Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1073/2019 25.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: Əziz Cəfər oğlu Seyidov (sədrlik edən), İnqilab Maşallah oğlu Nəsirov (məruzəçi) və Fərhad Kazım oğlu Əliyevdən ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X12 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Mə hkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-309/2016 №-li, 23 noyabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X39, hakimlər X35 və X18 ibarət tərkibdə), Məhkum, 02 dekabr 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Masallı rayonu *********** kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətmə kdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il, CM-in 179.3.2-ci maddəsi ilə 07 (yeddi) il 6 (altı) ay, CM-in 308.2-ci maddəsi ilə 03 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 313-cü maddəsi ilə olan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən ona cəza təyin edilməməsi, CM-in 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əsas cəzaya əlavə cəzanı tamamilə birləşdirmək yolu ilə Məhkum oğluna qəti olaraq 03 (ü ç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum qarşı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 23 noyabr 2016-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, barəsində şeçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, iş üzrə "xxxx" ASC-nin mülki iddiası qismən təmin olunaraq "xxxx" ASC-yə vurulmuş ziyandan ödənilmə miş qalan 12392,80 manat məbləğində pulun təqsirləndirilən şəxs Məhkum alınaraq ləğv prosesində olan "xxxx" ASC-nin AZ******************* nömrəli hesabına ödənilməsi, Məhkum 2354 (iki min üz yüz əlli dörd) manat məbləğində pulun alınıb zərərçəkmiş şəxs X40 verilməsi, iş üzrə digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-dən götürülmüş kredit qovluqları, bank çıxarışları, xəzinə mədaxil və məxaric orderləri, reyestirlər, ödəniş tapşırıqlarına daxil olan sənədlər- kredit verilməsi barədə sərancam orderlər, müddətli öhdəlik sənədləri, ərizələr, kredit komitəsinin qərarları, girov müqaviləsinə əlavələr, loyallıq aktları, kredit müqavilələri, kredit və girov müqavilə ləri, ödəniş cədvəlləri, kredit sifarişlərinin cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiya İdarəsində saxlanılan 38 ədəd polietilen torbalarda qablaşdırılmış əşyalar ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi, iş üzrə 463,60 manat ekspertiza xərci təqsirləndirilən şəxslər arasında bərabər bölünməklə müvafiq olaraq Məhkum, X2, X41, X36, X29 və X25 hər birindən 77 manat 27 qəpik alınıb dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Hökmlə həmçinin X2, X41, X36, X30, X31, X42 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 01 sentyabr 2011-ci il tarixdən "xxxx" ASC-nin müştəri xidməti departamentinin İV kateqoriyalı satış məsləhətçisi vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, bankın İdarə heyəti sədrinin müavini, İcra aparatının rəhbəri tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən ona həvalə edilən vəzifə öhdəliklərini vaxtında və vicdanla yerinə yetirməli, bankın mənafeyini hər şeydən üstün tutmalı, müştərini ilkin vizual qiymətləndirməli, kredit komitəsinə çıxarılmış kreditləri düzgün təhlil etməli, müştərilərə kreditlərin verilməsi üçün sənədləşməni düzgün aparmalı, verilmiş kreditin ödənilməsinə nəzarət etməli, monitorinq aparmalı, onunla işə götürülərkən bağ lanmış «tam maddi məsuliyyət haqqında» müqaviləyə əsasən ona etibar olunmuş əmlak, maddi və ya digər sərvətlərin salamatlığını təmin etməli, onlara qayğı ilə yanaşmalı, ziyanın qarşısını almaq üçün vaxtında lazımi tədbirlər görməli, «Qiymətli metallar və qiymətli daşların təminatı ilə (lombard) kreditinin verilməsi» qaydalarının tələblərinə əsasən girovun predmetinin, qızıl-zinət əşyalarının siyahısını sifariş ərizəsində göstərilməsini təmin etməli, təqdim edilən əşyaları müştərinin iştirakı ilə bankla müqavilə əsasında işləyən zərgər tərəfindən onun iş yerində və ya bankda qiymətləndirməli, qiymətləndirilmiş qızıl-zinət əşyalarını xüsusi şəffaf polietilen torbada qablaşdıraraq qiymətləndirmə aktı ilə birlikdə zərgərdən müştərinin iştirakı ilə təhvil almalı, qablaşdırma zamanı müştərinin v ə zərgərin iştirakını mütləq təmin etməli, «Lombard kreditlərinin rəsmiləşdirilməsinin» prosedur qaydalarının tələblərinə əsasən qiymətləndirilmiş qızılzinət əşyalarını müştəri xidməti departamentinin (filial) müdirinin və müştərinin birgə iştirakı ilə bank tərəfindən qəbul edilmiş qaydada yenidən qablaşdırmalı olduğu halda, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə "xxxx" ASC-yə məxsus pul vəsaitini, etibar olunmuş özgə əmlakını talama məqsədilə, xəstəsinin olması, öz adına əvvəllər kredit götürdüyünü, bank işçisi olduğuna görə kredit götürə bilməməsini, borcunun olmasını və digər eyni xarakterli bəhanələr gətirməklə təcili pula ehtiy acı olduğunu bildirib, adlarına kredit rəsmiləşdirilməsini xahiş etdiyi işlədiyi bankın əməkdaşlarının, qohumlarının və tanışlarının etimadından istifadə edərək və onları aldadıb həmin şəxslərin adlarına özünün rəsmiləşdirdiyi, həmçinin digər kredit mütəxəssisləri tərəfindən onun və tanışlarının adına rəsmiləşdirilən kreditlər üzrə bankla aralarında bağlanmış müqavilə əsasında girov qoyulan bütün zərgərlik məmulatlarının və qiymətli metalların qiymətləndirilməsini real bazar qiymətinə uyğun olaraq həyata keçirməyə, metalın əyarını, çəkisini, xassəsini doğru və dəqiq təyin etməyə cavabdeh şəxslərə- zərgərlərə qızıl-zinət əşyalarını təqdim edib onlar tərəfindən müştərilərin və digər kredit mütəxəssislərinin iştirakı olmadan həmin əşyaların yoxlanmasını təmin etdikdən sonra, özünün əvvəlcəd ən əldə etdiyi adi bəzək məmulatlarını qızıl-zinət əşyaları kimi qablaşdırıb bankdan götürüləcək kredit vəsaitlərinin təminatı kimi həmin əşyaları girov qoymaqla rəsmi sənədlərə-lombard kreditlərinin verilməsi ilə əlaqədar tərtib edilmiş kredit qovluqlarında olan kredit (borc) və girov müqavilələrində, sifariş ərizələrində, loyallıq və qiymətləndirmə aktlarında müştərilərin əvəzindən imza edib, həmin sənədlərə girov qoyulmuş əşyalarla bağlı yalan məlumatları daxil edərək, xahişi əsasında bankın kredit məsləhətçisi X29 və satış məsləhətçisi X31 tərəfindən özünün adına rəsmiləşdirilən 15 noyabr 2013-cü il tarixli 476/PBMF saylı kredit müqaviləsi üzrə: 441 manat dəyərində 11,03 qram çəkidə 585 əyar qızılı olan 1 ədəd qolbaq, 533 manat dəyərində 13,33 qram çəkidə 585 əyar qızılı olan 1 ədəd bo yunbağı, 12 manat dəyərində 55,43 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı, 13 manat dəyərində 65,71 qram çəkidə mis əsaslı 1 ədəd boyunbağını qızıl-zinət əşyaları kimi 3082,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3000,0 manat, 22 noyabr 2013-cü il tarixli 498/PBMF saylı kredit müqaviləsi üzrə: 7 manat dəyərində 21,64 qram çəkidə dəmir əsaslı 1 ədəd qolbaq, 3 manat dəyərində 15,66 qram çəkidə dəmir əsaslı 1 ədəd qolbaq, 5,5 manat dəyərində 28,08 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd qolbaq, 11 manat dəyərində 99,59 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 3,5 manat dəyərində 14,37 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd sırğa cütü-üzük dəstini qızıl-zinət əşyaları kimi 2953,0 manat dəyərində qiymətləndirərək qablaşdır ıb bankın xəzinəsinə təhvil verməklə 2950,0 manat, 10 yanvar 2014-cü il tarixli 011/PBMF saylı kredit müqaviləsi üzrə: 5 manat dəyərində 34,37 qram çəkidə dəmir əsaslı 1 ədəd kolye, 10 manat dəyərində 95,86 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 10 manat dəyərində 42,09 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı-qolbaq-sırğa gütü dəstini qızıl-zinət əşyaları kimi 2365,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 2365,0 manat, 29 yanvar 2014-cü il tarixli 044/PBMF saylı kredit müqaviləsi üzrə: 6 manat dəyərində 29,46 qram çəkidə dəmir əsaslı 2 ədəd boyunbağı, 6 manat dəyərində 17,72 qram çəkidə dəmir əsaslı 3 ədəd boyunbağı, 2 manat dəyərində 8,40 qram çəkidə dəmir əsaslı 1 ədəd qolbaq, 1 manat dəyərində 3,55 qram çəkid ə qiymətsiz metal əsaslı 1 ədəd qolbaq, 1 manat dəyərində 3,60 qram çəkidə dəmir əsaslı 1 ədəd sırğa cütü, 1 manat dəyərində 3,61 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd kürəcikli sırğa cütü, 1,5 manat dəyərində 4,59 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd sırğa cütü, dəyərsiz, 1,78 qram çəkidə qiymətsiz metal əsaslı 1 tay sırğa, 4,5 manat dəyərində 15,09 qram çəkidə dəmir və mis əsaslı 1 ədəd sırğa cütü-üzük-kulon dəstini qızıl-zinət əşyaları kimi 3025,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3000,0 manat, 17 fevral 2014-cü il tarixli ************saylı kredit müqaviləsi üzrə: 10 manat dəyərində 58,02 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı-qolbaq-sırğa cütü dəsti, 4 manat dəyərində 13,66 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd sırğ a cütü, 4 manat dəyərində 14,38 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd qolbağı qızıl-zinət əşyaları kimi 2995,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3800,0 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2980,72 manat), 26 fevral 2014-cü il tarixli ***************** saylı kredit müqaviləsi üzrə: 7 manat dəyərində 27,32 qram çəkidə dəmir əsaslı 1 ədəd tros boyunbağı, 6 manat dəyərində 23,86 qram çəkidə dəmir əsaslı 1 ədəd sarı rəngli boyunbağı, 8 manat dəyərində 37,82 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı, 7 manat dəyərində 28,12 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd «XP» yazılı boyunbağı, 6 manat dəyərində 30,75 qram çəkidə dəmir əsaslı 1 ədəd kürəcikli qolbaq, 8 manat dəyərində 32,90 qram çəkidə qiymətsiz metal əsaslı 2 ədəd qolbaq, 4 manat dəy ərində 20,32 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd qolbaq, dəyərsiz 2,25 qram çəkidə qiymətsiz metal əsaslı 1 tay sırğanı qızıl-zinət əşyaları kimi 2941,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3740,0 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2933,66 manat), 25 aprel 2014-cü il tarixli ************** saylı kredit müqaviləsi üzrə: 6 manat dəyərində 21,72 qram çəkidə dəmir əsaslı 1 ədəd tros boyunbağı, 5,5 manat dəyərində 15,99 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd ağ-sarı kombinə edilmiş tros boyunbağı, 7 manat dəyərində 28,17 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı, 12,5 manat dəyərində 41,91 qram çəkidə qiymətsiz metal əsaslı 2 ədəd boyunbağı-qolbaq dəsti, 9 manat dəyərində 24,41 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd qolbaq, 8 manat dəyərində 25,65 qram çəkidə qiymətsiz metal əsaslı 2 ədəd qolbağı qızıl-zinət əşyaları kimi 2652,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 2650,0 manat, 16 may 2014-cü il tarixli ************* saylı kredit müqaviləsi üzrə: 3 manat dəyərində 8,69 qram çəkidə dəmir əsaslı 2 ədəd boyunbağı, 1 manat dəyərində 1,78 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı, 5 manat dəyərində 26,83 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 1 manat dəyərində 3,71 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd sırğa cütü, 5 manat dəyərində 11,52 qram çəkidə qiymətsiz metal əsaslı 2 ədəd sırğa cütü, 2 manat dəyərində 9,41 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd sırğa cütü, dəyərsiz 17,05 qram çəkidə qiymətsiz metal əsaslı 3 ədəd sırğ a tayını qızıl-zinət əşyaları kimi 1909,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 1900,0 manat, bundan əlavə qohumu X32 adına rəsmiləşdirdiyi 17 dekabr 2013-cü il tarixli ************ saylı kredit müqaviləsi üzrə: 2 manat dəyərində 10,24 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd yastı toxunuşlu qolbaq, 5 manat dəyərində 23,68 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd kürəcikli qolbaq, 10 manat dəyərində 113,0 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 6 manat dəyərində 28,05 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd sırğa cütü-üzük dəsti, 20 manat dəyərində 117,31 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı-qolbaq-sırğa cütü-üzük dəstini qızıl-zinət əşyaları kimi 5879,0 manat dəyərində qiymətləndirərək qab laşdırıb bankın xəzinəsinə təhvil verməklə 5870,0 manat, 23 may 2014-cü il tarixli************* saylı kredit müqaviləsi üzrə: 8 manat dəyərində 19,22 qram çəkidə dəmir əsaslı 2 ədəd qolbaq-boyunbağı dəsti, 21 manat dəyərində 61,44 qram çəkidə dəmir əsaslı 3 ədəd yastı toxunuşlu boyunbağı-qolbaq dəsti, 15 manat dəyərində 81,0 qram çəkidə mis əsaslı 1 ədəd «versage» naxışlı boyunbağı-qolbaq dəstini qızıl-zinət əşyaları kimi 2982,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 2980,0 manat, bundan başqa tanışı X19 adına tərtib etdiyi 24 aprel 2014-cü il tarixli *********** saylı kredit müqaviləsi üzrə: eyni tarixli ************* saylı kredit və girov müqavilələrində, kreditin verilməsi barədə sərəncam orderdə, müddətli öhdəlik sənədində, ərizələrdə, girov müqa viləsinə əlavədə, loyallıq aktında, kredit sifarişində, zərgər tərəfindən qiymətləndirmə aktında müştəri İlkin İbadovun əvəzindən imzaları icra edib həmin sənədlərin məzmununa yalan məlumatları daxil edərək, 10 manat dəyərində 86,86 qram çəkidə dəmir əsaslı 1 ədəd halqavari boyunbağı-qolbaq dəsti, 12 manat dəyərində 113,17 qram çəkidə mis əsaslı 1 ədəd «JH» yazılı boyunbağı-qolbaq dəstini qızılzinət əşyaları kimi 2995,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 2990,0 manat, 07 may 2014-cü il tarixli ************* saylı kredit müqaviləsi üzrə: 10 manat dəyərində 50,29 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd «Xuping» yazılı kürəcikli boyunbağı qolbaq dəsti, 10 manat dəyərində 44,18 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 3 manat dəyərin də 13,35 qram çəkidə mis əsaslı 1 ədəd boyunbağı, 4 manat dəyərində 24,45 qram çəkidə mis əsaslı 1 ədəd qolbaq, 3 manat dəyərində 14,28 qram çəkidə mis əsaslı 1 ədəd qolbaq, 5 manat dəyərində 20,09 qram çəkidə mis əsaslı 1 ədəd sırğa cütünü qızıl-zinət əşyaları kimi qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3640,0 manat, 23 may 2014cü il tarixli ********** saylı kredit müqaviləsi üzrə: 3 manat dəyərində 19,02 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd tros formalı qolbaq, 2 manat dəyərində 10,76 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd yastı toxunuşlu qolbaq, 5 manat dəyərində 23,84 qram çəkidə maqnit xassəli mis əsaslı 1 ədəd kürəcikli qolbaq, 4 manat dəyərində 33,23 qram çəkidə mis əsaslı 1 ədəd «JH» yazılı boyunbağı-qolbaq dəstini qızıl-zinət əşyaları kimi 3030,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3000,0 manat, həmçinin bankın monitorinq şöbəsinin mütəxəssisi X5 adına tərtib etdiyi 23 dekabr 2013-cü il tarixli ************ saylı kredit müqaviləsi üzrə: eyni tarixli *********** saylı müqavilədə, *********** saylı kredit (borc) və girov müqaviləsində, zərgər tərəfindən qiymətləndirmə aktında, loyallıq aktında, ərizələrdə N6 əvəzindən imzaları icra edib həmin sənədlərin məzmununa yalan məlumatları daxil edərək, 13 manat dəyərində 148,97 qram çəkidə mis əsaslı 1 ədəd «» yazılı boyunbağı-qolbaq dəsti, 5 manat dəyərində 29,25 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd sırğa cütü-boyunbağı dəstini qızılzinət əşyaları kimi 2908,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil ve rməklə 2900,0 manat, 23 yanvar 2014-cü il tarixli ************ saylı kredit müqaviləsi üzrə: eyni tarixli *********** saylı müqavilədə, ************* saylı kredit (borc) və girov müqaviləsində N6 əvəzindən imzaları icra edib həmin sənədlərin məzmununa yalan məlumatları daxil edərək, 8 manat dəyərində 33,41 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd kürəcikli sırğa cütü-qolbaqboyunbağı dəsti, 3,5 manat dəyərində 18,96 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd sırğa cütü, 7 manat dəyərində 44,23 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd qolbaq, 2 manat dəyərində 10,10 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd qolbaq, 9,5 manat dəyərində 22,02 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağını qızıl-zinət əşyaları kimi 2982,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə tə hvil verməklə 2980,0 manat, 24 fevral 2014-cü il tarixli ******** saylı kredit müqaviləsi üzrə: eyni tarixli ******** saylı müqavilədə, ******** saylı kredit (borc) və girov müqaviləsində N6əvəzindən imzaları icra edib həmin sənədlərin məzmununa yalan məlumatları daxil edərək, 6 manat dəyərində, 18,50 qram çəkidə dəmir əsaslı 3 ədəd qolbaq, 3,5 manat dəyərində17,23 qram çəkidə dəmir əsaslı 1 ədəd qolbaq, 2,5 manat dəyərində 5,87 qram çəkidə dəmir əsaslı 1 ədəd tros qolbaq, 2,5 manat dəyərində 11,42 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd kürəcikli qolbaq, 2 manat dəyərində 17,19 qram çəkidə dəmir əsaslı 2 ədəd boyunbağı, 7 manat dəyərində 21,79 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 9 manat dəyərində 19,29 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı, 1,5 manat dəyərində, 5,33 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd sırğa cütü, dəyərsiz 3,52 qram çəkidə qiymətsiz metal əsaslı 2 ədəd sırğa tayını qızıl-zinət əşyaları kimi 2984,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3750,0 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2941,50 manat), 03 mart 2014-cü il tarixli ******** saylı kredit müqaviləsi üzrə: eyni tarixli zərgər tərəfindən qiymətləndirmə aktında N6 əvəzindən imzanı icra edib həmin sənədlərin məzmununa yalan məlumatları daxil edərək, 18 manat dəyərində 47,33 qram çəkidə dəmir əsaslı 9 ədəd boyunbağı, 7 manat dəyərində 20,14 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 9 manat dəyərində 94,21 qram çəkidə mis əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 2 manat dəyərində 11,84 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd sırğa cütünü qızıl-zinət əşyaları kimi 2897,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3680,0 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2886,59 manat), bundan əlavə bankın kredit məsləhətçisi X13 adına tərtib etdiyi 28 dekabr 2013-cü il tarixli ********** saylı kredit müqaviləsi üzrə: eyni tarixli*********** saylı müqavilədə,*************** saylı kredit (borc) və girov müqaviləsində, zərgər tərəfindən qiymətləndirmə aktında, ərizədə, loyallıq aktında K6 əvəzindən imzaları icra edib həmin sənədlərin məzmununa yalan məlumatları daxil edərək, 200 manat dəyərində 4,97 qram çəkidə 583 əyar qızılı olan 1 ədəd ərəb yazılı klonu olan boyunbağı, 540 manat dəyərində 10,84 qram çəkidə 750 əyar qızılı olan 1 ədəd halqavari elementləri olan «İtaly» yazılı boyunb ağı, 8 manat dəyərində 20,55 qram çəkidə dəmir əsaslı 2 ədəd boyunbağı, 24 manat dəyərində 68,37 qram çəkidə qiymətsiz metal əsaslı 3 ədəd boyunbağı, 6 manat dəyərində 26,0 qram çəkidə qiymətsiz metal əsaslı 2 ədəd qolbaq, dəyərsiz 4,37 qram çəkidə qiymətsiz metal əsaslı 1 tay sırğa, 10 manat dəyərində 49,35 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı-qolbaq dəstini qızılzinət əşyaları kimi 2809,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 2800,0 manat, 22 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə: 11 manat dəyərində 89,04 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 2 manat dəyərində 11,03 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd sırğa cütü, 4,5 manat dəyərində 16,46 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı-sırğa cü tü dəsti, 10,5 manat dəyərində 30,92 qram çəkidə 1 ədəd sırğa cütü-üzük-boyunbağı-kulon dəstini qızıl-zinət əşyaları kimi qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3000,0 manat, 21 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə: 7,5 manat dəyərində 30,54 qram çəkidə dəmir əsaslı 5 ədəd boyunbağı, 2,5 manat dəyərində 14,06 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı, 1 manat dəyərində 3,69 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd sırğa cütü, dəyərsiz 1,29 qram çəkidə qiymətsiz metal əsaslı 1 tay sırğa, 2 manat dəyərində 3,64 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd qolbağı qızıl-zinət əşyaları kimi qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3780,0 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2965,03 manat), 24 fevral 2014-cü il tarixli ********* sa ylı kredit müqaviləsi üzrə: 19 manat dəyərində, 90,35 qram çəkidə dəmir əsaslı 2 ədəd boyunbağı-qolbaq dəsti, 2 manat dəyərində 10,52 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd qolbaq, 8 manat dəyərində 32,75 qram çəkidə qiymətsiz metal əsaslı 4 ədəd sırğa cütü, 3 manat dəyərində 9,53 qram çəkidə dəmir əsaslı 1 ədəd sığa cütünü qızıl-zinət əşyaları kimi 2993,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3800,0 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2980,72 manat), 03 mart 2014-cü il tarixli 120/PBMF saylı kredit müqaviləsi üzrə: 30 manat dəyərində 148,78 qram çəkidə dəmir əsaslı 3 ədəd boyunbağı, 1,5 manat dəyərində 2,88 qram çəkidə dəmir əsaslı 1 ədəd nazik boyunbağı, 12 manat dəyərində 66,70 qram çəkidə dəmir əsaslı 2 ədəd qolbaq, 2 manat dəyərində 3,24 qram çəkidə dəmir əsaslı 2 ədəd boyunbağı, 7 manat dəyərində 35,27 qram çəkidə dəmir əsaslı 2 ədəd boyunbağı, 3 manat dəyərində 8,06 qram çəkidə dəmir əsaslı 1 ədəd kulonlu boyunbağı, 8 manat dəyərində 16,38 qram çəkidə dəmir əsaslı 1 ədəd qolbaq, 2,5 manat dəyərində 12,99 qram çəkidə dəmir əsaslı 1 ədəd sırğa cütü, 3 manat dəyərində 11,17 qram çəkidə qiymətsiz metal əsaslı 1 ədəd üzük, dəyərsiz 8,50 qram çəkidə qiymətsiz metal əsaslı 1 tay sırğanı qızıl-zinət əşyaları kimi 2962,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 3760,0 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2949,34 manat), bundan başqa bankın satış məsləhətçisi X1 adına müştəri kimi rəsmiləşdirdiyi 23 may 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə: 13 manat dəyərində 149,88 qr am çəkidə qiymətsiz metal əsaslı 1 ədəd boyunbağı-qolbaq dəstini qızıl-zinət əşyaları kimi 1935,0 manat dəyərində qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 1900,0 manat, həmçinin bankın əməkdaşı X14 adına müştəri kimi rəsmiləşdirdiyi: 22 noyabr 2013- cü il tarixli ************ saylı kredit müqaviləsi üzrə: 9 manat dəyərində 77,77 qram çəkidə dəmir əsaslı 1 ədəd boyunbağı-qolbaq dəsti, 3 manat dəyərində 12,19 qram çəkidə maqnit xassəli metal əsaslı 1 ədəd kulonlu boyunbağı, 7 manat dəyərində 28,70 qram çəkidə mis əsaslı 1 ədəd qolbaq, 6 manat dəyərində 21,01 qram çəkidə mis əsaslı 1 ədəd qolbaq, 2 manat dəyərində 10,13 qram çəkidə mis əsaslı 1 ədəd sırğa cütünü qızıl-zinət əşyaları kimi qiymətləndirərək qablaşdırıb bankın xəzinəsinə təhvil verməklə 2980,0 manat olmaql a, bilavasitə özü, həmçinin adlarına kredit rəsmiləşdirilmiş qohumları, tanışları və iş yoldaşları vasitəsi ilə bankın xəzinəsindən cəmi 71542,56 (yetmiş bir min beş yüz qırx iki ) manat pul vəsaitini götürüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş "xxxx" ASC-nin külli miqdarda əmlakını mənimsəməklə vahid qəsdlə talamış, nəticədə qeyd olunan qanunsuz hərəkətləri ilə bankın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməli ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid qəsdlə təkrarən ələ keçirmə məqsədilə, adlarına kreditlər rəsmiləşdirdiyi və 2013-2014-cü illərdə kredit borclarına görə aylıq ödənişlərini etmələri üçün Masallı şəhəri Talışxanov prospekti 90 ünvanında yerləşən "xxxx" ASCnin Masallı şöbəsinin inzibati binasına gələn, növbə gözləməmələri üçün müraciətləri əsasında pul vəsaitlərini alıb xəzinəyə mədaxil edəcəyinə yalandan vəd etdiyi cəmi 11 müştərinin, o cümlədən X6 adına rəsmiləşdirilmiş 25 dekabr 2012-ci il tarixli kreditə görə aylıq ödənişi etmək üçün təqdim etdiyi 800,0 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 632,0 manat), X10 adına rəsmiləşdirilmiş 16 iyul 2013-cü il tarixli kreditə görə aylıq ödənişi etmək üçün təqdim etdiyi 310,0 manat, X11 adına rəsmiləşdirilmiş 18 iyul 2013-cü il tarixli biznes krediti ilə əlaqədar ona təqdim edilmiş plastik kredit kartından istifadəyə görə ödəniş etmək üçün verdiyi 2082,0 manat, X7 adına rəsmiləşdirilmiş 30 iyul 2013-cü il tarixli biznes krediti ilə əlaqədar ona təqdim edilmiş plastik kredit kartından istifadəyə görə ödəniş etmək üçün verdiyi 1000,0 manat və biznes kreditinə görə aylıq ödənişi etmək üçün təqdim etdiyi 942,0 manat olmaqla cəmi 1942,0 manat, X20 adına rəsmiləşdirilmiş 05 oktyabr 2013-cü il tarixli kreditə görə ödəniş etmək üçün təqdim etdiyi 4360,0 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 3444,4 manat), X33 adına rəsmiləşdirilmiş 22 oktyabr 2013-cü il tarixli kreditə görə ödəniş etmək üçün təqdim etdiyi 2354,0 manat, X34 adına rəsmiləşdirilmiş 28 noyabr 2013-cü il tarixli biznes kreditinin verilməsi ilə əlaqədar ona təqdim edilmiş plastik kredit kartından istifadəyə görə ödəniş etmək üçün verdiyi 1000,0 manat, X3 adına rəsmiləşdirilmiş 20 fevral 2014-cü il tarixli biznes kreditinin verilməsi ilə əlaqədar ona təqdim edilmiş plastik kredit kartından istifadəyə görə ödəniş etmək üçün təqdim etdiyi 1000,0 manat, X21 adına rəsmiləşdirilmiş13 may 2014-cü il tarixli kreditə görə aylıq ödənişi etmək üçün təqdim etdiyi 155,0 manat, X15 adına rəsmiləşdirilmiş 30 may 2014-cü il tarixli kreditə görə aylıq ödənişi etmək üçün təqdim etdiyi 2000,0 manat və X8 adına rəsmiləşdirilmiş 30 iyun 2014-cü il tarixli kreditə görə aylıq ödənişi etmək üçün təqdim etdiyi 436,0 manat olmaqla, ümumilikdə 15355,4 (on beş min üç yüz əlli beş) manat pul vəsaitini xəzinəyə mədaxil etməyərək, özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X26 və məhkum edilmiş şəxs Ramiz Rəhimov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Anar Məmmədov tərəfindən verilmiş apellyasiya protesti üzrə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Kamran Əkbərov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, iş üzrə 463,60 manat ekspertiza xərci təqsirləndirilən şəxslər arasında bərabər bölünməklə müvafiq olaraq Məhkum, X2, X41, X36, X29, X42 və X14 hər birindən 66 manat 23 qəpik alınıb dövlət büdcəsinə keçirilmiş, hökm apellyasiya protesti və apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Məhkum ərizə ilə hökmün icrası qaydasında Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 06 aprel 2018-ci il tarixli qərarı ilə ərizə təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinin 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrin ə tövsif edilməsi, “külli miqdarda” ifadələrin xaric edilməsi, ona CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 05 (beş) ilə qədər azaldılması, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş 05 (beş) il müddətinə, CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə, CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzalarını əsas cəzanı qismən, əlavə cəzanı tam toplamaqla Məhkum üzərində qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması və hökmün qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Vaqif Mursaqulov, Qədim Babayev və Mirzəli Abbasovdan ibarət tərkibdə) 07 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, həmin qərarda Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinin, 01 dekabr 2017- ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək, külli miqdarda ifadəsinin “xaric” edilməsinə dair müddəa “xeyli miqdarda ifadəsi ilə əvəz edilsin” müddəa ilə dəyişdirilmiş, həmin qərarla Məhkum CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-ci il tarixli hökmü ilə CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə, CM-in 308.2-ci maddəsi ilə təyin e dilmiş 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə, əlavə cəzanı tam, əsas cəzaları isə qismən toplamaqla Məhkum üzərində qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hökmün icrası qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 7 iyun 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Gülzar Rzayeva, Fərhad Kərimov və İmran Hacıqayıbovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilməli və Məhkum təyin e dilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməlidir. Belə ki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qanunu qəbul edildikdən sonra Məhkum ittiham olunduğu cinayətlərə görə cəzalar daha da yüngülləşdirilmişdir. Həmin qanuna görə CM-in 179.3-cü maddəsinin sanksiyasında "yeddi ildən on iki" sözləri "beş ildən on" sözləri ilə, 308.2-ci maddənin sanksiyasında "səkkiz" sözü "yeddi" sözü ilə əvəz edilmişdir. Kassator qeyd etmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmü ilə CM-in 179.3.2-ci maddəsi ilə 07 il 06 ay, CM-in 308.2-ci maddəsi ilə 03 il müddətə dövlət və yerli özünü idarə orq anlarında, bələdiyyə, müəssisə, idarə və təşkilarında təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi nəzərə alınsa, yuxarıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qanununu qəbul edildikdən sonra həmin maddələrə görə daha aşağı müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Kassator bildirmişdir ki, Məhkum işə məhkəmələrdə baxılan zaman zərərçəkmiş şəxslərlə barışığa cəhd göstərmiş, zərərçəkmiş şəxslər X6, V6, İ6, F6, M6, S6 və M6 vurulmuş ziyan ödənilmiş, onlara dəymiş ziyanın ödənilməsi, Məhkum şikayətçi olmamaları barədə ərizələr iş materi allarına əlavə edilmişdir. Digər zərərçəkmiş şəxslər N6, G6 və Ş6 da barışığa cəhd olunmuş, lakin həm həbsdə olduğu üçün, həm də həmin şəxslərin yaşadıqları yeri müəyyən etmək mümkün olmadığı üçün onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı ərizələr almaq mümkün olmamışdır. Lakin hal-hazırda da məhkumun yaxın qohumları tərəfindən onlarla barışığa cəhd göstərilir və işə hazırki kassasiya şikayətinə baxılana kimi onlara dəymiş ziyan ödəniləcəkdir. Kassator həmçinin Məhkum himayəsində 2012-ci il təvəllüdlü H9 və 2014-cü il təvəllüdlü H8 övladlarının olmasını, onların səhhətində problemlər olmasını və müalicə olunduqlarını yüngülləşdirici hal kimi nəzərə alınmağı xahiş etmişdir. Kassator həmçinin qeyd etmişdir ki, Məhkum 23 noyabr 2016-cı il tarixdən həbsdədir, bu dövrdə elədiyi əməllərdən peşi mandır. Onun gənc, ali təhsilli olmasını, ilk dəfə cinayət törətməsini, gələcəkdə dövlət və cəmiyyət üçün faydalı bir şəxs ola biləcəyini nəzərə almağı xahiş etmişdir. Kassator göstərilənlərə əsasən Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarının dəyişdirilərək Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 179.3.2-ci və 308.2-ci maddələri ilə təyin edilmiş əsas cəzaları qismən toplamaqla, ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şika yətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Kamran Mahmudovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilməli və onun cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, işə baxan məhkəmələrin ona cəza təyin edərkən barəsində olan yüngülləşdirici halların nəzərə alınmadığını, ədalət və humanizm prinsiplərini pozaraq ona ağır cəza təyin etdiklərini vurğulayaraq, mübahisələndirilən qərarın Məhkum aid hissədə dəyişdirilməsini və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları Məhkum aid hissədə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkuma istinad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etm əmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun öz ifadələrinə, şahidlərin bir-birinə uyğun ifadələrinə və digər sübutlara əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin məhkumun cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiy asının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri nizamlayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən, Cinayət Məcə lləsinin yalnız bu maddəsində sadalanan hallar deyil, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin təqsirə görə məsuliyyət (CM-in 7-ci maddəsi), ədalət (CM-in 8-ci maddəsi), humanizm (CM-in 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Həmçinin şərti məhkum etmə tətbiq edilərkən törədilmiş əməlin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, cinayətin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması (CM-in 15-ci madddəsi), təqsirkarın şəxsiyyəti, təyin edilmiş cəzanın şəxsin islah edilməsinə və onun ail əsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), cəzanı yüngülləşdirən (CM-in 59-cu maddəsi) və ağırlaşdıran (CM-in 61-ci maddəsi) hallar nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gələrkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etm iş olar. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı sübutlardan müəyyən olunur ki, Məhkum cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən, əvvəlcədən düşünülmüş şəkidə törətmişdir. Bundan başqa, qeyd edilməlidir ki, məhkuma istinad edilən cinayət əməlləri xarakteri və ictimai təhlükəlilik dərəcələrinə görə böyük ictimai təhlükə törətməyən (CM-in 313-cü maddəsi), az ağır (308.2-ci maddəsi) və ağır cinayətlər (CM-in 178.3.2 və 179.3.2-ci maddələri. Hökm çıxarılarkən və qanuni qüvvəsini alarkən Məhkum əməli CM-in 178.3.2-ci maddəsi ilə ixtisaslaşdırılmışdır. Hökmün icrası qaydasında işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2018-ci li tarixli qərarı ilə məhkumun əməli CM-in 178.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.4-cü maddələr inə tövsif edilmişdir) kateqoriyasına aiddirlər. Bundan əlavə, məhkum tətəfindən istər "xxxx" ASC-yə, istərsə də iş üzrə bütün zərərçəkmiş şəxslərə dəymiş zərər tam ödənilməmişdir. Belə ki, məhkum "xxxx" ASC-yə dəymiş ziyandan bir hissəsini ödəmiş, iş üzrə zərərçəkmiş şəxslər Natiq Heydərova, Gülağa Abbasova, Şücayət Məmmədova və Mahir Əbilova dəymiş zərəri isə ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrini, həmçinin məhkum tərəfindən törədilən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkum tərəfindən cinayət əməllərinin hadisələri n təsadüfi axarı zəminində deyil, qəsdən, əvvəlcədən düşünülmüş şəkidə törədilməsini, zərərçəkmiş şəxslərə vurulmuş zərərin tam ödənilməməsini, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə təsirini nəzərə alaraq, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşını almaq məqsədilə belə nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi haqqında kassatorun dəlilləri tutarlı bir sübuta söykənməyən mülahizələrdən ibarət olduğuna görə əsassızdır. Beləliklə, kassasiya kollegiyası törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayəti hadisələrin təsadüfi axarı zəminində de yil, qəsdən, əvvəlcədən düşünülmüş şəkildə törətməsini, "xxxx" ASC-yə dəymiş ziyandan bir hissəsinin ödənilməsini, iş üzrə zərərçəkmiş şəxslər N6, G6, Ş6a və M6 vurulmuş zərərin isə ödənilməməsini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum real azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etmir və Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Bunlarla yanaşı, məhkəmə kollegiyası aşağıdakılara əsasən Məhkum təyin edi lmiş cəzanın həddini ədalətli hesab etmir. Belə ki, məhkum C.R.X56 Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il, CM-in 179.3.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay, CM-in 308.2-ci maddəsi ilə 03 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 313-cü maddəsi ilə olan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-in 44.2.1 ci maddəsinin tələbinə əsasən ona cəza təyin edilməməsi, CM-in 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əsas cəzaya əlavə cəzanı tamamilə birləşdirmək yolu ilə Məhkum oğluna qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən müəyyən olunur ki, məhkəmə Məhkum cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşaqlarının olmasını və iş üzrə zərərçəkmiş şəxslərdən X6, V6, İ6, F6, M6 və S6 dəymiş ziyanı bərpa etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş və cəzanı ağırla şdıran halların olmamasını nəzərə alaraq, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə təsirini nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə hökmü Məhkum aid hissədə dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hökmün icrası qaydasında işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərarı ilə Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona bu maddələrlə 05 (beş) il müddətinə azadıqdan məhrum etmə cəzası təyi n edilmiş, bu cəza CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə, CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzalarını əsas cəzanı qismən, əlavə cəzanı tam toplamaqla Məhkum üzərində qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat- sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılm ası qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, qərar dəyişdirilmiş, Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, həmin cəza CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-ci il tarixli hökmü ilə CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə, CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə, əlavə cəzanı tam, əsas cəzaları isə qismən toplamaqla Məhkum üzərində qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarı ilə Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Hökmdən göründüyü kimi Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə kassasiya qaydasında baxılarkən Məhkum müdafiəçisi "xxxx" ASC-nin hüquqi varisi "xxxx" BOKT ASC tərəfindən verilmiş arayışı təqdim edərək bildirdi ki, Məhkum tərəfindən "xxxx" ASC-yə vurulmuş 12.392.80 manat zərərdən bir hissəsi – 7000 (yeddi min) manat məbləğ "xxxx" BOKT ASC-yə ödəmişdir. Odur ki, məhkəmə kollegiyasından bu faktın da nəzərə alınmasını və məhkuma yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin sədrinin İ müavini R6 tərəfindən (imza və möhürlə) təsdiq edilmiş 25.07.2019-cu il tarixli 1718/PB №-li Arayışda qeyd e dilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23.11.2016-cı il tarixli hökmünə və Şirvan Apellyasiya Məhkəməsinin 02.11.2017-ci il tarixli qərarına əsasən zərərçəkmiş "xxxx" (hüquqi varisi "xxxx" BOKT ASC) ASC-yə vurulmuş ziyandan ödənilməmiş qalan 12392.80 manat məbləği Məhkum tərəfindən zərərçəkmiş "xxxx" ASC-yə (hüquqi varisi "xxxx" BOKT ASC) ödənilməlidir. Qeyd edilən 12392.80 AZN məbləğinin bir hissəsi – 7000 (yeddi min) AZN məbləğində pul "xxxx" BOKT ASC-yə ödənilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23.11.2016-cı il tarixli hökmünə və Şirvan Apellyasiya Məhkəməsinin 02.11.2017-ci il tarixli qərarına əsasən zərərçəkmiş "xxxx" ASCyə vurulmuş ziyandan 5392.80 (beş min üz yüz doxsan iki manat səksən qəpik) AZN məbləğində borc qalmışdır. Arayışdan da göründüyü kimi Məhkum t ərəfindən zərərçəkmiş "xxxx" ASC-yə vurulmuş 12392.80 manat ziyandan 7000 (yeddi min) AZN məbləğində pul "xxxx" ASC-nin hüquqi varisi "xxxx" BOKT ASC-yə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinin tələbinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən halların sırasına daxildir. Məhkəmə kollegiyası Məhkum tərəfindən zərərçəkmiş "xxxx" ASC-yə vurulmuş 12392.80 manat ziyandan 7000 (yeddi min) AZN məbləğində pulun "xxxx" ASC-nin hüquqi varisi "xxxx" BOKT ASC-yə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinin tələbinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, hökmdən görünür ki, "xxxx" ASC-yə vurulmuş ziyan – mülki iddia 99844.39 (doxsan doqquz min səkkiz yüz qırx dörd manat otuz doqquz qəpik) təşkil edir. Həmin məbləğdən digər təqsirkar şəxslər tərəfindən 76279.76 (yetmiş altı min iki yüz yetmiş doqquz manat yetmiş altı qəpik) manat ödənilmişdir. Hökmlə zərərçəkmiş "xxxx" ASC-yə vurulmuş ziyandan ödənilməmiş qalan 12392.80 manat məğləğində pulun Məhkum alınaraq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Hökmlə həmçinin, Məhkum 2354 (iki min üz yüz əlli dörd) manat məbləğində pulun alınaraq zərərçəkmiş şəxs X37 verilməsi qərara alınmışdır. Bundan başqa, cinayət işinin materiallarındakı iş üzrə zərərçəkmiş şəxslər X3, X20, X10, X21, M7, X15 və X33 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlara dəymiş zərər tam ödən ilmiş və onların təqsirləndirilən şəxs Məhkum heç bir şikayət və tələbləri yoxdur. Bu hal haqlı olaraq işə baxan məhkəmələr tərəfindən CM-in 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3-cü maddəsinin sanksiyasında dəyişiklik edilmiş və maddənin sanksiyası yüngülləşdirilərək beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, Məhkum cinayəti törədərkən və barəsində hökm çıxarılarkən qüvvədə olan CM-in 179.3-cü maddəsinin sanksiyasında ye ddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum tərəfindən "xxxx" ASC-yə vurulmuş 12.392.80 manat zərərdən 7000 (yeddi min) manat məbləğ onun hüquqi varisi "xxxx" BOKT ASC-yə ödənildiyindən və 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanun Məhkum vəziyyətini yüngülləşdirdiyindən onun barəsində tətbiq edilməli və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasının yeni redaksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ədalətli həddi müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cina yət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, «Məhkəmələr tərəfindən c inayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İstər göstərilən Qanun müddəalarının, istərsə də Plenum qərarının tələbləri fövqündə yanaşdıqda, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum təyin edilən cəzanın müddəti baxımından ədalətli görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, islah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən s onrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi, zərərçəkmiş şəxslərlə barışığa cəhd etməsi, onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Kassasiya kollegiyası yuxarıda şərh olunanları və Məhkum tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ali təhsilli olmaqla əvvəllər məhkum olunmamasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, onun tərəfindən zərərçəkmiş "xxxx" ASC-yə vurulmuş 12392.80 manat ziyandan 7000 (yeddi min) AZN məbl əğində pulun "xxxx" ASC-nin hüquqi varisi "xxxx" BOKT ASC-yə ödənilməsini, iş üzrə zərərçəkmiş şəxslər X9, X27, X16, X28, M7, X22 və X37 dəymiş zərərin ödənilməsini, onlarla barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini, istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşını almaq və cəzanın qanunla müəyyən edilən məqsədinə çatmaq üçün kassasiya şikayətinin qismən təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilməsini, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəl ləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanun Məhkum vəziyyətini yüngülləşdirdiyindən barəsində tətbiq edilməsini və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasının yeni redaksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ədalətli həddinin müəyyən edilməsini, bu cəza ilə hökmün icrası qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən, əlavə cəzanı tam toplanmaq yolu ilə Məhkum qəti cəzanın müəyyən edilməsinin qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən hesab edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların keyfiyyətinə mütənasib olmalıdır. Başqa sözlə cəza törədilən cinayətə adekvat olmalıdır. Azərbaycan Respu blikası CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkuma təyin edilən cəza ədalətli olmalıdır. Eyni zamanda ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirməsi baş verir. Təyin edilən cəzanın ədalətli olması həm də sosial ədalətin bərpasını təmin etdiyindən cinayət qanunu cəzanın ədalətli olmasına xüsusi əhəmiyyət verir. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda cəzanın məqsədinə nail olmaq üçün ədalət prinsipinə əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Odur ki, məhkəmə kollegiyası yuxarıda şərh olunanları və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum müdafiəçisi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarından verilən kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, həmin şikayətin qismən təmin edilməsi, göstərilən qərarın kassasiya şikayətinə münasibətdə dəyişdirilməsi və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi qanuni, əsaslı və ədalətlidir. QƏRARA A L D İ: Müdafiəçinin kassasiya şikayəti qismən təmin edilsin.
1. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum aid hissədə dəyişdirilsin.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti (yeni redaksiyada) 05 (beş) il 06 (altı) aya endirilsin.
3. Hazırki qərarla müəyyən edilmiş cəza Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2018-ci il tarixli qə rarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmü ilə CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən, əlavə cəzanı tam toplanmaq yolu ilə Məhkum üzərində qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanların da bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın.
4. Cəzasının əvvəli hökmdə göstərildiyi vaxtdan – 23 noyabr 2016-cı il tarixdən hesablansın.