Məhkəmə qərarları › İş №1(102)-1073/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1073/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1073/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 1(101)-426/2023 nömrəli (hakimlər: Mahmudov İlham Ağa oğlu (sədrliyi ilə), Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Xətai Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ed ilmiş, xxx-da qeydiyyatda olan, xxx kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum hazırkı hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və cinayətlərin məcmusu üzrə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 avqust 2022-ci il tarixdən hesablanması, mülki iddianın qismən təmin edilməsi, 8500 (səkkiz min beş yüz) manatın Məhkum alınaraq Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, qətimkan, məhkəmə məsrəfi və maddi sübut məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs, onun nümayəndəsi Əliyev Həbib Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli 1(103)1706/2023 nömrəli (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il t arixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs usta işləyən Şahid1 xx.xx.2022-ci il tarixdə təmirə verdiyi və sonuncunun usta olan tanışı Şahid2 icarə əsasında işlətdiyi xxx-da yerləşən ofisində saxlanılan 1 ədəd 2014-cü il ABŞ isteh sallı "Cutera" markalı "SL 14288" model lazer aparatının tez bir zamanda təmir edilib vaxtında qaytarılmasına nəzarət etməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus lazer aparatını əldə edərək satıb pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2022-ci ilin mart ayında Şahid2 icarə əsasında işlətdiyi xxx-da yerləşən ofisinə tək gedərək oradan Zərərçəkmiş şəxs dəyəri milli valyuta ilə 136.000 (yüz otuz altı min) manat təşkil edən 80.000 (səksən min) ABŞ dolları olan 1 ədəd 2014-cü il ABŞ istehsallı "Cutera" markalı "SL 14288" model lazer aparatım götürüb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs kirayədə yaşadığını bilib sonuncuya məxsus 2015-ci il buraxılışlı “Ford Fusion” markalı ** PB *** dövlət qeydiyyat nişanlı qara-metallik rəngli 1499 sm3 həcmli avtomobili “lombarda” girova qoyaraq oradan götürəcəyi pulla Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ünvan 1 ünvanda inşa edilən ünvan 2d etsə də bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini və alınacaq mənzillə bağlı ilkin ödəniş etm ək məcburiyyətində olduğunu bildirib əslində Zərərçəkmiş şəxs məxsus avtomobili lombarda qoyaraq xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus dəyəri 20.000 (iyirmi min) manat olan 2015-ci il buraxılışlı Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı qara-metallik rəngli 1499 sm3 həcmli avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən DİN BDYPİ-nə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və daimi uçota alınması idarəsinə aparıb orada müvafiq sənədləşmə apartdıraraq (alqı-satqı yolu ilə) Şahid3 rəhbəri olduğu xxx ünvanında (Xalqlar Dostluğu metrostansiyasının üzərində-Şimal Şərq çıxışında) yerləşən Lombarda (onun təlqini əsasında) girova qoydurduqdan, eləcə də avt omobil sonuncunun qohumu X7 adına qeydiyyata düşdükdən sonra Şahid3 DİN BDYPİ-nə məxsus qeyd edilən idarənin həyətində ilkin olaraq 8900 (səkkiz min doqquz yüz) manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qeyd edilən lombarda apararaq sonuncuya avtomobilin onun tərəfindən girovdan çıxarılması və satışına etirazının olmaması ilə bağlı razılıq barədə müvafiq qeydlər yazdırmaqla təxminən 4-5 gün sonra 2022-ci ilin aprel ayının ortalarında Şahid3 işlədiyi lombarda tək getməklə Zərərçəkmiş şəxs məxsus Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili girovdan çıxararaq həmin gün avtomobili Şahid3 sataraq sonuncudan xxx ünvanında (Xalqlar Dostluğu metrostansiyasının üzərində -Şimal Şərq çıxışında) yerləşən Lombardda əlavə olaraq 3800 (üç min səkkiz yüz) manat, ümumilikdə 127 00 (on iki min yeddi yüz) manat pulu alıb ələ keçirərək etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs dəyəri milli valyuta ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları olan 2 ədəd İran istehsallı 18 əyarlı qızıl boyunbağısını müştəri tapıb sataraq pulunu verməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar yalandan sonuncuya qeyd edilən məsələ ilə bağl ı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus qızılı əldə edib pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı xxx yerləşən mənzildə sonuncudan dəyəri milli valyuta ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları olan 2 ədəd İran istehsallı 18 əyarlı qızıl boyunbağını etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarın ı qazanmış, Zərərçəkmiş şəxs Birləşmiş Ərəb Əmirliyi, Almaniya, İtaliya və Azərbaycan Respublikasında istehsal olunan hər biri 1133 manat 33 qəpik dəyərində olmaqla 3 dəst cəmi milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 150x135 sm ölçülü güzgü və 165x90 sm ölçülü konsuldan ibarət qızılı-ağ rəngli dəsti, milli valyuta ilə 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2500 ABŞ dolları dəyərində 1 ədəd 2 metr ölçülü ağ-qızılı rəngli qadın heykəli, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 1 ədəd 208x120 sm ölçülü qızılı-krem rəngli parça materialından olan divan, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 1 ədəd 60x55x36 sm ölçülü ağ-qızılı rəngli masa (jurnalnıy), milli valyuta ilə 5100 (beş min yüz) manat təşkil edən 3000 ABŞ dolları dəyərində 1 ədəd 90x28 sm ölçülü qızılı rəngli konsulu ilə birlikdə divar üçün güzgü, hər biri 289 manat dəyərində olmaqla 2 ədəd cəmi milli valyuta ilə 578 (beş yüz yetmiş səkkiz) manat təşkil edən 340 ABŞ dolları dəyərində 135x80 sm ölçülü ağ rəngli dırnaq masası, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 1 ədəd qara rəngli saç yumaq üçün kreslo, milli valyuta ilə 1700 (bir min yeddi yüz) manat təşkil edən 1000 ABŞ dolları dəyərində 1 ədəd 75 sm ölçülü ağ rəngli süni dəri materialından olan fırlanan kreslo, hər biri 595 manat dəyərində olmaqla 6 ədəd milli valyuta ilə 3570 (üç min beş yüz yetmiş) manat təşkil edən 2100 ABŞ dolları dəyərində qızılı rəngli divar işıqları (2 lampalı), hər biri 170 manat dəyərində 2 ədəd milli valyuta ilə 340 (üç yüz qırx) manat təşkil edən 200 ABŞ dolları dəyərində 1 metr ölçülü qara rəngli dəri materialından olan fırlanan kreslo, 300 manat dəyərində 1 ədəd "Deluxe” markalı su qızdırıcısı, 1000 manat dəyərində 1 dəst 3 hissəli şkaf və 1 ədəd əl-üz yuyan hissədən ibarət olan mətbəx mebeli, 100 manat dəyərində 1 ədəd üzərinə paltar geyindirmək üçün istifadə edilən qadın manikeni, 1000 manat dəyərində 1 ədəd "Evrostar" markalı "HAC-10AXR” model 10000 BTU kondisioner (istifadədə olmamış), milli valyuta ilə 2550 (iki min beş yüz əlli) manat təşkil edən 1500 ABŞ dolları dəyərində 1 ədəd çilçıraq, hər biri 127 manat 50 qəpik dəyərində olmaqla milli valyuta ilə 510 (beş yüz on) manat təşkil edən 300 ABŞ dolları dəyərində 4 ədəd (sadə görünüşlü) pərdə, milli valyuta ilə 1020 (bir min iyirmi) manat təşkil edən 600 ABŞ dolları dəyərində 1 ədəd (teatralnıy) pərdəni müştəri tapıb sataraq pulunu verməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus mebel, gözəllik salonu, ev və məişət əşyalarını əldə edib sataraq pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı xxx yerləşən mənzildə sonuncudan hər biri 1133 manat 33 qəpik dəyərində olmaqla 3 dəst cəmi milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 150x135 sm ölçülü güzgü və 165x90 sm ölçülü konsuldan ibarət qızılı-ağ rəngli dəsti, milli valyuta ilə 4 250 (dörd min iki yüz əlli) manat təşkil edən 2500 ABŞ dolları dəyərində 1 ədəd 2 metr ölçülü ağ-qızılı rəngli qadın heykəli, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 1 ədəd 208x120 sm ölçülü qızılı-krem rəngli parça materialından olan divan, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 1 ədəd 60x55x36 sm ölçülü ağ-qızılı rəngli masa (jurnalnıy), milli valyuta ilə 5100 (beş min yüz) manat təşkil edən 3000 ABŞ dolları dəyərində 1 ədəd 90x28 sm ölçülü qızılı rəngli konsulu ilə birlikdə divar üçün güzgü, hər biri 289 manat dəyərində olmaqla 2 ədəd cəmi milli valyuta ilə 578 (beş yüz yetmiş səkkiz) manat təşkil edən 340 ABŞ dolları dəyərində 135x80 sm ölçülü ağ rəngli dırnaq masası, milli valyuta ilə 3400 ( üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 1 ədəd qara rəngli saç yumaq üçün kreslo, milli valyuta ilə 1700 (bir min yeddi yüz) manat təşkil edən 1000 ABŞ dolları dəyərində 1 ədəd 75 sm ölçülü ağ rəngli süni dəri materialından olan fırlanan kreslo, hər biri 595 manat dəyərində olmaqla 06 ədəd milli valyuta ilə 3570 (üç min beş yüz yetmiş) manat təşkil edən 2100 ABŞ dolları dəyərində qızılı rəngli divar işıqları (2 lampalı), hər biri 170 manat dəyərində 2 ədəd milli valyuta ilə 340 (üç yüz qırx) manat təşkil edən 200 ABŞ dolları dəyərində 1 metr ölçülü qara rəngli dəri materialından olan fırlanan kreslo, 300 manat dəyərində 1 ədəd "Deluxe" markalı su qızdırıcısı, 1000 manat dəyərində 1 dəst 3 hissəli şkaf və 1 ədəd əl-üz yuyan hissədən ibarət olan mətbəx mebeli, 100 manat dəyərində 1 ədəd üzərinə paltar geyindirmək üçün istifadə edilən qadın manikeni, 1000 manat dəyərində 1 ədəd "Evrostar" markalı "HAC-10AXR" model 10000 BTU kondisioner (istifadədə olmamış), milli valyuta ilə 2550 (iki min beş yüz əlli) manat təşkil edən 1500 ABŞ dolları dəyərində 1 ədəd çilçıraq, hər biri 127 manat 50 qəpik dəyərində olmaqla milli valyuta ilə 510 (beş yüz on) manat təşkil edən 300 ABŞ dolları dəyərində 4 ədəd (sadə görünüşlü) pərdə, milli valyuta ilə 1020 (bir min iyirmi) manat təşkil edən 600 ABŞ dolları dəyərində 1 ədəd (teatralnıy) pərdəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 35618 (otuz beş min altı yüz on səkkiz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏR İ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayəti ilə himayəsində 3 azyaşlı övladının, həyat yoldaşının olmasının, həyat yoldaşının işsiz olmasının, onun köməksiz və heç bir yerdən yardım almamasının nəzərə alınaraq barəsində təyin edilmiş cəzanın təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə qədər yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, satılan malların daha sonra sahibinə geri qaytarıldığını, 3 az yaşlı övladının olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafi əsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmu ş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum unun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəx s haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hal larına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini könüllü olaraq ödənilməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya m əhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aş ağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən ha lları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar