Məhkəmə qərarları › İş №1(102)-1072/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1072/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1072/2022 13.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-1166/2021 nömrəli qərarından Məhkum1 t ərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə, Məhkum3 müdafiəçisi Müdafiəçi7 Babalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 04 avqust 1959-cu il tarixdə Tərtər rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olan, “X9” MMC-nin direktoru vəzifəsində işləmiş, Tərtər rayonunun Borsunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Məhkum3 xx xxxxx 1974-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında faktiki yaşamışdır 3. 31 oktyabr 2018 -ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2, 308.1 və 313-cü maddələri ilə, Məhkum3 Azərbaycan Respublikası CMnin 178.3.2, 32.5,308.1 və 32.5,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 23 noyabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 tanışları X5 və X8 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində i şləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 4085-ci məhəlləd ə Zərərçəkmiş şəxs4 məxsus olan 0,04 ha torpaq sahəsində inşa olunan 3 mərtəbəli fərdi yaşayış binasının və oradakı mənzillərin faktiki olaraq Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildiyi halda, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq tanışı Fikrət Qasımovun bacanağı X6 guya həmin binanın 2ci mərtəbəsində yerləşən 80 m2 sahəsi olan 2 otaqlı, 7 nömrəli mənzilin mülkiyyətçisi olduğunu və mənzili 80.000 manata satdığını mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs2 yalandan bildirməklə, 28 sentyabr 2015-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, “Heydər Əliyev” adına parkda Azər Əliyev tərəfindən Zərərçəkmiş şəxs2 80.000 manat məbləğində pulun alınmasından sonra həmin pulu Fikrət Qasımov və Azər Əliyevlə ar alarında bölərək şəxsi ehtiyacları üçün istifadə etmiş, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd olunan mənzilin guya Zərərçəkmiş şəxs2 satılması görüntüsü yaratmaq üçün mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı Fikrət Qasımov və Azər Əliyevin verdikləri məsləhətləri və məlumatları ilə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqaviləni, mənzilin dəyərinin ödənilməsi barədə Zərərçəkmiş şəxs2 adına verdiyi eyni tarixli və nömrəli maliyyə arayışını istintaqla müəyyən edilməyən şəraitdə hazırlayıb “X9” MMC-nin möhürü və özünün imzası ilə təsdiq edərək Fikrət Qasımovun və Azər Əliyevin vasitəsilə Zərərçəkmiş şəxs2 təqdim etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə qulluq mövqeyi ndən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, digər şəxslərin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər - Fikrət Qasımov və Azər Əliyev üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxs Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 əmlakdan maneəsiz istifadə etmək, ona sahiblik etmək hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş və vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, tanışları Məhkum3, Şahid7 və Məhkum2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2012-ci il tarixdə təsis etdiyi, sahibliyində, istifadəsində və mülki yyətində hər hansı əmlakı mövcud olmayan “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, fiziki şəxs X4 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış binasının, 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 96,8 m2 olan 2 otaqlı mənzilin 24 may 2006-cı il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs5 satılmaqla onun adına rəsmiləşdirildiyini və sonuncuya məxsus olduğunu bildiyi halda, cinayətkar qrupun üzvləri arasında əvvəlcədən olan cinayətkar sövdələşməyə uyğun olaraq həmin mənzilin guya Məhkum2 adına rəsmiləşdirilməklə faktiki olaraq Şahid7 mülkiyyətində olduğunu mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 yalandan bildirməklə, xx.xx.2018-ci il tarixdə Məhkum2 vasitəsilə həmin mənzili Zərərçəkmiş şəxs1, xx.xx.2018-ci il tarixdə isə sonuncunu n qardaşı Şahid1 göstərilməklə Zərərçəkmiş şəxs1 mənzilin həqiqətən Şahid7 məxsus olmasına inandırıb, 13 iyun 2018-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 29-da yerləşən, Məhkum3 istifadəsində olan ofisdə Zərərçəkmiş şəxs1 45.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 76.500 manat məbləğində pulun Şahid7, Məhkum3 və Məhkum2 vasitəsilə alınmasına nail olduqdan sonra həmin pulu sonuncularla aralarında bölüb şəxsi ehtiyacları üçün istifadə etmiş, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd olunan mənzilin guya Zərərçəkmiş şəxs1 satılması görüntüsü yaratmaq üçün, mənzilin sonuncunun qardaşı Şahid1 adına qanunsuz rəsmiləşdirilməsi məqsədilə Şahid7, Məhkum3 və Məhkum2 verdikləri məsləhətləri və məlumatları ilə məzmununa tamah niyyətilə bilə- bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 25 iyun 2018-ci il tarixli, 30 nömrəli müqaviləni, həmçinin mənzilin dəyərinin ödənilməsi barədə Şahid1 adına verdiyi həmin tarixli və nömrəli maliyyə arayışını istintaqla müəyyən edilməyən şəraitdə “X9” MMC-nin möhürü və özünün imzası ilə təsdiq edərək Şahid7, Məhkum3 və Məhkum2 vasitəsilə Zərərçəkmiş şəxs1 təqdim etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, digər şəxslərin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər - Şahid7, Məhkum3 və Məhkum2 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qə sdən zidd olaraq istifadə edib fiziki şəxs Zərərçəkmiş şəxs5 əmlakdan maneəsiz istifadə etmək, ona sahiblik etmək hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş və təkrarən vəzifə saxtakarlığı törətmişdir.

6. Məhkum3 münasibətdə birinci instansiya məhkəməsi müəyyən edilmiş işin faktiki hallarına görə, o, tanışları Şahid7, Məhkum2, həmçinin “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən Məhkum1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə, fiziki şəxs X4 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış binasının, 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 96,8 m2 olan 2 otaqlı mənzilin 24 may 2006-cı il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirildiyini və sonuncuya məxsus olduğunu bildiyi halda, cinayətkar qrupun üzvləri arasında əvvəlcədən olan cinayətkar sövdələşməyə uyğun olaraq həmin mənzilin guya Məhkum2 adına rəsmiləşdirilməklə faktiki olaraq Şahid7 mülkiyyətində olduğunu mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 yalandan bildirməklə, xx.xx.2018-ci il tarixdə Məhkum2 vasitəsilə həmin mənzili Zərərçəkmiş şəxs1, xx.xx.2018-ci il tarixdə isə sonuncunun qardaşı Şahid1 göstərilməklə Zərərçəkmiş şəxs1 mənzilin həqiqətən Şahid7 məxsus olmasına inandırıb, 13 iyun 2018-ci il tarixdə saat 17radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 29-da yerləşən özünün istifadəsində olan ofisdə Zərərçəkmiş şəxs1 45.000 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 76.500 manatı Şahid7 və Məhkum2 ilə birlikdə alandan sonra sonuncularla, həmçinin Məhkum1 ilə aralarında bölüb şəxsi ehtiyacları üçün istifadə etmiş, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd olunan mənzilin guya Zərərçəkmiş şəxs1 satılması görüntüsü yaratmaq üçün, mənzilin sonuncunun qardaşı Şahid1 adına rəsmiləşdirilməsi üçün verdiyi məsləhətləri və məlumatları ilə “X9” MMC-nin direktoru Məhkum1 tərəfindən məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatların daxil edildiyi saxta rəsmi sənədlərin – 25 iyun 2018-ci il tarixli, 30 nömrəli müqavilənin və mənzilin dəyərinin ödənilməsi barədə Şahid1 adına verilmiş həmin tarixli və nömrəli maliyyə arayışını Zərərçəkmiş şəxs1 təqdim etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özü və üçüncü şəxslər – Şahid7 və Məhkum2 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Məhkum1 xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında və vəzifə saxtakarlığı törədilməsində məsləhətləri və məlumatları ilə köməkçi qismində iştirak etmişdir.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(101)-59/2021 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza - 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərd ə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzalarına, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə 01 (biri) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə ona 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmü ilə Məhkum1 təyin olunmuş 03 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 06 (altı) müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir ) il 09 ( doqquz ) ay müddətə azadlıqdan məhrum et mə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 20 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir.

8. Hökmlə Məhkum3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.1 və 32.5,313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza - 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.5,308.1-ci maddəsi ilə 01 (bir) il müddə tə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2018-ci il tarixdən hesablandığına görə ona təyin olunmuş cəzasını çəkmiş hesab edilmiş, dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməklə cəzanın icrası onun yaşadığı yer üzrə Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinə həvalə edilmiş, barəsində xüsusi müsadirə tətbiq edilməmişdir. Məhkum3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 05 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il müddətinə sınaq müddəti təyin edilməsi, 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmünün müstəqil icra olunma sı hökm edilmişdir. hökmlə digər məsələlər də həll edilmişdir.

9. Həmin hökmlə həmçinin Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir.

10. Hökmdən Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, məhkum olunmuş şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 təyin edilmiş cəzaların ağırlaşdırılmasını, Məhkum3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin, habelə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin ləğv olunmasını, Məhkum3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.1-ci maddələri ilə yuxarı həddə cəza təyin olunmasını, həmin cəzanın əvvəlki hökmlə təyin edilmiş 05 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla aza dlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Hökmdən dövlət ittihamçısı X2 apellyasiya protesti verib, Məhkum3 aid hissədə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsini, eləcə də Məhkum2 Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməsini, cinayət qanunvericiliyi normalarının düzgün tətbiq edilməsi ilə hökmün dəyişdirilməsini xahiş etmişdir.

12. Hökmdən Məhkum1 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Məhkum1 barəsində bərəatverici əsaslarla cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanm ış sübutları düzgün qiymətləndirməmiş, eyni zamanda, təqsirsizliyinin sübut edilməsi üçün müdafiə tərəfinə şərait yaratmamışdır.

13. Hökmdən Məhkum1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-1166/2021 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(101)-59/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum3 barəsində Azərbaycan Respub likasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilmiş, Məhkum3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum3 yeni qərarla Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(101)-59/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,308.1-ci maddəsi ilə təyin edilmiş həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası və 01 (bir) il müddətinə azad lıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Məhkum3 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum3 20 oktyabr 2018-ci il tarixdən 19 may 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla hazırki qərarla təyin olunan cəzadan çıxılsın və üzərində çəkməsi üçün 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum3 hazırki qərarla təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmış, Məhkum3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri təqsirli bilinərək 05 (beş) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 (üç) il müddətinə sınaq müddəti təyin edilməsi, 03 (üç) il müddətinə dövlət və yerli özünidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü müstəqil icra olunması qərara alınmışdır.

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(101)59/2021 nömrəli hökmü həmçinin digər məhkum edilmiş şəxs Məhkum2 münasibətdə dəyişdirilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, digər Məhkum3 müdafiəçisi Müdafiəçi7 Babalı oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

17. Məhkum1 kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni eyni dəl illərlə əsaslandırmışdır. Kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, o hər hansı şəxsə qarşı dələduzluq cinayəti törətməmiş, onun əməlində cinayət tərkibi olmamışdır. Məhkəmələr mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələri dələduzluq kimi qiymətləndirərək, barəsində əsasız və qanunsuz ittiham hökmü və qərarlar çıxarmışlar. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına göndərilməsini xahiş edir.

18. Məhkum3 müdafiəçisi Müdafiəçi7 Babalı oğlu kassasiya şikayətində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 dəymiş bütün ziyan ödənilsə də, apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır. Məhkəmə kollegiyasından hüquqlarını müdafiə etdiyi şəxs Məhkum3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir.

19. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

21. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instan siyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.

22. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

23. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin h üdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

24. Məhkum1 əməlində cinayət tərkibinin olmadığını iddia edərək, tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

25. Məhkum3 müdafiəçisi Müdafiəçi7 Babalı oğlu kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edilməsi və barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qəbul edilməsi ni xahiş etməklə, tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

26. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və onların dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-1166/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

27. Məhkum1 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 3 3, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

28. Məhkum1 qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun özü və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki halların ın müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum1 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1, 313-cü maddələri dispozisiyasından və Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 əməlində Azərbaycan Respublikası CMin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin t ələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1, 313-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

31. Məhkəmə kollegiyası həmçinin Məhkum3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

32. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin ed ilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

33. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digə r cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

34. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci madd əsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

35. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

36. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, Məhkum3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

37. Məhkum edilmiş şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi7 Babalı oğlu kassasiya şikayətində hazırda Zərərçəkmiş şəxs1 dəymiş bütün ziyanın ödənildiyini, apellyasiya instansiyası məhkəməsinin isə bunu nəzərə almadığını bildirilsə də, qeyd etdiklərini hər hansı sübutla təsdiqləməmişdir. Apellyasiya instansiyas ı məhkəməsinin mübahisələndirilən qərarında isə Zərərçəkmiş şəxs1 dəymiş ziyandan Məhkum3 tərəfindən 19.000 manat deyil, cəmi 9.761 (doqquz min yeddi yüz altmış bir) manat ödənilməsi və bu halın iş materiallarında olan qəbzlərlə təsdiq edildiyi qeyd edilmişdir.

38. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, Məhkum3 təyin edilən cəza onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasının aşağı həddinə yaxındır və yuxarıda təsvir edilmiş maddi cinayət-hüquq normalarına uyğundur. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə g əlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum3 cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Azərbaycan Respublikası CM-nin 70ci maddələrinin tətbiq edilməsinə) yol verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum3 təyin edilmiş cəza qanunla müəyyən edilmiş məqsədlərə xidmət edir, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə tam uzlaşır.

39. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış (Məhkum3 təyin edilmiş cəzaya aid hissə istisna olmaqla) və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

40. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, Məhkum3 müdafiəçisi Müdafiəçi7 Babalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-1166/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, Məhkum3 müdafiəçisi Müdafiəçi7 Babalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-1166/

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar