Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1074/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli 1(103)-1153/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Rasim Sadıxov) 07 aprel 2023-cü il tarixli 1(101)-176/2023 nömrəli hökmü ilə 05 avqust 1984-cü ildə Astara rayonu, Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,31 2.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 69.3-cü maddəsinə əsasən onun 06 dekabr 2018-ci il tarixdən 24 aprel 2019-cu il tarixədək həbsdə və 28 oktyabr 2019-cu il tarixdən 28 mart 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 9 (doqquz) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş üzrə mülki iddiaçı X14 iddia ərizəsi təmin edilmiş, mülki cavabdeh Məhkum vurulmuş maddi ziyanla bağlı 35.200 manat məbləğində pul tutularaq mülki iddiaçı Əhməd Quliyevin xeyrinə ödənilməsi hökm edilmiş, zərərçəkmiş şəxslər X19, X3, X11, X13 və X5 gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə özünü X7 yüksək vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək almaq istədiyi Şəmkir rayonu ərazisində yerləşən “Günəş” Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinə məxsus 1,5 hektar torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin rəhbər v əzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 40 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla ünvan 2 ünvanında 24 sentyabr 2014-cü il tarixdə 10 000 manat və 06 aprel 2015-ci il tarixdə 30 000 manat olmaqla ümumilikdə 40 000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək X7 xeyli miqdarda 40 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Nuriyyə Əhmədovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 40 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Nuriyyə Əhmədovanı digər üsullarl a təhrik etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı X5 özünü iş adamı kimi təqdim edərək ona Bakı şəhəri, Xətai rayonu ərazisində 1.000.000 manat dəyərində obyekt verildiyini, lakin obyektin sənədləşməsi üçün pul lazım olduğunu, pul verəcəyi təqdirdə sənədləşmə işlərini müsbət həll edəcəyini və obyektin bir hissəsini ona verərək birlikdə işləyəcəklərini bildirməklə Bakı şəhəri Xətai Rayon İcra hakimiyyəti və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 64.500 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla ünvan 3 ünvanında 2013-cü ilin sentyabr ayının sonlarında 1.000 manat və 2.000 manat, 2013-cü ilin oktyabr ayının ortalarında 5.000 manat, 2013-cü ilin dekabr ayının sonlarında 7.000 manat, 2014-cü ilin fevral ayının əvvəllərində 5.000 manat, 2014-cü ilin aprel, iyun və dekabr aylarında hər dəfə 5.000 manat olmaqla 15.000 manat, 2015-ci ilin aprel ayında birinin qiyməti 750 manat olan 4 ədəd qızıl qolbağ, 7.000 manat dəyərində qızıl üzük, sırğa, qolbağ, boyunbağı və kulon dəsti, qiyməti 1.000 manat olan üzərində 1 ədəd böyük qara qaş, ətrafında brilliant qaşları olan qızıl üzük, 500 manat dəyərində qızıl kişi qolbağı, 1.500 manat dəyərində qızıl kişi boyunbağısı, 1.500 manat dəyərində ətrafında brilliant qaşları olan paxlava formalı qızıl üzük, 700 manat dəyərində üzərində yaşıl böyük qaş, ətrafında brillia nt qaşları olan qızıl üzük, 500 manat dəyərində üzərində brilliant qaşları olan qızıl üzük, 1 500 manat dəyərində üzərində brilliant qaşları olan qızıl sırğa üzük dəsti, 800 manat dəyərində üzərində brilliant qaşları olan qızıl üzük, 600 manat dəyərində üzərində saffir qaşı olan qızıl üzük, 700 manat dəyərində qızıl sırğa kulon dəsti və 200 manat dəyərində 1 cüt qızıl sırğa və 2015-ci ilin iyun ayında 10.000 manat olmaqla ümumilikdə 45.000 manat nağd pulu və 19.500 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək X1 miqdarda 64.500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Dürdanə Abbasovanın xeyrinə edəcəyi hərəkətə g örə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 64.500 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Dürdanə Abbasovanı digər üsullarla təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə özünü X15 yüksək vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək qardaşı X12 Azərbaycan Respublikası Təhsil Nazirliyinə şöbə müdiri vəzifəsinə işə düzəldilməsi üçün Nazirliyin rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 2017-ci ilin mart ayında ayrı-ayrı vaxtlarda Bakı şəhəri Nəsimi rayo nu S.Vurğun küçəsində ümumilikdə 25.000 manat, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «444» adlı kafedə 2017-ci ilin aprel ayının əvvəllərində 25.000 manat, 2017-ci ilin aprel ayının ortalarında 25.000 manat və 2017-ci ilin aprel ayının sonlarında 25 000 manat ümumilikdə 100.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək X4 miqdarda 100.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Adil Vahabovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə X16 digər üsullarla təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə özünü X3 və X8 yüksək vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək Ehtibar Novruzovun atası X6 barəsində Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-in 228.1 və 315.1-ci maddələri istintaqı aparılan cinayət işi üzrə Eldar Novruzovun cinayət məsuliyyətindən azad edilib həbsdən buraxılması üçün prokurorluğun rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 32 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onların inam və etibarını qazandıqdan sonra, bu adla 2017-ci ilin sentyabr ayı ərzində hissə-hissə olmaqla Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Şəhidlər xiyabanı”-nın qarşısında Mirc əlal Hüseynovdan 10.000 manat və Ehtibar Novruzovdan isə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında 10.000 manat, Bakı-Quba avtomagistral yolununun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında hər dəfəsində 5.000 manat olmaqla iki dəfəyə 10.000 manat və ünvan 4 ünvanının qarşısında 2.000 manat olmaqla ümumilikdə 32.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək X2 xeyli miqdarda 10.000 manat və X8 xeyli miqdarda 22 000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Eldar Novruzovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasi təsi ilə maddi nemət olan 32 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Mircəlal Hüseynov və Ehtibar Novruzovu digər üsullarla təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı X17 özünü yüksək vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim edərək onlara xidməti vəzifələrinin icrası ilə əlaqədar Əhməd Quliyevi Bakı şəhəri 6 nömrəli Birləşmiş Şəhər və ya Abşeron rayon Mərkəzi Xəstəxanalarından birinə baş həkim vəzifəsinə təyin edilməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 45.200 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla Bakı şəhəri, Yasamal ra yonu, H.B.Zərdabi prospekti 61 ünvanının yaxınlığında yerləşən kafedə 2021-ci ilin iyun ayının əvvəllərində 10.000 manat və 20.000 manat, 2021-ci ilin iyun ayının ortalarında həmin dövrün məzənnəsi ilə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları və 2021-ci ilin iyun ayının sonlarında ünvan 6 ünvanında yerləşən “Pioner Arena” idman və əyləncə mərkəzinin yaxınlığında 5.000 manat olmaqla ümumilikdə 45.200 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək X17 xeyli miqdarda 45.200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əhməd Quliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 45.200 manat pul vəsaitinin rüşvət qis mində verilməsinə Əhməd Quliyevi digər üsullarla təkrarən təhrik etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 25 dekabr 2023-cü il tarixli 1(103)-1153/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 1(101)-176/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum CM-in 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə onun ittihamından və hökmdən CM-in 32.4, 312.2-ci maddələri ilə olan hissə xaric edilmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 1(101)-176/2023 saylı hökmü ilə CMin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (al tı) ilə endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 06 dekabr 2018-ci il tarixdən 24 aprel 2019-cu il tarixədək həbsdə və 28 oktyabr 2019-cu il tarixdən 28 mart 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay 18 (on səkkiz) günün ona təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə özünü X7 yüksək vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək almaq istədiyi Şəmkir rayonu ərazisində yerləşən “Günəş” Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinə məxsus 1,5 hektar torpaq sahəsinin özəlləşdirilməsi üçün Əm lak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 40000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla ünvan 2 ünvanında 24 sentyabr 2014-cü il tarixdə 10000 manat və 06 aprel 2015-ci il tarixdə 30000 manat olmaqla ümumilikdə 40000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək X7 xeyli miqdarda 40000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Məhk um həmin epizod üzrə təqsirli bilinərək ona cəza təyin edilməmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə onun ittihamından, ikinci epizod üzrə, yəni təqsirləndirilən şəxs Məhkum dələduzluq yolu ilə zərərçəkmiş şəxs X5 64.500 manat məbləğində ziyan vurmasına dair epizoddan “təkrarən” sözü xaric edilmişdir. Zərərçəkmiş şəxs X23 və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli 1(103)-1153/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsini xahiş etmişdir. Hüquqi məsələl ər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli 1(103)-1153/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 04 iyun 2025-ci il tarixə təxirə salınmış və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 29 aprel 2025-ci il tarixdə Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə Məhkum göstərmişdir ki, müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını və müdafiəçini dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli 1(103)-1153/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1074/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1074/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver