxs və polis əməkdaşları tərəfindən təşkil olunmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində şikayətlər etdiyi üçün Məhkum cəzalandırmaq məqsədilə və polis əməkdaşlarının planına görə aldadaraq Bakı şəhərinə dəvət etmiş, formal olaraq cinayətin əlamətləri yaradılmış (mükəmməl olmasa da) və o, bu işə təhrik edilmişdir. Qeyd olunanlara Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Müdafiəçi eyni zamanda məhkumun hemofiliya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq onun həbsd ən azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarı dəyişdirilməlidlr. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kas sasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilərək məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Məhkəməyədək icraat zamanı Məhkum özünü ona istinad edilmiş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, Ağsu rayonu Çaparlı kənd ta m orta məktəbində bağban işləyir və qan xəstəliyindən əziyyət çəkdiyi üçün maddi ehtiyacı olmuşdur. Dövlət tərəfindən xəstəliyi ilə əlaqədar edilən maddi köməklik kifayət etmədiyindən Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayaraq ondan pul tələb etməsini düşünmüşdür. Bu məqsədlə iyun ayının ortalarında «faktinfo.az» saytına müraciət edərək Zərərçəkmiş şəxs işlədiyi idarəyə "Kamaz" markalı maşın aldığını, həmin maşının qiyməti 60.000 manat olduğu halda onu 120.000 manata sənədləşdirdiyini, bundan başqa 2 oğlunun adını işçi kimi işlədiyi idarəyə rəsmiləşdirib Bakı şəhərində yaşadıqları halda oradan əmək haqqı aldıqlarını, habelə işlədiyi idarənin “Hunday” markalı minik maşınını qanunsuz olaraq özəlləşdirərək oğluna verdiyini, bundan əlavə rayondakı Cavanşir gölünü özəlləşdirərək ərazidəki torpaqları qanunsuz olaraq ələ keçirdiyini, bundan başqa işlədiyi idarəyə məxsus beton qarışdıran “Kamaz” markalı maşını Bakıda yaşayan Elməddin adlı şəxsə satdığını, idarə üçün nəzərdə tutulmuş yeni alınan “Hundai” markalı ekskavatoru gətirib Şamaxıdan bir nəfərə 10 min manata satdığını bildirmişdir. Bu məqalədən bir neçə gün sonra Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək işlədiyi idarəyə dəvət etmişdir. Bir gün sonra həmin idarəyə gedərək Zərərçəkmiş şəxsla görüşmüşdür. Söhbət zamanı Zərərçəkmiş şəxs sayta verdiyi məlumatları hansı səbəbdən etdiyi barədə soruşduqda o bunu xəstəliyilə əlaqədar maddi köməkliyə ehtiyacı olduğu üçün et diyini, 50.000 manat pul lazım olduğunu və verməyəcəyi halda qeyd olunan məlumatları digər KİV-də yayacağını bildirmişdir. Zərərçəkmiş şəxs ona tələbinin əsassız və qanunsuz olduğunu bildirdikdə o sonuncuya hədə-qorxu gələrək dediyi məbləğdə pulu verməyəcəyi təqdirdə həmin əməlləri davam etdirəcəyini bildirmiş və idarəni tərk etmişdir. Ardınca həmin məlumatları Azərbaycan Respublikası Prezidentinin ünvanına göndərmiş və həmin müraciətin sonradan aidiyyəti üzrə Meliorasiya və Su Təsərrüfatı ASC-nə göndərildiyi ona məlum olmuşdur. Çünki bir neçə gün sonra Zərərçəkmiş şəxs bir daha onu işlədiyi idarəyə dəvət edərək işgüzar nüfuzuna zərər yetirən, cəmiyyətdə onu rüsvay edən məlumatları yaymamağı xahiş etmişdir. O, isə Zərərçəkmiş şəxs maddi cəhətdən köməklik etməyəcəyi təqdirdə həmin hərəkət ləri davam etdirəcəyini bildirmişdir. Uzun davam edən söhbətlərinin sonunda o, Zərərçəkmiş şəxs 12.000 manat pul tələb etmiş və həmin məbləği qısa müddət ərzində verməyini, əks halda əməllərini davam etdirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs da sonda onun tələbi ilə razılaşmışdır. 06 iyul 2017-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan 050 210 48 02 saylı mobil telefon nömrəsi ilə onunla əlaqə saxlayıb pulun hazır olduğunu və saat 18:00da ünvan 3 ünvanında yerləşən “Primer club” adlı çay evinə gəlməsini bildirmişdir. Həmin gün saat 17 radələrində Bakıya çatmış və qeyd olunan çay evinə gələrək Zərərçəkmiş şəxsla otaqların birində görüşmüşlər. O, Zərərçəkmiş şəxs pulu gətirib gətirmədiyini soruşduqda Zərərçəkmiş şəxs pulu gətirdiyini bildirərək cibindən çıxarıb ona vermişdir. O, pul un dollar olduğunu gördükdə Zərərçəkmiş şəxs pulun 7.000 ABŞ dolları olduğunu və təxminən 12.000 manata yaxın pul etməsini bildirmişdir. Bundan sonra həmin pulları götürərək salfetə büküb masanın üzərində öz qarşısına qoymuşdur. Həmin vaxt içəri bir neçə mülki geyimdə olan şəxslər daxil olaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu saxlayaraq qəbul etdikləri qərarla tanış etdikdən sonra şəxsiyyəti barədə sorğu etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları hal şahidlərinin iştirakı ilə ona hədə-qorxu ilə tələb edərək aldığı 7.000 ABŞ dolları pulu təqdim etməsini təklif etmişlər. O, da etiraz etməyərək oturduğu masanın üzərində salfetə bükdüyü 7.000 ABŞ dolları pulu hal şahidlərinin iştirakı ilə polis əməkdaşlarına təqdim etmişdir. Həmin pullara polis əməkdaşları tərəfindən b axış keçirilərkən həqiqətən də həmin pulların polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs təqdim olunmuş pul vəsaiti ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Daha sonra isə polis əməkdaşları tərəfindən ona üzərində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O, da hal şahidlərinin iştirakı ilə əynindəki göy rəngli şalvarın sağ yan cibindən 33 manat pulu və bir ədəd “Nokia” markalı mobil telefonunu çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. 33 manat pul polis əməkdaşları tərəfindən geri qaytarılmış, “Nokia” markalı mobil telefonu isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqdim etdiyi 7.000 ABŞ dolları pul kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmələr Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsini işin digər faktiki halları ilə təsdiq edildiyindən sübut növü kimi qiymətləndirmişlər. Məhkəmələr iş üzrə gəldikləri nəticəni aşağıda şərh olunan sübutlarla əsaslandırmışlar. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyir. 2017-ci ilin iyun ayının axırlarında tanımadığı bir nəfər şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək özünü «Faktinfo.az» internet saytının rəhbəri kimi təqdim etmiş və həmin sayta Məhkum müraciət edərək onun barəsində ittihamedici məlumat verdiyini bildirərək həmin məlumatlara aydınlıq gətirilməsini xahiş etmişdir. O da öz növbəsində həmin müxbirdən onun barəsində yazılmış məlumatları hansı məlumatlar olduğunu deməyini xahiş etmişdir. Həmin şəxs onun barəsində yazılmış məlumatları bildirdikd ən sonra həmin məlumatların böhtan olduğunu, həqiqətə uyğun olmadığını bildirərək kütləvi informasiya vasitələrində yayılacağı təqdirdə hüquqlarının qorunması ilə əlaqədar müvafiq qurumlara müraciət edəcəyini bildirmişdir. Həmin şəxslə danışıqlardan sonra barəsində sayta məlumat vermiş şəxsin kimliyi barədə maraqlanmış və eyni zamanda qeyd olunan sayta bir daha özü baxaraq dəqiqləşdirmə aparmışdır. Bundan sonra barəsində həqiqətə uyğun olmayan və cəmiyyətdə onu rüsvay edəcək məlumatları yayan şəxsin Ağsu rayonu Çaparlı kənd sakini Məhkum olması məlum olmuşdur. Məhkum mobil telefon nömrəsini tapıb əlaqə saxlamış və işlədi idarəyə çağırmışdır. Söhbət zamanı Məhkum barəsində sayta verdiyi məlumatları bir daha dəqiqləşdirmiş və bunu hansı səbəbdən etdiyini soruşmuşdur. Məhkum isə həmin məlum atları özünün şəxsən sayta bildirdiyini demişdir. O, Şənliyə xəstə olduğu üçün 50 manat yardım etmiş, sonra yaxınlıqdakı marketdən evləri üçün ərzaq götürə biləcəyini və pulu özünün verəcəyini Şənliyə demişdir. Şənlik də ərzaq mağazasından 90 manatlıq ərzağı onun adına götürmüşdür. Bundan sonra yenə eşitmişdir ki, Şənlik ondan 50.000 pul tələb edir. Bu barədə Şənliyi yenidən çağıraraq söhbət etmiş, Şənliyin fikrinin ciddi olduğunu və ondan külli miqdar pul tələb etdiyini görüb, Şənliyə təklif etmişdir ki, 10.000 manat versin və Şənlik bununla da ondan əl çəksin. X36 atasına zəng etmiş və pulu görütüb-götürməməyi soruşmuş, Şənliyin atası da pulu almağı, lakin otaqda deyil kəndarda almağı məsləhət görmüşdür. O, çıxılmaz vəziyyətdə qaldığından məcbur olub Məhkum dediyi son məbləğlə, yəni 12.0 00 manatla razılaşmışdır. Məhkum getdikdən sonra onun qanunsuz əməllərinə son qoyulması məqsədilə onun barəsində müvafiq dövlət orqanlarına müraciət etmək qərarına gəlmişdir. Bu məqsədlə 06 iyul 2017-ci il tarixdə Bakı şəhərinə gələrək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək Məhkum barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra polis əməkdaşlarından biri onun ərizəsini idarə rəhbərliyinə məruzə etmiş və ardınca əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçiriləcək əməliyyat tədbirində könüllü olaraq iştirak etməyə razılıq verdikdən sonra qəbul edilmiş qərara əsasən həmin tədbirdə təlimatlandırılmış şəxs qismində iştirak etməli olmuşdur. Daha sonra iki nəfər şəxs keçiriləcək tədbirdə hal şahidi qismində iş tirak etmək üçün Baş idarəyə dəvət olunmuşlar və onlara polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Məhkum cinayətkar əməlini ifşa etmək məqsədi ilə polis əməkdaşlarından biri əməliyyat xərcləri üçün ayrılmış pul vəsaitindən Məhkum tələb etdiyi 12.000 manata yaxın məbləği təşkil edən 7.000 ABŞ dolları pul ayırıb hal şahidlərinin iştirakı ilə ona təqdim edərək bununla bağlı protokol tərtib etmişdir. Bundan sonra tədbirdə iştirak edəcək şəxslər, o da daxil olmaqla polis əməkdaşları tərəfindən təlimatlandırılmışlar. Daha sonra isə o, əməliyyat tədbirinin planına uyğun olaraq istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq hədə-qorxu ilə ondan tələb etdiyi pulu vermək üçün həmin gün saat 18:00da ünvan 3 ünvanında yerləşən “Primer club” adlı çay evinə dəvət etmişdir. Əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə saat 17:30-da qeyd olunan “Primer club” çay evinin yaxınlığına çatmışlar. Plana uyğun olaraq əməliyyat qrupundan ayrılaraq çay evinə daxil olub otaqlardan birinə əyləşmişdir. Polis əməkdaşları da əməliyyat mövqeyi tutaraq gözləməyə başlamışlar. Təxminən 10 dəqiqə sonra saat 17:40-da Məhkum çay evinə gələrək onun əyləşdiyi otağa daxil olmuş və masa arxasına əyləşdikdən sonra ondan pulu gətirib gətirmədiyini soruşmuşdur. O, isə pulu gətirdiyini bildirərək cibindən polis əməkdaşları tərəfindən protokol əsasında ona verilmiş 7.000 ABŞ dolları pulu çıxarıb Məhkum təqdim etmişdir. Həmin vaxt əməliyyat mövqeyində duran polis əməkdaşlarına şərti iş arə vermiş və az sonra saat 17:50-də polis əməkdaşları onların əyləşdikləri otağa daxil olaraq özlərini təqdim edib Məhkum saxlamışlar. Polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə Məhkum ondan hədə-qorxu ilə tələb edərək aldığı 7.000 ABŞ dolları pulu təqdim etməsini bildirmişlər. Məhkum isə etiraz etməyərək oturduğu masanın üstündə salfetdə olan 7.000 ABŞ dolları pulu hal şahidlərinin iştirakı ilə əməliyyat qrupunun üzvlərinə təqdim etmişdir. Məhkum təqdim etdiyi 7.000 ABŞ dolları pul kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 6 saylı möhürü ilə möhürlənmişdir. Orada sorğu zamanı Məhkum təqdim etdiyi 7.000 ABŞ dolları pulu ondan barəsində rüsvayedici məlumatları internet portallarında yayacağı hədəsi ilə aldığını bildirmişdır. Həmin vaxt sənədləşmə üçün münasib şərait ol madığına görə protokol tərtib edilməsi üçün onlar polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət olunmuşlar. Baş İdarədə müdafiəçi, hal şahidləri və əməliyyat qrupu üzvlərinin iştirakı ilə keçirilən əməliyyat-axtarış tədbirinin nəticəsinə dair tərəfindən protokol tərtib olunmuşdur. Məhkum Azərbaycan Respublikası təqsiri şahidlər X18, X9, X21, X12 və X2 ifadələrində də öz təsdiqini tapmışdır. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsinə düzgün tövsif edilmişdir. Məhkəmələrin məhkumun əməlinin cinayət olması və tövsifi barədə gəldikləri nəticə işin faktiki hallarına uyğundur. Bununla yanaşı kollegiya işin obye ktiv hallarına əsasən məhkuma təyin edilmiş cəzanın ağır olmasını qeyd edir. Məhkəmə kollegiyası işin hallarını və məhkumun şəxsiyyətini səciyyələndirən halları-onun “Angoiohemofliya, ikincili anemiy, xroniki virus hepatit C. Subklinik xəstəsi olmasını 2-ci qrup əlilliyini, iki azyaşlı xəstə uşaqlarının olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsipini rəhbər tutaraq,məhkumun barəsində həmin Məcəllənin 62-ci maddəsini tətbiq edilməsini, yəni cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və i ctimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.. Kollegiyası hesab edir ki, Məhkum edilməsinə dair hökmün dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2019cu il tarixli qərarı dəyişdirilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərba ycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən 1 (bir) il 5 (beş) aya endirilsin, 06 iyul 2017-ci il tarixdən 08 iyul 2017-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 01 mart 2018-ci il tarixdən hesablandığından təyin olunmuş cəzanın 30 iyul 2019-cu il tarixdə bitdiyi nəzərə alınaraq azad olunsun. Qalan hissədə qərar dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1072/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1072/2019
30.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver