Məhkəmə qərarları › İş №1(102)-1073/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1073/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1073/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə 1988-ci il avqustun 16-da Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan şəhəri İ.Qurbanov küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 1(106)-447/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(099)-46/2022 nömrəli hökmü ilə ( hakimlər X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.A.Əliyev ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çək məklə cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2021-ci il tarixdən hesablanmış, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarı ilə, (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,330 qram psixotrop maddə metamfetamin və 2,995 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib, narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd bükümdə idarə etdiyi “Land Rover Discovery” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobilin qabaq panelində yerləşən saxlanc yerində, psixotrop maddə metamfetamini isə 03 ədəd bükümdə üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum 05 fevral 2021-ci il tarixdə saat 12:20-də ünvan 2 ünvanın qarşısında sa xlanılıb Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol yan cibində 03 ədəd bükümdə ayrı-ayrılıqda 4,460 qram, 4,443 qram və 4,427 qram olmaqla ümumilikdə 13,330 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, həmin tarixdə saat 16 radələrində Məhkum iştirakı ilə idarə etdiyi “Land Rover Discovery” markalı, **-DG*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda qabaq paneldə yerləşən saxlanc yerində satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə 2,995 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum ibtidai istintaq zamanı özünü 234.4.3-cü maddə ilə təqsirli bilməmiş, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Müdafiəçi6 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiy ası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, Məhkum məhkəmədə dindirilərkən onda ittiham aktında göstərilən psixotrop və narkotik vasitələrin aşkar olunmasın ı inkar etmiş, ittihamın qanunsuz yolla ondan alınmış ifadə və digər həqiqəti əks etdirməyən sübutlar üzərində qurulduğunu iddia etmişdir. Lakin, məhkəmələr Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələr, eləcə də ibtidai istintaq zamanı toplanaraq məhkəmədə tədqiq edilmiş digər sübutlar, o cümlədən şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları Şahid1, Şahid2 Əlibala oğlunun, Şahid3 ifadələri ilə təsdiq olunması haqqında nəticəyə gəlmişlər. Məhkum ibtidai istintaqın ilkin mərhələsində (istintaqın sonunda ilkin ifadələrini təkzib etmiş və məhkəmə istintaqında vermiş olduğu ifadəyə uyğun ifadə vermişdir), adları çəkilən şahidlərin həm ibtidai istintaqda, həm də məhkəmədə verdikləri ifadələrə görə isə, Məhkum 05 fevral 2021-ci il tarixdə saat 12:20-də ünvan 2 ünvanın qarşısında saxlanılıb Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol yan cibində 03 ədəd bükümdə ayrı-ayrılıqda 4,460 qram, 4,443 qram və 4,427 qram olmaqla ümumilikdə 13,330 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, həmin tarixdə saat 16 radələrində Məhkum iştirakı ilə idarə etdiyi “Land Rover Discovery” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda qabaq paneldə yerləşən saxlanc yerində satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə 2,995 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Lakin birinci instansiya məhkəməsində Məhkum məhkəməyədək icraatda vermiş olduğu ilkin ifadələrini polis əməkdaşlarının təzyiqi ilə verdiyini bildirmiş və polis tərəfindən əsassız olaraq yaşadığı evdən götürüldüyünü, hətta paltarlarını geyinməyə imkan vermədən sürükləyərək polis şöbəsinə aparıldığını, həmin vaxt özünə məxsus «Land Rover Discovery» markalı avtomobilin isə evin qarşısında dayanmış vəziyyətdə olduğunu (polis şöbəsinə aparılan zaman avtomobili evin qarşısında qalmış), üzərində və avtomobilində narkotik vasitə və ya psixotrop maddə metamfetamin olmadığını, həmin narkotik vasitə üzərinə və avtomobilinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Əlavə olaraq tanışı X5 bizneslə məşğul olmaq üçün göt ürdüyü 140.000 ABŞ dolları pul və 100.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qaytarılmadığını görə sonuncun anasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ondan guya onların pullarını oğurlaması barədə şikayət etdiyini, həbsə alınmasından beş-altı ay əvvəl borcunun ödənilməsi ilə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını, hətta həmin məsələ ilə əlaqədar olaraq bir dəfə də qardaşınında saxlanıldığını göstərmişdir. (Məhkum bu dəlilləri apellyasiya məhkəməsində də müdafiə etmişdir). Başqa sözlə, Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrindən imtina etməklə yanaşı, narkotik vasitənin götürülməsi haqqında 05 fevral 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə” və eyni ta rixli “Baxış və götürmə” protokollarının, əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrinin, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Belə vəziyyətdə (nə qədər ki, Məhkum ona isnad edilən cinayətin necə baş verməsi barədə məlumat yükü daşıyan əsas materialdan (etirafedici ifadəsindən) imtina etmiş və digər sübutların saxtalaşdırıldığını iddia etmişdir), ittihamın düzgün həlli üçün həmin sübutların mümkünlüyünün, mötəbərliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, məhkəmələr araşdırmalı idilər ki, Məhkum barəsində hansı əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və bu tədbirin təyin edilməsi və keçirilməsi, o cümlədən narkotik vasitənin götürülməsi zamanı “Əməliy yat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl olunmuşdurmu? Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən “əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hazırki işdə isə Məhkum saxlanılıb polis idarəsinə gətirilməsinin, narkotik vasitənin ondan götürülməsinin qanuniliyinə ciddi şübhə salan əsaslar var. İlk növbədə məhkəmədə araşdırılmadığından aydın deyil, gercəkdən də Məhkum barəsində əməliyyat tədbirinin keçirilməsinə, onun polis idarəsinə gətiri lməsinə bəraət qazandıran hal olmuşdurmu. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 04 fevral 2021-ci il tarixli əməliyyat axtarış tədbirinin təyin edilməsi barədə qərarından görünür ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas polisə daxil olmuş Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı olmuşdur. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin 4-cü hissəsinin 3cü bəndində təsbit olunmuşdur ki, “cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda” məhkəmə (hakim), isti ntaq orqanı və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyekti əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edə bilər. Lakin, əməliyyat müvəkkilinin əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə qərarından Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə məlumatın “məlum və etimad doğuran, qərəzsiz” mənbədən daxil olması görünmür. Nə qədər ki, məhkəmə hökmündə və apellyasiya məhkəməsinin qərarında da əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmamasına dair mülahizələrə təsadüf edilmir, belə qənaətə gəlmək olar ki, Məhkum saxlanılmasına qədər onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqəli olub əməliyyat-axtarış tədbirinin keçirilməsini şə rtləndirən hərəkətləri müstəsna olaraq əməliyyat-axtarış orqanına məlum olmuş və təqsirləndirilən şəxsin onun barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olmamasını, narkotik vasitə ilə yaxalanması barədə ittihamın uydurma olduğunu iddia etməsinə baxmayaraq, həmin məlumatlar məhkəməyə təqdim olunmamışdır. Məhkum əməliyyat-axtarış tədbirinədək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətə aid edilə biləcək nə kimi hərəkətlər etməsinin, buna dair məlumatın mənbəyinin məxfiliyinin saxlanılmasını əməliyyat-axtarış fəaliyyətinin məqsədləri üçün yolverilən saymaq olarsa da, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayə t prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətlərinə görə cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol verilməməlidir. Bundan başqa, Məhkum müdafiəçisi birinci instansiya məhkəməsində Məhkum ittihamda göstərildiyi kimi 05 fevral 2021-ci il tarixdə saat 12:20-də yaşadığı evin qarşısında deyil, bilavasitə evindən götürülüb aparılmasını, həmçinin sonuncunun Polis Şöbəsində avtomobillə birlikdə aparılmadığını, Məhkum məxsus “Land Rove r Discovery” markalı, **DG-*** qeydiyyat nişanlı avtomobilin evin həyətində qalmasını təsdiq edəcək əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət vermişdir. Qeyd olunan vəsatəti verməklə müdafiəçi faktiki olaraq məhkəməni Məhkum “Şəxsi axtarış və götürmə” və eyni tarixli “Baxış və götürmə” haqqında 05 fevral 2021-ci il tarixli protokolların mümkünlüyünü, mötəbərliyini, eyni zamanda əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının vermiş olduğu ifadələrin mötəbərliyini təkzib edən sübutların tədqiqinə dəvət etmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin edilmiş və vəsatətdə göstərilmiş şəxslərdən X8, X17, X6, X11, X13 məhkəmə iclasında şahid qismində dindirilmişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər məzmunca b ir birinə oxşar ifadələr verərək ayrı ayrılıqda göstərmişlər ki, 5 fevral 2021-ci il tarixdə saat 11-12 radələrində polis işçiləri Nurlanın yaşadığı evə basqın etməklə, qapı-pəncərəni sındırıb Nurlanı ev paltarında sürüyə-sürüyə aparmışlar. Nurlana məxsus avtomobil isə evin həyətində qaldığında, təxminən 15 dəqiqə sonra polis işçiləri həyətə gələrək Nurlana məxsus avtomobili də sürüb aparmışlar. Məhkum üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitənin götürülməsi haqqında 05 fevral 2021-ci il tarixli protokolda həmin hərəkətin Salyan Rayon Polis İdarəsində 05 fevral 2021-ci ildə saat 13.55-də başlayıb saat 14.16-da qurtarması qeyd olunmuşdur. Məhkum idarə etdiyi "Land Rover Discovery” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və narkotik vasitənin götürülməs i haqqında 05 fevral 2021-ci il tarixli protokolda həmin hərəkətin Salyan Rayon Polis İdarəsində 05 fevral 2021-ci ildə saat 15.03-də başlayıb saat 15.20-da qurtarması qeyd olunmuşdur. Belə vəziyyətdə Məhkum saat 12.20 tutulduğu halda, şəxsi axtarış və götürmə protokolunun Məhkum narkotiklə tutulduğu yerdə və vaxtda deyil, bundan bir saat yarımdan sonra, avtomobilə baxış keçirilməsi və narkotik vasitənin götürmə protokolunun (müdafiə tərəfinin dəliləri baxımından avtomobilin Məhkum idarəçiliyindən alınıb-alınmaması, bir müddət onun nəzarəti olmadan polis işçilərində olub-olmaması, avtomobildə aşkar olunmuş narkotik vasitələrə görə sonuncunun məsuliyyət daşıyıb-daşımamasının) isə saatlar sonra Salyan Rayon Polis İdarəsində tərtib edilməsi kimi suallar çıxır ki, onların da məhkəmə tərəfindən cavabsız qoyulması (həmin məsələlərin araşdırılmaması) narkotik vasitənin götürülməsi haqqında protokolların mümkünlüyünə və mötəbərliyinə, eləcə də həlledici şəkildə maddi sübutun üzərində qurulmuş ittihamın əsaslılığına ciddi şübhələr yaradır. Həmçinin, Məhkum həbsə alınmamışdan beş-altı ay əvvəl borcunun ödənilməsi üçün Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması və həbsə alınmasının səbəbinin məhz həmin halla əlaqədar olması ilə bağlı dəlilləri (cinayət törətməyə provakasiya olunmasına) də dərindən araşdırılmasını tələb edirdi. Belə ki, Məhkum göstərmiş olduğu məlumatla əlaqədar müdafiə tərəfi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Fəxri Babazədə tərəfindən 13 fevral 2021-ci il tarixdə X15 mü raciəti əsasında Məhkum və arvadı X9 2020-ci ilin aprel ayında onların Bakı şəhərində yerləşən evindən 4.000.000 ABŞ dolları pulu və 20 kq çəkidə qızıl-zinət əşyalarını, digər mənzillərindən isə ******* ABŞ dollarını oğurlamaları ilə əlaqədar (faktlara görə) Azərbaycan Respublikası CM-nin 177.4-cü maddəsi ilə cinayət işi başlanması barədə qərarın surətini təqdim etmişdir. Hətta birinci instansiya məhkəməsinin hökmündə istinad etdiyi Məhkum Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı 9 avqust 2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, həmin ərizədə X15 və X7 ona verdikləri pul vəsaiti hesabına aldığı "BMV x6” markalı "Rang Rover” markalı, "Land Rover Discovery” markalı avtomaşınlar aldığını, Pərvanə Əliyeva və Səriyə Əliyevanın əmanət kimi saxlamaq üçün ona pul vəsa iti verdiklərini, onun həmin pul vəsaiti hesabına həmin avtomobilləri Səriyə Əliyevanın razılığı ilə aldığını, həmin avtomobilləri Səriyə Əliyeva və Pərvanə Əliyevaya qaytarmaq istədiyini göstərmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində dindirilmiş şahidlərdən X2 Əliyevin Səriyyə adlı qadınla avtomobil alveri ilə məşğul olduğunu, bununla əlaqədar Nurlanla Səriyyənin aralarında pul borcu olduğu təsdiqləmişdir. Yuxarıda sadalanmış halların Məhkum vermiş olduğu ifadələri ilə tam uzlaşmasına baxmayaraq, məhkəmələr tərəfindən Məhkum ifadəsində göstərmiş olduğu xüsusatların araşdırılması üçün heç bir tədbir görülməmiş, obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində (Məhkum həqiqətən də “məlum və etimad doğuran, qərəzsiz” mənbədən əldə edilmiş məlumat əsasında yoxsa daha əvvəl eyni idarədə başlanmış araşdırma ilə əlaqədar saxlanılması) əlavə sübutlar əldə edilməsi ilə bağlı müvafiq addımlar atılmamışdır. Məhkum məhkəməyədək istintaq dövründə işgəncə, təzyiq və hər hansı digər qanunsuz rəftara məruz qalması haqda iddiaları ilə bağlı məhkəmə kollegiyası “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 27-ci bəndinə əsaslanaraq qeyd edir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Resp ublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Milli qanunvericilik və məhkəmə praktikası ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur dax ilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № 34445/04, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il). Hazırkı cinayət işinə əlavə edilmiş Məhkum tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, həmin xüsusatın araşdırılması üçün onun tibbi müayinədən keçirilməsini xahiş olunsa da, hazırda bədənində hər hansı xəsarət izi qalmadığından, işgəncə xüsusatlarının araşdırılması mümkün olmadığından araşdırmanın dayandırılmasını xahiş etmişdir. Qeyd olunan ərizənin surəti BMCM-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi tərəfindən həmin tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi N.Abdullayevə göndərməklə yanaşı, BMCMİ-də Məhkum qanunsuz hərəkətlər məzuz qalması ilə bağlı araşdırmanın dayandırılmasına aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci tarixli, 6110/2021 nömrəli qərarından görünür ki, Müdafiəçi5 təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində qanunsuz saxlanılması ilə bağlı hərəkətlərin Azərbaycan CPM-in 157.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməsi və təqsirləndi rilən şəxs Məhkum ilə 06-17 fevral 2021-ci il tarixlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmış istintaq hərəkətlərinin və qəbul edilmiş qərarların qanunsuz hesab edilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayəti qismən təmin edilmiş - təqsirləndirilən şəxs Məhkum Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-149/2021 nömrəli, 06 fevral 2021-ci il tarixli qərarı ilə həbsə alındıqdan sonra 24 saat müddətində istintaq təcridxanasına keçirilməli olduğu halda, onun 06 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində saxlanması faktı Azərbaycan Respublikası CPM-in 157.3-cü maddəsinin tələblərinin pozulması k imi qiymətləndirilmişdir. Məhkum məhkəmə istintaqında işgəncə, təzyiq və digər qanunsuz rəftara məruz qalması ilə bağlı ifadə verməsinə, həmçinin müdafiə tərəfi Məhkum 06 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək qanunsuz olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində saxlanması barədə sübut təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi göstərilən hallara heç bir münasibət bildirmədən Məhkum tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəni hökmdə sadalamaqla kifayətlənmişdir. Halbuki məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddi a üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası əsasında həll etməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsində müdafiə tərəfinin təqdim etdiyi sübutların ittihamda göstərilənlərlə uzlaşmamasına baxmayaraq, məhkəmə bu uyğunsuzluqdan törəyən şübhəni aradan qaldırmaq üçün heç tədbir görməmiş, həmin sübutları digər sübutlarla müqayisə edib qiymətləndirməmiş, hökmdə Məhkum dəlillərini (sübutlar barədə iddialarını) araşdırmadan onları formal əsaslarla özünümüdafiə xarakterli olduğunu qeyd edib rədd etmişdir. Apellyasiya məhkəməsində isə müdafiəçinin Məhkum bəraət verilməsi barədə tələbin irəli sürüldüyü apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxıldığından, müdafiə tərəfinin dəlilləri lazımınca yoxlanılmamış, birinci instansiya məhkəməsinin sübutların tədqiqi məsələsində yol verdiyi pozuntu (araşdırmanın natamamlığı) aradan qaldırılmamışdır. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəm ələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsini n sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetməni n, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi nor malar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərə fli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 iyun 2022-ci il tarixli, 1(106)-447/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 iyun 2022-ci il tarixli, 1(106)-447/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar