Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1075/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, X6 Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X6 Məhkəməsinin (hakimlər: M.Ə.Abdullayev (sədrlik A.H.Hacıyevdənibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə edən), E.İ.Əliyev və xx xxxxxxx 1966-cı ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Astara rayon, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsir li təqsirli bilinib, CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) Məhkumvə müdafiəçisi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X6 Məhk əməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, külli miqdarda narkotik vasitəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi haqqında qabaqcadan cinayət əlaqəsinə girərək, əlbir olduğu bir qrup şəxs halında bu yolla gətirdikləri həmin narkotik vasitəni əldə etmiş, daşımış və aşkar edilib götürülənədək saxlamışdır. Belə ki, Məhkum xx xxxx 2018-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Şahmirzə adlı şəxslə külli miqdarda narkotik vasitəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərh ədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi haqqında əvvəlcədən sövdələşib cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, qabaqcadan əlbir olduğu Şahmirzənin vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotik vasitəni Astara rayonun Şahağacı kəndi ərazisində 14 (on dörd) ədəd bükümdə, təmiz çəkiləri 0,111 (sıfır tam mində yüz on bir) qram, 0,094 (sıfır tam mində doxsan dörd) qram, 0,068 (sıfır tam mində altmış səkkiz) qram, 0,036 (sıfır tam mində otuz altı) qram, 0,073 (sıfır tam mində yetmiş üç) qram, 0,107 (sıfır tam mində yüz yeddi) qram, 0,108 (sıfır tam mində yüz səkkiz) qram, 0,127 (sıfır tam mində yüz iyirmi yeddi) qram, 0, 037 (sıfır tam mində otuz yeddi) qram, 0,334 (sıfır tam mində üç yüz otuz dörd) qram, 0,080 (sıfır tam mində səksən) qram, 0,046 (sıfır tam mində qırx altı) qram, 0,081 (sıfır tam mində səksən bir) qram və 0,053 (sıfır tam mində əlli üç) qram, ümumi təmiz çəkisi 1,355 (bir tam mində üç yüz əlli beş) qram narkotik vasitə heroini eləcə də 0,107 (sıfır tam mində yüz yeddi) qram, 0,144 (sıfır tam mində yüz qırx dörd) qram və 52,104 (əlli iki tam mində yüz dörd qram) qram, ümumi təmiz çəkisi 52,355 (əlli iki tam mində üç yüz əlli beş) qram narkotik vasitə olan tiryəki əvvəlcədən razılaşdırdıqları qaydada Şahmirzədən xx xxxx 2018-ci il tarixdə, saat 08 radələrində qəbul etməklə əldə edərək Şahağacı kəndində yerləşən evinə daşıyaraq saxlamış, xx xxxx 2018-ci il tarixdə, saat 11:30 radələrində polis əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndi ərazisində keçirilən əməliyy at tədbirləri zamanı üzərinə baxış keçirilərkən onun üzərindən saxlayaraq daşıdığı 2 (iki) ədəd bükümdə 0,111 (sıfır tam mində yüz on bi) qram, 0,094 (sıfır tam mində doxsan dörd) qram, təmiz çəkisi 0,205 (sıfır tam mində iki yüz beş) qram narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə 0,107 (sıfır tam mində yüz yeddi) qram, 0,144 (sıfır tam mində yüz qırx dörd) qram, təmiz çəkisi 0,251 (sıfır tam mində iki yüz əlli bir) qram narkotik vasitə tiryək, həmin tarixdə, saat 14:30 radələrində Astara rayonu, Şahağacı kəndindəki evinə baxış keçirilərkən 12(on iki) ədəd bükümdə, 0,068 (sıfır tam mində altmış səkkiz) qram, 0,036 (sıfır tam mində otuz altı) qram, 0,073 (sıfır tam mində yetmiş üç) qram, 0,107 (sıfır tam mində yüz yeddi) qram, 0,108 (sıfır tam mində yüz səkkiz) qram, 0,127 (sıfır tam m ində yüz iyirmi yeddi) qram, 0, 037 (sıfır tam mində otuz yeddi) qram, 0,334 (sıfır tam mində üç yüz otuz dörd) qram, 0,080 (sıfır tam mində səksən) qram, 0,046 (sıfır tam mində qırx altı) qram, 0,081 (sıfır tam mində səksən bir) qram və 0,053 (sıfır tam mində əlli üç) qram, təmiz çəkiləri 1,150 (bir tam mində yüz əlli) qram narkotik vasitə heroin və 1 (bir) bükümdə, təmiz çəkisi 52,104 (əlli iki tam mində yüz dörd) qram narkotik vasitə tiryəki Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Astara rayonu, Şahağacı kəndindəki evindən aşkar edilib götürülənədək saxlamışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xah iş etmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, təqsirliliyi sübuta yetirilmədən, qeyri qanuni həbs edilmişdir. Məhkəmələr sübutlara düzgün qiymət verməmiş və nəticədə barəsində ədalətsiz qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, ka ssasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olun an maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsiz olmasına dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş Məhkum ibtidai istint aq zamanı vermiş olduğu ifadəsindən görünür ki, ibtidai istintaq zamanı Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə edir. 2018-ci ilin iyun ayının 13-də Astara rayonu, Şahağacı kəndində, dəniz kənarının yaxınlığında olarkən Şahmirzə adlı iranlı ilə tanış olmuş, Şahmirzə ona satmaq və istifadə etmək üçün narkotik verəcəyini təklif etmiş, həm narkotik vasitəyə, həm də pula ehtiyacı olduğundan onunla razılaşmışdır. xx xxxx 2018-ci il tarixdə Şahmirzə ilə həmin yerdə görüşmüş, Şahmirzə ona bir bükümdə tiryək, digər bükümdə isə heroin vermiş, bunları nümunə kimi gətirdiyini və satdıqdan sonra daha çox gətirəcəyini bildirmişdir. Şahmirzə ona narkotikləri sata bilərsə növbəti görüşdə pulunu verər, yenə də satmağı üçün narkoti k vasitə gətirəcəkdir. Şahmirzədən aldığı narkotik vasitələri evə aparıb, evin ikinci mərtəbəsində giriş hissəsindən sol tərəfdə olan termonun üst çəkməcəsində kibrit qutusunun içərisində gizlətmişdir. Heroini balaca bükümlərə bölmüş, tiryəkdən də iki balaca büküm ayırmışdır. Daha sonra 2 balaca büküm heroin və 2 balaca büküm tiryəki cibinə qoymuş, qalan bütöv tiryəki və 12 bükümdə heroini isə dediyi yerdə gizlətmişdir. Həmin tiryək və heroinə müştəri tapmaq üçün xx xxxx 2018-ci il tarixdə saat 11:30 radələrində Şahağacı kəndi ərazisinə, “köhnə zapravka” deyilən yerə gəlmişdir. Orada gözləyib tanış narkomanlardan görərsə, narkotik vasitə satmaq istəmişdir. Həmin vaxt polis işçiləri gələrək onu Astara rayon Polis Şöbəsinə gətirmişlər. Hal şahidlərinin və müdafiəçinin iştirakları ilə onun üz ərinə baxış zamanı şalvarının sol yan cibindən 2 büküm heroin və iki büküm tiryək aşkar edilmişdir. Sonra protokol tərtib olunub, iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni iranlıdan almaqda məqsədi həm istifadə etmək, həm də satmaq olmuşdur. Bundan sonra yaşadığı evin ikinci mərtəbəsində giriş hissəsindən sol tərəfdə yerləşən termonun üst çəkməcəsində aşkar edilmiş kibrit qutusunun içərisində 12 ədəd bükümdə heroin və 1 ədəd bükümdə tiryək iranlı Şahmirzədən aldığı narkotik vasitənin qalan hissəsidir. Aşkar olunmuş narkotik vasitələri hissə-hissə satmağı üçün evdə gizlətmişdir. Həmin narkotik vasitələrdən ailə üzvlərinin xəbəri olmamışdır. Bundan başqa, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum istifadəsind ə olan ***-***-**-** mobil nömrə üzrə Azerfon MMCdən götürülmüş mobil telefon danışıqları olan bir ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2018-ci il tarixdən, xx.xx.2018ci il tarixədək olan müddət ərzində mobil telefon danışıqları qeyd edilən diskdə öz əksini tapmışdır. Həmin müddət ərzində Məhkum istifadəsində olan qeyd edilən nömrə ilə İran mobil operatoruna aid olan nömrələr ilə dəfələrlə telefon danışıqları aparmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin t ələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası məhkumun özünü təqsirli bilməməsinə dair ifadələrinin müdafiə xarakterli olduğunu bildirərək hesab edir ki, məhkəmələr tərəfindən Məhkumun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndiri lmiş,mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu, məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etdiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh ed ilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1075/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1075/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver