Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1073/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, X5 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: N.F.Quliyev (sədrlik edən), X.A.Nuriyev və A.Ə.Musayevdən ibarət tərkibdə) 05 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1996-cı ildə Cəlilabad rayonu doğulan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Məhkum1 cinayət törətməkdə şübhə edilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla 4 (dörd) gün, ona təyin edilmiş cəzadan çıxılmaqla Məhkum1 qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması, xx xxx 1991-ci ildə Cəlilabad rayonu doğulan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ün vanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Məhkum2 cinayət törətməkdə şübhə edilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla 4 (dörd) gün, ona təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması, 28 sentyabr 1975-ci ildə Cəlilabad şəhərində doğulan, Azərbaycan Respublikası vətəndaşı, o rta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İ qrup əlil, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış X8 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcının 06 iyun 2020-ci il tarixdən hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: hakimləri X11 (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair müddəalar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-390/2020 №-li, 05 oktyabr 2020-ci il tarixli hökmündən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 04 iyun 2020-ci il tarixdə saat 15 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinin, Qurtuluş küçəsində tanışı X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,068 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlamış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən 04 iyun 2020-ci il tarixdə saat 16 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində o, saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı həmin heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmənin hökmü ilə Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 02 iyun 2020-ci il tarixdə saat 20 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinin, Qurtuluş küçəsində tanışı X1 məqsədi olmadan qanu nsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,357 qram qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlamış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən 03 iyun 2020-ci il tarixdə saat 19:30-da Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində o, saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı həmin heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmənin hökmü ilə X8 ona görə təqsirli bilinib məhkum edilmiş ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan X1 adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək X1 adlı şəxsin istintaqla müəyyən edilməyən vaxtda və mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 4512,425 qram təşkil edən küstar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq köhnə Bakı-Astara magistral yolunun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində yolun sağ kənarındakı mərhum atasına məxsus əkin sahəsində gizlətməklə saxlamış, həmin narkotik vasitənin bir ədəd bükümdə olan 1,357 qramını satışı ilə bağlı razılığa gəldiyi tanışı Cəlilabad rayonu, Göytəpə şəhər sakini Məhkum2 02 iyun 2020-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində 10 manata satmış, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının 03 iyun 2020-ci il tarixdə keçirdikləri əməliyyat tədbi rləri nəticəsində Məhkum2 Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən ondan aldığı 1,357 qram çəkidə narkotik vasitə olan heroin bir ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş, həmin narkotik vasitənin qalan hissəsinin bir ədəd bükümdə olan 1,068 qramını satışı ilə bağlı razılığa gəldiyi tanışı Cəlilabad rayonu, Göytəpə şəhər sakini X9 04 iyun 2020-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində 10 manata satmış, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının həmin tarixdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhkum1 Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində saxlanılaraq rayon pol is şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən ondan aldığı 1,068 qram çəkidə narkotik vasitə olan heroin bir ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq özü də 06 iyun 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Cəlilabad rayonu, Privolnoye kəndində saxlanılıb rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra özünün icazəsi və iştirakı Bakı-Astara magistral yolunun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində, yolun sağ kənarında yerləşən atası a məxsus əkin sahəsinə həmin tarixdə saat 18:55-də baxış keçirilən zaman orada yerləşən qatar vaqonun arxa tərəfində torpaq qatına basdırılmış üzərində qara rəngli “adidas” sözləri yazılan, göy rəng li polietilen torbada olan 5 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 540qr, 1000 qr, 990 qr, 975 qr, 1005 qr olmaqla, ümumi təmiz çəkisi 4510 qram olan küstar üsulla hazırlanmış eyni tərkibli külli miqdard narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi hər üç məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulm ayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, İşin hallarından isə görünür ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum1, Məhkum2 və M3 M3a birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, apelyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövs iyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum1, Məhkum2 və M3 M3un şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi müvafiq olaran 1,068 qram və 1,357 qram çəkidə narkotik vasitə hesab edilən heroinləri qanunsuz olaraq 10 mana; müqabilində əldə edərək üzərlərində saxlama cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən cinayətkar niyyətlərini sonadək həyata keçirən, törətmiş olduqları cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan Məhkum1 və Məhkum2 əsassız olaraq təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 4 512,425 qram çəkidə külli miqdarda narkotik vasitə hesab edilən heroini satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq əkin sahəsində saxlama, həmin narkotik vasitənin 1,068 qram hissəsini Məhkum1, 1,357 qram hissəsini isə Məhkum2 10 manat müqabilində satma cinayətini törədən, törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olan X7 isə əsassız olaraq təqsirli bilindiyi maddənnin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin etmiş, apelyasiya intansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onların gələcəkdə də eyni qəbildən olan cinayət törətmələrinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum1, Məhkum2 və M3 M3un islah e dilməsinin, gələcəkdə həm onlar, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik • vasitələrə dair 1961 -ci il Vahid Konvensiyasına", “Psixotrop maddələr haqqında" 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 tərəfindən satış « məqsədi olmadan qanunsuz olaraq əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə (müvafiq olaraq təxminən 7 dəfə və 9 dəfə), digər təqsirləndirilən şəxs M3 M3 tərəfindən isə satış məqsədi ilə əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə (təxminən 30000 dəfə), eləcə də külli miqdarının aşağı həddindən də dəfələrlə (təxminən 2255 dəfə) çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumların şəxsiyyəti və işin digər halları Məhkum1, Məhkum2 və M3 M3a məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq Məhkum2 və M3 M3a təqsirli bilindikləri maddənin sanksiyasında olan yüngül cəzanı, M3 M3a isə təqsirli bilindiyi maddələrin sanksiyasında olan aşağı həddə cəzanı təyin etmişdir. Göründüyü kimi, Məhkum1 və Məhkum2 əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin nomal fəaliyyətini təmin edən ictimai münasibətlərə M3n vuraraq CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan, X8 isə CM-nin 234.4.1 və 234.4.3- cü maddələriində nəzərdə tutulan, ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törətmişlər Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduqları cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumların şəxsiyyəti və əsasən də onların cinayətin törədilməsində rolu onlara maddənin sanksiyasında nəzərdə tutulan ağır cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum1, Məhkum2 və X5 törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmal ı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun tələblərini pozmuşdur. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2021-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgü nlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olm ayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası ka ssasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları nəzərə almış, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinə təsirini nəzərə alaraq onların təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən daha yüngül cəza təyin edilməsini qanuni, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkə məsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər Həsənli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edil ərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial Həsənin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar Həsənsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinay ətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. İş materiallarından görünür ki, Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Məhkum1 və Məhkum2un cinayətin digər iştirakçısının ifşa edilməsində fəal kömək etmələrini CM-nin 59.1.10-cu, X5 himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, Məhkum1 və Məhkum2 əməllərini etiraf edib səmimi peşmançılıq çəkmələrini, ilk dəfə məhkum olunmalarını, gənc olmalarını və yaşayış yeri üzrə müsbət səciyyələ ndirilmələrini, M3 M3un İ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CM-nin 59.2ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Məhkum1 və Məhkum2 cəmiyyətdən tam təcrid olunmadan islah olunmalarını mümkün saymış və onların hər birinə ayrı-ayrılıqda CM-nin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının, M3 M3a isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədəmüvafiq saymışdır. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respu blikası CM-nin 234.1-ci maddələri ilə, X5 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1073/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1073/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver