Məhkəmə qərarları › İş №1(102)-1074/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1074/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1074/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4. 1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli, 1(106)-400/2018 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 1(106)-400/2018 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1976-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmünə əsasən CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, xx.xx.2011ci il tarixdə şərti olaraq cəzadan vaxtından əvvəl azad edilmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinin tələbinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzadan azad edilmişdir. ünvan 1 ünvanda faktiki yaşamışdır.

2. Lənkərаn Аğır Cinаyətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X7 və X16 оğlundаn ibаrət məhkəmə tərkibində) 08 may 2018-ci il tarixli, 1(089)-149/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzаçəkmə müddətin in 01 yanvar 2018-ci ildən hеsаblаnması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir 3.Həmin hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi X10 apellyasiya şikayəti vermişlər.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X9 оğlundаn ibаrət məhkəmə tərkibində) 02 avqust 2018-ci il tarixli, 1(106)-400/2018 nömrəli qərarı ilə Məhkum və onun müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsi barədə Lənkərаn Аğır Cinаyətlər Məhkəməsinin 08 may 2018-ci il tarixli, 1(089)-149/2018 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli, 1(106)-400/2018 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 1(106)400/2018 nömrəli qərarı ilə kassasiya şikayətinin hərəkətsiz saxlanılması qərara alınmışdır.

6. X3 Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 1(106)-400/2018 nömrəli qərarından məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmi şdir.

9. Qərardan kassasiya protesti verilməmişdir. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. III.Hüquqi məsələlər:

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir.

12. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayara q yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.

13. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır.

14. CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3-ci (bu Məcəllənin 391.3.4cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində müddətində verilir.

15. CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.

16. Həmçinin həmin məcəllənin 415.2-ci maddəsinə əsasən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikay ətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bu halda şəxs bu Məcəllənin 410-cu maddəsində göstərilən müddətlərdə yenidən kassasiya şikayəti və ya kassasiya protesti verə bilər.

17. İş materiallarına əsasən müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2018-ci il tarixli 1(106)-400/2018 nömrəli qərarı elan olunarkən məhkum və onun müdafiəçisi məhkəmə iclasında iştirak etmiş, qərardan kassasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. 15 iyul 2020-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən həmin qərardan kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 18 aylıq prosessual müddətin axımı 03 avqust 2018-ci il tarixdən başlamış və 03 fevral 2020-ci ildə başa çatmışdır. Məhkum kassasiya şikayəti isə xx.xx.2023-ci il tarixdə cəza çəkdiyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış X1 Apellyasiya Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

18. Məhkum tərəfindən kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyindən və buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırılmadığından kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı ilə hərəkətsiz saxlanılmışdır.

19. Göründüyü kimi, Məhkum tərəfindən verilm iş sözügedən kassasiya şikayəti qanunla nəzərdə tutulan prosessual müddət ötürməklə verməklə yanaşı, ötürülmüş müddətin bərpası üçün ərizə ilə müraciət etməmişdir.

20. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2018-ci il tarixli, 1(106)400/2018 nömrəli qərarından qanunla müəyyən olunmuş müddəti buraxmaqla kassasiya şikayəti verdiyindən və qərarı çıxarmış apellyasiya instansiyası məhkəməsi qarşısında buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmadığından, apellyasiya məhkəmə kollegiyasının kassasiya şikayəti hərəkətsiz saxlanılması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

21. Bununla da, apellyasiya instansiyası məhkəməsi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş və həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən hər hansı bir pozuntuya yol verməmişdir.

22. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2018-ci il tarixli, 1(106)-400/2018 nömrəli qərarından verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 1(106)-400/2018 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

23. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbə r tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli, 1(106)-400/2018 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 1(106)-400/2018 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar