Məhkəmə qərarları › İş №1(102)-1074/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1074/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1074/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum X6 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apel yasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Novruz Kərimov və Azər Paşayev) 1(101)-1279/2021 nömrəli 07 dekabr 2021ci il tarixli hökmü ilə xx xxxx 1984-cü il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2007 və 2010-cu il təvəllüdlü uşağı olan, orta təhsilli, “Meyvəli” ticarət mərkəzində satıcı işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 14 (on dörd) il müddə tinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən, Məhkum 2020-ci ilin avqust ayında, istintaqa məlum olmayan gündə gecə saatlarında ünvan 2 ünvanında yerləşən evində aşkar surətdə on dörd yaşına çatmayan, 19 avqust 2007-ci il təvəllüdlü qızı Aysu Kərimovanın köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına toxundurub sperma ifraz edərək cinsi ehtirasını təmin etməklə X8 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, spermanın qızlıq pərdəsindən keçərək uşaqlıq yoluna düşüb sonuncunu hamilə qoymuş, 12 fevral 2021-ci il tarixdə 18 həftəlik hamiləliyi zaman ı Aysu Kərimovanın üzərində “Kesar kəsiyi” cərrahiyə əməliyyatı icra edilərək hamiləlik sonlandırılmış və döl xaric edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzov) 1(103)-415/2022 nömrəli 17 fevral 2022-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və əməli CM-in 150.3.3-cü maddəsindən həmin Məcəllənin 153.2-ci maddəsinə tövsif edilmə si barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 14 yaşına çatmamış zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkətləri zor tətbiq etmədən həyata keçirdiyindən, onun əməli CM-in 150.3.3-cü maddəsindən həmin Məcəllənin 153.2-ci maddəsinə tövsif olunmalıdır. Göründüyü kimi, hazırki cinayət işi üzrə hər hansı zorakılıq halının tətbiq edilməsi mövcud deyildir, hətta məhkum hadisənin necə baş verdiyini belə xatırlamır. Zərərçəkmiş şəxsin ifadəsindən aydın olur ki, o da hadisəni inkar edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum kassasiya şikayəti təmin olunmamalıdır. Hü quqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində iş üzrə tam, obyektiv və hərtərəfli araşdırılma aparılmadığını, əməlinin Azərbaycan Respublikası C M-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyini vurğulayaraq, qərarın ləğv edilməsini və işin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək Məhkum əməlinin tövsifi ilə əlaqədar işin hallarına və iş üzrə sübutlara münasibət bildirməyi zəruri hesab edir: Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsi ilə tövsif edilməsi üçün on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədilməlidir. Lakin hazırki işdə Məhkum əməli Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsinin mənasına görə əməlin təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə hesab edilməsi üçün əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zorakılıq hərəkətləri tətbiq olunmasından gedir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin rəisinə ünvanlanan 04 fevral 2021-ci il tarixli raportdan müəyyən olunur ki, 10 saylı Qadın Məsləhətxanasından 2007-ci il təvəllüdlü X4 18 həftəlik hamiləliklə xəstəxanaya müraciət etdiyi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan 04 fevral 2021-ci il tarixli ham iləliyin ultrasəs müayinəsi tibbi çıxarışdan müəyyən olunur ki, X9 18 həftəlik hamilədir. İş materiallarına əlavə edilmiş məhkəmə genetik ekspertizasının 20 fevral 2021-ci il tarixli, 21/14812 saylı rəyindən müəyyən olunur ki, X4 dünyaya gətirdiyi körpənin bioloji atası 99,99999347% ehtimalla Məhkumdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 03 mart 2021-ct il tarixli, 63 saylı rəyindən müəyyən olunur ki, Aysu Kərimovanın bədən səthi üzərində və o cümlədən cinsiyyət üzvündə hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Aysu Kərimovanm qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs adına Akademik M.Qasımov adına Respublika Kli niki Xəstəxanasında tərtib edilmiş 08 fevral 2021-ci il tarixli ultrasəs müayinəsinin nəticəsindən görünür ki, onda hal-hazırda 19-20 həftəlik hamiləlik müəyyən edilmişdir. Aysu Kərimovanın arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03 mart 2021-ci il tarixli, 64 saylı rəyindən müəyyən olunur ki, Məhkum bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cinsi yetkinlik 18 yaşından hesab edilir. Bu səbəbdən də qərarda qoyulmuş 2-ci və 3-cü sualların cavablandırılması məhkəmə-tibbi baxımdan məqsədyönlü hesab edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-psixoloji ekspertizasının 12 aprel 2021-ci il tar ixli, 11/70 saylı rəyindən müəyyən olunur ki, yetkinlik yaşına çatmayan X9 əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Yetkinlik yaşına çatmayan X9 əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Yetkinlik yaşına çatmayan X4 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Yetkinlik yaşına çatmayan X4 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə və təlqinə qapılmağa meyllilik əlamətləri müəyyən olunmur. İş materiallarında olan komisyo n məhkəmə-tibbi ekspertizasının 17 aprel 2021-ci il tarixli, KEŞ/367 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, aparılmış ekspertiza nəticəsində Aysu Kərimovanın dünyaya gətirdiyi uşağın bioloji atası 99,99999347% ehtimalla Məhkum olduğu müəyyən edilmişdir. Məhkum məhkəmə-tibbi müayinəsinə əsasən, onda cinsi qabiliyyəti təsdiq edən əlamətlərin müsbət olduğu müəyyən edilmişdir. Məhkum xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Respublika Klinik Xəstəxanasında Aysu Kərimovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 12 fevral 2021-ci il tarixdə onun üzərində “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı icra edilərək hamiləlik sonlandırılmış və döl xaric edilmişdir. Aysu Kərimovanın cinsi əlaqədə olmadan kişi cinsiyyət üzvünün onun cinsiyyət üzvünə toxundurub, sürtülməsi ilə spermanın uşaqlıq yoluna daxil olması nəticəsində hamilə qalması mümkündür ki, bu da tibbi təcrübədə rast gəlinən hallardandır. Aysu Kərimovanın məhkəmə-tibbi müayinəsinə əsasən, onda qızlıq pərdəsinin tamlığının pozulmadığı müəyyən edilmişdir. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. İş materiallarına əlavə edilmiş təkrar kompleks məhkəmə-tibbi genetik ekspertizasının 15 aprel 2021-ci il tarixli, 156/2021-MTBŞ saylı rəyinə əsasən genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqə sinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Məhkum ekspertizaya təqdim olunmuş X4 dünyaya gətirdiyi kişi cinsli uşağın (körpənin) bioloji atası olması təsdiq olunmuşdur. İş materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01 iyun 2021-ci il tarixli, 1144 saylı rəyindən müəyyən olunur ki, Məhkum hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkum hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. Məhkum cinayət əməlinin törədən zaman şüur və fə aliyyətinə təsir göstərə bilən psixi emosional vəziyyətdə olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmənin 10 avqust 2021-ci il tarixli qərarı ilə məhkəmə-genetik ekspertizası təyin edilmiş, «Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi» Publik Hüquqi şəxsin 08 oktyabr 2012-ci il tarixli, 618/2021-MTBŞ saylı rəyindən müəyyən olunur ki, X5 ekspertizaya təqdim olunmuş X4 dünyaya gətirdiyi kişi cinsli (köpənin) bioloji atası olması inkar olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum, məhkəmə baxışı zamanı etdiyi əməlləri etiraf etməməsi, zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkətləri etməməsinə dair ifadəsi cinayət işində olan sübutlarla - üç məhkəməgenetik və digər ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları həkim- ginekoloq Şahid3 Aysu Kərimovanı müayinə etdiyi zaman sonuncu ona bir dəfə atası ilə yatan zaman atasının onu qucaqladığını, bu zaman donunun yuxarı qalxmasını hiss etməsini, bundan sonra bilmədiyi bir halda alt paltarında kəskin qoxulu maye olduğunu, yerindən qalxaraq iki dəfə yuyunduğunu bildirməsi barədə şahid ifadələri və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təsdiqini tapmışdır. Belə ki, sadalanan sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum 19 avqust 2007-ci il təvəllüdlü qızı Aysu Kərimovanın köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli hərəkətləri etmiş, spermanın qızlıq pərdəsindən keçərək uşaqlıq yoluna düşüb Aysu Kərimovanın hamiləliyinə səbəb olmuş, hamiləliyin 18 həftəlik zamanı onun üzərində “Kesar kəsiyi” cərrahiyə əməliyyatı icra edilərək hamiləliyin sonlandırılaraq döl xaric edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum X1 vəziyyətindən istifadə edərək seksual xarakterli hərəkətləri etməsi tam sübuta yetirilmişdir. Aysu Kərimova əqli və psixi inkişafa, yaş və fərdi-psixi xüsusiyyətlərə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini tam dərk etmək və bu səbəbdən hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmadığından Məhkum əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, iş mat eriallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi t ərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyiş dirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhkum barəsində 17 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar