Məhkəmə qərarları › İş №1(102)-1072/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1072/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1072/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2024- cü il tarixli 1(106)-968/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Hüseynov (sədrlik edən və məruzəçi), Neymət Məmmədov və Esmira Məmmədova) 19 yanvar 2024-cü il tarixli 1(099)-70/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 14 iyun 2024-cü il tarixdə Məhkum ərizə ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 1(099)-70/2024 nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkə məsinin (hakim Nahid Hüseynov) 05 iyul 2024-cü il tarixli 1(099)-70/2024 nömrəli qərarı ilə Məhkum həmin məhkəmənin 19 yanvar 2024-cü il tarixli 1(099)-70/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Yaşar Həşimov və İsmayıl Əhmədov) 10 dekabr 2024-cü il tarixli 1(106)-968/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 1(099)-70/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2024-cü il tarixli 1(106)-968/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, CM-in, digər qanunlarının və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə ziddir. Belə ki, Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən, heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 6cı maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən, təqsirləndirilən şəxsin işgəncə verərək özünə qarşı ifadə verməyə məcbur edilməsi və bu ifadənin qəbul edilən zaman ittihamın sübutu şəx sin təqsirli bilinməsi üçün sübut kimi istifadə edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili onun barəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək ilk öncə onu qeyd edir ki, Məhkum kassasiya şikayətində məhz hansı prosessual və ya digər qanunvericiliyin müddəalarının pozulmasını öz şikayətində bildirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum onun barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 1(099)-70/2024 nömrəl i hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 394.2-ci maddəsinin tələblərinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmdən apellyasiya şikayəti hökmün sürətinin ona verildiyi andan 20 gün müddətinə verilir. Cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, məhkum İ.Z.X2 Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 1(099)-70/2024 nömrəli hökmünün sürətini 01 fevral 2024-cü il tarixdə almışdır. Apellyasiya şikayəti isə məhkum tərəfindən 14 iyun 2024-cü il tarixdə verilmişdir. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını onun hüquqi savadsızlığı ilə əlaqələndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində Lənkəran Ağır Cinayətlər Məhkə məsinin 19 yanvar 2024-cü il tarixli hökmünün surəti qəbzə imza etməklə məhkum edilmiş şəxs Məhkum təqdim edilməsi üçün 22 yanvar 2024-cü il tarixdə müşayiətedici məktubla Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasına göndərilmiş və Məhkum hökmün surətini 01 fevral 2024-cü il tarixdə şəxsən almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum hüquqlarını Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etmişdir. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxs Məhkum barəsində olan göstərilən hökmlə razı olmadığı halda cinayət prosessual qanunvericiliyinə əsasən məhkəmə iclası zamanı hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etmiş Müdafiəçi1 vasitəsi ilə də məhkəməyə apellyasiya şikayətini təqdim edə bilərdi. Birinci insta nsiya məhkəməsi hesab etmişdir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 1(106)-968/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 1(099)-70/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2024-cü il tarixli 1(106)-968/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar