Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1073/2022 31.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədli oğlunun, Məhkum – Məhkum, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3 iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1 1 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs3 nümayəndəsi Mehdiyev Nazim Moruc oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə (Hakim Teymur Qurbanov) xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət ə məlinin törədilməsində təqsirli bilinməsi və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi hökm edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 11 mart 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs3 nümayəndəsi Mehdiyev Nazim Moruc oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, o, özgənin əmlakını ələ keçirmək niyyəti ilə 2020-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin təsərrüfat bölməsinin 5-ci sırasında “Aristokrat” adlanan 60 nömrəli qapıların satışı mağazasında satıcı işləyərkən həmin mağazaya müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib Asif Dərvişlidən 1.300 manat pul almaqla əvəzində sonuncunun mağazaya sifariş etdiyi 04 ədəd otaq qapılarını 1 aydan sonra yaşadığı ünvan 3 ünvanına göndərəcəyini vəd etmiş, lakin həmin qıpıları qeyd edilən vaxtda göndərməyərək zərərçəkmiş şəxs Asəf Dərvişlini aldatmaqla 1.300 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, özgənin əml akını ələ keçirmək niyyəti ilə 23 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin təsərrüfat bölməsinin 5-ci sırasında “Aristokrat” adlanan 60 nömrəli qapıların satışı mağazasında satıcı işləyərkən həmin mağazaya müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs2 1.600 manat pul almaqla əvəzində sonuncunun mağazaya sifariş etdiyi 07 ədəd otaq qapılarını 1 aydan sonra yaşadığı ünvan 4 ünvanına göndərəcəyini vəd etmiş, lakin həmin qıpıları qeyd edilən vaxtda göndərməyərək Zərərçəkmiş şəxs2 aldatmaqla 1.600 manat pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir Bundan başqa o, özgənin əmlakını ələ keçirmək niyyəti ilə 31 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ ray onu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin təsərrüfat bölməsinin 5-ci sırasında “Aristokrat” adlanan 60 nömrəli qapıların satışı mağazasında satıcı işləyərkən həmin mağazaya müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs3 1.700 manat pul almaqla əvəzində sonuncunun mağazaya sifariş etdiyi 12 ədəd otaq qapılarını xəbər etdikdən sonra yaşadığı ünvan 5 ünvanına göndərəcəyini vəd etmiş, lakin həmin qıpıları sonuncunun dediyi vaxtda göndərməyərək Zərərçəkmiş şəxs3 aldatmaqla 1.700 manat pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs3 nümayəndəsi Mehdiyev Nazim Moruc oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, Məhkum daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, məhkəmələr məhkuma cəza təyin edərkən CM-də nəzərdə tutulmuş cəza təyin etmənin ümumi prinsipləri pozulmuşdur. Məhkum təkrarən etibardən sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, vurulmuş zərərin əvəzinin ödənilməsini və zərərçəkmiş şəxslərə barışıq əldə edilməsi üçün heç bir təbdir görməmişdir. Həmçinin, məhkum Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək aldadıb ondan 1700 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, 1000 manat pulunu məhkəmə baxışı zamanı ödəmiş, lakin qalan hissəsini ödəməkən imtina etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsindəki apellyasiy a məhkəməsinin qərarını ləğv etməklə, təyin edilmiş cəzasının ağırlaşdırılması və azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs3 çıxış edərək, kassasiya şikayətinə göstərilənləri bir daha vurğulayaq, şikayətin təmin edilməsəsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, borcunun olduğunu inkar etmədiyini, işsiz olduğundan və imkansızlıqdan hələdə borcunun qalan hissəsini ödəyə bilmədiyini bildirib, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədli oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səl ahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum barəsində yüngül cəza təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nə zərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2022-ci il tarixli qərarı isə dəyişdi rilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təs ir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya müraciətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alaraq Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs inin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, Zərərçəkmiş şəxs3 nümayəndəsi Mehdiyev Nazim Moruc oğlu oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs3 nümayəndəsi Mehdiyev Nazim Moruc oğlu oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2022 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2022-ci il tarixli qərarı Zərərçəkmiş şəxs3 nümayəndəsi Mehdiyev Nazim Moruc oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1073/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1073/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver