Məhkəmə qərarları › İş №1(102)-1074/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1074/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1074/2023 16.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum1 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2315/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən ve rilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-877/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmədiyindən həmin maddələr üzrə ona bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə və Az ərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Həmin hökmlə Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti ve rilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2315/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-877/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

6. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir.

7. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

8. Məhkəmə kollegiyası qeyd edir ki, Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

9. Məhkəmə kollegiyası Məhkum1 onun müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2315/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2315/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qayta

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar